Məhkəmə qərarları › İş №2-1(103)-296/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-296/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-296/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Afaq Bayram qızı Nuriyeva və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X8, X9, X10) “koordinatların etibarsız hesab edilməsi, torpaq sahəsinin qanuni istifadədə olmasının müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2272/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Mənəfova Zenfira Əli Ağa qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, Primorsk-Mərdəkan dəmir yolunun 41-ci kilometrinin 1-ci piketində Dəmir Yolları Nazirliyinin Azərbaycan X11 xx.xx.1979-cu il tarxli, P-404 saylı məktubu ilə keçmiş maşinist Ə.İ.Zeynalova təhkim olunması məlum olan 0,125 ha torpaq sahəsinə dair Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 2239b saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş mülkiyyət hüquqlarının koordinatlarının etibarsız hesab edilərək iddia ərizəsi üzrə cavabdeh tərəfindən kadastr baza (xəritə) məlumatlarından silinməsi, həmin koordinatlar daxilində 0.125 ha torpaq sahəsinin mərhum Zeynalov Əli Ağa İbad oğluna ayrılmış olmasının, yəni torpaq sahəsinin mərhumun qanuni istifadəsində olmasının müəyyən edilməsi və ya tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2272/2020 saylı qərərdadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2272/2020 saylı qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi mübahisəli torpaq sahəsinə dair hüquqların “Daşınmaz Əmlakın Dövlət Reyestrində” qeydiyyata alınması ilə bağlı deyil. İddia tələbi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, Primorsk-Mərdəkan dəmir yolunun 41-ci kilometrinin 1-ci piketində Dəmir Yolları Nazirliyinin Azərbaycan X11 xx.xx.1979-cu il tarxli, P-404 saylı məktubu ilə keçmiş maşinist Ə.İ.Zeynalova təhkim olunması məlum olan 0,125 ha torpaq sahəsinə dair Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 2239b saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş mülkiyyət hüquqlarının koordinatlarının etibarsız hesab edilərək iddia ərizəsi üzrə cavabdeh tərəfindən kadastr baza (xəritə) məlumatlarından silinməsi, həmin koordinatlar daxilində 0.125 ha torpaq sahəsinin mərhum Zeynalov Əli Ağa İbad oğluna ayrılmış olmasının, yəni torpaq sahəsinin mərhumun qanuni istifadəsində olmasının müəyyən edilməsi və ya tanınması barədə qərar çıxarılmasıdır. Torpaqayırma sənədində son istifadə müddəti qeyd edilmədiyi üçün torpaq sahəsinin müvəqqəti istifadəyə verilməsi kimi qiymətləndirmə düzgün deyil. Həmçinin qeyd olunmuşdur ki, 1979-cu ildən mübahisəli torpaq sahəsi iddiaçının atasının, daha sonra isə iddiaçının istifadəsində olub. Ona görə də iddiaçının mübahisəli torpaq sahəsinə dair subyektiv hüququ mövcuddur. Həmçinin iddiaçının mübahisəli torpaq sahəsinə dair subyektiv hüququnun mövcud olmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Apellyasiya baxışı zamanı iddiaçının vəkili apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-2272/2020 saylı qərardadının ləğv olunması, iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2272/2020 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2272/2020 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri, məruzəçi hakimin məruzəsini, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6133/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, X5 xx.xx.1964-xx.xx.1984cü illərdə dəmir yolunda maşinist işləmişdir. Ona Primorsk-Mərdəkan mənzili 41 km pk 1də xx.xx.1979-cu ildə mövsümi bitkilərin əkilməsi məqsədilə 12,5 sot torpaq sahəsi ayrılmışdır. 2009-cu ildə Primorsk-Mərdəkan mənzilinin keçmiş 41 km pk 1-də (sonralar 23 km pk 1) daxil olmaqla Bağlar-Qala sahəsində dəmir yolu xətti sökülmüş, qatarların hərəkəti dayandırılmış və dəmir yolu ətrafı torpaq dövlət mülkiyyətinə məxsus olduğuna görə həmin torpaqlar dəmir yolunun istifadəsindən çıxarılaraq dövlətə təhvil verilmişdir. Həmin ərazilərdə dəmir yolu xəttinin ləğv edilməsindən sonra müvəqqəti istifadə üçün nəzərdə tutulan, bostan və tərəvəz bitkilərinin əkilməsi üçün ayrılmış torpaqlardan vətəndaşların istifadəsi və ora verilmiş məktublar öz qüvvəsini itirmişdir. “xxxx” QSC-nin İD04/1 nömrəli, xx.xx.2014-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir Yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”-nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”-nın təsdir edilməsi haqqında xx.xx.2005-ci il tarixli 33 nömrəli Qərarına əsasən Primorsk-Mərdəkan mənzili 41 km pk 1-də (sonralar 23 km pk 1) yolun kilometr artımı istiqamətinin hər iki tərəfində dəmir yolunun təhkim zolağının eni 24 metr məsafə təşkil etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, keçmiş dəmiryolçu X3 dəmir yolu tərəfindən 1979-cu ildə keçmiş 41 km pk 1-də (sonralar 23 km pk 1) bostan və tərəvəz bitkilərinin əkilməsi üçün ayrılmış 12,5 sot torpaq sahəsi təhkim zolağının içərisində yerləşmişdir. keçmiş dəmiryolçu X3 dəmir yolu tərəfindən 1979-cu ildə keçmiş 41 km pk 1-də (sonralar 23 km pk 1) bostan və tərəvəz bitkilərinin əkilməsi üçün ayrılmış 12,5 sot torpaq sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 1977 nömrəli qərarı ilə Mərdəkan qəsəbəsində X6 ayrılmış 12 sot torpaq sahəsi olan 2239 “B” bağ sahəsinin ölçüləri üst-üstə düşə bilməz. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 2.2.5 və 34.1-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22.1, 50.1, 56, 62 və 68-ci maddələrini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması” Qaydalarının 2-ci bəndini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsi”nin 3.1-ci bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı Mənəfova Zenfira Əli Ağa qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, Primorsk-Mərdəkan dəmir yolunun 41-ci kilometrinin 1-ci piketində Dəmir Yolları Nazirliyinin Azərbaycan X11 xx.xx.1979-cu il tarxli, P-404 saylı məktubu ilə keçmiş maşinist Ə.İ.Zeynalova təhkim olunması məlum olan 0,125 ha torpaq sahəsinə dair Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 2239b saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş mülkiyyət hüquqlarının koordinatlarının etibarsız hesab edilərək iddia ərizəsi üzrə cavabdeh tərəfindən kadastr baza (xəritə) məlumatlarından silinməsi, həmin koordinatlar daxilində 0.125 ha torpaq sahəsinin mərhum Zeynalov Əli Ağa İbad oğluna ayrılmış olmasının, yəni torpaq sahəsinin mərhumun qanuni istifadəsində olmasının müəyyən edlməsi və ya tanınması barədəiddiası mümkün sayılmamalıdır. Belə ki, dəmir yolunun istifadəsinə dövlət tərəfindən ayrılmış torpaq sahələrinin konkret təyinatı vardır ki, o da dəmir yolunda yuxarıda göstərilən abzasda qeyd edilənlərdən ibarətdir, həmin torpaq sahələri müvəqqəti olaraq bostançılıq işləri üçün vətəndaşların istifadəsinə verilə bilərdi ki, vaxtilə iddiaçının atasına da dəmir yolunun mühafizə zolağındatorpaq bostançılıq məqsədilə verilmişdir. Yəni torpaq konkret şəxsə - iddiaçının atasına daimi istifadəyə deyil, bostan əkilməsi üçün müvəqqəti verilmişdir ki, belə verilmə də qanunvericiliyin tələblərinə əsasən hüquq varsliyini də istisna edir. Bundan başqa qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-2(102)-508/14 nömrəli iş üzrə qəbul edilmş qərarı ilə müəyyən edilmişdir ki, Mərdəkan bağ massivində Musayev Vəli Kərəm oğlunun mülkiyyətində olmuş 2239v saylı bağ sahəsi (hazırda Hüseynov Yaqub Şamo oğlunun mülkiyyətində olan) dəmir yolunun mühafizə zolağından (24 m) kənarda yerləşdiyindən qeyd edilən torpaq sahələri iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-5937/19 saylı, xx.xx.2019-cu il tarixli və 2(102)-5937/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarlarına əsasən məhkəmələr tərəfindən İddiaçı Əli Ağa qızının ümumiyyətlə hazırki iddia ərizəsində göstərilən torpaq sahəsi ilə iddia qaldırmaqda subyektiv hüququnun olmaması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində göstərilən torpaq sahəsi üzərində iddiaçının hər hansı bir hüquqları olmadığı üçün cavabdeh tərəfindən onun hər hansı bir hüquqlarının pozulmasına yol verilməmişdir, belə olan halda iddiaçının hazırki iddianı qaldırmaq subyektiv hüququ mövcud deyildir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, apellyasiya şikayətinin iddia tələbinin mübahisəli torpaq sahəsinə dair hüquqların “Daşınmaz Əmlakın Dövlət Reyestrində” qeydiyyata alınması ilə bağlı deyil, mübahisəli torpaq sahəsinin mərhumun qanuni istifadəsində olmasının müəyyən edilməsi və ya tanınması barədə qərar çıxarılması olması, həmçinin, 1979-cu ildən mübahisəli torpaq sahəsi iddiaçının atasının, daha sonra isə iddiaçının istifadəsində olması, ona görə də iddiaçının mübahisəli torpaq sahəsinə dair subyektiv hüququ mövcud olması dəlillərinə dair məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi Xüsusi icraat qaydasında ümumi məhkəmələrdə baxılmalı olan məsələdir. Şikayətin torpaqayırma sənədində son istifadə müddəti qeyd edilmədiyi üçün torpaq sahəsinin müvəqqəti istifadəyə verilməsi kimi qiymətləndirmənin düzgün olmadığı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, “xxxx” QSC-nin SM-525/6 nömrəli, xx.xx.2014-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, X5 xx.xx.1964-xx.xx.1984-cü illərdə dəmir yolunda maşinist işləmişdir. Ona Primorsk-Mərdəkan mənzili 41 km pk 1-də xx.xx.1979-cu ildə mövsümi bitkilərin əkilməsi məqsədilə 12,5 sot torpaq sahəsi ayrılmışdır. 2009-cu ildə Primorsk-Mərdəkan mənzilinin keçmiş 41 km pk 1-də (sonralar 23 km pk 1) daxil olmaqla Bağlar-Qala sahəsində dəmir yolu xətti sökülmüş, qatarların hərəkəti dayandırılmış və dəmir yolu ətrafı torpaq dövlət mülkiyyətinə məxsus olduğuna görə həmin torpaqlar dəmir yolunun istifadəsindən çıxarılaraq dövlətə təhvil verilmişdir. Həmin ərazilərdə dəmir yolu xəttinin ləğv edilməsindən sonra müvəqqəti istifadə üçün nəzərdə tutulan, bostan və tərəvəz bitkilərinin əkilməsi üçün ayrılmış torpaqlardan vətəndaşların istifadəsi və ora verilmiş məktublar öz qüvvəsini itirmişdir. Yuxarıda göstərilənlərə əsasən Kollegiye hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2272/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar