Məhkəmə qərarları › İş №2-1(103)-295/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-295/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-295/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4700/2023 saylı xx.xx.2023cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia (İPM m.33.1) ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi pensiyasının müraciət etdiyi xx.xx.2022-ci il tarixdən 3 il əvvəlki dövrdən, xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.1962-ci il təvəllüdlü iddiaçı tələb olunan sənədlərlə 57 yaşından ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 17 iyun 2022-ci il tarixli cavab məktubu ilə onun güzəştli iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinanın səbəbi kimi güzəştli stajının 12 il 6 aydan az, 9 il 11 ay 25 gün (xx.xx.2000-xx.xx.2001); xx.xx.2011-xx.xx.2019; xx.xx.2019-xx.xx.2021) olduğu göstərilmiş, Onun təkrar müraciətinə də cavabdeh 14 oktyabr 2022-ci il tarixli eyni məzmunulu imtina məktubu göndərmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Cavabdeh iddia ərizəsinə etirazında iddiaçıya ünvanladığı imtina məktubunda göstərilən əsaslarla, yəni, onun güzəştli stajının 12 il 6 aydan az olduğunu əsas gətirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4700/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçının iddia etdiyi həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində mövcuddur. Ona münasibətdə sosial təminat hüquqlarının pozulmasına səbəb ola bilər. O, stajından irəli gələn sosial təminat hüququnun tanınmasını tələb etmək haqqına sahibdir. Bu ağır peşələrdə işlədiyi dövrlərdə gələcəkdə güzəştli şərtlərlə pensiya alacağına ümid etmişdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında iddiaçının hüquqlarını aradan qaldıran və ya məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, onun artıq bunadək qazanmış olduğu hüququn aradan qalxmasına səbəb ola bilməz. Əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin, həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsinin məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur.” Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaçının 12 il 6 aydan az olduğundan 57 yaşıdan güzəştli şərtlərələ pensiya hüqüqunun yaranmadığını qeyd edərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının dəqiqləşdirilmiş iddia tələbindən göründüyü kimi, 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və müraciət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməsini tələb etmişdir. Birincisi, qeyd olunmalıdır ki, iddiaçı tərəfindən iddia ərizəsində ona güzəştli pensiya hüququ verən stajı ilə bağlı heç bir əsaslandırması yoxdur. İkincisi, qanunvericiliyin tələbləri baxımından isə onun 2006-cı ilə qədər azı 25 il ümumi və 12 il 6 ay güzəştli pensiya hüquq verən iş stajı mövcud olmalıdır ki, ona 57 yaşından güzəştli şərtlərlə pensiya təyin olunması mümkün olsun. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Cavabdehin apellyasiya şikayətindən görünür ki, iddiaçının tələb olunan 25 il ümumi stajının mövcudluğu mübahisələndirilmir (Onun əmək kitabçası üzər əmək stajı araşıdırıldıqda, hərbi xidmət dövrü də nəzərə alınmaqla 25 il 7 ay 23 gün iş stajı mövcuddur). Cavabdeh tərəfindən həm imtina məktublarında, həm də iddia ərizəsinə etirazında mübahisələndirir ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas verən zərərli iş şəraitində iş stajı yoxdur. İlk öncə, onun işə əlavə olunmuş yazılı izahatından (i.v.76) görünür ki, özü tərəfindən hesablanmış güzəştli stajı toplansa belə, onun xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı ilə qədər “X4 kompaniyasında - fəhlə, qazmaçı, çilingər, yuxarı fəhlə, məhlul operatoru, növbə rəisi kimi - çalışdığı dövr üzrə güzətli stajı cəmi - 5 il 4 ay 17 gün təşkil edir. Digər tərəfdən, onun güzəştli stajına dair işə əlavə olunmuş “X1” şirkətinin 13 oktyabr 2022-ci il tarixli xx-xx-2022 nömrəli arayışından isə görünür ki, onun xx.xx.2003xx.xx.2004-cü illərdə 5 ay işlədiyi qazma məhlulu operatoru, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilə qədər 3 ay 15 gün qazmaçı kimi işlədiyi dövr (cəmi, 8 ay 26 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”n Siyahısında nəzərdə tutulan güzəştli pensiya hüququ verən peşələr kimi təsbit olunmuşdur. Üçüncü bir tərəfdən qeyd olunmalıdır ki, hətta onun 2006-cı ilə qədər olan bütün əmək fəaliyyəti üzrə “su quyularının istsmarı üzrə qazmaçı, usta, iş icraçısı və sözügedən şirkətdə məhlul operatoru və qazmaçı kimi işlədiyi dövrlər - AR Nazirlər Kabinetinin istər 1993-cü il 21 iyun 320 saylı, istərsə də 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarları ilə təsdiq olunmuş Siyahılarda müvafiq sahə və kod göstəricələrinə üyğunluğuna varmadan və yoxlanmadan hesablandıqda belə, onun 2006-cı ilə qədər 12 il 6 ay güşətli stajı toplanmır. O cümlədən: 1982.07.07 - 1982.11.01: qazmaçı - 3 ay 24 gün; 1982.11.01 -1983.02.01: usta -3 ay; 1983.02.01 - 1990.03.01 : qazmaçı -7 il 1 ay; 1990.03.01 – 1991.02.01: iş icraçısı - 11 ay; 1991.xx.xx.1992.01.02: qazmaçı -11 ay 1 gün; 1992.xx.xx.1992.01.03: iş icraçısı -7 ay.; 2000.xx.xx-2001.03.29: qazmaçı köməkçisi -3 ay 7 gün; 2003.08.04 -2004.09.16: məhlul operatoru – 1 il 1 ay 12gün; 2004.xx.xx-2006.01.01 : qazmaçı -3 ay 15 gün. Qeyd olunan dövrlər üzrə stajı toplandıqda 2006-cı ilə qədər iddiaçının cəmi, 11 il 8 ay 29 gün stajı, yəni, ona 57 yaşdan pensiya təyin olunması üçün qanunvericiliklə tələb olunan azı 12 il 6 ay stajı toplanmır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya 57 yaşından pensiya təyin oluması üçün onun tələb olunan güzəştli stajının mövcud olmaması əsası ilə həmin yaşdan pensiya təyin olunmasından imtina olunması tam əsaslıdır. Cavabdehin qanuni və əsaslı imtinası isə onun hüquqlarınını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə o halda inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi - qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına və qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4700/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4700/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar