Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-294/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2103/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ikinci dərəcə əlilliyin təyin edilməsi və 19 aprel 2023-cü il tarixdən dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2023-cü il tarixdən əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İkinci Qarabağ müharibəsində iştirak etmişdir və müharibə veteranıdır. xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək DİN Daxili Qoşunlarında hərbi xidmətdə olmuşdur. Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı mərmi partlaması nəticəsində yaralanmışdır xx.xx.1993-cü il tarixdən xx.xx.1993cü il tarixədək Gəncə şəhəri Ruhi-əsəb Dspanserində stasionar müalicə olunmuşdur, xəstəlik diaqnozu - “keçirilmiş kəllə-beyin travması (kontuziyası) nəticəsində astenonevrotik sindirom” qoyulmuş, “Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. 2006-cı il tarixdən 2018-ci ilədək İİ qrup əlillik Hərbi xidmətdə dövründə və 2018-ci il tarixdən 19 aprel 2023-cü il tarixədək ikinci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar pensiya almışdır. Lakin 19 aprel 2023-cü il tarixdən ona verilən pensiya əsassız olaraq dayandırılmışdır. 26 iyul 2023-cü il tarixdə əyani baxış zamanı 26 nömrəli Poliklinikanın göndərişi əsasında alınmış rəyləri komissiya üzvlərinə təqdim etmişdir. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 müraciət etmiş və Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 198 nömrəli rəyinə əsasən o “Baş-beynin üzrə xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış QKBT) nəticəsində ağıl zəyifliyi (demensya) Anamnezində qıcolma tutmaları FO 2.8 MMSE-20” diaqnozu qoyulmuşdur. Həmin xəstəxananın xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafıyasının nəticə hissəsində qeyd edilmişdir ki, “Diffuz rezidual-orqanik tiplidəyişikliklər fonunda mərkəz və gichah paylarının proksizmi qeyd olunmuşdur”. Həkim psixiatorun verdiyi rəydə qeyd edilmişdir ki, onun kənar şəxslərin köməyinə etiyacı vardır. FONUS tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli həkim rəyindən də göründüyü kimi “iki tərəfli orta ağır (İİİ-İV) dərəcəli sensonevral tip eşitmə azlığı” diaqnozu qoyulmuşdur. AVİS Eşimə mərkəzinin Audiometriya Formunda mənə sağ qulaqda orta dərəcəli, sol qulaqda ağır dərəcəli sensonevral tip eşitmə zəyifliyi qeyd olunmuşdur. Akademik M.Ə.Miqasımov adma Respublika Klinik Xəstəxanası Publik Hüquqi şəxsi ona ağır eşitmə İİİ-İV dərəcəli diaqnozu qoyulmuşdur. Akademik M.Ə.Miqasımov adına Respublika Klinik Xəstəxanası X12 821 nömrəli xx.xx.2023-cü il tarixli Nevrologiya komissiyasının rəyinə əsasən keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət Postravmatik ensefalopatiya qıcolma sindromu ilə diaqnozu qoyulmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən xx.xx.2023-cü il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatında imtina etdiyini bildirmişdir. Cavabdeh inzibati orqanın etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı X16nin xx.xx.2023-cü il tarixli göndərişi əsasında əlavə əyani müayinə edilərək baxılmış “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə imtina qərarı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarf’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2103/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati iş materiallarından görünür ki, iddiaçının sonuncu müayinə tarixi xx.xx.2023-cü ildə olmuş, barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Hazirki iş üzrə cavabdeh tərəfindən belə bir aktın iddiaçıya təqdim edilməsi aydın görünmür. İnzibati orqan da imtina qərarının iddiaçıya təqdim edilməsinə dair sübutlar təqdim etməmişdir. Bununla belə iddiaçının hazırki iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmə dəftərxanasına daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş imtina qərarının iddiaçıya təqdim edilməsinə və ya bu barədə yazılı məlumatın verilməsinə dair sübutların olmaması iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsinə dair müddətin ötürülməmiş hesab edilməsinə əsas verir. Həmçinin, məhkəmə kollegiyası diqqətə çatdırır ki, “İnzibati İcraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi-Həkim Kommisiyasının xx.xx.2018-ci il tarixli, 21 nömrəli qərarından görünür ki, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək DİN Daxili Qoşunlarda hərbi xidmətdə olmuş vətəndaş İddiaçı Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı mərmi partlaması nəticəsində xx.xx.1993- cü il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə şəhər Ruhi-əsəb dispanserində stasionar müalicə olunduğu xəstəlik-diaqnoz: “Keçirilmiş kəlləbeyin travması (kontuziyası) nəticəsində asteno-nevrotik sindrom”. (DİN DQ Komandanının xx.xx.2018-ci il tarixli R/1598 nömrəli göndərişi, SHXÇDX-nin Bakı şəhər Xəzər rayon İdarəsindən xx.xx.2018- ci il tarixli 241 nömrəli məktubu, göndərişi və 37 nömrəli arayışı, Gəncə şəhər Ruhi-əsəb dispanserindən xx.xx.2017-ci il tarixli tibbi kartadan çıxarış, DQBİ Arxivindən xx.xx.2018- ci il tarixli 155 nömrəli arxiv arayışı ilə təsdiq edilir). “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. İşdən görünür ki, xx.xx.2006-cı il tarixdə iddiaçıya “mədə və 12 b.b kəskinləşən qan axma ilə xora xəstəliyi” diaqnozu üzrə 1 il müddətinə “Azərbaycan Respublikasının ərazi butovıuyunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2007-ci il tarixdə, xx.xx.2008-ci il tarixdə, xx.xx.2009-cu il tarixdə, xx.xx.2010cü il tarixdə, xx.xx.2012-ci il tarixdə, xx.xx.2013-cü il tarixdə eyni əsasla iddiaçıya təkrar hər dəfə 1 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. İşdən görünür ki, xx.xx.2014-cü ildə iddiaçıya “b/bağ.xroniki xora xəs-yi, tez-tez kəskinləşmələrlə ağrı sindromu və qanaxma əlamətləri ilə. xr.qastrit.12/b.b soğanağının çapıq deformasiyasi. həzm funksiyasının pozulması. xr.hepotoxolesistit” diaqnozu ilə 1 il müddəti “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2015-ci ildə iddiaçıya “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə “b/bağ.xroniki xora xəs-yi, tez-tez kəskinləşmələrlə ağrı sindromu və qanaxma əlamətləri ilə. xr.qastrit.12/b.b soğanağının çapıq deformasiyasi. həzm funksiyasının pozulması. xr.hepotoxolesistit” diaqnozu əsasında 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçıya “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının kontuziyasının (1993) davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya İİ mərhələ. Kəllə-daxili hipertenziya ilə müşayiət olunan teztez baş verən generalizə olunmuş qıcolma tutmaları (ayda 6-7 dəfə). Digər neqativ pozuntular. Kəskin ifadəli asteno-nevrotık sindrom, vestıbulyar funksiyaların pozğunluqları, vestıbulovegetatıv krızlər. Dəqiqləşdirilməmiş ensefalopatiya. Xoşxassəli kəllədaxili hipertenziya. Mədə xorası, 12 barmaq bağırsağının xroniki xorasının çapıq deformasiyası. Xroniki səthi qastrit. Xroniki qastrit.” diaqnozu ilə “Azərbaycan Respublikasının ərazi butovıuyunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə ikinci dərəcə (epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9)) əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. İşdən görünür ki, Bakı X16 tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçı barəsində göndəriş verilmiş, göndərişdə əsas diaqnoz T90.5 - Kəllədaxili travmaların nəticələri, Qapalı Kəllə beyin Travmasının qalıq əlamətləri (İ Qarabağ Müharibəsi), ağırlaşmalar F02.8*- Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Baş beyinin üzvi xəstəliyi (İ Qarabağ Müharibəsi zamanı alınmış qapalı Kəllə beyin travması) Nəticəsində ağıl zəifliyi ( demensiya) MMSE-20, G93.8- Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Postravmatik ensofalopatiya təkrarlar vestobolik vegetativ prizlər, R56- Başqa rubrikalarda təsnif olunmayan qıcolmalar, ayda (5-6 dəfə), H93.3- Eşitmə sinirinin xəstəlikləri, İki tərəfli koxliyar nevrit, H90.3 - Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli orta ağır (lll-İV) dərəcəli sensonevral tip eşitmə azlığı göstərilmişdir. İşdən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbisosial ekspert komissiyasının 3-17-4/3-3-16854/2023 saylı 08 avqust 2023-cü il tarixli qərarından görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyası xx.xx.2023-cü il tarixində 29 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: “20. Bakı şəhər sakini xx.xx.1964-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 21 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Keçirilmiş kəllə-beyin travması (kontuziyası) nəticəsində asteno-nevrotik sindrom” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı üzün sol nahiyəsinin qıcolmasından, keyiməsindən, hissiyyatının olmamasından şikayətlənmiş, şəkərli diabet və mədə xorası xəstəliyindən əziyyət çəkdiyini, sol qulağında öncə küy olduğunu, sonradan isə eşitməsinin zəiflədiyini, 4 ildir ki, əsmələr, çənədə diskineziyaları olduğunu anamnestik məlumatlarında bildirmişdir. Medikamentoz preparatardan “Fillepsal”, “Essensial”, “Anzibel” qəbul etdiyini söyləmişdir. Müayinə zamanı əlillik təyinatına əsas verəcək nevroloji defisit və ruhi xəstəlik əlamətləri izlənilməmişdir. X11 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 3010 nömrəli Çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Postravmatik ensefalopatiya, tez- tez təkrarlanan qıcolma tutmaları ilə. Hipertoniya xəstəliyi İİİ mərhələ. Şəkərli diabet 2ci tip. Sağ qulaqda orta dərəcəli, sol qulaqda ağır dərəcəli sensonevral tip ağıreşitmə. Asteno-nevrotik sindrom” kimi qeyd olunsa da, əlillik təyinatına əsas verməmişdir. X13 xx.xx.2023-cü il tarixli BERA testinin nəticəsi “İkitərəfli orta ağır (lll-İV) dərəcəli sensonevral tip eşitmə azlığı" kimi qeyd olunmuşdur. 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli 1981 nömrəli Tibbi Rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış QKBT) nəticəsində ağıl zəifliyi (demensiya). Anamnezində qıcolma tutmaları" kimi qeyd olunsa da, hal-hazırda klinik olaraq öz təsdiqini tapmamışdır. 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda mərkəz və gicgah paylarının paroksizmi qeyd olunur” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA xx.xx.2023-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Hər iki qulaqda İ dərəcəli ağır eşitmə (sağda 30 dB, sol gulagda 40 dB)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının bu müraciətinə yenidən baxılması üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabehə 30 (otuz) gün müddət təyin edilmişdir. Həmin qərardadın icrası ilə bağlı Komissiya tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-19652/2023 nömrəli qərarından görünür ki, “İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 21 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Keçirilmiş kəllə-beyin travması (kontuziyası) nəticəsində asteno-nevrotik sindrom" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı üzün sol nahiyəsinin qıcolmasından, keyiməsindən, hissiyyatının olmamasından şikayətlənmiş, şəkərli diabet və mədə xorası xəstəliyindən əziyyət çəkdiyini, sol qulağında öncə küy olduğunu, sonradan isə eşitməsinin zəiflədiyini, 4 ildir ki, əsmələr, çənədə diskineziyaları olduğunu anamnestik məlumatlarında bildirmişdir. Medikamentoz preparatardan “Fillepsal", "Essensial", “Anzibel” qəbul etdiyini söyləmişdir. Müayinə zamanı əlillik təyinatına əsas verəcək nevroloji defisit və ruhi xəstəlik əlamətləri izlənilməmişdir'’ kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. X13 xx.xx.2023-cü il tarixli BERA testinin nəticəsi “İkitərəfli orta ağır (lll-İV) dərəcəli sensonevral tip eşitmə azlığı” kimi qeyd olunsa da, təqdim etdiyi xx.xx.2022-ci il tarixli Audiometriya müayinəsinin nəticəsində “Sağ qulaqda orta dərəcəli (İİ), sol qulaqda ağır dərəcəli (ili) sensonevral tip eşitmə zəifliyi” kimi qeyd edilmişdir. 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli 1/2294 nömrəli Tibbi rəyində diaqnoz "Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış QKTB) nəticəsi ağıl zəifliyi (demensiya). Anamnezində qıcolma tutmaları" kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi "Diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda mərkəz və gicgah paylarının paroksizmi qeyd olunur” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X11 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 6928 nömrəli Çıxarışında diaqnoz "Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri (İ Qarabaq müharibəsi zamanı). Postravmatik ensefalopatiya, qıcolma tutmaları ilə. Baş beynin üzvi xəstəliyi nəticəsində demensiya. Sağ bazu oynağının postravmatik kontrakturası. İkitərəfli sensonevral ağıreşitmə" kimi qeyd olunmuş, hiperdiaqnostikaya yol verilmiş, obyektiv müayinədə öz təsdiqini tapmamışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarından, sol qulağında eşitmə zəifliyindən şikayətlənmiş, sol qulağında eşitmə cihazı müşahidə edilmişdir. Anamnezində təxminən 7 ildir ki, özünü xəstə hesab etdiyini bildirmiş, 2006-cı ilə qədər xidmətdə olduğunu söyləmişdir. Təqdim edilmiş sənədlərdə qeyd edilmiş diaqnozlar nə anamnestik, nə də klinik olaraq öz təsdiqini tapmamış, nevroloji defısit aşkar edilməmiş, koqnitiv funksiyaları saxlanılmışdır. Həmçinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xx.xx.2006-cı il tarixli 3 nömrəli Tibbi şəhadətləndirmə barədə Arayışında "12 barmaq bağırsağın soğanağının xroniki xorası, kəskinləşmə mərhələsi. Soğanağın deformasiyası və daralması, xoradan qanaxma əlamətləri’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlik hərbi xidmət dövründə alınmışdır” kimi qeyd olunmuşdur. Bu Arayış əsasında səbəb əlaqəsi müəyyənləşdirilmiş əlillik təyinatlarının səbəb əlaqələri Hərbi xidmət dövrü kimi qeyd edilməlidir. Nəticədə, xx.xx.2006-cı il tarixli 1 (bir) il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə; xx.xx.2007-ci il tarixli 1 (bir) il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə; xx.xx.2008-ci il tarixli 1 (bir) il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə; xx.xx.2009-cu il tarixli 1 (bir) il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə; xx.xx.2010-cu il tarixli 1 (bir) il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə; xx.xx.2018-ci il tarixli 1 (bir) il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə; xx.xx.2012-ci il tarixli 1 (bir) il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə; xx.xx.2013-cü il tarixli 1 (bir) il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyinatlarının səbəb əlaqələrinin Hərbi xidmət dövrü ilə əlaqədar olaraq dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 ekspertlərinə həvalə edilmişdir. İşdə olan Məhkəmə-Tibbi Ekspertiza və X5 xx.xx.2024- cü il tarixli T159/2024 saylı ekspert rəyində müəyyən edilmişdir ki: “1964-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,3,4. Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” Phş-si müalicə müəssisəsi olmadığından onun hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün xx.xx.2023-cü il tarixli, F00107961XXJ nömrəli göndərişində XBT-10 kodu ilə qeyd edilən “T90.5- kəllədaxili travmaların nəticələri, qapalı kəllə-beyin travmasının qalıq əlamətləri (İ Qarabağ müharibəsi). Ağırlaşma: G93.8- baş beyinin digər dəqiqləşdirilmiş zədələnmələri, posttravmatik ensefalopatiya təkrarlanan vestobolik-vegetativ krizlər; R56-başqa rubrikalarda təsnif olunmayan qıcolmalar, ayda (5- 6 dəfə) H93.3-eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit, H90.3- eşitmənin neyrosensor tipli ikitərəfli orta ağır (İİİ- İV) dərəcəli sensonevral tip eşitmə azlığı, F02.8*- başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, baş beyinin üzvü xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) nəticəsində ağıl zəifliyi (demensiya) MMSE-20. Yanaşı xəstəliklər: El 1-insulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet mərhələ İİ” diaqnozlarda olan xəstəliklərdən əziyyət çəkməsini inkar etmək də olmaz. Belə ki, həmin xəstəliklər onun anamnestik, klinik və laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. 2.Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən onda hal-hazırda Qərarın 2-ci bəndində qoyulmuş sualdakı patofunksional dəyişikliklərdən 2.33 (eşitmə zəifliyi İV dərəcə, ikitərəfli) və 2.38 (başqa rubrikalarda təsnif edilən digər xəstəliklər zamanı demensiya: yüngül təzahür dərəcəsi (MMSE- 23-20), unutqanlıq, vaxtı izləyə bilməmək, tanış yerlərdə itmək) bəndindəki patologiyalara rast gəlinir. Həmin patologiyalardan 2.33 tam instrumental müayinə metodları ilə (Bera testi), 2.38-də olan xəstəliklər isə həm klinik, həm də instrumental müayinə metodları ilə müəyyən edilmişdir.” İşdə olan xx.xx.2024-cü il tarixli, 3052 nömrəli Respublika Psixiatriya Xəstəxanası X12 X6 Rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması) nəticəsində ağıl zəifliyi (demensiya) F 02.8, anamnezində qıcolma tutmaları MMSE-20. Beləliklə, qeyd olunanlardan görünür ki, cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina edərkən onun sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilmədiyini, buna görə də diaqnozun əlillik əlaməti təyin etmədiyi qənaətinə gəlsə də, iş materialları və ekspert rəyi ilə bu hal tam təkzib olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndinə görə əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə olan “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 9.1-ci bəndinə əsasən - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri - H60-H95: 9.1.4. eşitmə zəifliyi İV dərəcə, ikitərəfli–orqanizmin funksiyalarının 50 faiz pozulması- müddətsiz əlillik təyini üçün əsasdır. Həmçinin həmin Meyarların 7.6-ci bəndinə əsasən - Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular; 7.6.1. başqa rubrikalarda təsnif edilən digər xəstəliklər zamanı demensiya- F02*; 7.6.1.1. yüngül təzahür dərəcəsi (MMSE- 23-20), unutqanlıq, vaxtı izləyə bilməmək, tanış yerlərdə itmək –orqanizmin funksiyalarının 35-60 faiz pozulması- 2 il müddətinə əlillik təyini üçün əsasdır. Göründüyü kimi, Meyarlar şəxsdə XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) kodu üzrə H93.3 və F02.8 diaqnozuna uyğun xəstəliyin olmasını əlilliyin təyini üçün əsas hesab etmişdir, hansı ki, bu xəstəliklər iddiaçı barəsində verilmiş göndərişdə təsbit edilmiş, ekspert rəyi ilə isə təsdiq olunmuşdur. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində ziddiyyətli məqamların aradan qaldırılması, həmçinin, iddiaçının əlavə müalicəyə ehtiyacının olubolmamasını, əlilliyin müəyyən edilməsinə əsas verən səbəblərin araşdırılması,əlillik təyinatı üçün əsas olan diaqnoz və ağırlaşmaların uyğunluğununun müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin 3037 nömrəli, xx.xx.2024cü il tarixli Ekspert Rəyində qeyd edilmişdir ki, 1-ci, 2-ci və 3-cü suallara cavab: Yoxlanılan şəxs İddiaçı hal-hazırda Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması) nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, yaddaş və koqnitiv funksiyalarının enməsi, anamnezində qıcolma tutmaları (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Qeyd edilməlidir ki, yoxlanılan şəxsdə onda aşkar edilən, yuxarıda göstərilən diaqnozlu xəstəliklə yanaşı həmin xəstəliklə bağlı yaranmış və rəyin motivləşdirici hissəsində göstərilən, həyat keyfiyyətinə mənfi təsir göstərən çoxsaylı ağırlaşmalar aşkar edilir. Rəyin motivləşdirici hissəsində qeyd edilmişdir ki, Yoxlanılan şəxs İddiaçı halhazırda Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması) nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, yaddaş və koqnitiv funksiyalarının enməsi, anamnezində qıcolma tutmaları (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu FQ7.Q) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (anamnestik məlumatlara görə Qarabağ müharibəsində iştirak etməsi, Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı mərmi partlaması nəticəsində kontuziya keçirməsi, qəlpə yaraları aldığı üçün Beyləqanda hərbi hospitalda müalicədə olması, sonra psixi vəziyyəti ilə əlaqədar 16.11,1993-cü il tarixdən 26.11,1993-cü il tarixədək Gəncə şəhəri Ruhi-əsəb Dispanserində “Keçirilmiş kəllə-beyin travması (kontuziyası) nəticəsində asteno-nevrotik sindirom” diaqnozu ilə stasionar müalicə olması, səhhətində yaranmış problemlər (huşunu itirməklə qıcolmalar, ağıreşitmə, qulaqlarında uğultulu səslər, qeyri-ixtiyari fizioloji ifrazat etməsi səbəbindən pampers istifadə etməsi, yaddaş və yuxu pozuntusu, əsəbilik, hərdən kəkələmə) ilə bağlı müxtəlif tibbi müəssisələrinə müraciət edərək instrumental müayinələrdən keçdikdən sonra müvafiq həkimlər tərəfindən ona təyin edilmiş dərman preparatlarını qəbul etməsi, tibbi sənədlərə görə Neyrecərrahiyyə Xəstəxanasında bud-çanaq oynaqlarının retgen müayinəsində keçdiyi zaman onda “Bud-çanaq oynaqlarının düz proyeksiyada çəkilmiş rentgeneqrammasinda oynaq yarığı bir qədər daralmışdır, sirkə kasası damında skleroz təyin edilir. Qeyd: Qasıq bitişməsinin alt kənarına yaxın məsafədə və sol budun medial hissəsində yumuşaq toxumalarda 2 ədəd metal yad cisim qeyd edilir” nəticəsinə gəlinməsi, Akademik Mirqasımov adına Respublika Klinik xəstəxanasında müayinə edilərək ona “Keçirilmiş-qapalı kəllə beyin travmasından sonrakı vəziyyət, posttravmatik ensefalopatiya, qıcolma sindromu ilə. Baş beynin xəstəliyi nəticəsində yaranan ağık zəifliyi, demensiya. İki tərəfli koxelyar nevrit, neyrosensor ağıreşitmə (lll-İV dərəcə)” diaqnozunun müəyyən edilməsi, həmçinin Akademik Mirqasımov adına Respublika Klinik xəstəxanasının poliklinika şöbəsinə müraciət edərək, cərrah, praktoloqun, travmatoloqun konsultasiyasını alması, bud-çanaq oynağının retgen müayinəsi (xx.xx.2023-cü il) zamanı ''qasıq bitişməsinin alt kənarına yaxın məsafədə və sol budun medial hissəsində yumuşaq toxumalarda 2 ədəd metal yad cisim qeyd edilir. Anal-sfinkter çatışmazlığı M79.5. 436.2 M24.5 R52.2. Partlayış travmasından sonrakı vəziyyət. Sol bud-çanaq və qasıq bitişməsi nahiyəsinin kor qəlpə yaraları. Sağ çiyin oynağının posttravmatik artrozu. Oynaqda kontraktura, daimi ağrılar" diaqnozunun müəyyən edilməsi, xx.xx.2023-cü il tarixdə Bakı şəhər 2 saylı X2 Həkim Psixiatr Komissiyasından keçdiyi zaman onda “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış QKBT) nəticəsində ağıl zəifliyi (demensiya). Anamnezində qıcolma tutmaları. F02.08.MMSE-20” diaqnozunun müəyyən edilməsi, Bakı şəhər 2 saylı X2 xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafiya müayinəsindən keçdiyi zaman "Diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda mərkəz və gicgah paylarının paroksizmi qeyd olunur” nəticəsinə gəlinməsi, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən 08.01,2024-cü il tarixdə müayinə olunduğu zaman onda “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması) nəticəsində ağıl zəifliyi (demensiya) F02.8, anamnezində qıcolma tutmaları” diaqnozunun müəyyən edilməsi, hazırki müayinə zamanı psixi statusu, şikayətləri - huşunu itirməklə qıcolmalar, ağıreşitmə, qulaqlarında uğultulu səslər, qeyri-ixtiyari fizioloji ifrazat etməsi səbəbindən pampers istifadə etməsi, yaddaş və yuxu pozuntusu, əsəbilik, hərdən kəkələmə və s.) sübut edir. Birinci instansiya və apellyasiya instansiya instansiya məhkəmələrində əldə edilmiş ekspert rəylərindən görünür ki, iddiaçıda fərqli diaqnozlu xəstəliklərin mövcudluğu aşkar edilmişdir. Bununla bağlı işin obyektiv araşdırılması məqsədilə “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin həkim-psixiatrı Eyyub Əliyev məhkəmə iclasına həkim-mütəxəssis qismində dəvət edilərək dindirilmiş, izahatında qeyd etmişdir ki, demensiya qazanma ağıl zəifliyidir, lakin şəxsdə qazanma ağıl zəifliyi yox, aldığı qapalı kəllə-beyin travmasına görə ifadəli şəxsiyyət pozuntusu vardır, belə ki, şəxs öz hüquqlarını müdafiə etməyi bacarır, haqsızlığa qarşı mübarizə aparır, lakin qazanma ağıl zəifliyi olan şəxs isə bunu edə bilməz, həmçinin aldığı qəlpə yaraları, kəllə-beyin travması nəticəsində şəxsdə anal-sfinkter çatışmazlığı, həmçinin oynaqda kontraktura, daimi ağrılar, eşitmədə problemlər yaranmışdır, bu da şəxsin psixoloji vəziyyətini dəyişir, yuxu pozğunluğu olur, şəxslərlə ünsiyyət qurma bacarığı azalır, normal yaşamaq üçün digər şəxslərin köməyinə ehtiyac duyur, qıcolmalarla bağlı şəxsin analizlərinə əsasən rəydə qeyd etmişdir, çünki müayinə az müddət, yəni 30-40 dəqiqə olur və bu zaman şəxsdə qıcolma baş verməyə bilər. Sonuncu ekspert rəyi ilə iddiaçıda müəyyən edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarının 7.6.2-ci bəndində F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu uyğun gəlir. Qiymətləndirmələri (ağırlaşmaları) aşağıdakılardır: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı). 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin 3037 nömrəli, xx.xx.2024-cü il tarixli Ekspert Rəyində Bakı X16 tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçı barəsində verilmiş göndərişdə əsas diaqnoz T90.5 - Kəllədaxili travmaların nəticələri, Qapalı Kəllə beyin Travmasının qalıq əlamətləri (İ Qarabağ Müharibəsi), ağırlaşmalar F02.8*- Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Baş beyinin üzvi xəstəliyi (İ Qarabağ Müharibəsi zamanı alınmış qapalı Kəllə beyin travması) Nəticəsində ağıl zəifliyi ( demensiya) MMSE-20, G93.8- Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Postravmatik ensofalopatiya təkrarlar vestobolik vegetativ prizlər, R56- Başqa rubrikalarda təsnif olunmayan qıcolmalar, ayda (5- 6 dəfə), H93.3- Eşitmə sinirinin xəstəlikləri, İki tərəfli koxliyar nevrit, H90.3 - Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli orta ağır (lll-İV) dərəcəli sensonevral tip eşitmə azlığının mövcudluğu təkzib edilməmiş, rəyin motivləşdirici hissəsində həmin diaqnozun iddiaçıda olmasının sübut olunduğu qeyd edilmişdir, belə ki, rəyin nəticə hissəsində də qeyd edilir ki, yoxlanılan şəxsdə onda aşkar edilən, yuxarıda göstərilən diaqnozlu (F07.0) xəstəliklə yanaşı həmin xəstəliklə bağlı yaranmış və rəyin motivləşdirici hissəsində göstərilən, həyat keyfiyyətinə mənfi təsir göstərən çoxsaylı ağırlaşmalar aşkar edilir. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnozlar əvvəllər əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla (kəlldaxili travmaların nəticəsi) eynilik təşkil etdiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır ki, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, 2018-ci il tarixdən eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabitilasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır(Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı). Qeyd edilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməli olması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iddiaçı X4 əlilliyin təyin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, əlilliyin təyinat tarixinin müəyyən edilməsi ilə bağlı məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçının əlillik dərəcəsinin təyin olunması ilə bağlı müraciət tarixi də nəzərə alınmalıdır. Yəni cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsinin müəyyən olunması ilə əlaqədar qəbul edilmiş yekun qərar son nəticədə iddiaçının həmin müraciəti ilə əlaqədardır və qərar həmin müraciət üzrə qəbul olunmuş sayılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası diqqəti çəkir ki, əlilliyinin qiymətləndirilməsi ilə əlaqədar yaranan məhkəmə mübahisələri üzrə xüsusi diqqət yetirilməli olan digər bir məsələ əlilliyin təyinat tarixinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı olaraq, ilk növbədə nəzərə alınmalıdır ki, qanunvericiliyin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.3-cü maddəsi). Məhkəmə təcrübəsində qeyd olunan məsələ ilə bağlı bir neçə müxtəlif faktiki hallara malik işlərə rast gəlinir. Birinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmalına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi vəziyyətdir. Məhkəmələr imtinanı qanunsuz hesab etdikləri və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdikləri halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilərlər. Bu zaman, cavabdeh "Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. İkinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciət edilməməsi, sonradan yeni göndəriş(lər)in verilməsi və həmin göndəriş əsasında sonrakı tarixlərdə əlilliyin müəyyən edilməsi vəziyyətidir. Bu zaman, bir qayda olaraq, göndərişlərin məzmununun eyniliyinə istinadla məhkəmələrdə əlilliyin təyinat tarixinin ilk göndəriş tarixinə uyğun dəyişdirilməsinə dair iddialar qaldırılır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, hətta göndərişlərin məzmununun eyniliyi müəyyən olunsa belə, ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərar mübahisələndirilmədən əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair iddialar təmin edilə bilməz. Belə ki, inzibati orqanın əvvəlki imtina qərarı "İnzibati icraat haqqında" Qanunun 64-cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Üçüncü hal isə bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdiyi vəziyyətdir. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi əlilliyin xx.xx.2023-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalı olması nəticəsinə gəlsə də, iddiaçı tərəfindən əvvəlki imtina mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı təşkil etdiyindən, onun barəsində sonuncu göndəriş üzrə sonuncu imtina xx.xx.2023-cü il tarixdə imzalandığından, əlilliyin təyinat tarixinin sonuncu imtina tarixi nəzərə alınmaqla təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da mövqe bu cür əsaslandırılmışdır (2-1(102)-2067/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərar). Məhkəmə kollegiyası həmçinin, nəzərə çatdırır ki, iddiaçı ona konkret neçənci dərəcə əlilliyin (Orqanizmin funksiyalarının pozulması faizinin) təyin edilməsini iddia tələbində, apellyasiya şikayətində, məhkəmə araşdırmaları zamanı qeyd etməmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edildiyi halda təyin olunan əlilliyin dərəcəsi (Orqanizmin funksiyalarının pozulması faizi və müddəti) məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, yuxarıda qeyd edilən halın müəyyən edilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməli, məhkəmə qərarının icrası baxımından əsaslı hesab edilməlidir. İşin hallarında göründüyü kimi, iddiaçıda həm F02.8, MMSE- 20, həm də F07.0 diaqnozunun olduğu müxtəlif ekspert rəyləri, həmçinin həkim psixiatrik komissiyasının rəyləri ilə müəyyən edildiyindən, hər iki diaqnoz üzrə Əlilliyin müəyyən olunması meyarlarında 7.6.1,7.6.1.1 bənd üzrə (başqa rubrikalarda təsnif edilən digər xəstəliklər zamanı demensiya, qiymətləndirmə- yüngül təzahür dərəcəsi (MMSE- 23-20) unutqanlıq, vaxtı izləyə bilməmək, tanış yerlərdə itmək) və 7.6.2,7.6.2.1 bənd üzrə (üzvi mənşəli şəxsiyyət pozuntusu, qiymətləndirmə- əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) Orqanizmin funksiyalarının pozulması faizi 36-60 və müddəti 2 il müəyyən edildiyindən, iddiaçıya da əlillik təyinatı zamanı həmin faiz və müddət göstəricisi nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2103/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməklə İddiaçı əlilliyin (Orqanizmin funksiyalarının pozulması faizi və müddətinin) sonuncu göndərişə əsasən verilmiş imtina tarixi- xx.xx.2023-cü il tarix nəzərə alınmaqla təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2103/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. İddiaçı sonuncu göndərişin rəsmiləşdirildiyi xx.xx.2023-cü il tarix nəzərə alınmaqla əlilliyin (orqanizmin funksiyalarının pozulması faizi 36-60 və müddəti 2 il müəyyən edilməklə) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-294/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-294/2025
15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver