Məhkəmə qərarları › İş №2-1(103)-2952/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2952/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2952/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5769/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “yeni məlumat vərəqəsinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsində qeyd edilmişdir ki, 25 təqvim ili, güzəştli şərtlərl isə 36 il 10 ay hərbi xidmət dövrü keçmiş və 20 avqust 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxılmışdır. 1991-1994-cü il tarixlərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin Sərhəd Qoşunları fakultəsində ali hərbi təhsil almışdır. Həmin dövr qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinə əsasən müharibə illərində arxa cəbhədə iş müddəti iki qat ölçüdə hesablanmalıdır. Onun hərbi xidmət dövrü isə 1 ili 1 il kimi hesablanmışdır. İddiaçı hesab edir ki, NK-nın 631 nömrəli 23 noyabr 1992-ci il tarixli qərarı və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Azərbaycan Respublikası Qanunu ilə 03 oktyabr 1997-ci il tarixində qəbul edildiyindən ağırlaşdırıcı norma kimi 01 avqust 1991-xx.xx.1994-cü il tarixədək olan münasibətə şamil edilə bilməz. Daha sonra iddiaçı 18 yanvar 2024-cü il tarixdə məhkəmə daxil olmuş dəqiqləşmə verərək xidmət illərinin xx.xx.1991-xx.xx.1994-cü il tarixədək bir ili iki il kimi və xx.xx.1991- xx.xx.1997-ci il tarixədək bir ilinin iki il altı ay kimi hesablanaraq məlumat vərəqəsinin tərtib edilərək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı 23 yanvar 2024-cü il tarixdə məhkəmə daxil olmuş dəqiqləşmə verərək xidmət illərinin xx.xx.1991-xx.xx.1994-cü il tarixədək bir ili iki il kimi və xx.xx.1995- xx.xx.1997-ci il tarixədək bir ilinin iki il altı ay kimi hesablanaraq məlumat vərəqəsinin tərtib edilərək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı 15 aprel 2024-cü il tarixdə iddia tələbinə dəqiqləşmə verərək 01 avqust 1991-ci ildən 13 fevral 1993-cü il tarixədək və 27 aprel 1993-cü il tarixdən 21 iyun 1994-cü il tarixədək bir ilinin iki il kimi və xx.xx.1995-xx.xx.1997-ci il tarixədək bir ilinin iki il altı ay kimi hesablanaraq hesablanaraq yeni məlumat vərəqəsinin tərtib edilərək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı sonuncu dəfə 01 may 2024-cü il tarixdə iddia tələbinə dəqiqləşmə verərək 01 avqust 1991- ci ildən 13 fevral 1993-cü il tarixədək və 27 aprel 1993-cü il tarixdən 21 iyun 1994-cü il tarixədək bir ilinin iki il kimi hesablanaraq yeni məlumat vərəqəsinin tərtib edilərək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5769/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5769/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Xüsusi Şərtlərlər Təyinat üzrə Mərkəzi Filialın 28 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, cavabdehdən daxil olmuş məlumat vərəqəsinə əsasən iddiaçının xidmət müddəti 37 il 5 ay 27 gün kimi göstərilmişdir. - Əmək pensiyasının yenidən hesablanması barədə 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, iddiaçının yenidən hesablanmış pensiya məbləği 2170,48 manat təşkil edir. - Pensiya işində olan məlumat vərəqələrindən görünür ki, iddiaçının təminat xərcliyi 1790,38 manat təşkil edir. - Bakı Apellyasiya Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qərarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək iddiaçıya 13 fevral 1993-cü il tarixdən 22 fevral 1993-cü il tarixədək döyüş bölgəsində olduğu dövr onun güzəştli xidmət illərinə daxil edilmiş, iddia digər hissədə təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddia təmin edilməmiş hissədə qərar ləğv edilmiş, iddia həmin hissədə də təmin edilmiş, 13 fevral 1993-cü il tarixdən 22 fevral 1993-cü il tarixə qədər döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi və alınan xəsarət nəticəsində 20 fevral 1993-cü il tarixdən 27 aprel 1993-cü il tarixə qədər X3 statisionar şəraitdə müalicə olduğu müddətin güzəştli şərtlərlə onun uzun müddət xidməti vaxtına hesablanması və bu barədə yeni məlumat vərəqəsinin tərtib edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. - Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinin 14 mart 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı 01 avqust 1991-ci il tarixdən 21 iyun 1994-cü il tarixədək Bakı Ali Baş Komandanlıq Məktəbində kursant olmuşdur. - Xidmət Dəftərçəsindən görünür ki, iddiaçıya leytenant hərbi rütbəsi 21 iyun 1994-cü il tarixdə verilmişdir. O, 01 avqust 1991-ci il tarixdən 21 iyun 1994-cü il tarixədək Bakı Ali Baş Komandanlıq Məktəbində kursant olmuşdur. - 20 avqust 2016-cı il tarixli əmrdən görünür ki, iddiaçı həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun: 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarının:

2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin 1.Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Azərbaycan Ordusunda, və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidmət; Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində hərbi xidmətə təyin olunma günündən; Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının X2 Dövlət Agentliyində zabit heyəti, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifələrində xidmət — vəzifəyə təyin olunma günündən; daxili işlər, ədliyyə, fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət vəzifəyə təyin olunma günündən; Gömrük orqanlarının kiçik heyət, orta, baş, ali rəis heyəti vəzifələrində xidmətə təyin olunma günündən; Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmətə təyin olunma günündən; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyəti vəzifələrində xidməti vəzifəyə təyin olunma günündən; Miqrasiya orqanlarının kiçik, orta, böyük, ali rəis heyəti vəzifələrində xidmətə təyin olunma günündən; həqiqi hərbi xidmətdə daxili işlər, fövqəladə hallar və ədliyyə orqanlarının kadrları tərkibində qalmaqla mülki nazirliklərdə, baş idarələrdə, müəssisə və təşkilatlarda işləmək dövrü; Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik hərbi qulluqçuların, daxili işlər, ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis və sıravi heyətinə mənsub şəxslərin həbsdə olduğu, azadlığı məhdudlaşdırıldığı və cəzaçəkmə müəssisələrində olduğu müddət; döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə, habelə Əfqanıstanda əsgəri borcunu yerinə yetirərkən əsirlikdə, mühasirədə olma müddəti, əgər əsirlik könüllü olmamışdısa və hərbi qulluqçu əsirlikdə olarkən respublikaya qarşı cinayət törətməmişdisə; silahlı qüvvələrin ehtiyatda olan yüksək ixtisaslı pensiyaçı zabit kadrlarının Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi və Dövlət Sərhəd Xidməti orqanlarında, habelə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində xidməti. Bu müddət qurtarandan sonra pensiya qüvvədə olan qanunvericiliyə əsasən yenidən hesablanır. Zabit heyətinə daxili işlər gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Əgər həmin şəxslər bilavasitə mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir. Ali dövlət hakimiyyəti orqanlarından işdən çıxan və sonradan daxili işlər orqanlarında xidmətlərini davam etdirən əməkdaşlar üçün bu orqanlarda işlədiyi müddət xidməti stajına daxil edilir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 148-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə bərpa edilən əməkdaşlar üçün daxili işlər orqanlarından xaric edildikləri gündən xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi günədək olan müddət fasiləsiz xidmət stajına daxil edilir. Ədliyyə orqanlarının penitensiar və tibb xidmətlərinin əməkdaşlarına pensiya təyin edildikdə, penitensiar müəssisələrdə və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində mülki işçi qismində işlədikləri müddət qulluq illərinə hesablanır. Hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminat ilə bağlı vəzifələrdə işləmiş ədliyyə və miqrasiya orqanlarına qulluğa qəbul edilmiş şəxslərin qulluq illəri ədliyyə və miqrasiya orqanlarında qulluq illərinə daxil edilir. Yüksəkixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajı iki günü bir gün hesablanmaqla uzun müddət xidmətə daxil edilir. 1-1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilənədək, onun əməkdaşlarının malik olduqları xidmət illəri həmin şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması zamanı nəzərə alınır.

2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 2500 metr və daha çox hündürlükdə; reaktiv və turbovintli aviasiyada uçuş işində - Müdafiə Nazirliyinin müəyyən etdiyi şərtlərlə; su altında və barokameralarda yüksək təzyiq şəraitində xeyli qalmaqla iş aparan dalğıc vəzifələrində - müdafiə və daxili işlər nazirliklərinin habelə Dövlət Sərhəd Xidmətinin müəyyənləşdirdiyi şərtlər sayılmaqla: b) xidmətin bir ayı ayyarım sayılmaqla: bütün ad və ixtisaslardan olan dalğıc vəzifələrində (bu qərarın 2-ci bəndinin “b” yarımbəndində göstərilən dalğıclardan savayı); müdafiə, daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə; iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət – Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə; sırada olan, bilavasitə Azərbaycan Respublikası sərhədlərinin keşiyində duran dəniz sərhəd gəmilərində və katerlərində; sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində); respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə; sualtı qayıqlarda onların sırada olduğu dövrdə, minatutan gəmilərdə döyüş minalarını tutma dövründə - Müdafiə Nazirliyinin müəyyənləşdirdiyi şərtlərlə; Azərbaycan Respublikası ali hakimiyyət və idarəetmə orqanlarının təhlükəsizliyi idarəsində - bilavasitə post xidməti aparan operativ heyət üçün - idarə rəisinin təsdiq etdiyi vəzifə siyahısı üzrə; cəmiyyətə zidd kütləvi təzahürlərlə bağlı fövqəladə vəziyyətlərdə ictimai asayişi və dövlət təhlükəsizliyini qorumaq vəzifələri yerinə yetirilərkən – respublikanın qanunverici orqanlarının müəyyən etdiyi dövrlərdə; müvafiq nazirlik, xidmət və baş idarə rəhbərlərinin təqdimatı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi vəzifə siyahısı üzrə hərbi qulluqçuların ayrıayrı kateqoriyalarına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən əməkdaşlara pensiya təyin edilərkən işlədikləri illərin hesablanması 3 iş günü 4 iş günü kimi, yoluxucu xəstəliyə olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrində (cəzaçəkmə müəssisələrinin şöbələrində) isə əməkdaşlara 2 iş günü 3 iş günü kimi hesablanır. Terrorizmə qarşı mübarizəni bilavasitə həyata keçirən bölmələrdə xidmət illəri bir xidmət günü iki xidmət günü kimi, terror əleyhinə aparılan əməliyyatlarda iştirak müddəti isə bir xidmət günü üç xidmət günü kimi sayılır. Bu qərarla nəzərdə tutulmayan hallarda xidmət dövrləri ali dövlət hakimiyyət və idarəetmə orqanlarının ayrı-ayrı normativ aktları əsasında güzəştli şərtlərlə müəyyənləşdirilə bilər.

10. Zabit heyətinə mənsub şəxslərin, gizirlərin, miçmanların, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçuların daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərin 1992-ci il yanvarın 1-dək olan xidmət müddətləri onlardan ötrü uzun müddət xidmətə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” SSRİ Qanunu, “Uzun müddət xidmətin hesablanması və zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya, müavinət təyin edilməsi və verilməsi qaydası haqqında” SSRİ Nazirlər Sovetinin 1990-cı il 24 iyul tarixli 725 nömrəli qərarı və “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət və bu hərbi qulluqçulara, rəis və sıravi heyətə mənsub şəxslərə və onların ailələrinə müavinətlər haqqında” SSRİ Nazirlər Sovetinin 1990-cı il 15 dekabr tarixli 1290 nömrəli qərarı ilə qoyulmuş qaydada və şərtlərlə aid edilsin.

11. Bu qərar 1992-ci il yanvarın 1-dən qüvvəyə mindirilsin. Hazırkı işin hallarından görünür ki, iddiaçının tələbi kursant olduğu 01 avqust 1991-ci il tarixdən 13 fevral 1993-cü il tarixədək və 27 aprel 1993-cü il tarixdən 21 iyun 1994-cü il tarixədək dövrün bir ilinin iki il kimi hesablanması ilə əlaqədardır. Tələbin əsası kimi iddiaçı qeyd edir ki, həmin dövrdə qüvvədə olmuş pensiya təminatı qanunvericiliyin tələbinə əsasən adıçəkilən dövr üzrə bir ilin iki il kimi hesablanması yolverilən olmuşdur və sonrakı dövr qanunvericiliklə nəzərdə tutulmuş ağırlaşma ona münasibətdə tətbiq edilə bilməz. Cavabdeh inzibati orqan hesab edir ki, yuxarıda adıçəkilən Qərarın tələbinə uyğun olaraq adıçəkilən dövrün güzəştli xidmət ili kimi hesablanması müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu kateqoriyasına aid olmayan digər kateqoriya hərbi qulluqçularına aiddir. Kursant isə müddəti həqiqi hərbi xidmət bərabər tutulan kateqoriyadır. Cavabdehin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin konkret tələbindən də göründüyü kimi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar yəni kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbində qeyd etdiyi güzəştin tətbiqi zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçulara aid hesablanma qaydası olduğundan və iddiaçı həmin dövr ərzində kursant olmaqla, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu hesab edildiyindən iddia tələbi əsassız olmuşdur. Əlavə olaraq qeyd edilməlidir ki, adıçəkilən Qərarın 11-ci hissəsindən də göründüyü kimi bu qərar 1992-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Həmin qərarın qüvvəyə mindiyi vaxtdan əvvəlki dövr üzrə münasibətlər isə onlardan ötrü uzun müddət xidmətə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” SSRİ Qanunu, “Uzun müddət xidmətin hesablanması və zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya, müavinət təyin edilməsi və verilməsi qaydası haqqında” SSRİ Nazirlər Sovetinin 1990-cı il 24 iyul tarixli 725 nömrəli qərarı və “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət və bu hərbi qulluqçulara, rəis və sıravi heyətə mənsub şəxslərə və onların ailələrinə müavinətlər haqqında” SSRİ Nazirlər Sovetinin 1990-cı il 15 dekabr tarixli 1290 nömrəli qərarı ilə qoyulmuş qaydada və şərtlərlə aid edilməklə tənzimlənir ki, həmin qanunvericiliklə də kursantlar və müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular üçün digər kateqoriya hərbi qulluqçularla bağlı xüsusi hesablanma qaydasının xidmət illərinə münasibətdə tətbiqi əsası müəyyən edilməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlili olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsi ilə pensiya almaq hüququ verən iş stajına müharibə illərində arxa cəbhədə iş müddətinin ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilməsi barədə müddəa nəzərdə tutulmasına münasibətdə qeyd edir ki, adıçəkilən müddəanın mahiyyətindən də göründüyü kimi arxa cəbhədə iş müddətinin iki qat ölçüdə hesablanması müddətli hərbi xidmət keçən şəxslərlə bağlı olmayan kateqoriyalı subyektlərə münasibətdə tənzimləmə həyata keçirməməkdədir. Güzəştli xidmət illərinin hesablanması ilə bağlı hərbi qulluqçularla bağlı hesablama qaydası yuxarıda adıçəkilən qərarın müddəalarına uyğun, spesifik olaraq müəyyən edilir ki, kursant və müddətli hərbi qulluqçu kateqoriyasına adıçəkilən iki qat ölçüdə hesablama qaydasının şamil edilməli olmaması hazırkı iddianın təminini istisna edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5769/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5769/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar