Məhkəmə qərarları › İş №2-1(103)-2945/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2945/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2945/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehna qarşı “cavabdehin hərəkətsizliyə son qoyulması və s. tələblərinə dair” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8180/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Cavabdeh Bakı Şəhər Cavabdehna qarşı cavabdehin hərəkətsizliyinə son qoyulması, məhkəmənin 2-1(103)1647/2021 saylı məhkəmə qərarının düzgün qiymətləndirilmiəsi və polis A.H.Rəhimovun cinəyətin hüquqi qiymət verilməsi, cinayət işinin rədd edilməsi barədə 12 oktyabr 2021-ci il tarixli qərarı ləğv edirək araşdrma aparılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8180/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia ərizəsinə və işin digər materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən onun şikayətinin cavabdeh istintaq orqanın araşıdırlımaması və məhkəmə qərarını icra etməyən borclunun cinayət əməlinə hüquqi qiymət verilmədiyi və s. bu kimi hərəkətsizliyi mübahisələndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Qanunun qeyd olunan tələbi baxımından, inzibati qanunvericiliklə müəyyən olunan məsələlər cinayət təqibini həyata keçirən orqanın cinayət prosesual fəaliyyət dairəsinə aid olduğundan iddiaçının hazırkı cavabdeh orqana qarşı iddia tələbinə inzibati məhkəmə icraatında baxılması mümkünlüyü istisna edilir. İPM-in 2.1-ci maddəsindən isə görünür ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, həmin mübahisənin inzibati məhkəmə icraat qaydasında baxıla bilməz. Qanunun qeyd olunan tələbi baxımından, iddiaçının hazırkı iddia tələbləri üzrə başqa aidiyyət qaydası müəyyən edildiyindən, İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilə və inzibati məhkəmə icraatında baxıla bilməz. Belə olan halda, İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin həmin qərardadının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8180/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi və qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8180/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar