Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2952/2025 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “gömrük rəsmiləşdirilməsinin aparılması” tələbinə dair iddiası üzrə Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “gömrük rəsmiləşdirilməsinin aparılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ## #### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük Komitəsinin ##.##.2023-cü il tarixli məktubuna əsasən iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, AR Nazirlər Kabinetinin ## ####### 2010-cu il tarixli *** saylı qərarına əsasən raritet (nadir) avtonəqliyyat vasitələri - Azərbaycan Respublikasının gömrük ərazisinə mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və ölkənin gömrük sərhədini keçənədək zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələridir. İddiaçı məxsus avtonəqliyyat vasitəsinin mühərriki olmadığı üçün bu qanuna əsasən həmin nəqliyyat vasitəsi raritet avtonəqliyyat vasitəsi hesab edilə bilməz.
2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ##.##.2023-cü il tarixli məktubuna əsasən iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2010-cu il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair Qayda”nın 3cü hissəsinə əsasən raritet (nadir) avtonəqliyyat vasitələri - Azərbaycan Respublikasının gömrük ərazisinə mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və ölkənin gömrük sərhədini keçənədək zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələridir. Vətəndaş İddiaçı tərəfindən ölkə ərazisinə gətirilən nəqliyyat vasitələri raritet hesab edilə bilməz. Sözügedən nəqliyyat vasitələri raritet hesab edilmədiyi və “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2014-cü il tarixli * nömrəli Qərarının tələbinə cavab vermədiyi üçün həmin avtomobillərin sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilməsi mümkün deyildir.
3. Mərkəzi Gömrük Ekspertizasının ##.##.2023-cü il tarixli məktubuna əsasən ##.##.2023-cü il tarixində Bakı şəhəri, Abşeron rayonu, Novxanı kəndində vətəndaş İddiaçı X8 idxal etdiyi şassi nömrəsi K-20- 5-35, zavod istehsal tarixi 1930-cu il olan “Ford” markalı “Coupe” tipli və şassi nömrəsi 1288765, zavod istehsal tarixi 1939-cu il olan “Buick Eight” markalı “Century” tipli nəqliyyat vasitələrinə vətəndaş İddiaçı məxsus qarajda faktiki gömrük baxışı keçirilmişdir. Baxış zamanı şassi nömrəsi: 1288765, zavod istehsal tarixi 1939-cu il olan “Buick Eight” markalı “Century” tipli nəqliyyat vasitəsinin kuzov və şassisinin orjinal vəziyyətdə olduğu, lakin nəqliyyat vasitəsinin üzərində qığılcımla alışan daxili yanma mühərrikinin olmadığı aşkar olunmuşdur. Lakin banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və ölkənin gömrük sərhədini keçənədək zavod buraxılış tarixi 84 (səksən dörd) il olan minik nəqliyyat vasitəsinin üzərində quraşdırılmış daxili yanma mühərrik olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Raritet (nadir) avtonəqliyyat astələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair Qaydasının” 3-cü bəndinə əsasən idxal olunan minik nəqliyyat vasitəsi raritet (nadir) nəqliyyat vasitəsi anlayışına cavab vermir. Şassi nömrəsi: K-20-5-35, zavod istehsal tarixi 1930-cu il olan “Ford” markalı “Coupe” tipli minik nəqliyyat vasitəsinə baxış keçirilərkən kuzov və şassisinin orjinal vəziyyətdə olduğu və nəqliyyat vasitəsinin üzərində qığılcımla alışan daxili yanma mühərrikinin (işlək vəziyyətdə olmayan) olduğu aşkar olunmuşdur. Banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və ölkənin gömrük sərhədini keçənədək zavod buraxılış tarixi 93 doxsan üç) il olan minik nəqliyyat vasitəsinin birinin üzərində quraşdırılmış daxili yanma mühərrikinin (işlək vəziyyətdə olmayan) olması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Raritet (nadir) avtonəqliyyat astələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair Qaydasının” 3-cü bəndinə əsasən idxal olunan minik nəqliyyat vasitəsi raritet (nadir) nəqliyyat vasitəsi anlayışına cavab verir. Şassi nömrəsi: K-20-5-35, zavod istehsal tarixi 1930-cu il olan “Ford” markalı “Coupe” tipli nəqliyyat vasitəsinin mühərrik silindrlərinin işçi həcmi 3285 sm3 , şassi nömrəsi: 1288765, zavod istehsal tarixi 1939-cu il olan “Buick Eight” markalı “Century” tipli nəqliyyat vasitəsinin mühərrik silindrlərinin işçi həcmi 3300 sm 3 olması internet resurslarından əldə edilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
4. İddiaçı İddiaçı Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Gömrük Baş İdarəsinin X5 1930-cu il istehsalı olan “Ford Coupe” (VİN: K20-5-35), “Buick Century” (VİN: 1288765) avtomobillərinin gömrük rəsmiləşdirilməsindən imtinasının qanunsuz hesab edilməsi, X5 1930-cu il istehsalı olan Ford Coupe (VİN: K-20-5-35) avtomobil ehtiyat hissəsi kimi, Buick Century (VİN: 1288765) avtomobili isə model kimi rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Gömrük Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Azərbaycan Respublikasında retro avtomobillərinin kolleksiyaçısıdır, 50 klassik avtomobildən ibarət kolleksiyası var. Bakıda yaşadığı evin həyətində inşa etdiyi qarajda az və ya limitli sayda istehsal edilən maşınları görmək mümkündür. Həmişə respublika səviyyəli və beynəlxalq retro avtomobil nümayişlərində ödənişsiz əsaslarla iştirak edib və avtomobillərini təqdim edib. İddiaçı Heydər Əliyev Fondu və X2 ilə sıx əməkdaşlıq edir və Azərbaycanda və ölkə xaricində Azərbaycanı layiqincə nümayiş etdirir. İddiaçı bildirir ki, X5 1930-cu il istehsalı olan Ford Coupe (VİN: К-20-5-35) (2300 ABŞ Dolları) və 1939-cu il istehsalı olan Buick Century (VİN:1288765) (3300 ABŞ dolları) avtomobillərini ## #### 2023-cü il tarixdə ölkəyə gətirib. Həmin avtomobilin birinin motoru ümumiyyətlə yoxdur, digərinin isə motoru işlək vəziyyətdə deyil və işlək vəziyyətə gətirmək də mümkün deyil. İddiaçının da həmin avtomobilləri işlək vəziyyətə gətirmək niyyəti yoxdur. Ona görə də motoru olan, lakin işlək vəziyyətdə olmayan və motorunun işlək vəziyyətə gətirilməsi mümkün olmayan avtomobil nadir model kimi, digəri isə avtomobil ehtiyat hissəsi kimi gömrük rəsmiləşdirilməsindən keçirilməlidir. Lakin AR Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Baş Gömrük İdarəsində avtomobilin birinə (Buick) 5.2. (5200) motor həcmi, hansı ki, həcmini hesabladığı motor ümumiyyətlə yoxdur və digərinə (Ford) avtomobilinə isə 3.3. (3300) motor həcmi hesablayır ki, həmin motor ümumiyyətlə işləmir. İnternetdə yazılan məlumata görə, həmin avtomobillərin ən yüksək gücü 40 at gücüdür, hansı ki, indi həmin güc motor həcmi 04-06 (400 - 600) nəqliyyat vasitələrində vardır. Qanunvericilikdə isə olmayan motora və işləməsi mümkün olmayan motora gömrük rüsumunun hesablanması qadağandır. İddiaçı cavabdehə dəfələrlə avtomobillərin nadir model və avtomobil ehtiyat hissələri kimi rəsmiləşdirilməsi barədə müraciətlər etsə də, cavabdeh bundan imtina etməkdədir. Qeyd edilməlidir ki, cavabdehin raritet avtomobil kimi qeydiyyatdan keçriməkdən də imtina edib. Belə ki, iddiaçı qeyd edib ki, əgər onlara motor lazımdırsa o, avtomobillərin motorunu da “Jiquli” motoru ilə əvəz edə bilər. Lakin cavabdeh bildirib ki, avtomobillərin üzərində hər şey orijinal olmalıdır. Qeyd edilməlidir ki, avtomobillərdə orijinallıq dedikdə əsas onların kuzaları nəzərdə tutulur. Avtomobilin dəyişilə bilən detallarında orijinallıq tələb edilə bilməz. O cümlədən də avtomobilin motoru və motorunun detalları, təkərləri, şinləri və.s. detallar aşınmaya uğradığında və onların dəyişməsi mümkün olduğundan həmin detallara orijinallıq tələb edilə bilməz. Cavabdeh sonuncu dəfə ## #### 2023-cü il tarixli məktubla gömrük rəsmiləşdirilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmuş və onun hüquqlarının pozulmasına səbəb olmuşdur.
6. Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilərək iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı ## #### 2023-cü il tarixdə X5 1930-cu il istehsalı olan “Ford Coupe” markalı (VİN: K- 20-5-35) və 1939-cu il istehsalı olan “Buick Century” markalı (VİN: 1288765) avtonəqliyyat vasitələrini ölkə ərazisinə idxal etmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı qeyd edilən nəqliyyat vasitələrinin Nazirlər Kabinetinin 2010-cu il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair” Qaydanın müddəalarına uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, qeyd edilən Qaydanın 3.3-cü bəndinə əsasən raritet (nadir) avtonəqliyyat vasitələri - Azərbaycan Respublikasının gömrük ərazisinə mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və ölkənin gömrük sərhədini keçənədək zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələridir. Nəqliyyat vasitələrinə keçirilən baxış zamanı “Buick Century” avtonəqliyyat vasitəsinin mühərrikinin ümumiyyətlə olmadığı, “Ford Coupe” markalı avtonəqliyyat vasitəsinin mühərrikinin isə işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. Cavabdeh mühərriki olmayan nəqliyyat vasitəsinin raritet hesab edilə bilməyəcəyini iddiaçının nəzərinə çatdırmış, iddiaçı isə cavabdehə mühərriki olmayan nəqliyyat vasitəsinin və digər nəqliyyat vasitəsinin mühərriklərini başqa bir mühərriklə əvəz edə biləcəyini bildirmişdir. Cavabdeh isə bunun qeyri-qanuni olduğunu və mühərrikin orijinal vəziyyətdə olmalı olduğunu iddiaçının nəzərinə çatdırmışdır. İddiaçı iddia tələbində bunu özü də etiraf etmişdir. Həmçinin iddiaçı iddia tələbində “...avtomobillərdə orijinallıq dedikdə əsas onların kuzaları nəzərdə tutulur. Avtomobilin dəyişilə bilən detallarında orijinallıq tələb edilə bilməz” qeyd etmişdir. Avtomobil kuzası (banı) avtomobilin sürücü, sərnişin, yük və ya xüsusi avadanlıq yerləşən konstruktiv hissəsidir. Avtomobil kuzasına həmçinin kapot, ayaqlıqlar, yan divarlar, radiator üzlüyü, bir sıra qovşaq və aqreqatlar (xarici işıqlandırma cihazları, salonda tənzimlənmə qurğuları, nəzarət sistemləri, sürücü və sərnişinin təhlükəsizliyini təmin edən vasitələr və s.) da aiddir. Nəqliyyat vasitələrinə baxış keçirilən zaman nəinki mühərrikin, həmçinin kuzanın orijinallığı da gömrük orqanı əməkdaşlarında şübhələr yaratmışdır. Qeyd olunan nəqliyyat vasitələrinin Nazirlər Kabinetinin 2010-cu il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair” Qaydanın müddəalarına uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, qeyd edilən Qaydanın 3.3-cü bəndində nəqliyyat vasitəsinin raritet olaraq qəbul edilməsinin əsasları kifayət qədərəydin şəkildə göstərilmişdir. Buna baxmayaraq iddiaçı dəfələrlə cavabdehə eyni məzmunlu müraciətlər ünvanlamış, cavabdeh də öz növbəsində müraciətləri əsaslı şəkildə cavablandırmışdır. İddiaçı iddia ərizəsində nəqliyyat vasitələri üçün müəyyən edilmiş mühərrik həcmini mübahisələndirmişdir. İddiaçı tərəfindən nəqliyyat vasitələrinin texniki pasportu təqdim edilməmişdir. Qeyd edilən nəqliyyat vasitələrinin Nazirlər Kabinetinin 2010-cu il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair” Qaydada göstərilən tələblərə uyğunluğunun, xüsusilə də mühərrik həcminin müəyyən edilməsi barədə rəy təqdim edilməsi üçün cavabdeh tərəfindən Mərkəzi Gömrük Ekspertizasına müraciət olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ## #### 2025-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, iddiaçının X8 idxal etdiyi 1930-cu il istehsalı olan Ford Coupe (VİN: K-20-5-35) markalı avtomobilin raritet (nadir) nəqliyyat vasitəsi kimi gömrük rəsmiləşdirilməsinin aparılmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Gömrük Baş İdarəsinə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
8. Həmin qərardan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsi xahiş edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışında, məhkəmə heç bir əsas gətirmədən avtomobillərin motor həcmlərini müəyyən etməmişdir. Halbuki, iddiaçı öz iddiasında avtomobillərin motor həcmlərini də mübahisələndirmiş, “Buick Century” (VİN: 1288765) avtomobilinin də motorunun baqaj hissəsində tapıldığını və iş üzrə məhkəmə mədəniyyət və məhkəmə avtotexniki ekspertiza təyin edilməsini xahiş etsə də, məhkəmə iddiaçının vəsatətini heç bir əsas olmadan təmin etməmiş, nəticədə vəsatətin təmin edilməməsi nəticəsində iddia qismən təmin edilmişdir. İddia ərizəsində avtomobillərin motor həcmləri də mübahisələndirildiyi halda məhkəmə həmin halı ümumuliyyətlə araşdırmamışdır. Ərizəçi İddiaçı Azərbaycan Respublikasında retro avtomobillərinin kolleksiyaçısıdır. İş adamı İddiaçı maşın kolleksiyaçısıdır. 64 yaşlı Kərimovun 50 klassik avtomobildən ibarət kolleksiyası var. Bakıda yaşadığı evin həyətində inşa etdiyi qarajda az və ya limitli sayda istehsal edilən maşınları görmək mümkündür. Həmişə respublika səviyyəli və beynəlxalq retro avtomobil nümayişlərində ödənişsiz əsaslarla iştirak edib və avtomobillərini təqdim edib. İddiaçı Heydər Əliyev Fondu və X2 ilə sıx əməkdaşlıq edir və Azərbaycanda və ölkə xaricində Azərbaycanı layiqincə nümayiş etdirir. İddiaçı bildirir ki, X5 1930-cu il istehsalı olan Ford Coupe (VİN: K-20-5-35) (2300 ABŞ Dolları) və 1939-cu il istehsalı olan Buick Century (VİN: 1288765) (3300 ABŞ Dolları) avtomobillərini ## #### 2023-cü il tarixdə ölkəyə gətirib. Həmin avtomobilin birinin motoru avtomobilin üzərində deyil baqajında olmuşdur, digərinin isə motoru işlək vəziyyətdə deyil və işlək vəziyyətə gətirmək də mümkün deyil. İddiaçının da həmin avtomobilləri işlək vəziyyətə gətirmək niyyəti yoxdur. Ona görə də motoru olan, lakin işlək vəziyyətdə olmayan və motorunun işlək vəziyyətə gətirilməsi mümkün olmayan avtomobil nadir model kimi, digəri isə avtomobil ehtiyyat hissəsi kimi gömrük rəsmiləşdirilməsindən keçirilməlidir. Lakin, AR Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Baş Gömrük İdarəsində avtomobilin birinə (Buick) (5200) motor həcmi, hansı ki, həcmini hesabladığı motor ümumiyyətlə yoxdur və digərinə (Ford) avtomobilinə isə (3300) motor həcmi hesablayır ki, həmin motor ümumiyyətlə işləmir. İnternetdə yazılan məlumata görə, həmin avtomobillərin ən yüksək gücü 40 at gücüdür, hansı ki, indi həmin güc motor həcmi 04-06 (400 – 600) nəqliyyat vasitələrində vardır. Qanunvericilikdə isə olmayan motora və işləməsi mümkün olmayan motora gömrük rüsumunun hesablanması qadağandır. İddiaçı cavabdehə dəfələrlə avtomobillərin nadir model və avtomobil ehtiyyat hissələri kimi rəsmişlədirilməsi barədə müraciətlər etsə də, cavabdeh bundan imtina etməkdədir. Qeyd edilməlidir ki, cavabdehin raritet avtomobil kimi qeydiyyatdan keçriməkdən də imtina edib. Belə ki, iddiaçı qeyd edib ki, əgər onlara motor lazımdırsa o, avtomobillərin motorunu da jiquli motoru ilə əvəz edə bilər. Lakin, cavabdeh bildirib ki, avtomobillərin üzərində hər şey original olmalıdır. Qeyd edilməlidir ki, avtomobillərdə originallıq dedikdə əsas onların kuzaları nəzərdə tutulur. Avtomobilin dəyişilə bilən detallarında originallıq tələb edilə bilməz. O cümlədən də avtomobilin motoru və motorunun detalları, təkərləri, şinləri və.s. detallar aşınmaya uğradığında və onların dəyişməsi mümkün olduğundan həmin detallara originallıq tələb edilə bilməz. Cavabdeh sonuncu dəfə ## #### 2023-cü il tarixli məktubla gömrük rəsmiləşdirilməsindən imtina etmişdir. Ona görə də, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli, X5 1930-cu il istehsalı olan Ford Coupe (VİN: K-20-5-35) avtomobil ehtiyyat hissəsi kimi, Buick Century (VİN: 1288765) avtomobili isə model kimi rəsmiləşdirilməsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Gömrük Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Hazırda avtomobillərin motorunun işlək olub olmaması və həmçinin avtomobillərin motor həcmləri ilə bağlı tərəflər arasındakı mübahisəni həll etmək mümkün deyildir. Cavabdeh də, avtomobillərin motor həcmini qeyd edərkən faktiki motor həcminə deyil vikipediya məlumatlarına və vikipediya məlumatlarının müxtəlif olmasına baxmayaraq, ən yüksək motor həcminə istinad edir. Reallıqda isə həmin avtomobillərin motor həcmi 2.2 (2200 cm.) motordur. Real həqiqətin müəyən edilməsi üçün məhkəmə texniki (avtotexniki) ekspertizasının təyin edilməsi zəruridir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Tərəflərin izahatları
11. İddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsi xahiş etmişlər.
12. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: 1.0.19. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər. 102.1. Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. 102.2. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər. 102.3. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsi tələb olunursa, həmin icazə onun alınması üçün müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir. 102.4. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 105.1. Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz. 105.2. Müvafiq icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair şərtlər və məhdudiyyətlər müəyyən edir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair” Qaydaları:
2. Bu Qayda raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmasını və gömrük rəsmiləşdirilməsini tənzimləyir.
3. Raritet (nadir) avtonəqliyyat vasitələri - Azərbaycan Respublikasının gömrük ərazisinə mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və ölkənin gömrük sərhədini keçənədək zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələridir.
4. Azərbaycan Respublikasının gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılan (idxal olunan) raritet (nadir) avtonəqliyyat vasitələrinə “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # #### tarixli ** nömrəli qərarının 1-ci bəndi şamil edilmir.
5. Raritet (nadir) avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılarkən (idxal olunarkən), mənşə ölkəsindən və gömrük dəyərindən asılı olaraq, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarına uyğun xarici-iqtisadi fəaliyyətin mal nomenklaturasında nəzərdə tutulmuş qaydada gömrük ödənişləri alınır.
6. Raritet (nadir) avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük sərhədini keçərkən seçilmiş gömrük prosedurunun müddəalarından irəli gələn tələblərə uyğun olaraq aparılır.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
17. Hazırki işdə apellyator (iddiaçı) birinci instansiya məhkəməsinin qərarını qisməniddianın təmin edilməyən hissəsində mübahisələndirdiyindən və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını iddianın təmin edilməyən hissəsinə münasibətdə yoxlayır.
18. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Ona görə də mümkü iddiadır.
19. İşin mahiyyətinə gəldikdə isə iddiaçı İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı tələbi “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Gömrük Baş İdarəsinin X5 1930-cu il istehsalı olan “Ford Coupe” (VİN: K20-5-35), “Buick Century” (VİN: 1288765) avtomobillərinin gömrük rəsmiləşdirilməsindən imtinasının qanunsuz hesab edilməsi, X5 1930-cu il istehsalı olan Ford Coupe (VİN: K-20-5-35) avtomobil ehtiyat hissəsi kimi, Buick Century (VİN: 1288765) avtomobili isə model kimi rəsmiləşdirilməsi” barədə olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi şifahi izahatından irəli gələrək hesab etmişdir ki, iddiaçının hazırkı tələbi üzrə məqsədinin mühərriki işlək vəziyyətdə olmayan “Ford” markalı “Coupe” tipli avtomobilin raritet (nadir model) qismində, mühərriki olmayan “Buick Eight” markalı “Century” tipli avtomobilin isə ehtiyat hissəsi kimi rəsmiləşdirilməsindən ibarətdir. Məhkəmə iddiaçının nail olmaq istədiyi məqsədi onun nümayəndəsi və vəkili ilə də dəqiqləşdirilmiş və iddia tələbində niyyətin fərqli qeyd edilməsini ifadə tərzi ilə bağlı formal texniki uyğunsuzluq kimi dəyərləndirmişdir.
20. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən - X8 idxal etdiyi 1930-cu il istehsalı olan Ford Coupe (VİN: K-20-5-35) markalı avtomobilin raritet (nadir) nəqliyyat vasitəsi kimi gömrük rəsmiləşdirilməsinin aparılması hissəsində təmin etmiş və iddia tələbini qalan hissədə təmin etməmişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
22. İşin faktiki hallarından görünür ki, iddiaçının birinci instansiya məhkəməsində icraatı zamanı hüquqi marağı mühərriki işlək vəziyyətdə olmayan “Ford” markalı “Coupe” tipli avtomobilin raritet (nadir model) qismində, mühərriki olmayan “Buick Eight” markalı “Century” tipli avtomobilin isə ehtiyat hissəsi kimi rəsmiləşdirilməsindən ibarətdir.
23. İşin apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, işin birinci instansiya məhkəməsində icraatı zamanı iddia tələbinə dəqiqləşdirmə edərək hər iki avtomobilin raritet nəqliyyat vasitəsi kimi gömrük rəsmiləşdirilməsinin aparılmasının xahiş etsə də məhkəmə onun ərizəsini nəzərə almamışdır. Lakin iş materiallarından görünür ki, iddiaçı və onun nümayəndəsi və vəkili tərəfindən belə bir ərizə məhkəməyə təqdim olunmamışdır. Həmçinin iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin 8-ci bəndində də qeyd etmişdir ki, “Həmin avtomobilin birinin motoru avtomobilin üzərində deyil baqajında olmuşdur, digərinin isə motoru işlək vəziyyətdə deyil və işlək vəziyyətə gətirmək də mümkün deyil. İddiaçının da həmin avtomobilləri işlək vəziyyətə gətirmək niyyəti yoxdur. Ona görə də motoru olan, lakin işlək vəziyyətdə olmayan və motorunun işlək vəziyyətə gətirilməsi mümkün olmayan avtomobil nadir model kimi, digəri isə avtomobil ehtiyyat hissəsi kimi gömrük rəsmiləşdirilməsindən keçirilməlidir.”
24. Hazırki işdə cavabdeh inzibati orqan “Buick Eight” markalı “Century” tipli nəqliyyat vasitəsinin gömrük prosedurunda rəsmiləşdirilməsindən imtinasını həmin nəqliyyat vasitəsinin qığılcımla alışan daxili yanma mühərrikdaxili yanma mühərrikinin mövcud olmaması ilə əsaslandırır.
25. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin mühərriki olmayan avtomobillərin idxal kodunun müəyyənləşdirilməsi ilə bağlı sorğusuna cavab olaraq verilmiş ##.##.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası idarəsinə müraciət olunmuş, həmin müraciətə əsasən Mərkəzi Gömrük Ekspertizası idarəsindən daxil olmuş cavab məktubunda Harmonikləşdirılmiş Sistemin əsas şərhetmə qaydalarının 2(a) qaydasının 2-ci hissəsinə əsasən Harmonikləşdirilmiş Sistemin 87-ci mal qrupuna (yerüstü nəqliyyat vasitələri) dair İzahnaməsinin ümumi müddəalarında qeyd olunmuş şərtlərə cavab verən natamam və ya yarımçıq, yığılmamış və ya sökülmüş nəqliyyat vasitəsinin müvafiq olaraq tam və ya hazır avtomobil kimi təsnif edildiyini, bu səbəbdən nəqliyyat vasitəsinin XİF MN uzrə 8703 mal mövqeyində (əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər nəqliyyat vasitələri, sərnişin-yük avtomobil-furqonları və yarış avtomobilləri daxil olmaqla) sinifləşdirildiyi müəyyən olunmuşdur. Bu istiqamətdə X9 (ÜGT) və bəzi ölkələrin təcrübələri öyrənilmiş, SCHWACKE kataloquna nəzər salınmış, Mərkəzi Gömrük Ekspertiza idarəsinin mövqeyinin beynəlxalq təcrübə ilə üst-üstə düşdüyü məlum olmuşdur. ÜGT-nin bu istiqamətdə tövsiyələrində avtomobilin ban və şassisinin əsas hissə olduğu öyrənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, beynəlxalq təcrübə və risk amilləri (sonradan mühərrik gətirməklə aksiz vergisindən yayınma halı), həmçinin İddiaçı tərəfindən idxal olunan zavod istehsal tarixi 1939-cu ıl olan "Buick Eight” markalı "Century" tipli (mühərrıksiz) nəqliyyat vasitəsinin XİF MN üzrə 8703 mal mövqeyində sinifləşdirildiyi, mühərriki olmadığı uçün raritet nəqliyyat vasitəsi kimi hesab edilmədiyi, Avro-4 ekoloji standartlarına da cavab vermədiyi nəzərə alınmaqla, qeyd olunan nəqliyyat vasitəsinin rəsmiləşdirilməməsi və geriyə qaytarılması məqsədəmüvafiq hesab olunur.
26. İşin apellyasiya baxışı zamanı hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəməavtotexniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə tapşırımışdır. Ekspert qarşısında aşağıdakı suallar qoyulsun:
1. X5 istehsalı olan, şassi nömrəsi: K-20-5-35, zavod istehsal tarixi 1930-cu il olan “Ford” markalı “Coupe” tipli nəqliyyat vasitəsinin mühərrik silindrlərinin (M-271285 seriyalı) işçi həcmi müəyyən olunsun.
2. X5 istehsalı olan, şassi nömrəsi: 1288765, zavod istehsal tarixi 1939-cu il olan “Buick Eight” markalı “Century” tipli nəqliyyat vasitəsinin iddiaçı tərəfindən təqdim olunan mühərrikinin həmin avtomobilin orjinal mühərriki olubolmaması, olduğu təqdirdə isə həmin mühərrikin silindrlərinin işçi həcmi müəyyən olunsun.
27. ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16- **/*-****/**** nömrəli ##.##.2026-cı il tarixli məktubu məhkəməyə daxil olmuş və ekspertizanın aparılmasından imtina edildiyi bildirilmişdir.
28. Məhkəmə kollegiyası qeyd olunan suallar üzə mütəxssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə müraciət etmişdir. Həmin sorğuya cavab olaraq İdarə tərəfindən ##.##.2026-cı il tarixli məktubla bildirilmişdir ki, internet resursları üzərindən həyata keçirilən araşdırmalar nəticəsində Ford'" markalı "Coupe" tipli avtomobilin istehsalçı zavod tərəfindən nəzərdə tutulmuş orijinal mühərriki 4 silindrli, işçi həcmi 200.5 kub düym, bu isə təxminən 3285 sm və ya 3.3 litr təşkil edir, "Buick Eight" markalı "Century" tipli avtomobilin istehsalçı zavod tərəfindən nəzərdə tutulmuş orijinal mühərriki 8 silindrli, sıralı tipli, işçi həcmi 320.2 kub düym, bu isə təxminən 5247 sm³ və ya 5.2 litr təşkil edir. Müraciətlə əlaqədar qeyd olunan nəqliyyat vasitələrinə baxış keçirilmiş və "Ford" markalı "Coupe" tipli avtomobilə quraşdırılmiş, işlək vəziyyatdə ołmayan mühərrik 4 silindrli, işçi həcmi 2199 sm³ (2.2 litr) təşkil edən "Willys L134 engine" tipli mühərrik olduğu müəyyən edilmiş, “Buick Eight" markalı "Century" tipli avtomobilin isə mühərrikinin quraşdırılmadığı aşkar edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, mövcud mühərrik konstruktiv və texniki xüsusiyyətlərinə görə orijinal mühərriklə uyğun gəlmir və sonradan dəyişdirilmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, nəqliyyat vasitəsinin raritet kimi tanınması üçün qanunverici aşağıdakı 2 şərti nəzərdə tutmuşdur.
1. Azərbaycan Respublikasının gömrük ərazisinə mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilməli;
2. Ölkənin gömrük sərhədini keçənədək zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş olmalıdır.
30. Qanunverici həmin şərtlərə cavab verən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini raritet statusu əsasında həyata keçirilməsinə imkan verir. Qüvvədə olan Qaydalarda — mühərrik, ban və şassiyə dair orijinallıq kriteriyası konkret və dəqiq şəkildə müəyyən edilmişdir, “Orijinal mühərrik” dedikdə, nəqliyyat vasitəsinin zavod istehsalı zamanı təchiz olunduğu ilkin və dəyişdirilməmiş mühərrik başa düşülür. Bu mühərrikin sonradan başqa mənbədən, yəni fərqli nəqliyyat vasitəsindən əldə olunaraq quraşdırılması həmin komponentin artıq orijinal statusunu itirməsi deməkdir. Belə olan təqdirdə, iddiaçının mühərrikin dəyişdirilməsi ilə bağlı təqdim etdiyi alternativ həll yolları gömrük rəsmiləşdirilməsinin raritet nəqliyyat vasitəsi statusu altında aparılmasına əsas vermir. Əks təqdirdə həmin nəqliyyat vasitəsinin raritet kimi qəbul edilməsi və həmin prosedur altında gömrük rəsmilləşdirilməsi yuxarıda göstərilən Qaydaların tələblərinə ziddir.
31. “Buick Eight” markalı “Century” tipli nəqliyyat vasitəsinin ehtiyat hissə kimi də gömrük rəsmilləşdirilə bilməz. Belə ki, natamam və ya yarımçıq, yığılmamış və ya sökülmüş nəqliyyat vasitəsinin müvafiq olaraq tam və ya hazır avtomobil kimi təsnif edildiyindən və nəqliyyat vasitəsi XİF MN uzrə 8703 mal mövqeyində (əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər nəqliyyat vasitələri, sərnişin-yük avtomobilfurqonları və yarış avtomobilləri daxil olmaqla) sinifləşdirildiyindən hazırkı halda “Buick Eight” markalı avtomobilin ehtiyat hissə kimi gömrük rəsmiləşdirilməsi qeyri-mümkündür.
32. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir və ona görə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev