Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2940/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş gömrük ödənişinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2261/2025 saylı 01 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 25 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehdən 5523,11 manat məbləğində pulun alınaraq iddiaçının hesabına ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2261/2025 saylı 01 aprel 2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı ilə Latviyanın “OUTLET BAZAAR SİA LLC” şirkəti arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilə əsasında, “OUTLET BAZAAR SİA LLC” şirkəti tərəfindən iddiaçının ünvanına göndərilən mallara dair gömrük bəyannaməsinin rəsmiləşdirilməsi zamanı gömrük ödənişləri üzrə artıq ödənilmiş 5523,11 manat vəsaitin İddiaçınə qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləgv edilməsi və iddia tələbinin bütövlükdə rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2261/2025 saylı 01 aprel 2025-ci il tarixli qərarı "Elektron Məhkəmə" sistemi vasitəsilə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin elektron kabinetinə 30 aprel 2025-ci il tarixdə yerləşdirilmişdir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə, yəni 30 may 2025-ci il tarixdə verilmiş və buna baxmayaraq apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı məhkəmə kollegiyası 12 iyun 2025-ci il tarixli məhkəmə bildirişi ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinə Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək 2-1(112)-2261/2025 saylı 01 aprel 2025-ci il tarixli qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etmək təklif olunmuşdur. xx.xx.2025-ci il tarixdə "Elektron Məhkəmə" sistemi vasitəsilə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən məhkəmə qərarından şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə verilərək ötürülmüş müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2261/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı “Elektron Məhkəmə Portalı”nda xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş son gün 29 may 2025-ci il tarixdə olsa da, üzrlü səbəbdən həmin müddət ötürülmüşdür. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsininin Hüquq bölməsinin rəisi vəzifəsində çalışan Nümayəndə bölmənin tək əməkdaşıdır və işlərin çoxluğu ilə əlaqədar olaraq şikayətin verilməsi müddəti ötürülmüşdür. Cavabdehin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək onun təmin olunmasını və apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 ərizənin təmin olunmamasını və apellyasiya şikayətinin qeyri-mümkün sayılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 9-1.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 9-1.4-cü maddəsinə əsasən Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Hazırki işdə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2261/2025 saylı 01 aprel 2025-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün cavabdehə münasibətdə son müddət onun qərarı rəsmi aldığı tarixdən, yəni xx.xx.2025-ci il tarixdən 30 gün müddətində olmaqla, xx.xx.2025-ci il tarixi hesab olunduğu halda, cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmişdir. Cavabdeh ərizəsində həmin qərardan şikayət müddətini ötürdüyünü etiraf etmiş və buna səbəb olaraq da Aksizli Mallar üzrə Baş Gömrük İdarəsininin Hüquq bölməsinin rəisi vəzifəsində çalışan Nümayəndə bölmənin tək əməkdaşı olmasını və işlərin çoxluğu ilə əlaqədar olaraq, şikayətin verilməsi müddətinin 1 gün ötürüldüyünü bildirmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurumun qeyd etdiyi səbəb üzürlü səbəb kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2261/2025 saylı 01 aprel 2025-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən mötəbər sübutların təqdim olunmadığını, əksinə məhkəmə qərarının "Elektron Məhkəmə" sistemi vasitəsilə cavabdehin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilməsinə baxmayaraq ondan apellyasiya şikayətinin prosessual müddətin üzrsüz səbəbdən ötürülməsilə verildiyini, başqa sözlə, prosessual müddətin cavabdehin nümayəndəsinin təqsiri olmadan ötürüldüyünü təsdiq edən sübutların təqdim olunmadığını, belə olan halda prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi və bu səbəbdən də onun bərpası üçün əsasların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, müddətin bərpası ilə bağlı verilmiş ərizə təmin olunmamalı və şikayət qeyri-mümkün sayılaraq onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin “prosessual müddətin bərpası” barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2261/2025 saylı 01 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X7 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2940/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2940/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver