Məhkəmə qərarları › İş №2-1(103)-2958/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2958/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2958/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2-1(112)-8242/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qanuni nümayəndə cavabdeh Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Qanuni nümayəndə Şuşa rayonundan məcburi köçkün düşmüşdür. Onun məcburi köçkün vəsiqəsi var. İddiaçı xx.xx.2008-ci ildə məcburi köçkün ailəsində anadan olmuşdur. İddiaçı məcburi köçkün statusunun verilməsi üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2-1(112)-8242/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məhkəmənin icraatına qəbul olunmuş və inzibati iş apellyasiya şikayətinə baxılması üçün məhkəmə baxışına təyin olunmuşdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X1 tərəfindən məhkəməyə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən elektron kabinet vasitəsilə təqdim olunmuş ərizə ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8242/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından cavabdeh Komitə tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülmüş hesab edilməsi və şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi X1 tərəfindən verilmiş ərizəni araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Göründüyü kimi, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Apellyasiya icraatında isə dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanır və belə şikayət olmadığı halda apellyasiya icraatına başlanılması istisna edilir. Bu səbəbdən qanunvericilik həmin Məcəllənin 88.1-ci maddəsində şikayət verən inzibati məhkəmə icraatının iştirakçısına apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürmək hüququ vermişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina barədə cavabdehin nümayəndəsi X1 tərəfindən verilmiş ərizə təmin edilməli və bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. İPM-in 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, və 90 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2-1(112)-8242/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilsin. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Günel Abbasova Hakimlər Kamran Əkbərov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar