Məhkəmə qərarları › İş №2-1(103)-2955/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2955/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2955/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 2135/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1968-ci ildə anadan olmuş, 21 avqust 1985-ci il tarixdə əmək fəaliyyətinə başlamış həmin tarixdən başlayaraq xx.xx.1985-xx.xx.1986-ci illlərdə “X16 X20” X5 İstehsalat Xidməti Bazasında, xx.xx.1988-xx.xx.2004-cü illərdə Baş Dəniz Neftin “X16 X17” X5 İstehsalat Xidməti Bazasında (xx.xx.2001-ci il tarixindən həmin müəssisənin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır), xx.xx.2003-cü il tarixindən bu günədək “Xəzər Qazma Şirkəti” İstiqlal Qurğusunda çalışır. Beləliklə də, uzun müddət ağır və zərərli iş şəraitində çalışmışdır. İş yerlərində onunla birgə 4 nəfər elektrik montyoru çalışırdı. Həmin şəxslərin hamısına güzəştli şərtlərlə pensiya yaşına çatdıqdan sonra pensiya təyin edilmişdir. Belə ki, qazma boruları sexində elektrik montyoru işləmişlər. İşlədiyi idarə dənizdə qazma prosesinin tərkib hissəsi olub. Dəniz platformalarını qazma boruları ilə fasiləsiz təmin etmiş, buruqlara elektrik montyoru kimi xidmət göstərmişdir. Mütəmadi olaraq qazma boruları çatdırılırdı dənizin müxtəlif buruqlarına və iddiaçı həmin buruqlara işlərin görülməsi məqsədilə ezamiyyətə göndərilirdi. Güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 30 iyun 2020-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin sonuncu 13 iyul 2020-ci il tarixli **********3 nömrəli imtina məktubu ilə imtina edərək bildirmişdir ki, təqdim edilmiş əmək kitabçasına əsasən xx.xx.1985-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “X18 X12 Birliyi”nin İstehsalata Xidmət Mərkəzi Bazasında iddiaçının işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, yardımçı fəhlə, elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru və xx.xx.2003-cü il tarixindən bu günədək “Xəzər Qazma Şirkəti” İstiqlal Qurğusunda işlədiyi takelajçı vəzifələri Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının X11000000 - “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi”ndə nəzərdə tutulmadığından (1); quruda fəaliyyətə aid olan 1985-2004-cü illər arasında müxtəlif dövrlərdə işlədiyi sahə (İstehsalata Xidmət Mərkəzi Bazası) yuxarıda adıçəkilən 1 nömrəli siyahıda müəyyən olunmuş dəniz neftçiləri üçün neftin qazılması və hasilatı sahələrinə, həmçinin emal sahələrinə aid olmadığından (2); işlədiyi vəzifə və sahələrin qanunvericilikdə müəyyən edilmiş zərərli və ağır sahələrə aid olması təsdiqlənmiş olsaydı belə, xx.xx.2001-ci il tarixindən işlədiyi müəssisənin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradıldığından həmin dövrdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2004-cü il tarixinədək məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi faktının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaya zərurət yaranacağından, digər qanuni əsaslarla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün deyildir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "a" bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” üzrə müəyyən edilmiş zərərli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 2 oktyabr 1985-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1985-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "X18 X12 Birliyi"nin istehsalata Xidmət Mərkəzi bazasında işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, yardımçı fəhlə, elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru və xx.xx.2003-cü il tarixindən bugünədək "Xəzər Qazma Şirkəti" İstiqlal Qurğusunda işlədiyi takelajçı vəzifələri Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının X-11000000 - "Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi"ndə nəzərdə tutulmamışdır. Bundan başqa, quruda fəaliyyətə aid olan 1985-2004-cü illər arasında müxtəlif dövrlərdə işlədiyi sahə (İstehsalata Xidmət Mərkəzi bazası) yuxarıda adıçəkilən 1 nömrəli siyahıda müəyyən olunmuş dəniz neftçiləri üçün neftin qazılması və hasilatı sahələrinə, həmçinin emal sahələrinə aid deyildir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2135/2021 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "a" bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” üzrə müəyyən edilmiş zərərli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Araşdırma zamanı məlum olmuşdur ki: 1) İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 2 oktyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1985-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "X18 X12 Birliyi"nin İstehsalata Xidmət Mərkəzi bazasında işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, yardımçı fəhlə, elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru və xx.xx.2003-cü il tarixindən bugünədək "Xəzər Qazma Şirkəti" İstiqlal Qurğusunda işlədiyi takelajçı vəzifələri Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının X-11000000 - "Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi"ndə nəzərdə tutulmamışdır. 2) Bundan başqa, quruda fəaliyyətə aid olan 1985-2004-cü illər arasında müxtəlif dövrlərdə işlədiyi sahə (İstehsalata Xidmət Mərkəzi bazası) yuxarıda adıçəkilən 1 nömrəli siyahıda müəyyən olunmuş dəniz neftçiləri üçün neftin qazılması və hasilatı sahələrinə, həmçinin emal sahələrinə aid deyildir. Eyni zamanda, iddiaçının işlədiyi vəzifə və sahələrin qanunvericiliklə müəyyən edilmiş zərərli və ağır sahələrə aid olması təsdiqlənmiş olsaydı belə, xx.xx.2001-ci il tarixindən işlədiyi müəssisənin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradıldığından həmin dövrdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2004-cü il tarixinədək məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi faktının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaya zərurət yaranacaqdır...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(103)-1793/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2135/2021 saylı, xx.xx.2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1035/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1793/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, cavabdehin kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, Ali Məhkəmənin qərarında əksini tapmış müvafiq göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: “Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "a" bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cu il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” üzrə müəyyən edilmiş zərərli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Araşdırma zamanı məlum olmuşdur ki: 1) İdarəyə təqdim etdiyiniz 2 oktyabr 1985-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1985-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "X18 X12 Birliyi"nın İstehsalata Xidmət Mərkəzi bazasında işlədiyiniz elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, yardımçı fəhlə, elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru və xx.xx.2003-cü il tarixindən bugünədək "Xəzər Qazma Şirkəti" İstiqlal Qurğusunda işlədiyiniz takelajçı vəzifələri Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının X-11000000 - "Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi"ndə nəzərdə tutulmamışdır. 2) Bundan başqa, quruda fəaliyyətə aid olan 1985- 2004-cü illər arasında müxtəlif dövrlərdə işlədiyiniz sahə (İstehsalata Xidmət Mərkəzi bazası) yuxarıda adıçəkilən 1 nömrəli siyahıda müəyyən olunmuş dəniz neftçiləri üçün neftin qazılması və hasilatı sahələrinə, həmçinin emal sahələrinə aid deyildir. 3) Eyni zamanda, işlədiyiniz vəzifə və sahələrin qanunvericiliklə müəyyən edilmiş zərərli və ağır sahələrə aid olması təsdiqlənmş olsaydı belə, xx.xx.2001-ci ıl tarixindən işlədiyiniz müəssisənin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradıldığından həmin dövrdən əmək müqavilənizə xitam verildiyi xx.xx.2004-cü il tarixinədək məcburi dövlət sosial sığorta haqlarının ödənilib-odənilməməsi faktının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaya zərurət yaranacaqdı. Hazırda Sizə müvafiq pensiya təyin olunması digər qanuni əsaslarla qeyri-mümkün olduğu üçün, belə bir araşdırmaya ehtiyac yaranmamışdır. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir”. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının 29 noyabr 1996-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnamənin 7.3-cü bəndinə uygun olaraq, Azərbaycan Respublikası Prezidentinin 22 mart 2001-ci il tarixli 651 nömrəli “Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi” haqqında Sərəncamını rəhbər tutaraq, SOCAR-ın 06 noyabr 2001-ci il tarixli 188 nömrəli əmrinə əsasən, SOCAR-ın X1 Birliyinin tabeliyində olmuş Bakı şəhəri, Səbail rayonu, Şimal Körpüsü 3 ünvanında yerləşən İstehsalat Xidmətinin Mərkəzi Bazası Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 17 iyul 2001-ci il tarixli 41 nömrəli Sərəncamı ilə "xxxx" Səhmdar Cəmiyyətinə çevrilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Yanacaq energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2001-ci il tarixli 651 saylı Sərəncamına və ARDNŞ-nin xx.xx.2001-ci il tarixli, 188 nömrəli əmrinə əsasən Bakı şəhəri, Səbail rayonu, Şimal körpüsü 3 ünvanında yerləşən “Dənizdə NQÇ” İB-nin (keçmiş Xəzərdənizneftqazsənaye” İB) “İstehsalat Xidmətinin Mərkəzi Bazası”nın əmlakının bazasında İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 41 saylı xx.xx.2001-ci il tarixli Sərəncamı ilə "xxxx" Səhmdar Cəmiyyəti yaradılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin fəaliyyəti, faktiki və hüquqi ünvanı barədə məlumatın verilməsi ilə bağlı müraciətə Bakı şəhəri X13 üzrə Baş İdarəsində baxılmışdır. Bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən "xxxx" ASCnin qeydiyyatda olması barədə məlumat müəyyən edilməmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə "X16 X17" X2 Xidmət Mərkəzi Bazasında elektrik avadanlıqlarının təmiri üzrə çilingər elektrik vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə 1-ci dərəcəli yardımçı fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı ildə Sovet Ordusuna hərbi xidmətə çağırılması ilə əlaqədar tutduğu vəzifədən azad olunmuş, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək Sovet ordusu sıralarında xidmət etmiş, xx.xx.1988-ci ildə Baş Dəniz Neftin "X16 X17" X2 Xidmət Mərkəzi Bazasında Qazma boruları sexinə elektrik avadanlıqlarına xidmət üzrə 2-ci (ikinci) dərəcəli elektrik montyoru qəbul edilmiş, xx.xx.1989-cu ildə Qazma boruları sexinə elektrik avadanlıqlarına xidmət üzrə 3-cü (üçüncü) dərəcəli elektrik montyoru keçirilmiş, xx.xx.1992-ci ildə 4-cü (dördüncü) dərəcəli elektrik montyoru dərəcəsi verilmişdir, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1994-cü il tarixli 50 №-li qərarına və Azərbaycan Respublikası Neft Konserninin xx.xx.1994-cü il tarixli 13 №-li əmrinə əsasən Mərkəzi İstehsalat Xidməti Bazası "X19 Çıxarma" X2 Xidmət Mərkəzi Bazası hesab edilmişdir, xx.xx.1996-cı ildə 5-ci (beşinci) dərəcəli elektrik montyor dərəcəsi verilmiş, xx.xx.2001-ci ildə Dövlət Əmlak Departamentinin xx.xx.2001-ci il tarix 136 saylı sərəncamına və “DNQÇ” İB-in 241 saylı xx.xx.2001-ci il tarixli əmrinə əsasən “DNQÇ” İBnin İXMB-da "xxxx" ASC yaradılmışdır, xx.xx.2004-cü ildə öz xahişi ilə işdən azad olunmuşdur, xx.xx.2003-cü ildə Xəzər Qazma Şirkətində İstiqlal qurğusunda takelajçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü ildə İstiqlal qurğusunda portalda fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə İstiqlal qurğusunda takelajçı vəzifəsinə keçirilmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1968-cı ildə doğulmuş, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1985-ci ildə "X16 X17" X2 Xidmət Mərkəzi Bazasında elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə 1-ci dərəcəli yardımçı fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı ildə hərbi xidmətə çağırılması ilə əlaqədar tutduğu vəzifədən azad olunmuş, xx.xx.1988-ci ildə Baş Dəniz Neftin "X16 X17" X2 Xidmət Mərkəzi Bazasında Qazma boruları sexinə elektrik avadanlıqlarına xidmət üzrə 2-ci (ikinci) dərəcəli elektrik montyoru qəbul edilmiş, xx.xx.1989-cu ildə Qazma boruları sexinə elektrik avadanlıqlarına xidmət üzrə 3-cü (üçüncü) dərəcəli elektrik montyoru keçirilmiş, xx.xx.1992-ci ildə 4-cü (dördüncü) dərəcəli elektrik montyoru dərəcəsi verilmiş, xx.xx.1996-cı ildə 5-ci (beşinci) dərəcəli elektrik montyor dərəcəsi verilmiş, xx.xx.2004-cü ildə öz xahişi ilə işdən azad olmuş, xx.xx.2003-cü ildə Xəzər Qazma Şirkətində İstiqlal qurğusunda takelajçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü ildə İstiqlal qurğusunda portalda fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə İstiqlal qurğusunda takelajçı vəzifəsinə keçirilmişdir və hal-hazıradək işləyir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq məktub ünvanlayaraq ona pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının xx.xx.1985-xx.xx.2004-cü illərdə "X18 X12 Birliyi"nin İstehsalata Xidmət Mərkəzi bazasında işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, yardımçı fəhlə, elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru və xx.xx.2003-cü il tarixindən "Xəzər Qazma Şirkəti" İstiqlal Qurğusunda işlədiyini takelajçı vəzifələrinin Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının X-11000000 - "Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi"ndə nəzərdə tutulmadığını mübahisələndirərək ona 52 yaşından əmək güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini mümkünsüz sayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hərbi xidmət müddəti də daxil olmaqla xx.xx.2006-cı il tarixədək iddiaçı 20 il 2 ay ümumi sığorta stajına malikdir. İddiaçı "X16 X17" X2 Xidmət Mərkəzi Bazasında xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, xx.xx.1988-ci ildən xx.xx.2004-cü ilədək Qazma boruları sexinə elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru vəzifələrində işləmişdir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın X bölmə Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1-ci bənd Qazma, «a» yarımbəndi fəhlələr, kod 1100000a—19838 buruqlara xidmət üzrə elektrik montyorları, kod 1100000a—19861 bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Həmin peşələrdə iddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 14 il, 09 ay, 17 gün təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1.-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1035/23 saylı, 12 may 2023-cü il tarixli qərarına əsasən apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə sözügedən nəticəyə gələrkən İPM-nin 12 və 58.7-ci maddələrinin tələblərinə riayət edilməmişdir. Belə ki, işdə olan bəzi sənədlər, hazırki inzibati mübahisə baxımından konkret olmayan və ikimənalı xarakter daşıyan məlumatlardan ibarətdir ki, işin 143-cü səhifəsində olan “X9 LTD" şirkətinin apellyasiya məhkəməsinə ünvanlandığı 29.9.2022-ci il tarixli, CDS-ist-020 saylı sorğuya cavab məktubunda deyilir ki, “şirkətin işçisi İddiaçı bizim şirkətdən əvvəl digər oxşar müəssisələrdə işləməsinə baxmayaraq, vəzifə təlimatlarının və iş şəraitinin fərqli olduğundan göstərilən vəzifələrin dəniz neftçiləri üçün nəzərdə tutulan imtiyazlara uyğun olub-olmadığı bizim tərəfimizdən təsdiqləmək mümkün deyildir”. Həmçinin qeyd edilməlidir ki, həmin şirkətin apellyasiya məhkəməsinə ünvanlandığı 7.12.2022-ci il tarixli CDS-ist-026 saylı sorğuya verdiyi cavablarda (iş vərəq 146) göstərilmişdir ki, “şirkətimizin işçisi İddiaçı bizim şirkətdən əvvəl digər oxşar müəssisələrdə işləməsinə və əmək kitabçasına baxdıqda onu qeyd etmək olar ki, göstərilən vəzifələrin dəniz neftçiləri üçün nəzərdə tutulan imtiyazlara uyğunluğu ola bilər. - Belə ki, bir müəssisələrdə o cümlədən bizim şirkətdə çalışan “Elektriklər”-də “Elektrik montyorları” vəzifəsində çalışanlar da demək olar ki, eyni işləri görürlər yəni, elektrik avadanlıqlarının işlək vəziyyətdə qalmasını təmin edir və lazım gəldikdə təmir işlərini həyata keçirirlər. Bu baxımdan İddiaçı işlədiyi peşələrin sizin sorğunuzda “110000a-19838” “buruqlara xidmət üzrə elektrik montyorları və 110000a19861” bilavasitə buruqlarda elektrik avadanlıqlarının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları kodlarının hər ikisinə uyğun gəlməsi haqqında müsbət fikir söyləmək olar”. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyası qeyd etmişdir ki, “X9 LTD” şirkətinin apellyasiya məhkəməsinin sorğularına verdiyi yuxarıda göstərilmiş cavablar mahiyyəti üzrə qeyri-müəyyəndir, ehtimal xarakterlidir və onları hətta müəmmalı adlandırmaq olar. Belə ki, iddiaçının peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş, “yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatlar, peşələr, vəzifələr və göstəricilər” adlı sənədlər sadalanan peşələrin arasında olması şübhə doğurmur. Lakin, məlum olduğu kimi, sözügedən sənədin yaşa görə 52 yaşdan (1 saylı siyahı) və 57 yaşdan (2 saylı siyahı) güzəştli pensiya hüququ verən yuxarıda göstərilmiş 2 (iki) siyahısı mövcuddur ki, məlum həmin məsələ apellyasiya məhkəməsində tam və hərtərəfli araşdırılmamışdır, halbuki hazırki inzibati mübahisənin düzgün həll edilməsinin həlledici və qanunları işin qeyd edilən hallardan ibarətdir. Həmçinin qeyd edilməlidir ki, işin 134-cü və 136-cı səhifələrində olan müvafiq olaraq SOCAR-ın “Azneft” İB-nin 28.9.2022-ci il tarixli və SOCAR-ın “kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli apellyasiya məhkəməsinin sorğularına verdiyi cavabları baxılan inzibati mübahisəyə aydınlıq gətirmir. Belə ki, SOCAR-ın “Azneft” İB-in 28.9.2022-ci il tarixli cavabında göstərilmişdir ki, “İddiaçı “Xəzərdəniz neftqazsənaye” İB-nin mərkəzi istehsalat xidməti bazasında 21.8.1985-ci il tarixdən 10.6.1986-ci il tarixədək işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə çilingərelektrik və 9.8.1988-ci il tarixdən xx.xx.2014-cü il tarixədək işlədiyi elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 saylı siyahısının “qazma neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 1-ci “qazma” və 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölmələrində nəzərdə tutulmuş peşələrlə eynilik təşkil etmir”. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyası qeyd etmişdir ki, SOCAR-ın “kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli cavabında yazılmışdır ki, “Elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik” və “qazma boruları sexində elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru” peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 1 nömrəli siyahısında “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı adlanan 10-cu bölməsinin 1-vi bəndində qazma “a” yarımbəndində fəhlələr “110000a-19838 buruqlara xidmət üzrə elektrik montyorları” və “1100000a-19861 bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” kodları ilə uyğun gəlibgəlməməsi haqqında fikir yürüdə bilmərik. Mərkəzi İstehsalat Xidməti Bazasının “Kompleks qazma işləri” trestinin strukturuna aid olmaması qeyd olunan peşələr üzrə vəzifə təlimatlarının bizdə olmaması səbəbindən onların Sizə təqdim edə bilmirik”. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının “takelajçı” peşəsində işləməsi ilə bağlı apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq göstərişlərinə əsasən iddiaçının işlədiyi takelajçı, “X16 X17” X5 İstehsalat Xidməti Bazasında - “elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik; və həmin İstehsalat Xidməti Bazasının “Qazma boruları sexində” elektrik avadanlıqlarına xidmət üzrə İİ dərəcəli elektrik montyoru vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı və ya 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahılara uyğun gəlib-gəlməməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” Trestinə verilən müvafiq sorğuya, həmin trest tərəfindən verilən 01 avqust 2023-cü il tarixli cavabdan görünür ki, İddiaçı işlədiyi “X9 LTD” şirkətinin və “X18 X8 Bazasının sənədlərinin SOCAR-ın “Kompleks qazma işləri” Trestinin arxivində olmadığı üçün həmin vəzifələrin güzəştli şərtlərlə pensiya hüququna malik olması barədə məlumat verə bilmirlər. Eyni məzmunlu sorğuya “X9 Ltd” tərəfindən verilən 28 avqust 2023-cü il tarixli cavabdan görünür ki, “İddiaçı 22 aprel 2003-cı il tarixdən hal-hazıradək “X11 Ltd” şirkətində işləyir. O, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Talelajçı, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Portalda Fəhlə və xx.xx.2003-cü il tarixdən indiyədək Xəzər dənizində yerləşən “Dədə Qorğud” və “İstiqlal” qazma qurğularında işləmişdir (Bölmə X, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı. KOD — 1100000a, fəhlələr). İddiaçı xx.xx.2003-cü il tarixdən əvvəl bizim şirkətdə işləmədiyi nəzərə alaraq onun digər müəssisələrdəki əmək fəaliyyəti haqqında arayışı verə bilmirlər”. Məhkəmə kollegiyasının elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı və ya 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahılara uyğun gəlib-gəlməməsi ilə bağlı sorğuya “X9 Ltd” tərəfindən verilən 20 noyabr 2023-cü il tarixli cavabdan görünür ki, İddiaçı şirkətlərində heç vaxt elektrik vəzifəsində işləməyib. Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru peşəsi onların şirkətində elektrik adlanır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 1 nömrəli Siyahısında “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” adlanan X bölməsinin 1-ci bəndində Qazma, “a” yarımbəndində fəhlələr, “1100000а-19838 buruqlara xidmət üzrə elektrik montyorları” və “1100000a-19861 bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında “Neftin qazılması və hasilatı, neft, qaz, qaz kondensatı, kömür və şistin emalı adlanan 10-cu bölməsinin 10.1 bəndində Qazma, “a” yarımbəndində fəhlələr, “buruqlara xidmət üzrə elektrik montyorları” və “bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” kodları ilə uyğun gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısının ““11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində: - “1100000a—19838” kodu üzrə “buruqlara xidmət üzrə elektrik montyorları” və “1100000a—19861” kodu üzrə “bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” güzəştli pensiya hüququ verən peşələr kimi nəzərdə tutulmuşdur. İş materiallarına, o cümlədən, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının 2006-cı ilə qədər “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin «a» bəndi üzrə tələb olunan 20 ildən çox ümumi və 10 ildən də çox xüsusilə ağır və zərərli iş şəraitində güzəştli pensiya hüququ verən stajı mövcuddur. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 3cü hissəsinə əsasən hərbi xidmət dövrü, ali və orta ixtisas təhsil müddəti də iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən isə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qanunun qeyd olunan tələbləri nəzərə alınmaqla iddiaçının iş materiallarında olan xx.xx.1985-ci il tarixdə doldurulmasına başlanılmış İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən 2006-cı ilə qədər aşağıdakı iş stajı müəyyən olunur: -xx.xx.1985-xx.xx.1985 (1 ay 2 gün): "X16 X17" X4 Xidmət Mərkəzi Bazası - elektrik avadanlıqlarının təmiri üzrə çilingər elektrik; -xx.xx.1985 – xx.xx.1986 (8 ay 17 gün): həmin Bazada 1-ci dərəcəli - fəhlə; -xx.xx.1986 - xx.xx.1988 (2 il 3 gün): müddətli həqiqi - hərbi xidmət; -xx.xx.1988 - xx.xx.2004 (16 il 2 ay 6 gün) "X16 X17" X4 Xidmət Mərkəzi Bazası elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru -xx.xx.2003 - xx.xx.2005 (2 il 8ay 9 gün): Xəzər Qazma Şirkətində “İstiqlal qurğusu” - takelajçı. İddiaçının qeyd olunan iş stajı, ümumiləşdirildikdə, onun xx.xx.2006-cı il tarixinə qədər 20 ildən çox (21 il 8 ay 7 gün) ümumi stajı toplanır ki, həmin stajın da 10 ildən çoxunu dəniz neftçisi kimi güzəştli pensiya hüququ verən göstəriciyə uyğun peşədə işləmişdir. Yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinə əsasən müvafiq sorğular verilmiş və iddiaçının çalışdığı takelajçı və elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru peşələrinin də güzəştli pensiya hüququ verən göstəriciyə uyğun peşələr olduğu müəyyən edilmişdir. Beləliklə də, iddiaçının "X16 X17" X4 Xidmət Mərkəzi Bazasında “elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru” kimi çalışdığı peşəni 1 nömrəli Siyahının X- 11000000 - "Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi"ndə “110000a-19838” (buruqlara xidmət üzrə elektrik montyorları) və “110000a19838” (bilavasitə buruqlara xidmət xidmət üzrə elektrik montyorları və xidməti ilə məşğul olan elektrik montyorları” kodlarına uyğun olan, güzətli pensiya hüququ verən peşə üzrə 10 ildən çox güzəştli iş stajının (16 il 2 ay 6 gün) mövcud olduğu öz təsdiqini tapır. Başqa sözlə, cavabdehin apellyasiya şikayətinin iddiaçının elektrik montyoru kimi işlədiyi peşənin 1 nömrəli Siyahıda nəzərdə tutulmadığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, cavabdeh inzibati orqan özü yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplamalı və nəzərə almalı, fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklər qoymamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin əsas dəlili iddiaçının xx.xx.1985-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "X18 X12 Birliyi"nin İstehsalata Xidmət Mərkəzi bazasında işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, yardımçı fəhlə, elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru və xx.xx.2003-cü il tarixindən bugünədək işlədiyi takelajçı vəzifələrində işlədiyi dövrün güzəştli iş stajına aid olmamasından ibarətdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarında öz əksini tapmış göstərişlər nəzərə alınaraq müvafiq sorğulara alınan cavablara əsasən iddiaçının işlədiyi qeyd olunan vəzifələrin güzəştli pensiya hüququ verən peşələr olduğu müəyyən edilmiş və beləliklə qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçının güzəştli iş stajının olması öz təsdiqini tapmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(112)-2135/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar