Məhkəmə qərarları › İş №2-1(103)-2939/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2939/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2939/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X20) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qeydiyyata alınma”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 (sədrlik edən və məruzəçi), X24 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X14 və üçüncü şəxs X10 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3378/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər Nizami rayonu İcra Hakimiyyəti başçısının 15 nömrəli, 21 fevral 2011-ci il tarixli Sərəncamına əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14A nömrəli binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,85 kv.m olan 2 otaqlı 23 nömrəli mənzil 3 nəfər ailə tərkibi ilə (özü, 1984-cü il təvəllüdlü oğlu X20, 1988-ci il təvəllüdlü oğlu X21), 1960-cı il təvəllüdlü şəhid ailə X3 adına rəsmiləşdirilmişdir.

2. Suraxanı rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı 26 dekabr 2022-ci il tarixli, 3016- 71-1222 nğmrəli məktubuna əsasən bildirilmişdir ki, iddiaçının hal-hazırda yaşadığı ünvanında daşınmaz əmlakın dövlət reyestr xidməti tərəfindən verilmiş qeydiyyat vəsiqəsi yoxdur. Bu səbəbdən həmin ünvana qeydiyyata alınması mümkün deyildir. Odur ki, məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur.

3. Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə” ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən, X21, X32 ünvan 2 ünvanında qeydiyyatdadır.

4. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 132430 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür.

5. AZ 129307 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 14 fevral 1994-cü ildə ölmüşdür.

6. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 1/520 nömrəli məktubundan görünür ki, Suraxanı rayon MKTB-nin 103 saylı mənzil istismarı sahəsindən verilmiş xx.xx.2021-ci il tarixli 105 saylı arayışa əsasən Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14a saylı evin 23 saylı mənzili Suraxanı rayon MKTB-nin balansında olmaqla, Nizami RİHB-nın xx.xx.2011-ci il tarixli 15 saylı sərəncamına əsasən vətəndaş X5 adına rəsmiləşdirilmişdir.

7. Az-İİ 377061 nömrəli “nikah haqqında şəhadətnamə”dən görünür ki, X21 ilə X17 23 noyabr 2019-cu ildə nikahlarını bağlamışlar.Nikah bağladıqdan sonra arvada Əfəndiyeva soyadı verilmişdir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1318/2022 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X21 cavabdeh X15 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun və ailəsinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın, 2 otaqlı, 23 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sözügedən qətnamə ilə iddiaçı X12 xx.xx.2021-ci il təvəllüdlü X32 ilə birlikdə ünvan 6 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir.

9. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli, 202172/22-18-11 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-9860/2022 saylı icra sənədi xx.xx.2022-ci il tarixdə icra olunaraq icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Qeyd olunan məktubla məhkəməyə təqdim olunmuş Suraxanı rayon İcra şöbəsinin 15 noyabr 2022-ci il tarixli aktından görünür ki, X21 övladı X32 ilə birlikdə ünvan 6 ünvanına köçürülmüşlər.

10. ünvan 5 edilmiş xx.xx.2022-ci il tarixli Qərarına əsasən, iddiaçı xx.xx.1988-ci il təvəllüdlü X12 və onun azyaşlı uşağı xx.xx.2021-ci il təvəllüdlü X25 ünvan 6 ünvanına qeydiyyata alınmaları öhdəliyinin cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “iddiaçının şəhid ailəsi olmasını nəzərə alınmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A, 23 nömrəli mənzilə daimi pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 8 ünvanında hal-hazırda iddiaçı və qaynı X20 daimi qeydiyyatdadırlar. İddiaçının qaynatası X13 1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 21 fevral 2011-ci il tarixli, 15 nömrəli sərəncamı əsasında iddiaçının qaynanasının adına Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14A nömrəli binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,85 kv.m olan 2 otaqlı 23 nömrəli mənzil verilmişdir. X7 30 oktyabr 2020-ci ildə vəfat etmişdir. Həmin müddətə qədər və halhazırda da sərəncamla verilən mənzil üçün daimi əsaslarla sosial kirayə müqaviləsi bağlanmamış, sərəncam yenilənməmişdir, baxmayaraq ki, mənzil iddiaçının yoldaşı və qaynına aiddir. Bütün məsələlərlə bağlı Nizami rayon Məhkəməsi 04 may 2021-ci il tarixli, 2(007)-1505/2021 nömrəli qətnamə, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022 –ci il tarixli, 2- (010)- 1318/2022 nimrəli , Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 9860/2022 nömrəli saylı qərarlarında öz əksini tapır. İddiaçının əri və azyaşlı oğlunun iddia ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9860/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və onlar mübahisəli mənzilə qeydiyyata alınmışlar. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3378/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının qeydiyyata düşmək istədiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A ünvanında yerləşən 23 saylı mənzildən istifadə hüququ vardır. Belə ki, iddiaçının əri və azyaşlı övladı Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən mübahisəli ünvana köçürülmüşdür. Bundan əlavə ünvan 5 edilmiş xx.xx.2022-ci il tarixli Qərarına əsasən iddiaçının əri və azyaşlı uşağı ünvan 6 ünvanına qeydiyyata alınmışlar. Hazırki vəziyyətdə iddiaçı özünün həmin ünvana qeydiyyata alınma tələbini irəli sürməkdə haqlıdır və cavabdeh inzibati orqanın imtinası yuxarıda göstərilən qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Belə ki, iddiaçı qeydiyyatda olan şəxsin ailə üzvü olması, onunla birlikdə yaşaması onun həmin evdə yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsasdır.

15. Üçüncü şəxs apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nizami rayon İcraHakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 15 saylı yaşayış yeri üzrə mənzil növbəsində dayanan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ayrılmış mənzllərin onlarin adına rəsmiləşdirilməsi haqqında Sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14a nömrəli binanın 8-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 41,29 kvm olan 2otaqlı mənzilin –3 nəfərailə tərkibi ilə (özü-anam, 1960-cı il təvəllüdlü X8, mən-, 1984-cü il təvəllüdlü X20 və qardaşım, 1988-ci il təvəllüdlü oğlu Əfəndiyev RəşadRafiq oğlu) 1960-cı il təvəllüdlü, şəhid ailəsi X4 adına rəsmiləşdirilməsi qərara alınmışdır. X1 xx.xx.2020-ci ildə vəfat etmişdir. X1 sağ olanda Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Əzimzadə küçəsi, ev 23, mənzil 405-i qardaşım X16 vəailəsinə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev14a nömrəli binanın 8-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 41,29 kvm olan 2 otaqlı mənzili isə mənə və ailəmə vermiş və bu barədə hər iki ailə arasında qarşılıqlı razılıq əldə edilmişdir. Mən xx.xx.2020-ci ildə Bakı şəhər 35 saylı Hotariat Ofisində aşağıdakı məzmunda razılıq bildirmişəm:“Bildirirəm ki, X6 məxsus olan qeydiyyat daolduğum Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi 23 saylı evin 405 nömrəli xüsusi mənzilini X16 bağışlanmasına heç bir etirazım yoxdur”. Lakin anam vəfat edəndən sonra qardaşım Əfəndiyev RəşadRafiq oğlu və iddiaçı ailədə olan qarşılıqlı razılığın olmasına baxmayaraq Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Əzimzadə küçəsi, ev23, mənzil 405-i şəxsi mülkiyyət hüququ əldə edəndən sonra Bakı şəhəri,Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14a nömrəli binanın 8-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 41,29 kvm olan 2otaqlı mənzili də ələ keçirmək istəyirlər.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.

d) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

- 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. - 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür . -5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılmamışdır.

27. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

28. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

29. Əvvəla qeyd edilməlidir ki, iddiaçının hüquqi marağı ünvan 6 ünvanında yerləşən mənzilə qeydiyyata alınmasıdır, yəni yaşayış yeri üzrə qeydiyyat ünvanının dəyişdirilməsidir.

30. İddiaçı məxsus (elektron məhkəmə sistemindən çıxarışdan) AA ******* nömrəli (FİN xxxxxxx) şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan ünvan 11d edilmişdir. Yəni iddiaçı hazırda qeydiyyatsızlıq halında deyildir və qeydiyyata düşmək istədiyi daşınmaz əmlaka dair «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər mövcud deyildir və hazırda qeydiyyatda olduğu ünvanda yaşayır.

31. İddiaçı iddia ərizəsində qeyd etdiyi ünvana, yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb etsə də, həmin ünvanda yerləşən yaşayış sahəsinə dair «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan sənədləri təqdim edə bilmədiyindən, sözügedən normanın şərtləri onun tərəfindən yerinə yetirilmədiyindən iddia tələbi təmin edilə bilməz.

32. Belə ki, qanunun qeyd olunan maddəsinin imperativ tələbindən aydın görünür ki, istər yaşayış yeri üzrə qeydiyyatı olmayan, istərsə də, yaşayış yerini dəyişdirən vətəndaş tərəfindən qeydiyyata düşmək istədiyi müvafiq yaşayış sahəsinə dair: order, icarə və ya kirayə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.

33. Lakin işin mübahisələndirilməyən hallarından isə göründüyü kimi, iddiaçı məhkəməyə mübahisəli mənzilə dair qanunda sadlanan sənədlərdən hər hansı biri - o cümlədən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd (köçürülmə, istifadə və s.) mövcud deyildir.

34. Bundan əlavə işin apellyasiya araşdırması zamanı Suraxanı Rayon Məhkəməsinə göndərilmiş sorğu əsasında əldə edilən məlumata əsasən müəyyən edilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-866/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X15 qarşı "mənzilə köçürülmə" tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.

35. Həmçinin kollegiya qeyd edir ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının verdiyi izahatında da müəyyən olunur ki, iddiaçı X22 qeydiyyata düşmək istədiyi ünvan 6 ünvanında yaşamır. İddiaçının ailə üzvləri ünvan 6 ünvanında yerləşən mənzilə məhkəmə qətnaməsi ilə qeydiyyata alınmış və köçürülmüşdür. Lakin bu hal da iddiaçının həmin mənzilə qeydiyyata alınması ilə bağlı hüquqi əsas yaratmır.

36. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə, şəxsin həmin yaşayış yerinə qeydiyyata alınma hüququ yaranmış olur.

37. İddiaçı hazırda başqa ünvanda yaşayış yeri üzrə qeydiyyatda olduğundan və qeydiyytada olduğu ünvanda yaşadığından, həmin ünvandan qeydiyyatdan çıxarılmadığı müəyyən edildiyindən və faktiki yaşayış yeri üzrə qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədləri olmadığından üçüncü şəxsin verdiyi apellyasiya şikayəti əsaslıdır.

38. İş materiallarına əsasən iddiaçı tərəfindən cavabdeh orqana yaşadığı ünvana dair qeyd olunan hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim olunmamışdır. Yəni, mübahisəli ünvanda yerləşən mənzilə istifadə, icarə və mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquq müəyyənedici sənəd mövcud olmadığından iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının, mülkiyyətçi hüququnu qoruyan normalarına istinad olunan dəlilləri ilə razılaşmaq mümkün deyil.

39. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A, 23 nömrəli mənzilə istifadə hüquqlarının müəyyən olunması barədə müvafiq məhkəmədə iddia qaldırması hazırkı icraat üzrə işin dayandırılmasına əsas ola bilməz. Belə ki, iddiaçının müvafiq tələbi üzrə iddiası təmin olunduqda isə yeni əsas üzrə cavabdeh inzibati orqana müraciət etmək və imtina verildikdə isə həmin əsas üzrə məhkəmədə iddia qaldırmaq hüququ istisna olunmur.

40. Qeyd olunanlar onu deməyə əsas verir ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə, şəxsin həmin yaşayış yerinə qeydiyyata alınma hüququ yaranmış olur.

41. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3378/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3378/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar