Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-294/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 (xx.xx.1964-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Cavabdehnə qarşı “qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 16 iyul 2020-ci il tarixli, 2-1(112)-3151/2020 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 07.02.2020-ci il tarixində cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 17 küçəsi 1- ci dalan 14 saylı ev ünvanına pasport qeydiyyatına alınma vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 1989-cu ildən ünvan 17 küçəsi, 1-ci dalan, 14 saylı həyət evində yaşayır. Həyat yoldaşı İddiaçı2, qızı İddiaçı3 və oğlu Bayramlı Üzeyir də onunla birlikdə həmin ünvanda yaşayırlar. Lakin oğlu Bayramlı Üzeyir həmin ünvanda pasport qeydiyyatındadır. Yaşadığı həyət evi Nərimanov rayonu ərazisində yerləşir, evin ev kitabı var, lakin rəsmi olaraq dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə çıxarışı yoxdur. Hazırda pasport qeydiyyatında olduğu Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 44-cü ev 32-ci mənzil satıldığı üçün faktiki yaşadığı ünvan 17 küçəsi, 1-ci dalan 14 saylı ünvana pasport qeydiyyatına düşmək məcburiyyətindədirlər. Bununla əlaqədar pasport qeydiyyatına alınmaları üçün Cavabdehnə müraciət etmişlər, lakin müraciətlərinin təmin edilməsindən imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 16 iyul 2020-ci il tarixli, 2-1(112)-3151/2020 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilməmişdir. İddiaçılar 02.11.2020-ci il tarixdə qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq, sədrlik edənin sualına cavab olaraq digər iddiaçıların məhkəmə iclası barədə məlumatları olduğunu, lakin üzrlü səbəbdən iştirak edə bilmədiklərini bildirdi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Cavabdeh məhkəməyə məktub ünvanlayaraq apellyasiya şikayətinə baxılması üzrə məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərin bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçıların apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilir ki, iddiaçılar hazırkı iddia tələbi ilə ünvan 17 küçəsi, 1-ci dalan, ev 14 ünvana qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etmiş və eyni tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmişlər. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaçıların müraciətinin təmin edilməsindən imtina edərək bildirmişdir: “Sizlərin ünvan 7 ünvanına pasport qeydiyyatına alınmanız üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığınız evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış,icarə-kirayə müqaviləsi,yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim etməlisiniz. Əks təqdirdə qeydiyyata alınma tərəfimizdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir.” İşin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Cavabdehnə sorğu ünvanlanaraq işin obyektiv və hərtərəfli araşdırılması üçün iddiaçının oğlu X3 iş materiallarında olan 26.02.2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X6 2016-cı il tarixdən ünvan 17 küçəsi, dalan 1, ev 14 ünvanında qeydiyyatdadır, X3 2016-cı il tarixinədək və 2016-cı il tarixindən həmin ünvanda qeydiyyatda olub-olmaması, hansı sənədlər əsasında qeydiyyatda olması barədə məlumatları, eyni zamanda iddiaçının qardaşı X1 iş materiallarında olan 08.10.2005-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X4 2005-ci il tarixdən ünvan 10 ünvanında qeydiyyatdadır, X1 2005-ci il tarixinədək həmin ünvanda qeydiyyatda olub-olmaması, hansı sənədlər əsasında qeydiyyatda olması, eyni zamanda hal hazırda ünvan 17 küçəsi, dalan 1, ev 14 ünvanında kimlərin qeydiyyatda olması və qeydiyyatda olmalarının əsasları barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 30.04.2021-ci il tarixli, 078-11290-1221 №-li cavab məktubunda vətəndaş X3 ünvan 12 ünvanına 26.02.2016-cı il tarixdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən pasport qeydiyyatına alındığı, vətəndaş X1 qeyd olunan ünvanda bu günədək pasport qeydiyyatında olmadığı qeyd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün müddətində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30.06.2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarında olan Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 30 saylı Mənzil Kommunal İstismar Sahəsinin 03.02.2020-ci il tarixli, 30/0140 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı1 1989-cu ildən, İddiaçı2 1991-ci ildən, İddiaçı3 – anadan olan gündən ünvan 13 ünvanında qeydiyyatsız yaşayırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasportun notarial qaydada təsdiq edilmiş (18.05.2020-ci il tarixində Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmişdir) surətinə əsasən 1968-ci il tarixində tikilmiş ünvan 14 ünvanında yerləşən evin sahibi X2r. Eyni zamanda iş materiallarına əlavə edilmiş X4 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona məxsus ünvan 15 ünvanında yerləşən 14 saylı mənzilinə İddiaçı3, İddiaçı1 və İddiaçı2 pasport qeydiyyatına düşmələrinə etiraz etmədiyini, razı olduğunu bildirmişdir. (Bakı şəhəri 50 saylı notariat ofisi, reyestrdə 8-İ3136 № ilə qeyd edilib) Həmçinin, AZE № 15787380 seriyalı şəxsiyyət vəsiqəsinin surətinə əsasən X6 ünvan 16 ünvanında qeydiyyatdadır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasında qeyd etdiyi yaşadıqları evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış,icarə-kirayə müqaviləsi,yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim etməmələri səbəbindən müraciətin təmin edilməməsini əsassız hesab edərək qeyd edir ki, iş materiallarından göründüyü kimi X6 qeyd edilən ünvanda pasport qeydiyyatındadır. Həmçinin iş materiallarında olan ünvan 16 ünvanında qeydiyyatda olan X6 atası İddiaçı1, anası İddiaçı2 və bacısı İddiaçı3 ora qeydiyyata alınmalarına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin imtinasının əsası olan evin müvafiq sənədinin (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim edilməməsinə münasibətdə qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, qeyd edilən yaşayış sahəsinin texniki pasportu mövcud olmuş, pasportda qeyd edilmiş X4 ilk öncə X5 həmin evə qeydiyyata aldırmışdır. Hazırda həmin evdə qeydiyyatda olan şəxs iddiaçıların qeyd edilən yaşayış sahəsinə qeydiyyata düşmələrinə etiraz etmir. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan müvafiq evdə pasport qeydiyyatında olmayan X3 həmin evə qeydiyyata alınmasını həyata keçirsə də, eyni hallara hazırkı iş üzrə əsassız olaraq iddiaçılara imtina cavabı vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi bu halları nəzərə almamış və iddianı təmin etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 16 iyul 2020-ci il tarixli, 2-1(112)-3151/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 17 küçəsi 1- ci dalan, 14 saylı ev ünvanına pasport qeydiyyatına alınmaları vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-294/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-294/2021
11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver