Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2949/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təhsildə X8rşı “qərarın ləğv edilməsi, diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X21 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X15 və X17 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X8rşı “qərarın ləğv edilməsi, diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1156/2024 saylı 24 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Türkiyə Respublikası Anadolu Universiteti tərəfindən iddiaçıya verilmiş 2015- 226215 №-li bakalavr diplomuna əsasən X22 həmin Universitetin Açıq və distant təhsil forması üzrə Biznesin təşkili və idarə edilməsi fakültəsinin dörd illik Biznesin təşkili və idarə edilməsi ixtisasındakı təhsilini xx.xx.2015-ci il tarixində müvəffəqiyyətlə bitirərək, bu diplomu almağa layiq görülmüşdür. X22 xx.xx.2016-cı il tarixdə X23 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikahdan sonra iddiaçıya Salmanova soyadı verilmişdir. İddiaçı ona verilmiş bakalavr diplomunun tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş və cavabdeh xx.xx.2023-cü il tarixli qərarla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “Ərizəçinin müraciətinə baxılaraq onun bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsil əldə etmədiyi müəyyən edilmişdir. Belə ki, ərizəçinin bütün təlim müddəti ərzində vasitəsilə təhsil aldığı “açık öğretim” təhsilalma forması ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid deyildir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.5-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə tanınmaya dair ümumi tələblərə aiddir”. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin xarici dövlətin Ali Təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli NA 00007671 nömrəli qərarın ləğv edilməsinə və ona aid olan 2015-226215 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtina qərarı əsassızdır. O, 2011-2015-ci illər ərzində Anadolu Universitetində “İdarəetmə" fakültəsində distant formalı ali təhsil almışdır. Anadolu Universiteti 2009-cu ildən başlayaraq X5 yanında Ali Təhsil Şurasının (X28-YÖK) müvafiq qərarına əsasən Azərbaycanda yaşayan Azərbaycan, Türkiyə və digər ölkə vətəndaşlarının da universitetdə distant formada ali təhsil almaları üçün imkan yaratmışdır. Universitetdə distant formada ali təhsil alan tələbələrə daha keyfiyyətli xidmətlər göstərilməsi üçün tərəfdaşlıq prinsipi əsasında Anadolu Universiteti, Azərbaycan Türkiyə İşadamları Birliyi (ATİB) ilə əməkdaşlığa başlamışdır. ATİB və Anadolu Universiteti arasındakı “X10 X7”nün müvafiq maddəsinə uyğun olaraq, universitetin Azərbaycandan distant formada ali təhsil alan tələbələrinə bu sahədə texniki xidmətlər göstərilməsi üçün ATİB-lə Türkiyənin “X32 Destek ve Turizm Sanayi Anonim” Şirkəti arasında müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, Anadolu Universiteti Azərbaycandakı Türkiyə vətəndaşı, Azərbaycan vətəndaşı və digər ölkə vətəndaşı olan tələbələrinə texniki xidmətlər bu şirkət tərəfindən və şirkətin Azərbaycandakı nümayəndəliyi tərəfindən göstərilməkdədir. Anadolu Universitetinin “İdarəetmə” fakültəsinin idarəetmə bölməsində dördillik bakalavr təhsilinin xx.xx.2015-ci ildə tamamlayaraq, 2015-226215 nömrəli bakalavr diplomu almışdır. Həmin diplom apostil edilmiş və notarial qaydada təsdiq olunmuşdur. xx.xx.2022-ci il tarixində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinə (nostrifikasiya) dair “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” PHŞ müraciət edərək 2015- 226215 nömrəli bakalavr diplomumun tanınmasını xahiş etmişdir. Lakin cavabdehin ünvanladığı xx.xx.2023-cü il tarixli NA00007671 nömrəli Qərarında aldığı təhsilin “açık öğretim” təhsilalma formasının ənənəvi təhsil alma formasına aid olmadığını, bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilə uyğun olmadığını qeyd edərək xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasına dair imtina etmişdir. Həmin Qərarın əsassız və qanuna zidd olduğunu nəzərə alaraq həmin qərar ləğv edilməli və Kvalifikasiya haqqında şəhadətnamənin verilməsi vəzifəsinin qoyulmasına və diplom üzrə ixtisasın tanınmasına dair qərar qəbul edilməlidir. Belə ki, tərəfindən müraciətin xx.xx.2022-ci il tarixində edildiyinə baxmayaraq cavabdeh müraciətini xx.xx.2023-cü il tarixində cavablamışdır və qanuna zidd olaraq müraciətinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş yeni “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun baxmışdır. Qeyd etmək zəruridir ki, Qərar 01 mart 2023-cü il tarixindən qüvvəyə minmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz və ona əlavə verərək bildirmişdir ki, iddiaçının tədris dövrü olaraq onun diplom əlavəsində qeyd olunmuş 4 ilin heç bir ili üzrə, ümumiyyətlə xarici ali təhsil aldığı ölkədə olmadığı müəyyən olunmuşdur. Məlum olan fakt əsasında ərizəçinin “açıköğretim” təhsil formasında qeyri-ənənəvi formada təhsil aldığı təsdiqlənmişdir. Oxşar halların mövcud olduğu işlər üzrə inzibati icraat praktikasının təkmilləşdirilməsi, habelə işin mahiyyətinin dərindən öyrənilməsi məqsədilə, iddiaçının işi ilə bənzər halların mövcud olduğu ərizəçilərlə bağlı Anadolu Universitetinin Bakı nümayəndəliyinə göndərilmiş sorğuya daxil olan rəsmi cavabda həmin proqramlar üzrə tədrisin və imtahanların ərizəçilərə diplom blankında adı əks olunmuş Anadolu Universitetində deyil, həmin universitetin Bakıdaki nümayəndəliyində təşkil olunduğu bildirilmişdir. Anadolu Universitetinin Bakıda fəaliyyət göstərən nümayəndəliyinin akkreditasiyası Agentlik tərəfindən heç vaxt həyata keçirilməmişdir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 4.1.1-ci yarımbəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması da tanınmaya dair tələblər arasında göstərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 22-1(112)-1156/2024 saylı 24 aprel 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli NA 00007671 nömrəli qərarının ləğv edilməsi və İddiaçı verilmiş Türkiyə Respublikasının Anadolu Universitetinin 2015-226215 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçıya Türkiyə Respublikası Anadolu Universiteti tərəfindən təqdim olunan diplom əlavəsindən müəyyən edilir ki, o, açıköğretim və distant formada təhsil almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən təhsilalma formaları üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. İddiaçının təhsilalma forması üzrə təhsilalma qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və programı”nın tələbləri ilə uyğunsuzluq təşkil edir. Belə ki, ərizəçinin təhsil aldığı açıq təhsil forması tətbiq olunan standartlara görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qiyabi və distant təhsilalma formalarının elementlərini özündə cəmləşdirən bir təhsilalma formasıdır. Ərizəçinin əldə etdiyi təhsil istiqaməti (ixtisas) üzrə Azərbaycan Respublikasında belə təhsil formasına (açıköğretim) yol verilmir. Genişprofilli mütəxəssis hazırlığını təmin edən ali təhsilin bakalavr səviyyəsi üzrə tədrisin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” nın 1.1-ci maddəsinə əsasən, bu qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və dövlət təhsil standartları əsasında ali təhsilin bakalavriat səviyyəsində təhsilin məzmunu, təşkili və "bakalavr" dərəcələrinin verilməsi qaydalarını tənzimləyir. Həmin Qaydaların 2.8ci və 2.9-cu bəndlərinə əsasən, qiyabi təhsil forması üzrə isə tədris ili ümumilikdə 32 həftə olmaqla, hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilmişdir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda, bakalavriat səviyyəsində tələbəyə bütün təlim müddətində təcrübəyə 8-18 həftə ayrılır. Məhkəmənin nəzərinə çatdırılır ki, “açıköğretim” təhsil forması qeyri-ənənəvi təhsil formasıdır. Türkiyə Cümhuriyyətinin “AÇİK YÜKSEKÖĞRETİM YÖNETMELİĞİ' haqqında qanunun 8-ci maddəsinə əsasən imkanlar daxilində a) ali təhsildə çap edilmiş tədris alətləri, kasetlər, videolar, lentlər, lentlər və filmlər, b) Radio və televiziya c) oxşar avadanlıq və sistemlərdən istifadə olunur. Qeyd olununan maddəyə əsasən məlum olur ki, tələbə tədris zamanı hər hansı dərs ixtisas dərsi tədris edilmədən, göndərilmiş materillar əsasında diplom əldə edir. “Açıköğretim” təhsil forması beynəlxalaq təcrübədə modul tipli təhsil formasına uyğundur. Sözügedən təhsil Azərbaycan Respublikası qanunvericilik sistemində mövcud deyil. Həmçinin bu hal özünü iddiaçının təhsil aldığı müəssisənin agentliyə ünvanlamış olduğu məktubda “açıköğretim” və “distant” təhslin fərqli anlayışlar olduğu qeyd etməsi ilə də özünü təsdiqləyir. Türkiyə Cümhuriyyətinin “X6 Tanıma ve Denklik Yönetmeliği” haqqında Qanunun 7-ci maddəsinin d bəndinə əsasən “Yükseköğrenime başladıkları ilk eğitim öğretim döneminde ÖSYM’nin yükseköğretime geçiş için aradığı asgari şartları karşılamış olan ve (c) bendinde belirtilen yükseköğretim kurumlarına ders transferi/yatay geçiş yoluyla geçip öğreniminin en az %70’ini bu yükseköğretim kurumlarında tamamlayanların diplomalarına” tanınma haqqında şəhadətnamə verilə bilər. Bu halı təsdiqləyən bir çox X14 qərarları mövcuddur. (Danıştay 8. Daire, esas No 2018/6019, kara No: 2022/438, Danıştay 8. Daire, esas No 2021/7512, kara No: 2021/6546) Türkiyə Respublikası Milli Təhsil Nazirliyi tərəfindən xarici kvalifikasiyaların tanınmasına dair müraciətə əsasən qiyabi təhsil forması açıköğretim təhsil formasına bərabər tutularaq, Bakı Dövlət Universitetində qiyabi təhsil formasında təhsil almış vətəndaşa “X6 Tanıma ve Denklik Yönetmeliği” haqqında Qanunun 6-cı maddəsinin b bəndinə əsasən imtina qərarı verilmişdir. (xx.xx.2022-ci il tarixli E-16270968-1xx.xx-88746 nömrəli sənəd apellyasiya şikayətinə əlavə olunmuşdur). Qeyd olunanlara əsasən açık öğretimlə təhsilverən ölkə (Türkiyə) öz vətəndaşlarının xarici ölkədə açık öğretim təhsil forması ilə təhsil almış tələbələrin əldə etdikləri xarici kvalifikasiyaları tanımadığı halda, Azərbaycan Respublikasında açık öğretim təhsil forması ilə xarici ölkədə təhsil almış tələbələrin əldə etdikləri xarici kvalifikasiyaların tanınması, həmçinin qeyd olunan təhsil formasının Azərbaycan Respublikasında mövcud olan dörd təhsil formasına (əyani, qiyabi, distant, ekstrenat təhsil) uyğun gəlmədiyi təqdirdə məhkəmə əsassız olaraq qərar qəbul etmişdir. Belə ki, “açıköretim” təhsil formasında tələbə dərsləri tədris edən mentorla heç bir ünsiyyət, əlaqə qurmadan sadəcə dərs materiallarına və ya audio-video yazılar istifadə edilməklə tədris prosesində iştirak edir. Qeyd olunanlara əsasən məlum olur ki, açık öğretim və uzaktan eğitim oxsar texnologiyadan istifadə edilsədə, fərqli təhsil formasıdır. Tanınma üzrə Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması və ya 4.1.5-ci yarımbəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tanınma üzrə ümumi tələblərdən biridir. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmçinin həmin Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən öz imkanları ilə Türkiyə Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları Türkiyə Respublikasının Ali Təhsil Şurası və ya Türkiyə Respublikasındakı ali təhsil müəssisələri tərəfindən müəyyən edilən şərtlər əsasında Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələri nəzərə alınaraq qəbul edilir. Buna baxmayaraq, oxşar işlər üzrə iddiaçıların ümumiyyətlə heç bir imtahanda iştirak etmədən “açıк öğretim” formasında təhsil üçün qəbul olduqları müəyyən edilmişdir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qanunvericlikdə distant təhsil forması, əyani və qiyabi təhsil formaları ilə eyni hüquqi qüvvəyə malikdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi isə apellyasiya şikayətində əsassız olaraq qiyabi təhsil forması üçün müəyyən edilmiş normativləri distant təhsil formasına tətbiq etmək istəmişdir. Məhkəmə Kollegiyası həmçinin nəzərə almalıdır ki, eyni faktiki və hüquqi əsasa söykənən işlər üzrə Ali Məhkəmənin çoxsaylı qərarlarında cavabdehin bu tipli imtinaları əsassız hesab edilmişdir. Ona görə də haqlı-haqsız bu formal şikayət etmə mexanizminə də son qoyulmalıdır. Çünki son nəticədə vətəndaşların hüquqları pozulur və bir pozulmuş hüququn məhkəmələrdə bərpası aylarla, bəzən isə bir neçə il davam edir. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı və cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsinin iştirakları olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina qərarının tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Təhsildə X8rşı tələbi “cavabdehin xarici dövlətin Ali Təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli NA 00007671 nömrəli qərarın ləğv edilməsi və ona aid olan 2015-226215 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” barədədir. Cavabdeh iddiaçının tələbinin təmin olunmasından imtina edərək ona istinad etmişdir ki, ərizəçinin bütün təlim müddəti ərzində təhsil aldığı “açık öğretim” təhsilalma forması ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid deyildir. Həmin imtina ilə razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya diplom və digər təhsil haqqında sənədlər Anadolu Universitetinin Bakıda fəaliyyət göstərən nümayəndəliyindən deyil, Anadolu Universitetindən verilmiş və qeyd edilən sənədlər apostil olunaraq Azərbaycan dilinə tərcümə və təsdiq edilmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı Anadolu Universitetinin Rektorluğundan iddiaçıya ünvanlanmış və Azərbaycan dilinə tərcümə edilərək təsdiq edilmiş xx.xx.2023-cü il tarixli E-82560829-302.xx.xx-674757 nömrəli məktubda qeyd edilmişdir ki, “X24, 2011 - 2012 - ci tədris ilində Universitetimizin Biznesin İdarəedilməsi X3 X9 X18 (Birbaşa Qeydiyyat) çərçivəsində İİİ kurs üçün **********1 tələbə nömrəsi ilə xx.xx.2011-ci il tarixində qeydiyyatdan keçmişdir. Haqqında bəhs olunan tələbə Distant təhsil modelində (Distant təhsil) təhsil alaraq Subbakalavr təhsilindən məzun olmaqla İİ və İV: kurslarda müvəffəqiyyət qazanaraq xx.xx.2015 - ci il tarixində X4 Bakalavr pilləsini 2015 - 226215 nömrəli diplomla bitirmişdir. Anadolu Universiteti Türkiyənin Eskişir şəhərində yerləşən dövlət universitetidir. 1958-ci ildə qurulan Universitetimiz Türkiyənin müasir, dinamik və innovativ universitetidir. 20 iyul 1982-ci il tarixli 41 saylı Qanun kimi qəbul edilən Fərmanla fasiləsiz və qiyabi təhsilin təmin edilməsi vəzifəsi elmi - texnoloji infrastruktura sahib olan Anadolu Universitetinə həvalə edilib. Bu çərçivədə Anadolu Universiteti ölkəmizdə müasir distant təhsil modeli (Distant Education) ilə ali təhsil verən ilk qurumdur. Distant Təhsil Modelində (Distant Təhsil) tələbənin hansı ölkədən təhsil almasından asılı olmayaraq, kurs və imtahanlar üçün universitetə gəlmək məcburiyyəti yoxdur. Anadolu Universitetinin Açıq Təhsil sistemində distant təhsil (distant təhsil) vasitəsilə verdiyi təhsil Azərbaycan Təhsil Qanununun 13.2 - ci maddəsində Qiyabi təhsil növü deyil, 13.3 - cü maddəsində qeyd edilmiş Distan təhsil növünə uyğun olan təhsildir. Açıq Təhsil Sistemimiz müxtəlif yaş qruplarından və mənşəyindən olan tələbələr üçün təhsil platforması olan Anadolum e - Kampusda (elektron şəhərcikdə) oxu - kəşf et - öyrən (məsul dərsliklər, bölmənin xülasəsi, infoqrafika), İzlə - öyrən (canlı dərslər, mühazirə videoları, interaktiv videolar), dinlə - öyrən (audio kitab və audio xülasə), cəhd et - öyrən (suallarla öyrənək, məşqlərlə, sınaq imtahanları, çıxan imtahan sualları) ilə öyrənilməsini asanlaşdıracaq materiallar var. O cümlədən Azərbaycandan distant təhsil yolu ilə kurslarda iştirak edən tələbələrə hər il dərsliklər göndərilir. Bundan əlavə, Azərbaycanda tələbələr üçün Eskişehirdən Canlı video konfrans dərsləri keçirilir. Anadolu Universiteti Açıq Təhsil Fakültəsi Bakı Əlaqə Bürosu Açıq Təhsil Sistemində qeydiyyatdan keçmiş tələbələrə məsləhət və bələdçi xidmətləri göstərir. Bu çərçivədə Azərbaycanda yaşayan tələbələr özlərini Anadolu Universitetinin tələbələri kimi ölkələrinin səlahiyyətli strukturlarına təqdim edə bilərlər. Təklif olunan təhsilin məzmunu və keyfiyyəti yalnız Anadolu Universitetinə məxsusdur. Eyni zamanda Universitetimiz Avropa Distant X1 (X25 of X12 - EADTU), X2 (X11 - EUA), X19 Assosiasiyasının (Asian Association of Open Universities - AAOU), Beynəlxalq Açıq və Distant Təhsil Şurasının (X20 for Open and Distance Education - İCDE), Avropa Distant və X16 (X13 Netvvork - EDEN) üzvüdür. Açıq Təhsil Sistemində dörd semestrdən (müddəti 2 il olan) sub bakalavr səviyyəsində və səkkiz semestrdən ibarət bakalavriat səviyyəsində (4 il müddətində) ali təhsil proqramları mövcuddur. Hər tədris ili payız və yaz semestrlərindən ibarətdir. Universitetimizin hazırladığı Akademik Təqvimdən asılı olaraq payız semestri adətən sentyabrda, yaz semestri isə mart ayında başlayır. Tələbələrin kurs müvəffəqiyyəti aralıq və yekun imtahanları daxil olmaqla hər semestrdə iki dəfə xüsusi nəzarət altında üz-üzə və/və ya onlayn imtahanların keçirilməsi ilə ölçülür. Azərbaycandan distant təhsillə təhsil alan tələbələr üçün imtahan sualları Universitet tərəfindən T.R. Xarici İşlər Nazirliyi vasitəsi ilə diplomatik karqo vasitəsi ilə Bakı şəhərindəki Türkiyə səfirliyinə göndərilir. İmtahanlar Türkiyə Respublikası Milli Təhsil Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə tabe olan Bakı Türk Anadolu Liseyində, Türkiyə Respublikasının Bakı şəhərindəki Fövqəladə və Səlahiyyətli Səfirliyi və Təhsil Müşavirliyinin təşkilati dəstəyi ilə universitet tərəfindən həyata keçirilir. Açıq Təhsil Sistemində proqramların tədris dili türk və ingilis dilləridir. Tələbələrimizin sub bakalavr proqramlarından məzun olmaları üçün ən azı 120 AKTS krediti (X26 System - ECTS), bakalavr səviyyəsindəki fakültələrdən məzun olmaq üçün ən azı 240 AKTS krediti çərçivəsində dərs keçmələri, keçilən dərslərdən müvəffəqiyyət qazanmalı, Ümumi orta qiymətlərinin (GNO) ən az 2.00 olmalı və onlardan gözlənilən öhdəlikləri yerinə yetirmələri tələb olunur. Fakültə və proqramlara aid ətraflı məlumatı globalcampus.anadolu.edu.tr səhifəmizdən əldə etmək olar. Universitetimizin diplomları Türkiyə Ali Təhsil Şurası (YÖK) tərəfindən tanınır. xx.xx.1982-ci il tarixli və 17860 saylı Rəsmi Qəzetdə dərc edilən Açıq Ali Təhsil Əsasnaməsinin 13-cü maddəsində deyilir: “Eyni kurrikuluma uyğun distant təhsil alan tələbələrlə əyani təhsil tələbələri arasında tələbə hüquqları baxımından heç bir fərq yoxdur və hər iki yolun məzunları bərabər hüquq və səlahiyyətlərə sahibdirlər”. Buna görə də əyani və açıq təhsil proqramlarını bitirən tələbələrimiz arasında heç bir fərq yoxdur. Müəyyən edilmişdir ki, Aysel Xıdırovanın qeydiyyatdan keçdiyi dövrlərdə imtahan mərkəzinin Bakı şəhəri olduğu və imtahan məlumatları əlavədə verilmişdir. Məlumat diqqətinizə təqdim olunur. Universitetin diplomları Türkiyə Ali Təhsil Şurası (YÖK) tərəfindən tanınır. Həmçinin eyni kurrikuluma uyğun distant təhsil alan tələbələrlə əyani təhsil tələbələri arasında tələbə hüquqları baxımından heç bir fərq yoxdur və hər iki yolun məzunları bərabər hüquq və səlahiyyətlərə sahibdirlər. Buna görə də əyani və açıq təhsil proqramlarını bitirən tələbələrimiz arasında heç bir fərq yoxdur.” “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili”Qaydalarının1.6-cı maddəsinə əsasən, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Bundan əlavə Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Hökuməti və ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin»in 1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hazırkı Sazişin məqsədi beynəlxalq hüquq normalarına və Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq hər iki Tərəfin müvafiq qurumları arasında bərabərlik və qarşılıqlı hörmət əsasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməkdir. Həmin Sazişin 12-ci maddəsinə əsasən Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Şərh olunan qanunvericiliyin müddəalarına görə “distant” təhsil forması digər təhsil formalarından fərqli olmaqla yanaşı, müxtəlif səciyyəvi xüsusatlara malikdir. Belə ki, distant forma - təhsil prosesinə xas olan bütün komponentləri (məqsədlər, məzmun, metodlar, təşkilati formalar, tədris vasitələri) əks etdirən və İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil formasıdır. Qeyd olunmalıdır ki, qanunvericilik distant formada təhsilin təşkili qaydalarını şərtləndirməsə belə, iddiaçının təhsil aldığı ölkə ilə Azərbaycan Respublikası Höküməti arasında təhsil sahəsində əməkdaşlıq münasibətləri mövcud olmuşdur ki, həmin münasibətlər zənnində iddiaçının distant təhsil formasının təsdiq edilməsi üçün müəyyən əsaslar yaranır. Əlbəttə, qanunvericiliklə distant təhsilə verilmiş anlayış baxımından təhsilin İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıqöğrətim” formasının “distant” təhsil formasına aid olması təkzibolunmaz haldır. Kollegiya hesab edir ki, Türkiyədə təhsil forması kimi “açık öğretim” və “uzakdan eğitim” kimi anlayışların fərqləndirilməsi də vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, Türkiyə Respublikasında hər iki təhsil forması bir çox oxşar cəhətlərə malik olsa da, həmin təhsil formaları arasında müəyyən fərqlilik mövcuddur ki, Azərbaycan təhsil sistemi üçün isə həmin fərqləndirmə müəyyən edilmir. Belə ki, mövcud, qüvvədə olan qanunvericilik Türkiyədə mövcud olan hər iki təhsil formasını bir formada birləşdirir və qeyd olunan təhsil forması da məhz distant təhsil forması hesab edilir. Göründüyü kimi, Türkiyə Respublikasında “distant” təhsil forması bir neçə növə ayrılmışdır ki, bu hal da iddiaçının aldığı təhsil formasının “distant” forma hesab edilmə meyarına xələl gətirmir. Lakin nəzərə alınmalıdır ki, ümumiyyətlə “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda “distant” təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki, belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır. Məhkəmə kollegyası qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe belə əsaslandırılmışdır (2-1(102)-1359/2020 saylı, 2-1(102)-609/2020 saylı, 2- 1(102)-574/2022 saylı, 2-1(102)-729/2022 saylı, 2-1(102)-466/2023 saylı, 2-1(102)- 518/2023 saylı, 2-1(102)-542/2023 saylı, 2-1(102)-1224/2023 saylı, 2-1(102)-693/2024 saylı işlər üzrə qərarlar). Məhkəmə kollegiyası onu da nəzərə alır ki, hazırkı iddia “məcburetmə haqqında iddia” olduğundan inzibati aktın qəbul edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə olan halda hazırkı işdə iddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə bu sübutetmə iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut ebdə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının Anadolu Universitetinin Açıq Təhsil sistemində distant təhsil (distant təhsil) vasitəsilə aldığıi təhsil Azərbaycan Təhsil Qanununun 13.2-ci maddəsində Qiyabi təhsil növü deyil, 13.3-cü maddəsində qeyd edilmiş Distan təhsil növünə uyğun olduğundan cavabdeh inzibati orqanın imtinası yuxarıda adı çəkilən maddi hüquq normalarının tələblərinə uyğun olmadığı üçün əsassız olmuşdur. Buna görə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və onun iddiası da birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də qəbul edilmir. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1156/2024 saylı 24 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1156/2024 saylı 24 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X27 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2949/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2949/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver