Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-296/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınma” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1679/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1971-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlərdə iştirak etmiş və nəticədə müəyyən ciddi travmalarlar almışdır. Ona “keçirilmiş qapalı KBT-sının davamlı fəsadı. Hipertenzion sindromu. Tez-tez huşun itməsi ilə müşahidə olunan qıcolma tutmaları (ayda 4-5 dəfə). Postravmatik serebrosteniya. Keçirilmiş ağ ciyər vərəminin qalıq əlamətləri. OS-görmə sinirinin tam atrofiyası, postravmatik genezdə. OD-görmə sinirinin hissəvi atrofiyası. VİSOD=0/,3 (onda üç). Visos=0 (sıfır)” diaqnozu qoyulmuşdur. Həkim tərəfindən təyin edilmiş diaqnoz əsasında ona 3 (üçüncü) dərəcəli əlillik verilmiş, həmçinin müddətsiz “gözdən əlillik” verilmişdir. İddiaçı bacısı X1 ilə ailəsini dolandırır. Aldığı pensiya mənzil şəraitinin yaxşılaşdırılmasına kifayət etmir. Bu səbəbdən xx.xx.2021-ci il tarixində Bakı şəhəri Cavabdehnə yaşayış sahəsi ilə təmin olunmaq üçün rəsmi formada müraciət etsə də, müraciətinə imtina edilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətdə qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1679/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və əlavə olaraq onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin iddia tələbinin imtina etməməsi kimi göstərdiyi səbəblərdən biri onun həyat yoldaşının adına Sabirabad rayonunda, Şəhriyar kəndində 1.04 ha həyatyanı torpaq sahəsi ümumi birgə (9 nəfər ailə üzvü ilə birlikdə) JN- 359 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakının olmasıdır. Məhkəmənin bu fikri absurdur. Belə ki, həyat yoldaşının adında qeyd edilən daşınmaz əmlak nikahdan xeyli əvvəl rəsmiləşdirilmiş və həyat yoldaşına ailəsilə birlikdə ailə təsərrüfatı kimi istifadəsinə verilmişdir. Bu da onu bildirir ki, qeyd edilən daşınmaz əmlak onların birgə ailə təsərrüfatları deyil. Paylı mülkiyyətində olan fərdi yaşayış evinin ümumi sahəsi 92,4 kv.m təşkil etsə də, bu sahədən yalnız 63.2 kv.m olan hissəsi yaşayış üçün nəzərdə tutulmuşdur və nəzərə alınsa ki, Azərbaycan Respublikasının ərazisində yaşayış minimumunun norması adambaşı 16 kv.m təşkil edir onda qeydiyyatda olan şəxslər də, daxil olmaqla onların yaşadıqları əmlakın yaşayış sahəsi azı 336 kv.m (16 kv.m x 21) təşkil etməlidir. Digər tərəfdən, hətta həmin mənzildə onun ailə tərkibi hesab olunan şəxsləri (arvad, uşaqlar) ilə o nəzərə alınsa mənzilin yaşayış sahəsi (16x3) təşkil etməlidir və bu da onu göstərir ki, yaşayış sahəsi minimum yaşayış sahəsinin normalarını ödəmir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İnzibati işdən müəyyən olunur ki, cavabdeh inzibati orqan Bakı şəhəri Sabunçu RİH tərəfindən İddiaçı mənzillə təmin edilməsi ilə bağlı müraciətinə mahiyyəti üzrə baxılmış və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edildiyini və həmin qaydaların hazırda müəyyən edilmədiyini, bu səbəbdən vətəndaşların yaşayış yeri üzrə rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsinin dayandırılması əsası ilə məsələnin həllindən imtina olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının ailə üzvləri anası X8, xx.xx.1983-cü il təvəllüdlü X6 və oğlu X9r. İş üzrə müəyyən olunur ki, iddiaçının adına respublika ərazisində daşınmaz əmlak olmasa da onun ailə üzvü olan arvadı Babayeva (Abdullayeva) Rəhmiyyə Ağalar qızının adına JN-359A qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Sabirabad rayonu, Şəhriyar kəndində 1.04 ha həyətyanı torpaq sahəsi var. Eyni zamanda, iddiaçı ilə birgə yaşayan valideyni X5 adına ünvan 1 ünvanında fərdi yaşayış evi 3/4 hissədə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırda iddiaçının və onun ailə üzvü olan arvadının adına fərdi yaşayış evinin tikintisinə icazə verən həyətyanı torpaq sahəsinin, eləcə də onunla birgə yaşayan anasının adına fərdi yaşayış evinin qeydə alınması müəyyən olunur. Bu hal da iddiaçının hazırda yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına əsas vermir. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 17078685 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1971-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2019-cu il tarixli, 0254003AAFG2 Forma 88 nömrəli arayışdan görünür ki, İddiaçı üçüncü dərəcəli əlildir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədardır. Təyinat xx.xx.2019-cu il tarixində verilib. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2024-cü il tarixinə kimidir. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsindən verilən 10 oktyabr 2018-ci il tarixli, M/V № 084862 nömrəli vəsiqədən görünür ki, vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli, 018-17309-1221 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Həmin məktuba əlavə edilmiş qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olunmuş sənədlərin surətindən görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 22/40 hissədə paylı mülkiyyət hüququ ilə X2 adına **********92-10301 reyestr nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. - Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Krılov A.İ. küçəsi, ev 28 ünvanında yaşayan X3 4 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətinə ünvanladığı xx.xx.2016-cı il tarixli ərizədə ona məxsus ünvan 3 ünvanına İddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Sabunçu Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 85 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı və xx.xx.1983-cü il təvəllüdlü X4 Sabunçu bələdiyyəsində torpaq sahəsi ayrılmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 370 nömrəli məktubunda bildirilmişdir ki, ehtiyatda olmanın son yaş həddini keçdiyi üçün hərbi vəzifəlilərin qeydiyyatından çıxarılmış xx xxxxxx 1971-ci il təvəllüdlü İddiaçı 01 iyun 1990-cı il tarixdə Əli-Bayramlı rayon Hərbi Komissarlığı tərəfindən Sovet Ordu sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılmış və 07 iyun 1990cı il tarixdən 22 may 1991-ci il tarixədək 34403 saylı 24 may 1991-ci il tarixdən 17 noyabr 1992-ci il tarixədək N saylı hərbi hissələrdə hərbi xidmətdə olmuşdur (Əsas: Hərbi uçot kartası). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən İddiaçı xx.xx.2021-ci il tarixdə verilmiş arayışda bildirilmişdir ki, onun adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsindən Babayeva (Abdullayeva) Rəhmiyyə Ağalar qızına verilən xx.xx.2022-ci il tarixli, 1836 nömrəli arayışdan görünür ki, onun adına Sabirabad rayonu, Şəhriyar kəndində 1.04 ha həyətyanı torpaq sahəsi ümumi birgə (9 nəfər ailə üzvü ilə birlikdə) JN-359A qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Həmçinin, Sabirabad rayonu, Şəhriyar kəndində 6.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ (9 nəfər ailə üzvü ilə birlikdə) xx.xx.1998-ci il tarixdə, JN-359 nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsindən X7 verilən xx.xx.2022-ci il tarixli, 1854 nömrəli arayışdan görünür ki, onun adına ünvan 1 ünvanında fərdi yaşayış evi 3/4 hissə xx.xx.2011-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli, B-125-068 nömrəli məktubunda bildirilmişdir ki, sizin müharibə əlili kimi mənzillə təmin edilməyinizə köməklik göstərilməsi barədə Cavabdehnə daxil olmuş B- 125-068 saylı, xx.xx.2021-ci il tarixli ərizənizə baxıldı. Bildirilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Lakin həmin qaydalar müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qaldırdığınız məsələyə baxılacaq. Əlavə olaraq nəzərinizə çatdırılır ki, hal-hazırda Cavabdeh balansında boş mənzil olmadığından vətəndaşların mənzillə təmin edilməsi məsələsinə baxılmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə görə qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Həmin Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən iddiaçının ailə üzvləri anası X8, xx.xx.1983-cü il təvəllüdlü X6 və oğlu X9r. İş üzrə müəyyən olunur ki, iddiaçının adına respublika ərazisində daşınmaz əmlak olmasa da, onun ailə üzvü olan arvadı Babayeva (Abdullayeva) Rəhmiyyə Ağalar qızının adına JN- 359A qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Sabirabad rayonu, Şəhriyar kəndində 1.04 ha həyətyanı torpaq sahəsi var. Eyni zamanda, iddiaçı ilə birgə yaşayan valideyni X5 adına ünvan 1 ünvanında fərdi yaşayış evi 3/4 hissədə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə və işin hallarına əsasən şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün onun ümumən yaşayış sahələrinə ehtiyacı olması müəyyən olunmalıdır. Lakin əgər şəxsə (ailə üzvlərinə) yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verilirsə, o, uçotdan çıxarılır. Yəni həmin şəxs artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir, buna görə də uçotdan çıxarılır. İddiaçının və onun ailə üzvü olan arvadının adına fərdi yaşayış evinin tikintisinə icazə verən həyətyanı torpaq sahəsinin, eləcə də onunla birgə yaşayan anasının adına fərdi yaşayış evinin qeydə alınması müəyyən olunduğundan bu hal uçotdan çıxarılma üçün səbəb hesab edildiyindən iddiaçının hazırda uçota alınmasını istisna edir. Odur ki, cavabdeh Bakı şəhəri Xətai RİH-in imtinasının qanunazidd sayılması üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1679/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-296/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-296/2023
02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver