Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-294/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı və üçüncü şəxsin qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxs X4) qarşı “üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair» inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2725/2021 saylı 07.07.2021-ci il tarixli qərarından üçüncü şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddianın əsasları aşağıdakılardan ibarətdir: “İddiaçı keçmiş əri Qanuni nümayəndəla 14.10.2005-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahdan 14.11.2007-ci il təvəllüdlü X4 (üçüncü şəxs) və 22.02.2015-ci il təvəllüdlü X5 adında 2 oğlu dünyaya gəlmişdir. Binəqədi rayon məhkəməsinin 2(001)-3739/2019 saylı iş üzrə 18.07.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahda olduğu zaman iddiaçı 08.12.2006-cı il tarixində Bakı şəhəri Biləcəri Bələdiyyəsindən 200,0 kv.metr torpaq sahəsini “torpaqların alqı-satqısına dair” akt əsasında almış, bununla bağlı Bakı Şəhəri Biləcəri Bələdiyyəsinin 1035 saylı qərarı, torpaq sahəsinin plan-cizgisi və fərdi yaşayış evin tikintisi üçün 200,0 kv.metr torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı arayışı da vardır. Daha sonra, iddiaçı həmin torpaq sahəsində yaşayış evi tikmək məqsədi ilə özünün və atasının şəxsi vəsaiti kifayət etmədiyinə görə çatışmayan məbləği qonşusu X2 60.000 (altmış min) manat məbləğində pul vəsaitini borc kimi almış, evin tikintisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında "xxxx" MMC tərəfindən layihələndirilmişdir. Daha sonra, yəni 15.05.2020-ci il tarixində Malik İbrahimovla aralarındakı yazılı müqavilə əsasında həmin evin tikintisi üçün aldığı pulu iddiaçı və atasının hesabına tam ödəyib bitirmişdir. Hal-hazırda həmin evin yeganə sahibidir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 18.07.2019-cu il tarixli qətnaməsi ilə nikahı pozulmuş, birgə nikahdan olan böyük oğlu Qanuni nümayəndə himayəsində, kiçik oğlu isə iddiaçının himayəsində saxlanılmışdır. Bundan sonra keçmiş əri və onun himayəsinə verilmiş böyük oğlu artıq 2 ilə yaxındır ki, həmin ünvanda deyil fərqli ünvanda ayrı şəkildə yaşayır. Hal-hazırda iddiaçı və keçmiş əri, uşağın atası Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X7 küçəsi 1, inzibati bina ünvanında (rayon polis idarəsində) qeydiyyatdadırlar. Keçmiş həyat yoldaşının himayəsinə verilmiş böyük oğlu 14.11.2007-ci il təvəllüdlü X4 isə iddiaçının indiki evi ünvan 1 ünvanında yaşamasa da qeydiyyatdadır. Halbuki, həmin ev Qanuni nümayəndə mülkiyyətində və ya sahibliyində deyil. Bununla bağlı məsələ Binəqədi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik komissiyasının 14.06.2019-cu il tarixli “Həyat şəraitinin müayinə” aktında öz əksini tapmışdır və orada “göstərilən ev iddiaçı Qanuni nümayəndə tanışına məxsusdur, tərəflər hazırda orada müvəqqəti yaşayır” kimi qeyd edilmişdir. Həmçinin həmin komissiyanın 24.06.2019-cu il tarixdə verdiyi rəydə qeyd olunur ki, Qanuni nümayəndə nikahın pozulmasından sonra ya kirayədə, ya da qardaşına məxsus evdə yaşayacaq. Ona görə də iddiaçı onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət etsə də, imtina olunaraq bildirilmişdir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir...” Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2725/2021 saylı 07.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanından üçüncü şəxs X3 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan üçüncü şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, onu qəbul etmiş hakim barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən Biləcəri bələdiyyəsinin 08.12.2006-cı il arixli qərarı ilə saxtadır. İddiaçı bilə-bilə saxta sənədlərdən istifadə edərək azyaşlı Rəsulun qeydiyyatdan çıxması ilə bağlı iddia qaldırıb. Onun qeyd olunan sənədlər əsasında iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə bu hallar, habelə, yaşayış sahəsi ilə bağlı iki məhkəmə mübahisəsinin olması araşdırılmayıb. Məhkəmə həmin yaşayış sahəsinə üçüncü şəxsin yaşayış sahəsinə köçdüyü gündən istifadə hüququnun olubolmamasını araşıdırmayıb. Məhkəmə 14 yaşlı üçüncü şəxsin iştirakını təmin etmədən sürətlə iddia tələbinə baxıb qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən üçüncü şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı N.X1 qərarının saxta olduğunu bilmədiyini, məsələni aydınlaşdıracağını və lazım gəldikdə bələdiyyəyə qarşı iddia qaldıracağını eyni zamanda, həmin torpaq sahəsində yerləşən evlə bağlı hal-hazırda üçüncü şəxslə aralarında mülki qaydada məhkəmə mübahisəsi gedir və hal-hazırda həmin mübahisəyə Ali Məhkəmədə baxımaqda olduğunu qeyd edərək, hər bir halda, üçüncü şəxsin qanuni nümayəndəsinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirmişdir. İş üzrə cavabdeh Binəqədi rayon Polis İdarəsi məhkəməyə ünvanladığı 29.10.2021ci il tarixli məktubu ilə işə onun iştirakı olmadan baxılaraq qərar çıxarılmasını xahiş etmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kolegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İİ. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Birincisi, iddiaçı mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Bakı şəhəri Biləcəri bələdiyyəsinin 1035 saylı 08 dekabr 2006-cı il tarixli qərarına əsasən onun istifadəsinə ayrıldığını bildirsə də, hazırkı mərhələdə məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 12.11.2021-ci il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş Bakı şəhəri Bilcəri Bələdiyyəsinin 1035 saylı 08 dekabr 2006-cı il tarixli qərarına əsaəsən məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, Biləcəri Bələdiyyəsinin həmin qərarı ilə torpaq sahəsi İddiaçı deyil, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 19 mənzil 12 ünvanında yaşayan “Həsənov Kamal oğlu” adında şəxsə ayrılmışdır. İkincisi, mübahisəli torpaq sahəsində yerləşən evin İddiaçı adına qanuni əsaslarla rəsmiləşdirilməsinə və ən azından, onun həmin evə pasport qeydiyyatını təsdiq edən hüquqmüəyyənedici sənəd (çıxarış, qeydiyyat sənədi və s.) mövcud deyil. Üçüncü bir tərəfdən, üçüncü şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə apellyaşiya şikayətinin dəlilllərindən göründüyü kimi, onun tərəfindən mübahisəli - Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 5, ev 25 ünvanında qeydiyatda olan “X4”nun həmin evə köçürüldüyü və yaşayış hüququnun mövcud olduğu mübahisələndirilir. İddiaçı və onun keçmiş əri (üçüncü şəxsin qanuni nümayəndəsi) Qanuni nümayəndə məhkəməyə verdiyi izahatlarına əsasən də müəyyən olunur ki, onlar arasında hal-hazırda həmin yaşayış evi ilə bağlı aralarında mülki icraat qaydasında məhkəmə mübahisəsi mövcuddur (Ali Məhkəmədə baxılır) və bununla bağlı yekun məhkəmə aktı mövcud deyil. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının işin hazırkı durumunda, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 5, ev 25-ə və həmin ünvanda qeydiyatda olan üçüncü şəxs X3 qeydiyyatdan çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malik olması müəyyən edilmir. Belə olan halda isə İddiaçı tərəfindən verilən üçüncü şəxsin həmin evdən qeydiyyatdan çıxarılması barədə öhdəliyin icrası haqqında iddia tələbi, əsaslandırılmış iddia tələbi kimi qiymətləndirilə və onun inzibati məhkəmə icraatının mümkün sayıla bilməzdi. Çünki, İPM-in 35.1-ci maddəsinin tələbindən aydın görünür ki, iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırdığı hallarda öhdəliklərin icrası haqqında iddia mümkün sayılır. Əks halda, məhkəmə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Birinci instansiya məhkəməsi tərəfindən isə iş üzrə hərtərəfli araşıdırma aparılmamış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin mötəbərliyi və onlarla müəyyən edilən halların həqiqiliyi yoxlanılmamış, digər tərəfdən onun həmin evlə bağlı üçüncü şəxs və keçmiş əri ilə aralarında mülki mübahisənin mövcudluğu nəzərə alınmamış, iddiaçının mübahsəli evə və həmin evdə qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı subyektiv hüquqa malik olduğunu müəyyən edilmədiyi halda, onun iddia tələbinə mahiyyəti üzrə baxaraq təmin edilməsi barədə yanlış nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə kollegiyası, üçüncü şəxsin qanuni nümayəndəsinin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu vurğulayan və ləğvini tələb edən dəlilləri hissəsində, qismən razılaşır. Onun şikayətinin xüsusi qərardad çıxarılması ilə bağlı dəlillərinə gəldikdə, məsələnin mübahisənin mahiyyətinə aid olmadığı və sırf məhkəmənin səlahiyyətinə aid bir məsələ olduğu iddiaçının diqqətinə çatdırıılr. Odur ki, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, üçüncü şəxsin qanuni nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2725/2021 saylı 07.07.2021ci il tarixli qərarı ləğv edilməli və iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2725/2021 saylı 07.07.2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş iddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-294/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-294/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver