Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2942/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın qismən ləğvi, texniki pasportun ləğvi və məxsusluq arayışının verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X19 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X11 və X18 ibarət tərkibdə, X16-Yusiflinin katibliyi ilə, İddiaçı2, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs “X22” ASC) qarşı “texniki pasportda dəyişiklik edilməsi və məxsusluq arayışının verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-82/2024 saylı 24 yanvar 2024-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 04 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçıların nümayəndəsi X28 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, mərhum X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivi, “239” saylı bağ sahəsinin qalan hissəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan həmin müraciətə baxaraq xx.xx.2024-cü il tarixli məktubla nümayəndəyə bildirmişdir ki, təqdim edilmiş sənədlər əsasında sözügedən ünvanda yerləşən bağ sahəsi və üzərində yerləşən bağ evinə dair vərəsəlik hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və özgəninkiləşdirilmişdir. Qeyd edilən bağ sahəsinin yerdə qalan hissəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət yoxlanılması ilə aparılır. Bundan sonra iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Vişnyovka-2 (Albalıq-2) qəsəbəsində 0.12 ha torpaq sahəsinin qalan hissəsinə (0,089548 ha) dair iddiaçıların anası X2 adına müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim etmişlər, yekunda Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsində yerləşən 239 saylı bağevinə “X22” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və həmin qeyd əsasında “X22” Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların 239 saylı bağ evinin cəmi 136,5 kv.metr sahəsi olan həyətyanı tikili və qurğularına aid hissədə ləğv edilməsini, həmin qeyd əsasında “X22” Açıq Səhmdar Cəmiyyətinin adına xx.xx.2012-ci il tarixdə tərtib edilmiş 11/2345 inventar nömrəli texniki pasportun ləğv edilməsini və Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsində yerləşən 239 saylı bağ sahəsinin 895,48 kv.metrdən ibarət hissəsinə mülkiyyət hüququnun X4 məxsus olması barədə arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə “X22” ASC hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların anası X2 adına X7 və İstismarı Birliyi tərəfindən 20 iyul 2001-ci il tarixli, 5099 saylı müqavilə əsasında Bakı şəhəri, Vişnyovka-2 (Albalıq-2) qəsəbəsində 0,12 ha torpaq sahəsi ayrılmışdır. X5 31 mart 2006cı ildə vəfat etmişdir, bu barədə Bakı şəhəri Binəqədi rayon VVADQ Şöbəsi tərəfindən AZ-İ №192999 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Qeyd edilən torpaq sahəsindən 0,030452 ha hissəsi mərhum X2 oğlu İddiaçı2 adına özəlləşdirilmiş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2006-cı il tarixli, reyestr nömrəsi **********97-11301, qeydiyyat nömrəsi ********* olan, MH seriyalı, ******* saylı çıxarış verilmişdir. Sonradan həmin sahə İddiaçı2 tərəfindən X21 adına özgəninkiləşdirilmişdir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixli, reyestr nömrtəsi **********97-11301, qeydiyyat nömrəsi ********* olan MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Bakı şəhəri 11 saylı Notariat ofisi tərəfindən 11 iyul 2019-cu il, XK-719 saylı məktub əsasında X2 qanun üzrə vərəsələri İddiaçı2 və İddiaçı1 ərizələri əsasında vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçılar müvafiq məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək X2 adına müvafiq arayışın verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı 1 saylı Ərazi İdarəsinin **********41 saylı, xx.xx.2021-ci il tarixli məktubunda onların xahişini təmin etməkdən imtina etdikləri göstərilir. İmtinanın səbəbi kimi sözügedən bağ sahəsinə və üzərində yerləşən bağ evinə dair vərəsəlik hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və özgəninkiləşdirilmiş və qeyd edilən bağ sahəsinin yerdə qalan hissəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi göstərilmişdir. Lakin onların təqdim etdikləri sənədlərdən də görünür ki, həmin bağ sahəsinin yalnız 0,030452 ha hissəsi özgəninkiləşdirilmişdir. Bağ sahəsinin qalan hissəsi (0,12 ha-0,030452 ha = 0,089548 ha) isə heç kimin adına özəlləşdirilməmiş və özgəninkiləşdirilməmişdir. Bu barədə heç bir sənəd yoxdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, əqdim edilmiş sənədlər əsasında sözügedən ünvanda yerləşən bağ sahəsi və üzərində yerləşən bağ evinə dair vərəsəlik hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və özgəninkiləşdirilmişdir. Qeyd edilən bağ sahəsinin yerdə qalan hissəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********41 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-82/2024 saylı 24 yanvar 2024-cü il tarixli qərarı ilə iddia təmin olunaraq, Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsində yerləşən 239 saylı bağ evinə “X22” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 538 saylı vərəqində aparılmış qeydin 239 saylı bağ evinin cəmi 136,5 kv.metr sahəsi olan həyətyanı tikili və qurğularına aid hissədə ləğv edilməsi, həmin qeyd əsasında “X22” Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 239 saylı bağ evinin cəmi 136,5 kv.metr sahəsi olan həyətyanı tikili və qurğularına aid hissədə ləğv edilməsi, həmin qeyd əsasında “X22” Açıq Səhmdar Cəmiyyətinin adına xx.xx.2012-ci il tarixdə tərtib edilmiş 11/2345 inventar nömrəli texniki pasportun ləğv edilməsi və iddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsində yerləşən 239 saylı bağ sahəsinin 895,48 kv.metrdən ibarət hissəsinə mülkiyyət hüququnun X4 məxsus olması barədə arayış verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda qərardan narazı qalan üçüncü şəxs "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 82/2024 saylı qərarının ləğv edilməsi xahiş edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiadaya dair etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, təqdim edilmiş sənədlər əsasında sözügedən ünvanda yerləşən bağ sahəsi və üzərində yerləşən bağ evinə dair vərəsəlik hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və özgəninkiləşdirilmişdir. Qeyd edilən bağ sahəsinin yerdə qalan hissəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə əsasən bağ evi üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ tanınandək, yəni 2012-ci ilədək tərtib olunmuş çıxarış və müqavilələrdə istifadədə olan 304,52 kv.m torpaq sahəsində yerləşən bağ evi (yəni tikintialtı sahəsi 304,52 kv.m olan) göstərilmiş və özgəninkiləşdirilmişdir, digər 895,48 kv.m hissəyə (1200 kv.m-304,52 kv.m) dair iddiaçıların mülkiyyət hüququ qeydiyyata alınmalıdır. Halbuki 304,52 kv.m yalnız bağ evinin tikintialtı sahəsi deyil, evin tərkibinə daxil olan həyətyanı tikili və qurğularla birlikdə cəmi tikintialtı sahədir. Həmin tikililərin əvvəlki çıxarışlarda ayrılıqda əks olunmamasının səbəbi həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbləri idi. Belə ki, Nazirlər Kabinetinin 174 saylı, xx.xx.2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası”nın 2-ci hissəsinə (Dövlət reyestrindən çıxarışın tərtibi qaydası) edilmiş xx.xx.2009-cu il tarixli dəyişikliyə əsasən tərtib olunan çıxarışlarda əvvəlki qaydadan fərqli olaraq bağ evinin tərkibin daxil olan həyətyanı tikili və qurğularla bağlı məlumatlar da əksini tapmalı idi. Bu səbəbdən Unibank ASC-nin adına tərtib edilmiş çıxarışlarda bağ evi və onun tərkibinə daxil olan həyətyanı tikililər və onların tikintialtı sahəsi ayrı-ayrılıqda göstərilmişdir. Bundan əlavə işdə olan materiallardan görünür ki, daşınmaz əmlakla bağlı ipoteka müqaviləsi bağlanarkən müqavilədə istifadədə olan 304,52 kv.m torpaq sahəsində yerləşən bağ evi və tərkibinə daxil olan həyətyanı tikililər nəzərdə tutulmuş və buna müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsi üzərində hüquqların iddiaçılara mənsub olub-olmaması ilə bağlı bağlı tam və ətraflı araşdırılmamışdır. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əmlakı ipoteka qoyan şəxs C.Əliyev 0.030452 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.44 kv.myaşayış, - kv.m qeyri- yaşayış, 123.5 kv.m köməkçi, cəmi 137.39 kv.m sahədən ibarət 239 nömrəli bağ evini Vasif 239 nömrəli bağ evini İddiaçı2 almışdır və onun hüququ yalnız 137.39 kv.m sahədən ibarət bağ evinə yaranmışdır. Lakin "xxxx" ASC-nin adına çıxarış tərtib edilərkən İddiaçı2la Ceyhun Əliyev arasında bağlanmış alqı-satqı müqaviləsinin predmeti olmayan nəticədə hərrac zamanı qiymətləndirilməyən və mülkiyyət hüququ keçməyən ümumi sahəsi 126.5 kv.metr olan həyətyanı tikili və qurğular - su anbarı 12.8 kv.m, təsərrüfat otağı 49 kv.m, anbar 25.5 kv.m, hovuz 24 kv.m, sanitar qovşağı 11.5 kv.m, hasar 13.7 kv.m sahə də "xxxx" KB ASC-nin adına qeydə alınmışdır. Halbuki, İddiaçı2 adına olan çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində istifadədə olan 0.030452 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı 46,44 kv.m. yaşayış, 123,5 kv.m köməkçi sahədən ibarət 239 nömrəli bağ evi tammülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Əmlak onun tərəfindən Ceyhun Əliyevə satıldıqdan sonra Ceyhun Əliyevin adına verilmiş çıxarışda da Bakı şəhəri, Sabunçurayonu, Vişnyovka 2 bağ sahəsində istifadədə olan 0.030452 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı 46,44 kv.m. yaşayış, 123,5 kv.m köməkçi sahədən ibarət 239 nömrəli bağ evinin Ceyhun Əliyevin mülkiyyətində olması göstərilmişdir. İpoteka saxlayan "xxxx" KB ASC ilə ipotekaqoyan X29 arasında bağlanmış xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən, X21 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində istifadədə olan 0.030452 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.44 kv.m. yaşayış, 123.5 kv.m. köməkçi sahədən ibarət 239 nömrəli bağ evi ipoteka qoyularaq bankın xeyrinə yüklü edildiyi göstərilmişdir. Qeyd edək ki, torpaq sahəsi dövlət mülkiyyətindədir. Təlimatın qeyd olunan bəndlərinin məzmunundan da aydın olur ki, bağ evinin həyətyanı tikili və qurğuları da bağ evinə daxildir və bağ evinə arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində bağ evinin tərkibi kimi həyətyanı tikililər və qurğular göstərilir və həmin tikili və qurğular bağ evinin tərkib hissəsi hesab olunur. Birinci instansiya məhkəməsi bağ evinin tərkib hissəsi olan həmin həyətyanı tikili və qurğuları bağ evindən ayrı tikililər kimi qiymətləndirmiş, nəzərə almamamışdır ki, həmin tikililər müstəqil tikililər deyildir və bankın adına verilmiş çıxarışda və təlimatın qeyd olunan bəndində də göstərildiyi kimi bağ evinin tərkib hissələridir. Bağ evi dedikdə yalnız yaşayış və yardımçı sahə (cəmi 137.39 kvm) deyil, həmçinin bağ evinin tərkib hissəsi olan tikililər də nəzərdə tutulmalıdır. Bağ evi dedikdə yalnız bağ sahəsi üzərində olan yaşayış və yardımçı sahənin nəzərdə tutulması bağ evi anlayışına, onun mahiyyətinə uyğun gəlmir. Mübahisənin qanuni həlli üçün hesab edirik ki, ilk növbədə iddia qaldırmış İddiaçı2 və İddiaçı1 müvafiq subyektiv hüquqa malik olubolmaması araşdırılmalıdır. İş materiallarından da görünür ki, hazırda Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka 2, bağ sahəsində yerləşən 239 saylı bağ sahəsinin 895,48 kv.metrdən ibarət torpaq sahəsi dövlət mülkiyyətindədir. İddiaçılar İddiaçı2 və MəmmədovaVəfa Vaqif qızına Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsində yerləşən 239 saylı bağ sahəsinin 895,48 kv.metrdən ibarət hissəsinə mülkiyyət hüququnun anaları X4 məxsus olması barədə arayış verilməsi tələb edirlər. Hesab edirik ki, iddiaçılar hazırki halda istifadədə olan və tikinti altı sahələrin cəmi olan 0.030452 ha torpaq sahəsində yerləşən 239 saylı bağ evinin həyətyanı tikili və qurğularının, həmçinin bağ evinin 895,48 kv.metrdən ibarət hissəsinin iddiaçıya aid olmasına münasibətdə irəli sürdüyü tələbə dair subyektiv hüquqa malik şəxs deyildir və iddia mümkün sayıla bilməz. Qeyd olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan hazırki iddia tələbi ilə müraciət etmək hüququ dövlətin səlahiyyətindədir. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında da qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar: başqa (borclu) şəxslərdən tələb etmək hüququ: müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hesab edirik ki, iddiaçının mübahisəsini etdiyi əmlaka dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Bundan başqa, Məmmədova Zərifə ilə bağlanmış 2001-ci il tarixli bağın icarəyə verilməsi müqavilənin 4-cü bəndinə əsasən, icarədər borcunu 3 ay müddətində ödəmədikdə bağdan istifadə hüququndan məhrum edilir. İ instansiya məhkəməsi isə icarədar Məmmədova Zərifə tərəfindən ödənişlərin vaxtında edilməsini araşdırmamış, iddiaçılar özü də buna dair heç bir sübut təqdim etməyərək, icarə müqaviləsinin şərtlərini pozmadıqlarını və istifadə hüququndan məhrum edilmədiyini sübut edə bilməmişdir. Əgər icarədar Məmmədova Zərifə icarə haqları ilə bağlı ödəniş müddətlərini pozmuşdursa torpaq sahəsi onun qanuni istifadəsində sayıla bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, torpaq sahəsinin özəlləşdirilərək mülkiyyətə verilməsinin ilkin şərti torpaq sahəsinin qanuni istifadədə olmasıdır. Əgər icarədər torpaq sahəsindən istifadə üçün ödəniş şərtlərini pozmuşdursa, torpaq sahəsinin qanuni istifadədə olmasından söhbət gedə və qeyd olunan maddə işə tətbiq oluna bilməzdi. Məlum olduğu kimi Azərbaycan əşya hüququ daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasını və buna müafiq olaraq daşınmaz əmlakın vicdanlı əldə edilməsi institunu tanıyır. "xxxx" ASC Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində istifadədə olan və tikinti altı sahələrin cəmi olan 0.030452 ha torpaq sahəsində yerləşən 239 nömrəli bağ evini əldə edərkən mövcud reyestrin məzmunun həqiqiliyi və tamlığı mövcud reyestrin məzmunun həqiqiliyi və tamlığı presumpiyası qüvvədə idi və onun bu hüquqa etimadı qanunla qorunur və o, həmin bağ evini vicdanla əldə etmiş sayılır. İstənilən halda "xxxx" ASC-nin daşınmaz əmlakın dövlət reyesrtindən çıxarışa etimadı Mülki Məcəllənin 271.1 və 140-cı maddələrinə əsasən qorunmalı və onun vicdanlı əldə edən olması nəzərə alınmalıdır. Məhkəmə yalnış maddi hüquq normasını İpotek ahaqqında qanunun 51-ci maddəsini-ipoteka qoyanın bina, tikili və qurğularının yerləşdiyi torpaq sahəsinin ipotekası adlanan maddəni tətbiq etmişdir. Məhkəmə nəzərə almamışdır ki, Ceyhun Əliyevlə "xxxx"ASC arasında bağlanan ipoteka müqaviləsinin predmeti torpaq sahəsi deyil, bağ evidir. Torpaq sahəsi ümumiyyətlə ipoteka qoyan Ceyhun Əliyevin mülkiyyətində deyil istifadəsində olmuşdur və ipoteka qoyan yalnız öz mülkiyyətində olan əmlakı ipotekaya qoya bilər. Sözügedən maddədə isə torpaq sahəsinin və üzərində yerləşən tikili və qurğuların ipotekasından söhbət gedir və hazırkı işə tətbiq oluna bilməzdi. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bununla əlaqədar qeyd edək ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsində istifadədə olan 0.030452 hatorpaq sahəsində yerləşən 239 nömrəli bağ evi İddiaçı2 tərəfindən Əliyev Ceyhuna 2007-ci il tarixində satılmışdır Əmlak 2007-ciil tarixində Ceyhun Əliyevin, 2014cü il tarixin də isə hərrac yolu ilə"xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə 2021-ci il tarixində məhkəməyə müraciət etmişdirlər. Bağ evi 2014-ci ildə "xxxx" ASC-nin mülkiyyətinə keçdikdən sonra bağ evinə dair texniki pasport tərtib olunmuş və həmin texniki pasportada da həyət tikililəri və qurğular bağın tərkib hissəsi kimi-"xxxx" ASC-nin mülkiyyətində olan əmlak kimi göstərilmişdir. Hətta Sabunçu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-12843/2016 saylı qətnaməsi ilə Ceyhun Əliyev və onun ailə üzvlərinin həmin bağ evindən çıxarılmaqla bağ evinin boşaldılması qət olunmuşdur. Əgər iddiaçı həyət tikililəri və qurğuların, o cümlədən 895,48 kv.metrdən ibarət torpaq sahəsinin anaları Məmmədova Zərifəyə məxsus olmasını hesab edirdilərsə, bununla bağlı müvafiq inzibati orqana uzun illər keçdikdən sonra deyil, vaxtında müraciət etməli, inzibati orqanın imtinasını aldıqdan sonra da vaxtında məhkəməyə müraciət etməli idilər. İddiaçılar hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Beləliklə, iddia müddəti buraxılmışdır və iddia mümkün sayıla bilməz. Göründüyü kimi, məhkəmələr iddia müddətinə əməl olunub-olunmamasını araşdırmamışlar. Birinci instansiya məhkəməsi icarədar Məmmədova Zərifə tərəfindən icarə müqaviləsi üzrə ödənişlərin vaxtında edilməsini araşdırmamış, iddiaçılar özü də buna dair heç bir sübut təqdim etməyərək, icarə müqaviləsinin şərtlərini pozmadıqlarını və istifadə hüququndan məhrum edilmədiyini sübut edə bilməmişdir. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq 3-cü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxs üçüncü şəxs “X22” ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı2 hər iki apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onların təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hər iki apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçıların hazırki iş üzrə tələbləri öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və bu iddia növü üzrə iddia müddəti qanunla müəyyən edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsində yerləşən 239 saylı bağ evinə “X22” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və həmin qeyd əsasında “X22” Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların 239 saylı bağ evinin cəmi 136,5 kv.metr sahəsi olan həyətyanı tikili və qurğularına aid hissədə ləğv edilməsi, həmin qeyd əsasında “X22” Açıq Səhmdar Cəmiyyətinin adına xx.xx.2012-ci il tarixdə tərtib edilmiş 11/2345 inventar nömrəli texniki pasportun ləğv edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsində yerləşən 239 saylı bağ sahəsinin 895,48 kv.metrdən ibarət hissəsinə mülkiyyət hüququnun X4 məxsus olması barədə arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdə olan xx.xx.1988-ci il tarixli 5099 saylı bağın icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Vişnyovka 2 qəsəbəsində 0,25 ha sahəsi olan 239 saylı bağ sahəsi X17 icarəsinə verilmişdir. X17 Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanmış xx.xx.1995- ci il tarixli ərizəsindən görünür ki, 239 nömrəli 5099 saylı müqavilə üzrə bağın yarısının, evsiz hissəsinin oğlu İddiaçı2 adına keçirilməsini xahiş etmişdir. xx.xx.1995-ci il tarixli 5099 saylı bağın icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Vişnyovka 2 qəsəbəsində 0,12 ha sahəsi olan 239 saylı bağda yerləşən sahəsi 12 kv.metr olan 1 otaqdan ibarət binası X13 icarəsinə verilmişdir. X3 Bağlar İdarəsinə ünvanlanmış xx.xx.2001-ci il tarixli ərizəsindən görünür ki, həyat yoldaşının Vişnyovka 2 ünvanında 239 nömrəli bağ sahəsi vardır. Ərinin rəhmətə getməsi ilə əlaqədar həmin bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. xx.xx.2001-ci il tarixli 5099 saylı bağın icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Vişnyovka 2 qəsəbəsində 0,12 ha sahəsi olan 239 saylı bağ sahəsi X2 icarəsinə verilmişdir. İşdən görünür ki, X2 Bakı şəhəri, Əzizbəyov rayonu, Vişnyovka qəsəbəsində yerləşən, ümumi sahəsi 169,94 kvadrat metr, yaşayış sahəsi 46,44 kvadrat metr olan, 2 (iki) otaqlı, 239 saylı bağ evinə mülkiyyət hüququ qeydə alınaraq bu barədə ona xx.xx.2005-ci i tarixli, 30/5817 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. xx.xx.2006-cı il tarixli, AZ-İ №192999 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2006-cı il tarixli şəhadətnamədən görünür ki, 31 mart 2006-cı ildə vəfat etmiş X2 vərəsələri: Bakı şəhəri, 7-ci mkr, ev 53, mənzil 50-də yaşayan qızı İddiaçı1, onun nümayəndəsi Bakı şəhəri, 9A mkr., M.Cəlal küçəsi, ev 51, mənzil 44-də yaşayan İddiaçı2 və Bakı şəhəri, 9A mkr., M.Cəlal küçəsi, ev 51, mənzil 44-də yaşayan oğlu İddiaçı2 və onların hər biri miras əmlakdan 1/2 hissə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DƏDRX-nin BŞƏİ-nin xx.xx.2005-ci i tarixli, 30/5817 nömrəli (kitab № 40, səhifə 5817) qeydiyyat vəsiqəsinə və xx.xx.2006-cı il tarixli, 11/17309 nömrəli arayışına əsasən, X4 məxsus, Bakı şəhəri, Əzizbəyov rayonu, Vişnyovka qəsəbəsində yerləşən, ümumi sahəsi 169,94 kvadrat metr, yaşayış sahəsi 46,44 kvadrat metr olan, 2 (iki) otaqlı, 239 saylı bağ evindən ibarətdir. Mənzilin bağışlanmasına dair xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, Hədiyyə verən (İddiaçı1) Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2005-ci il tarixli, 30/5817 nömrəli (kitab №40, səhifə 5817) qeydiyyat vəsiqəsinə və xx.xx.2006-cı il tarixli, 11/17309 saylı arayışına əsasən, xx.xx.2006-cı il tarixli, 2V-82 saylı Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməyə əsasən adına keçmiş, Bakı şəhəri, Əzizbəyov rayonu, Vişnyovka qəsəbəsində yerləşən, ümumi sahəsi 169,94 kv.m, yaşayış sahəsi 46,44 kv.m. olan, 2 (iki) otaqdan ibarət 239 saylı bağ evinin özünə məxsus 1/2 hissəsini qardaşı İddiaçı2 bağışlamışdır. MH seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsində istifadədə olan 0.030452 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.44 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 123.5 kv.m köməkçi sahədən ibarət 239 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Satıcı İddiaçı2 ilə alıcı X29 arasında bağlanmış AN-İ № ******* nömrəli xx.xx.2007ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı DƏDRX-nin Bakı şəhəri idarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 11/315 saylı arayışına əsasən 2 otaqlı, yaşayış sahəsi 46,44 kv.m, köməkçi sahəsi 123,5 kv.m, ümumi sahəsi 169,94 kv.m olan Bakı şəhəri, Vişnovka-2 qəsəbəsində yerləşən 239 saylı bağ evini X6. MH seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsində istifadədə olan 0.030452 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.44 kv.m yaşayış, - kv.m qeyri- yaşayış, 123.5 kv.m köməkçi sahədən ibarət 239 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə X21 adına xx.xx.2007-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İpoteka saxlayan ("xxxx" KB ASC) ilə ipoteka qoyan (X29) və borc alan (X25) arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 07inKi08 saylı ipoteka müqaviləsindən görünür ki, bu müqaviləyə görə, ipoteka qoyan müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş 03 aprel 2008-ci il tarixli 07inK08 saylı Kredit Müqaviləsi üzrə Borc alanın öhdəliklərinin təminatı olaraq, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********97-11301 saylı reyestr, qeydiyyat nömrəsi - 110719679, xx.xx.2007-ci il tarixində qeydə alınmış seriya MH ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın DövlətReyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ üzrə X21 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 538 nömrəli vərəqində qeydiyyata alınmış və ipoteka kimi çıxış edən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində istifadədə olan 0.030452 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.44 kv.m. yaşayış, 123.5 kv.m. köməkçi sahədən ibarət 239 nömrəli bağ evini (bundan sonra “İpoteka predmeti”) ipoteka saxlayana ipoteka qoyur. xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X23 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 239 saylı bağ evi “X22” ASC 12 saylı filialının xeyrinə yüklü edilmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-228/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı “X22” KB ASC-nin cavabdehlər X25 və X23 qarşı iddia tələbi təmin edilərək, tutma ipoteka predmeti olan X21 mülkiyyətinə olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 46,44 kv.m yaşayış, 123,5 kv.m köməkçi sahədən ibarət 239 nömrəli bağ evinə yönəldilmiş və evin açıq hərrac keçirilməsi yolu ilə satılması qət edilmişdir. Hərracın yekunları barədə xx.xx.2014-cü il tarixli 65/07 nömrəli protokoldan görünür ki, Nizami rayon Məhkəməsinin 2(007)-228 saylı, xx.xx.2009-cu il tarixli icra vərəqəsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1412 saylı, 18,04,2013-cü il tarixli icra vərəqəsinin. Sabunçu rayon icra şöbəsinin 4208-807/6 saylı, xx.xx.2014-cü il tarixli məktubunun icrasına əsasən "xxxx" KB ASC X23 məxsus Bakı şəhəri, Sabunçu rayonu,Vişnovka-2 bağ sahəsində yerləşən 239 saylı bağ evini 20400 manata satın almışdır. xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 239 saylı bağ evi "xxxx" KB ASC-nin xüsusi mülkiyyətinə verilmişdir. Çıxarışa əsasən bağ evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,01727 ha, bağ evinin əsas göstəriciləri – 2 yaşayış otağı -46.44 kv.metr, yardımçı sahə 90.95 – 90.95 kv.metr olmaqla, ümumi sahə 137.39 kv. metr, bağ evinin tərkibi (həyətyanı tikili və qurğular) – su anbarı (liter İ) 12.8 kv.metr, təsərrüfat otağı (liter İİ) 49 kv.metr, anbar (liter İİİ) 25.5 kv.metr, hovuz (liter İV) 24 kv.metr, sanitar qovşağı (liter V) 11.5 kv.metr, hasar (liter Vİ) 13.7 kv.metr, darvaza (liter Vİİ)- olmaqla, cəmi 136.5 kv.metr təşkil etmişdir. "xxxx" KB ASC-nin adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli 239 saylı bağ evinin texniki pasportundan görünür ki: - faktiki torpaq sahəsi 0,12 ha, tikinti altı sahə 0.03092 ha, digər sahələr 0.08908 ha: - yaşayış evinin texniki göstəriciləri –ümumi sahəsi 137.39 kv.m, yaşayış sahəsi 46.44 kv.metr, köməkçi sahə 90.95 kv.metr, açıq eyvan 32.55 kv.metr, tikintialtı sahə 172,70 kv.metr; - mərtəbələr üzrə otaqların təsnifatı – ayaqyolu 4.80 kv.m, hamam 6.24 kv.m, anbar 5.2 kv.m, dəhliz 5.52 kv.m, mətbəx 13.33 kv.m, yaşayış otağı 21.5 kv.m, yaşayış otağı 24.94 kv.m, bağlı eyvan 55.86 kv.m, açıq eyvan 32.55 kv.m; - həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri – su anbarı 12.8 kv.m, təsərrüfat otağı 49 kv.m, anbar 25.5 kv.m, hovuz 24 kv.m, sanitar qovşağı 11.5 kv.m, hasar 13.7 kv.m təşkil etmişdir. İşdən görünür ki, iddiaçılar onun mülkiyyətində olan 0,030452 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46,44 kv.m. yaşayış, - kv.m. qeyri-yaşayış, 123,5 kv.m.köməkçi sahədən ibarət 239 nömrəli bağ evini satdığını, lakin xx.xx.2001-ci il tarixli icarə müqaviləsi ilə anası Z.Məmmədovaya ayrılmış 0,12 ha torpaq sahəsinin qalan 0,089548 ha hissəsinin satılmadığını bildirərək həmin sahəyə mülkiyyət hüququnun anası Z.Məmmədovaya məxsus olması barədə arayış verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının iddiasını təmin etməkdən imtina etmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********99 nömrəli məktubundan görünür ki, idarənin müvafiq şöbəsinin mühəndisi tərəfindən texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin üç tərəfdən mişar daşla hasarlı, bir tərəfdən qonşu bağla şərti sərhədlidir. Sözügedən ərazidə bir ədəd yaşayış evi və həyət tikililəri mövcuddur. Texniki pasportda göstərilən qonşu bağ sahəsinə (239a saylı bağ) giriş faktiki olaraq sözügedən bu bağ sahəsinin daxilindəndir. Araşdırma zamanı məlum olmuşdur ki, sənədlər toplusuna əlavə edilən X23 verilmiş çıxarışda (reyestr nömrəsi **********97- 11301) istifadədə olan S=304,52 m2 torpaq sahəsi kimi qeyd edilən sahə qeydiyyata alınmış bağ evi və həyətyanı sahədə ayrı-ayrı hissələrdə yerləşən həyət tikililərinin tikintialtı sahələrinin cəmidir. Bu səbəbdən də ümumi 0,12 ha torpaq sahəsi ilə müqayisədə cəmi tikintialtı sahə 304,52 m2 hissə və yerdə qalan sahə kimi iddia olunan 895,48 m2 (0,089548 ha) torpaq sahəsinin sərbəst parsel olaraq ayrılması mümkün olmamışdır. Hazırda iddiaçıların tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsində yerləşən 239 saylı bağ evinin həyətyanı tikili və qurğularına üçüncü şəxsin mülkiyyət hüququna dair aparılmış qeydin, həmin qeyd əsasında verilmiş çıxarışın və texniki pasportun həmin hissədə ləğv edilməsi və 239 saylı bağ sahəsinin 0,089548 ha hissəsinə mülkiyyət hüququnun X4 məxsus olması barədə arayışın verilməsi” barədədir. İddiaçıların birinci tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdi ki, Bakı Şəhər İcra Hakimiyyətinin X7 və İstismarı Birliyi tərəfindən 2005-ci ildə tərtib edilmiş texniki sənədə əsasən bağ evi olan A tikilisi 21,5 kv.m və 24.94 kv.m olmaqla, cəmi 46.44 kv.metr yaşayış sahəsi, 55.86 kv.m bağlı eyvan, 32.55 kv.m açıq eyvan, 13.33 kv.m mətbəx, 6.24 kv.m hamam, 5.20 kv.m anbar, 4.8 kv.m sanitar qovşağı 5.52 kv.m dəhliz olmaqla, cəmi 123.5 kv.metr köməkçi sahə olmaqla, cəmi sahəsi 169.94 kv.metr olmuşdur. İddiaçı2 0.030452 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.44 kv.m yaşayış, - kv.m qeyri- yaşayış, 123.5 kv.m köməkçi sahədən ibarət həmin A tikilisini - 239 nömrəli bağ evini C.Əliyevə satmış və məhz həmin daşınmaz əmlak üzərində onun mülkiyyət hüququ yaranmışdır. İşdə olan xx.xx.2010-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə ekspert rəyindən görünür ki, Nizami Rayon Məhkəməsinin 2(007)-228 saylı, xx.xx.2009-cu il tarixli icra vərəqəsi əsasında "xxxx" MMC-si tərəfindən X23 məxsus Bakı şəhəri, Sabunçu rayonu Vişnovka-2 (Albalılıq) bağ sahəsində yerləşən 239 saylı bağ evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmiş, bağ evinin texniki göstəriciləri – 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 169.94 kv.metr, yaşayış sahəsi 46.44 kv.metr, köməkçi sahəsi 123.5 kv.metr, torpaq sahəsi 0,30452 kv.metr olmuş, əmlakın qiyməti 32000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, üçüncü şəxs mübahisəli əmlakı hərrac zamanı əldə edərkən onun hüququ məhz yuxarıda qeyd edilən 0.030452 ha torpaq sahəsində yerləşən 169.94 kv.metr ümumi sahəsi olan bağ evinə yaranmış, həm qiymətləndirmə, həm də alqısatqı zamanı ümumi sahəsi 126.5 kv.metr olan həyətyanı tikili və qurğular - su anbarı 12.8 kv.m, təsərrüfat otağı 49 kv.m, anbar 25.5 kv.m, hovuz 24 kv.m, sanitar qovşağı 11.5 kv.m, hasar 13.7 kv.m sahə nəzərdə tutulmamış, qiymətləndirilməmişdir. Üçüncü şəxs "xxxx" KB ASC-nin 239 saylı bağ evinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh tərəfindən əmlaka baxış zamanı tərtib edilən xx.xx.2012-ci il tarixli müayinə aktından görünür ki, daşınmaz əmlakın hüquqmüəyyənedici sənəd üzrə sahəsi ilə (yaşayış sahəsi – 2 otaq, 46.44 kv.m, köməkçi sahəsi 90.95 kv.m, açıq eyvan 32.55 kv.m, cəmi sahə 169.94 kv.m) faktiki sahəsi eyni olmuşdur. Lakin işdə olan üçüncü şəxsin adına tərtib edilmiş MA seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu Vişnovka-2 (Albalılıq) bağ sahəsində yerləşən 239 saylı bağ evinə "xxxx" KB ASC-nin mülkiyyət hüququ qeydə alınarkən İddiaçı2la C.Əliyev arasından bağlanmış alqı-satqı müqaviləsinin predmeti olmayan nəticədə hərrac zamanı qiymətləndirilməyən və mülkiyyət hüququ üçüncü şəxsə keçməyən ümumi sahəsi 126.5 kv.metr olan həyətyanı tikili və qurğular - su anbarı 12.8 kv.m, təsərrüfat otağı 49 kv.m, anbar 25.5 kv.m, hovuz 24 kv.m, sanitar qovşağı 11.5 kv.m, hasar 13.7 kv.m sahə də "xxxx" KB ASC-nin adına qeydə alınmışdır. Halbuki “İpoteka haqqında” Qanunun 6.1-ci maddəsinə görə ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Həmin Qanunun 7.2-ci maddəsinə görə bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya ola bilər. Beləliklə, yuxarıda qeyd edilən qanunveriiclik normalarından görünür ki, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya ola bilər. Lakin işin yuxarıda qeyd olunan hallarından görünür ki, ipoteka qoyan C.Əliyevin mülkiyyətində 0.030452 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.44 kv.m yaşayış, - kv.m qeyri- yaşayış, 123.5 kv.m köməkçi sahə olmaqla, ümumi sahəsi 169.94 kv.metrdən ibarət 239 nömrəli bağ evi olsa da, tələbin həmin ipoteka predmetinə yönəldilməsi nəticəsində mülkiyyət hüququ üçüncü şəxsə keçərkən onun adına qeydə alınmış bağ evi 2 yaşayış otağı -46.44 kv.metr, yardımçı sahə 90.95 – 90.95 kv.metr olmaqla, ümumi sahə 137.39 kv. metr, su anbarı 12.8 kv.metr, təsərrüfat otağı 49 kv.metr, anbar 25.5 kv.metr, hovuz 24 kv.metr, sanitar qovşağı 11.5 kv.metr, hasar 13.7 kv.metr olmaqla, cəmi 273.89 kv.metr ümumi sahəsi olan tikili olmuşdur. Belə olan halda iddiaçılar 239 saylı bağ sahəsində yerləşən həyətyanı tikili və qurğulara dair üçüncü şəxsin adına aparılmış qeydin və bununla bağlı verilmiş çıxarış və texniki pasportun ləğv edilməsini tələb etməkdə haqlı olmuşlar. Odur ki, məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıların 239 saylı bağ sahəsində yerləşən həyətyanı tikili və qurğulara dair üçüncü şəxsin adına aparılmış qeydin və bununla bağlı verilmiş çıxarış və texniki pasportun ləğv edilməsinıə dair iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçıların digər tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan həmin tələbin təmin edilməsindən imtina edərkən iddiaçıların qanunla qorunan hüquq və mənafələrini pozmuşdur. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrindən arayışı əldə etmək üçün qeydiyyat orqanına ərizə ilə müraciət etmiş fiziki şəxs şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidir. Dövlət reyestrindən arayış əldə etmək məqsədi ilə elektron müraciətlər dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir. İddiaçılar ikinci tələbinin əsası kimi 0,12 ha olan 239 saylı bağ sahəsinin mərhum X2 icarəsinə verilməsi barədə xx.xx.2001-ci il tarixli 5099 saylı müqaviləni göstərirlər. İş materiallarıından müəyyən olunur ki, Z.Məmmədova həmin bağ sahəsinin 0.030452 ha hissəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.44 kv.m yaşayış, - kv.m qeyri- yaşayış, 123.5 kv.m köməkçi sahə olmaqla, ümumi sahəsi 169.94 kv.metrdən ibarət 239 nömrəli bağ evinə mülkiyyət hüququnu qeydə aldırmış, daha sonra onun ölümü ilə həmin əmlaka mülkiyyət hüququ vərəsələrinə keçmiş, lakin həmin bağ sahəsinin 0,089548 ha hissəsinə hüququ qeydə alınmamışdır. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 534 saylı 10 yanvar 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Topaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin qeyd olunan bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması barədə onun vərəsəsi olan iddiaçıya arayış verməkdən imtina etməsi ilə iddiaçının Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrində, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququ (gözlənilən) pozulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. İşin hallarından görünür ki, cavabdeh inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçıların müraciətinin təmin olunmasından imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 15.1-ci və 15.2-ci maddələrinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci və 19.2-ci maddələrinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən tədim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və (ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan bağ sahəsinin iddiaçının mərhum anasına məxsusluğuna dair arayışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan və üşüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-82/2024 saylı 24 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs “X22” ASC tərəfindən ayrı–ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-82/2024 saylı 24 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X27 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2942/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2942/2024
04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver