Məhkəmə qərarları › İş №2-1(103)-2939/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2939/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2939/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “sərəncamda məlumat uygunlugunun müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-9389/2021 saylı 21.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayon XDS İK-nin 19.10.1998-ci il tarixli 1155 saylı sərəncamında göstərilmiş məlumatların, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında saxlanılan nüsxəsində (və ya sərəncamların qeydi jurnalında) olan məlumatlara, yəni sərəncamın 19.10.1998-ci il, orada X8 barədə mılumat uyğunluğunun müəyyən edilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə «…Qaradağ rayon XDS İKnin 19.10.1998-ci il tarixli 1155 saylı sərəncamı ilə Bakı şəhəri, Alatava-2 yataqxanasında yaşayan X1 fərdi yaşayaş evinin tikintisi üçün Lökbatan qəsəbəsi 6-cı massiv sahə 28 ünvanda 600,0 kv.m torpaq sahəsi verilmişdir. Qeyd edilən sərəncamda Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi yataqxana 5, mənzil 8 ünvanda yaşayan X5 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi 6-ci massiv, sahə 28 ünvanında 600 kv.m torpaq sahəsi verilməsi barədə Qaradağ rayon XDS İK-nin 23.09.1988-ci il tarixli 19/368 saylı qərarında dəyişiklik edilmişdir. Qaradağ rayon XDS İK-nin 19.10.1998-ci il tarixli 1155 saylı sərəncamına əsasən verilmiş torpaq sahəsində qardaşı X8 10.03.1999-cu il tarixdə fərdi yaşayış evi tikmiş və orada yaşamaqla bütün kommunal xərcləri ödəmişdir.Lakin yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışı müvafiq DƏDRX-dən almamışdır. O, 23.06.2020-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra qeyd edilən daşınmaz əmlakı dövlət qeydiyyatına alınması zərurəti yaranmışdır. Bu məqsədlə 2 saylı Bakı “ASAN” Xidmdət mərkəzinə müraciət etdikdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından verilmiş 09 iyul 2021-ci il tarixli BA-03082-2021 saylı cavabdan məlum olur ki, Qaradağ rayon İH-nin arxiv fondu üzrə 1998-ci il tarixli 1155 saylı sərəncamı - 19.10.1998-ci il tarixli deyil, 20.10.1998-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında möcvuddur. Lakin həmin sərəncamda X8 barəsində heç bir məlumat yoxdur…» Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-9389/2021 saylı 21.09.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmaqla təqdim edilmiş sübutlar əsasında iddianın təmin olunması barədə akt qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «…Bakı şəhəri Qaradağ rayon XDS İK-nin verdiyi sərəncam və qərarın əsli təsdiq olunmuş qaydada onlarda vardır. Həmin qərar və sərəncamda heç bir düzəliş əlavə edilməmişdir. Dövlət Arxivinin Bakı filialına təqdim edilmiş sərəncamda olan ziddiyyətlərdən məlumatları yoxdur. Qeyd edilən bu vəziyyət Konstitutsiyada təsbit olunmuş mülkiyyət hüququnun pozulması deməkdir. Bu səhvə icra orqanının işçiləri tərəfindən yol verildiyindən mövcud ziddiyət aradan qaldırılmalıdır. Lakin işə baxan məhkəmə işin faktiki hallarını araşdırmaq əvəzinə onun iddia tələbi irəli sürməyi üçün subyektiv hüququmun olmadığını sübut etməyə çalışmış. İşin mahiyyətindən uzaqlaşaraq əsassız və qanunsuz qərardad qəbul edilmişdir. Hakim hesab edir ki, iddiaçlnm bu mübahisə üzrə subyektiv hüququ yoxdur. Halbuki iddiaçı X6 doğma qardaşıdır. MM-nin 1159-cu maddəsinə görə Qanun üzrə vərəsəlikdə ikinci növbədə vərəsədir. Digər tərəfdən İddiaçı vəfat etmiş qardaşı Nazim Əsədovun qanuni nümayəndəsidir. Çünki onlar yaxın qohumdurlar. Bütün bunlar bir daha sübut edir ki, hazırkı iş üzrə iddiaçının subyektiv hüququnun olmamasl məhkəmənin yanlış mövqeyidir. İddia ərizəsinə mahiyyəti üzrə baxılmaq əvəzinə subyektiv hüququn olmadığı sübut edilir. X1 verilmiş sənədlərdəki səhvlər bilavasitə müvafiq icra hakimiyyəti orqanının yerli qurumları tərəfindən edilmişdir. Beləliklə inzibati orqanlar tərəfindən yol verilmiş qanunsuz hərəkətlər nəticəsindəiddiaçınmpozulması ehtimal olunana subyektiv hüququnun mövcudluğu, Konstitusiyadan, ümumi (publik) hüquq qüvvəli aktlardan irəli gəlmişdir. İşin faktiki halları ilə məhkəmənin gəldiyi nəticə arasında heç bir əlaqə yoxdur. Belə ki, məhkəmə inzibati orqanlar (icra sturukturları) tərəfindən yol verilmiş aşkar qanunsuzluqların aradan qaldırılmasını təmin etmək əvəzinə iddiaçının subyektibv, yəni hazırkı iş üzrə şikayət vermə hüququnun olmadığı, habelə mövcud olmnayan vərəsəlik və mülkiyyət hüququnun əldə edilməsi qaydaların şərh etmişdir. Hazırkı işdə iş üçün əhəmiyyətli olan hallar ondan ibarətdir ki, vətəndaşa verilmiş rəsmi sənədlərdə məlumatlar arxivdə saxlanılan materiallara uyğun gəlmir. Yol vermiş bu qanunsuzluqlar vərətəndaşm mülkiyyət və vərəsəlik hüquqları pozmuşdur. Halbuki məhkmə bu hüquqların həyata keçirilməsi üçün iddia tələbini təmin etməli idi. Bakı İnzibati Məhkəməsinin sözü gedən qərardadında göstərilmiş nəticə işin hallarınaa uyğun deyildir. Belə kui, iddiaçı vəfat etmiş qardaşının daşınmaz əmlaka mülkiyyət hüququnun tanınmasına imkan verməyən qanun pozğunluqlarının aradan qaldırılması barədə müraciət etsə də məhkəmə əsasssız olaraq onun subyektiv hüququnun olmaması nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsinəyeni sübutlar təqdim edilməmişdir. İşdə olan sənədlər iddianın təmin olunmasına tam əsas verir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək qeyd etmişdir ki, mübahisəli sərəncamla torpaq sahəsinin ayrıldığı Nizami Əsədovun qardaşıdır. Qardaşının ondan və X7 başqa vərəsəsi yoxdur. Hesab edir ki, hazırkı iddianı qaldırılmasında subyektiv hüququ var. Ona görə də şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, iddiaçının hazırkı iddianı qaldıormaqda subyektiv hüququnun olmaduğunu vurğulamış və Mülki Məcəllənin 25.2-ci və 1321-ci maddələrinə istinadən aşağıdakılarla əsaslandırmağa çalışmışdır: «…İşdən müəyyən olunur ki, iddiaçı vəfat etmiş qardaşına daşınmaz əmlakın istifadəyə verilməsi haqqında cavabdehin sərəncamına istinad edərək həmin sənədin tanınması ilə bağlı məhkəməyə müraciət etmişdir ki, bu yolverilməzdir. Belə ki, iddiaçı mərhum qardaşının mirası ona keçən yeganə vərəsəsi olması faktını təsdiq edən vərəsəlik şəhadətnaməsinə malik deyil, Bakı şəhəri 8 saylı notariat ofisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə ünvanlanmış 29.03.2021-ci il tarixli 533 nömrəli məktubu isə vərəsəlik şəhadətnaməsi deyil, yaxud bu sənədi əvəz etmir…» Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan əsasla iddianı mümkün saymaması əsassızdır. Belə ki, birincisi, iddiaçının iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnaməsindən görünür ki, o, əsasən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayon XDS İK-nin 19.10.1998-ci il tarixli 1155 saylı sərəncamı ilə fərdi yaşayaş evinin tikintisi üçün Lökbatan qəsəbəsi 6-cı massiv sahə 28 ünvanda 600,0 kv.m torpaq sahəsinin verildiyi X3 qardaşıdır. İkincisi, məhkəmənin özünün də istinad etdiyi, Bakı şəhəri 8 saylı notariat ofisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə ünvanladığı 29.03.2021-ci il tarixli 533 nömrəli məktubundan da aydın görünür ki, mərhumdan qalan həmin əmlaka dair vərəsəlik işinin açılmasından imtina olunmamış, əksinə, iddiaçı vərəsə kimi tanınaraq 95/2020 saylı vərəsəlik işi açılmışdır. İddiaçının məhkəmə kollegiyasına verdiyi izahatından da göründüyü kimi, iddiaçının mübahisələndirilən əmlaka malik olan qardaşı X2 olmuş və digər vərəsələri mövcud deyil. İşdən isə görünür ki, iddiaçı hüquqlarının pozulduğunu Dövlət Arxivinin Bakı Filialının 9 iyul 2021-ci il tarixli məktublarında mübahisəli sərəncamda, onun hüquqlarını pozan düzəlişlər olunduğunu bildikdən sonra növbəti ay hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (Məktubların ona təqdim olunduğu tarix mövcud olmadığından İPM-in 38.1-ci maddəsi ilə müəyyən olunan iddia müddətinin buraxıldığı görünmür). Birinci instansiya məhkəməsi isə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, iddia ərizəsi formal baxımdan, İPM-in 35.1-ci maddəsinin tələbinə uyğun əsaslandırıldığı və İPM-in tələblərinə uyğun qaydada məhkəməyə verildiyi halda, ikinci vərəsəni də üçüncü şəxs qismində işə cəlb edib və iddianın dəqiqləşdirilməsində iddiaçıya yardım göstərib mahiyyəti üzrə işə baxmaq əvəzinə, əsassız olaraq iddiaçının vərəsəlik şəadətnaməsi ilə müəyyən edilən subyektiv hüququnun olmadığını əsas tutaraq, cavabdeh tərəfindən onun hüquqlarının pozulmadığını vurğulamaqla, formal əsaslara görə iddianı mümkün saymamışdır. Məhkəmə nəzərə almamışdır ki, İPM-in 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən əsasssız olaraq onun subyektiv hüququnun olmadığı nəticəsinə gələrək qanunsuz qərarda qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-9389/2021 saylı 21.09.2021-ci il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9389/2021 saylı 21.09.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin.. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar