Məhkəmə qərarları › İş №2-1(103)-2960/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2960/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2960/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7190/2022 saylı, 17 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********2282 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixində ƏDV qeydiyyatına alınmış və həmin tarixdə Bakı şəhəri Qaradağ rayonu ərazisində təsərrüfat subyekti kimi qeydiyyata alınmış, təsərrüfat subyektinin adı anbar, əsas fəaliyyət kodu "47191: İxtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı" olmuşdur. Həmin təsərrüfat subyektində PKS aparatı quraşdırılması məqsədilə xx.xx.2020-ci il tarixində vergi orqanına müraciət etmiş və həmin tarixdə PKS qeydiyyata alınmış, bundan sonra xx.xx.2021-ci il tarixində təsərrüfat subyektində PKA (nəzarət-kassa aparatı) qeydiyyata alınaraq müvafiq bildiriş göndərilmişdir. Fəaliyyət növünə uyğun olaraq 2020-ci ilin dekabr ayından müxtəlif növ məhsullar idxal edərək pərakəndə qaydada satışını həyata keçirmişdir. 2020-ci ilin dekabr ayından 2021-ci ilin oktyabr ayınadək anbara faktura üzrə real dəyəri 1184029.9 manat, Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunmuş statistik dəyəri olan 1726141.2 (ƏDV-siz) manat dəyərində müxtəlif növdə mallar idxal olunmuşdur. Faktura üzrə real dəyəri 1184029.9 manat olan həmin mallara ticarət əlavəsi tətbiq edilməklə onların ******* manata pərakəndə qaydada NKA çeki ilə satılmışdır. Dövlət Vergi Xidmətinin İdxal-ixrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə fəaliyyət göstərdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti (OVN) tədbiri keçirilmişdir. OVN tədbiri ilə tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulması qənaətinə gəlinərək, idxal olunmuş malların statistik dəyəri üzərinə 3 faiz ticarət əlavəsi və ƏDV əlavə olunmaqla xx.xx.2021-ci il tarixli **********2282 nömrəli məsuliyyət qərarı ilə 205263,10 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında" xx.xx.2022-ci il tarixli **********2282 nömrəli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Vergi orqanı tərəfindən iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsinə səbəb malları elektron qaimə-faktura verilmədən satmağı olmuşdur. Yəni guya tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozulmuşdur. Operativ vergi nəzarəti tədbiri keçirilən vaxt (2021-ci ilin oktyabr ayı) Vergi Məcəlləsinin qüvvədə olmuş mətnində operativ vergi nəzarətinin əvvəlki dövrlərdə edilmiş əməliyyatlara görə keçirilməsi nəzərdə tutulmamışdır. Yəni operativ vergi nəzarəti konkret hal üzrə keçirilir və həmin vaxt aşkar edilən qanun pozuntusuna görə məsuliyyət tədbiri görülür. Lakin iddiaçıya maliyyə sanksiyası operativ vergi nəzarəti tədbiri keçirilən vaxtdan əvvəlki dövrlərdə etdiyi əməliyyatlara görə tətbiq edilmişdir ki, bu da qanunaziddir. Belə ki, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi halı məhz operativ vergi nəzarəti keçirilən vaxt aşkar olunsa idi, iddiaçıya maliyyə sanksiyası tətbiq edilə bilərdi. İddia tələbi Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü, 36.3-cü, 83.3-cü maddələri ilə əsaslandırılmışdır. Vergi Məcəlləsinin 2022-ci ilin 01 yanvar tarixindən qüvvəyə minmiş 58.17-ci maddəsinə əsasən isə operativ vergi nəzarəti tədbirinin əvvəlki dövrləri də əhatə edə bilməsi dolayısı ilə nəzərdə tutulmuşdur. Göründüyü kimi vergi qanunvericiliyi malların pərakəndə satışına görə elektron qaimə-faktura təqdim edilməsini deyil, qəbz və ya nəzarət-kassa aparatının çekinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Vergi orqanı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etməklə bu qənaətə gəlmişdir ki, elektron qaiməfaktura təqdim edilməli olduğu halda mallar elektron qaimə-faktura verilmədən satılmışdır. Halbuki 58.13-cü maddə malların pərakəndə deyil, topdansatışı zamanı tətbiq edilir. Həmçinin, topdan satış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malları pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsi 2021-ci ilin oktyabr ayında Vergi Məcəlləsində (58.13-cü maddə) məsuliyyət yaratmırdı. İddiaçı məhz anbarından idxal etdiyi faktura üzrə real dəyəri 1184029.9 manat, statistik dəyəri 1726 894.036 (ƏDVsiz) manat olan malların 1 342213 manata pərakəndə qaydada NKA çeki ilə satmışdır. Lakin vergi orqanı NKA çeki vasitəsilə satdığı ******* manatlıq malları nəzərə almayaraq iddiaçıya bu mallara görə də maliyyə sanksiyası tətbiq etmişdir. Analoji məsələ ilə bağlı hazırda vahid məhkəmə təcrübəsi mövcuddur və hüququn tətbiqində konkret yanaşma müəyyən edilmişdir. Belə ki, AK Məhkəmənin xx.xx.2021-ci il tarixli 2- 1(102)-1076/2021 saylı qərarında bununla bağlı mövqeyi qeyd edilmişdir. Vergi orqanı tərəfindən gəlir və mənfəət vergisi məqsədləri üçün malların dəyəri kimi, faktura dəyəri əsas götürülərək vergilər hesablanır. Vergi orqanı heç bir halda malın Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunan statistik dəyərinə istinad etmir. Statistik dəyər əsasında təqdim olunan hesabatlara isə faktura dəyərini nəzərə alaraq vergiləri yenidən hesablayırlar. Belə ki, 2020-ci ilin dekabr ayından 2021-ci ilin oktyabr ayınadək anbara faktura üzrə real dəyəri 1184 029.9 manat, Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunmuş statistik dəyəri olan 1726141.2 (ƏDV-siz) manat dəyərində müxtəlif növdə mallar idxal olunmuşdur. Faktura üzrə real dəyəri 1184029.9 manat olan həmin mallara ticarət əlavəsi tətbiq edilməklə onların ******* manata pərakəndə qaydada NKA çeki ilə satılmışdır. Lakin operativ vergi nəzarəti zamanı qanun pozuntusu məbləği kimi malların statistik dəyəri olan 1726141.2 (ƏDV-siz) manat əsas götürülməklə həmin məbləğin üzərinə 18 faiz əlavə dəyər vergisi və 3 faiz ticarət əlavəsi gəlinərək malların qiyməti süni şəkildə şişirdilərək ******* manat müəyyən olunaraq həmin məbləğin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Bu halda malların statistik dəyərinin əsas götürülməsindən başqa digər bir qanun pozuntusu malın dəyərinin üzərinə ƏDV-nin gəlinməsidir. Belə ki, məlum olduğu kimi malın maya dəyərinə ƏDV daxil deyil. Qeyd edilənlər səbəbindən hesab edilsə ki, tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozulmuşdur, bu halda maliyyə sanksiyası malların real qaimə dəyərinin (1184029.9 manat) üzərinə ticarət əlavəsi gəlinərək alınan dəyər olan ******* manata tətbiq edilməli idi. Belə olan halda tətbiq edilməli maliyyə sanksiyasının məbləği 205 263,1 manat deyil, 134 221,3 manat olmalı idi. Bütün bunlardan əlavə operativ vergi yoxlamasının nəticəsi barədə yazılmış 006027 saylı akt prosessual pozuntuya yol verilməklə tərtib edilmişdir. Belə ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********495 saylı qərarda və xx.xx.2021-ci il tarixli KY211675304 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışına əsasən yoxlamanın Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən açılması qeyd olunsa da, operativ yoxlamanın nəticəsi haqqında xx.xx.2021-ci il tarixli 006027 saylı akt Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad edilməklə tərtib olunmuşdur. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan dairəsi yaxınlığı, Karvan ticarət mərkəzi, 36-27A nömrəli anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə saat 11:30-da iddiaçıya məxsus olan anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə verilmədən 2052630,95 manat məbləğində malların topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2021-ci il tarixli 006027 nömrəli akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli 006027 nömrəli akt iddiaçıya təqdim edilsə də, o aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 006027 nömrəli akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və iddiaçı barəsində 205263,1 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışda qeyd etmişdir ki, “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan dairəsi yaxınlığı, Karvan ticarət mərkəzi, B6-27A nömrəli anbardan başqa heç bir yerdə obyektim və saxlancda malım yoxdur. İş vaxtı həftənin 7 günü səhər saat 09:00-dan axşam saat 18:00-dəkdir. Satılan mallara 3% ticarət əlavəsi tətbiq edilir.” Eyni zamanda iddiaçı təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatda da qeyd etmişdir ki, “tərəfimdən idxal olunmuş ******* manat dəyərində mallara 3% ticarət əlavəsi tətbiq edilməklə digər vergi ödəyicilərinə satılmışdır. Hal-hazırda anbar qalığım 0 (sıfır) manat təşkil edir”. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********6495 nömrəli qərarda göstərilmiş müddət, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) olan müddət vergi orqanı tərəfindən yoxlamanın keçiriləcəyi müddəti bildirir, vergi ödəyicisinin həmin müddətləri əhatə edən fəaliyyətinin yoxlanılmasını ifadə etmir. Həmçinin, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Eyni zamanda, Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən, Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Yəni, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı səyyar vergi yoxlamasına aid olan yuxarıda sadalanan müddəalar tətbiq edilir. Vergi Məcəlləsinin Operativ vergi nəzarəti adlanan 50-ci maddəsində vergi orqanı tərəfindən yalnız operativ vergi nəzarətinin həyata keçirildiyi vaxtda Vergi Məcəlləsinin 50.1.1- 50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunub- olunmamasına nəzarətin həyata keçirilməli olduğu qeyd edilməmişdir. Həmçinin, Dövlət Vergi Xidmətinin məlumat bazasında iddiaçının əsas fəaliyyət növü kişi geyimlərinin pərakəndə satışı, digər fəaliyyət növü kimi isə uşaq geyimlərinin pərakəndə satışı qeyd edilmiş, lakin idxal etdiyi mallar tamamilə fərqli mallar olmuşdur (nümunə: plastmasdan pəncərə silənlər, qulaq təmizləyən çöplər, paltar yuyan maşınların ehtiyat hissələri, motorları, ət çəkən maşınların ehtiyat hissələri, saç üçün rezinlər, elektrik samovarlar, mətbəx üçün qaşıqlar, meyvə qurudan aparatlar, süni güllər, masaüstü bayraqlar və s.) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsassızdır və iddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq heç bir elektron qaimə-faktura təqdim edilmədən 2099151,78 manat məbləğində mal topdan şəkildə satılmışdır. Buna görə iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7190/2022 saylı, 17 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan dairəsi yaxınlığı, Karvan ticarət mərkəzi, B6-27A nömrəli anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə saat 11:30-da Baş İdarə tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan dairəsi yaxınlığı, Karvan ticarət mərkəzi, B6-27A nömrəli anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə verilmədən 2052630,95 manat məbləğində malların topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2021-ci il tarixli 006027 nömrəli akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli 006027 nömrəli akt İddiaçı təqdim edilsə də, o aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı məxsus olan anbarda keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 006027 nömrəli akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı barəsində 205263,1 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışda qeyd etmişdir ki, “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan dairəsi yaxınlığı, Karvan ticarət mərkəzi, B6-27A nömrəli anbardan başqa heç bir yerdə obyekti və saxlancda malı yoxdur. İş vaxtının həftənin 7 günü səhər saat 09:00-dan axşam saat 18:00-dəkdir. Satılan mallara 3% ticarət əlavəsi tətbiq edilir.” Eyni zamanda İddiaçı İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatda da qeyd etmişdir ki, “tərəfimdən idxal olunmuş ******* manat dəyərində mallara 3% ticarət əlavəsi tətbiq edilməklə digər vergi ödəyicilərinə satılmışdır. Hal-hazırda anbar qalığım 0 (sıfır) manat təşkil edir”. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin məcəllənin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarının 5.1-ci bəndinə əsasən, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş və etirazda qeyd olunmuşdur ki, operativ vergi nəzarəti tədbiri Vergi Məcəlləsinin 32-ci maddəsi ilə müəyyən olunan nəzarət tədbirlərindən biridir. “Operativ” sözü leksik mənasına görə “təcili, sürətli, çevik” (hərəkət, əməliyyat) deməkdir. Bu nəzarət tədbirini vergi yoxlamalarından fərqləndirən başlıca əlamət ondan ibarətdir ki, vergi yoxlamaları vergi ödəyicisinin əvvəlki üç ilədək dövrünü əhatə edir (bəzi hallarda beş və ya yeddi il), operativ vergi nəzarəti tədbiri isə konkret məsələlər üzrə vergi ödəyicisinin yalnız cari fəaliyyəti üzrə həyata keçirilir. Qeyd olunanlar mövcud qanunvericiliyə, həmin sözlərin leksik mənasına və tərtib olunan rəsmi sənədlərə əsasən aşkar şəkildə müəyyən olunur. Belə ki, Məcəllənin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti ilə yalnız Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində əks olunmuş hallar yoxlanıla bilər. Həmin 14 tədbirin hər biri “aşkar edilməsi” və ya “nəzarət edilməsi” hərəkətləri ilə əhatə olunur. Xüsusilə maliyyə sanksiyasının tətbiq olunduğu Məcəllənin 58.13-cü maddəsinin həyata keçirilməsi predmeti olan 50.1.13-cü maddədə də “...elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi” göstərilmişdir. “Nəzarət etmək” sözünün leksik mənasından göründüyü kimi, həmin hərəkəti yalnız cari, yəni faktiki tədbir zamanı həyata keçirmək mümkündür. Geri tarixə hər hansı məsələyə nəzarət etmək imkansız olduğu halda vergi orqanı bunu qanunsuz olaraq rəsmiləşdirmişdir. Əlavə olunan Azərbaycan dilinin izahlı lüğətindən çıxarışlardakı sözlərin leksik mənasına nəzər yetirdikdə operativ nəzarət tədbirinin yalnız keçirildiyi (cari) müddət ərzində müəyyən olunan pozuntulara tətbiq edilməsi tam aydın olur. Tək normaların hərfi yazılış dili deyil, qanunvericilikdə əks olunmuş müddəaların mahiyyəti də bu tədbirin əvvəlki dövrə şamil edilməsinin əsassız olmasını təsdiq edir. Birincisi, məlum olduğu kimi, inzibati orqan tərəfindən yerlərə getməklə həyata keçirilən bütün nəzarət tədbirləri yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. İş materiallarında olsa da, tərəflərindən təkrar əlavə olunan 3 sayda reyestrdən çıxarışlardan göründüyü kimi, Ədliyyə Nazirliyinin vahid informasiya sistemində hər bir obyekt üzrə qeydə alınmış məlumatda “Yoxlanılan dövr - cari fəaliyyət” olaraq əks olunmuşdur. Cari ifadəsinin isə “hal-hazırki, indiki, indi baş verən” ifadələri ilə sinonim təşkil etdiyi hər kəsə məlumdur. Həmin sözün də Azərbaycan dilinin izahlı lüğətindən çıxarışı etiraza əlavə olunur. Bundan başqa, operativ vergi nəzarətinin həyata keçirilməsi barədə Qərarda göstərilməsi məcburi olan tələblər var. Vergi Məcəlləsinin 50.3-cü maddəsinin ikinci cümləsinə görə, həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Göründüyü kimi, tədbirin hansı dövrə aid edilməsinə dair heç bir qeyd yoxdur ki, bu da səbəbsiz deyil. Yuxarıda göstərilənlərin davamı kimi qeyd edir ki, bu tədbirin mahiyyəti də ondan ibarətdir ki, keçirildiyi müddət həm də tədbirin dövrünü əhatə edir. Müqayisə üçün bildirilir ki, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın forması Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 №-li Qərarı ilə qəbul olunmuş "Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarının (hüquqi aktların dövlət reyestrinə daxil edilmişdir) 2 nömrəli əlavəsi ilə təsdiq edilmişdir. İş materiallarına yenidən əlavə olunan nümunə qərardan göründüyü kimi, yoxlama ilə əhatə olunan vergi dövrü konkret tarixlə qeyd olunmuşdur. Eyni zamanda, Vergi Məcəlləsinin 83.3-cü maddəsinə görə, vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Göründüyü kimi, qanunverici vergi nəzarətinin əvvəlki dövrə şamil edilməsini yalnız səyyar və kameral vergi yoxlamalarında müəyyən etmişdir. Operativ vergi nəzarəti tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. Qeyd olunanlarla yanaşı, Vergi Məcəlləsinin 50.2-ci maddəsi ilə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar müəyyən olunmuşdur. Ədliyyə Nazirliyinin Vahid məlumat reyestrindən çıxarışlarda isə tədbirin keçirilməsi üçün əsas Məcəllənin 50.2.2-ci maddəsi, yəni "vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar” göstərilir. Halbuki, iş materialında operativ vergi nəzarət tədbirindən əvvəl vergi orqanlarının hansı mənbəyi bəlli məlumat əsasında belə tədbirinin keçirilməsinin müəyyən olunmasına dair hər hansı təsdiqedici sənəd yoxdur. Belə ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə riayət edilib-edilməməsi baxımından həyata keçirilən operativ nəzarət tədbiri vergi ödəməkdən yayınmanı aşkara çıxarmır ki, baza məlumatları ilə müqayisə aparılsın. Bu tədbirin mahiyyəti digər vergi ödəyicisinə e-qaiməsiz satış faktını müəyyən etməklə həmin şəxsin qeyri-rəsmi mal alışını müəyyən etmək imkanıdır. Belə faktların baş verməsinə dair mənbəyi bəlli məlumatlar baza məlumatları və ya bəyannamələr deyil, məsələn, alıcı şəxsin e-qaimə verilməməsinə dair şikayəti, satıcının ümumiyyətlə nəzarətkassa aparatı quraşdırmaması və s. ola bilər. Onu da qeyd edir ki, vergi orqanı qeyd etdiyi məlumatları və bəyannamələri operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra sistemdən əldə edir. Qərardan əvvəl belə araşdırma aparılmışdırsa həmin tarixi əks etdirən təsdiqedici sənəd məhkəməyə təqdim edilməlidir. Hesab edir ki, sadalanan əhəmiyyətli pozuntular - operativ vergi nəzarəti ilə vergi ödəyicisinin yalnız tədbir zamanı cari fəaliyyəti üzrə baş verən pozuntuları rəsmiləşdirməli olduğu halda vergi orqanin əvvəlki dövrün əməliyyatlarına müdaxilə etməsi, həmçinin ümumiyyətlə bu tədbirin həyata keçirilməsi üçün hər hansı mənbəyi bəlli məlumatın mövcud olmaması mübahisənin mahiyyəti araşdırılmadan inzibati aktın ləğvi üçün əsasdır. İstənilən halda vergi orqanı tərəfindən uzun müddətlik bir dövr üzrə satış əməliyyatlarının vahid faiz dərəcəsi (3 faiz) ticarət əlavəsi ilə götürülməsi absurddur. Belə biznes fəaliyyəti mümkün deyildir. İddiaçının nümayəndəsinin təqdim etdiyi izahata nəzər yetirdikdə oradakı riyazi göstəricilərin vergi orqanı tərəfindən diktə olunaraq yazdırıldığı tam aydın sezilir. Digər tərəfdən, vergi orqanı 1 342 213 manat məbləğində malların nəzarət kassa aparatı (NKA) vasitəsilə pərakəndə qaydada satılmasını təkzib edən heç bir sübut və elektron qaimə faktura verilməməsi barədə heç bir şikayət mövcud olmadığı halda, alınan bütün malların topdansatış qaydasında satıldığı ehtimalı ilə məsələyə münasibət bildirmişdir. Yoxlayıcılar unutmuşdur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsi hər kəsin azad sahibkarlıqla məşğul olmasına təminat verir. Kommersiya qurumlarının nizamnaməsində qanunla qadağan olunmayan istənilən fəaliyyətlə məşğul olmaq əks olunmuşdur. Lakin vergi orqanın öz proqram təminatında göstərilmiş fəaliyyət kodu əsasında məsələyə hüquqi qiymət verməsi tamamilə əsassızdır. Əgər proqram təminatında şəxsin fəaliyyət kodu topdansatış ticarətdirsə, guya onun pərakəndə satışla məşğul olmaq hüququ olmamışdır. Halbuki şəxsə bu hüququ Konstitusiya və qanunlar verir. Bir nüansa da diqqət etmək istərdi ki, vergi orqanı apardığı hesablamada guya iddiaçının təqdim etdiyi izahata əsaslanmışdır. Bildirir ki, vergi ödəyicisi tərəfindən heç bir izahat yazılmamışdır. Onalara təqdim olunmuş sənədlərdə etibarnamə üzrə nümayəndənin etibarnaməsi və şəxsiyyət vəsiqəsinin surəti təqdim olunmuşdur ki, onun tərəfindən də nə izahat yazılması onlara bəlli deyildir. İstənilən halda izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, "iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər”. Göründüyü kimi, məcburi yazdırılmış və heç bir sübutla təsdiqini tapmayan ifadə maliyyə sanksiyasının tətbiqinə əsas ola bilməz. İddiaçı etirazda qeyd edilənləri ümumiləşdirirək aşağıdakıları bildirmişdir. 1. İddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunan hər hansı mənbəyi bəlli məlumat mövcud deyil. 2. Qanunverici operativ vergi nəzarəti tədbiri ilə vergi ödəyicisinin yalnız cari (faktiki) fəaliyyətinə nəzarət etmək səlahiyyətini müəyyən etdiyi halda, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün əməliyyatlarına müdaxilə olunmuşdur. 3. Vergi ödəyicisindən izahat məcburi şəkildə alınmışdır və digər əlaqəli sübutlarla təsdiq olunmadığı üçün ayrılıqda əhəmiyyətsizdir. 4. AR Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 4.2-ci bəndi ilə pərakəndə və topdansatış ticarət fəaliyyətinin ayrı-ayrılıqda uçot aparılmaqla həyata keçirilməsi nəzərdə tutulmuşdur. 5. Qanunvericilik satıcıya vergi ödəyicisinə alıcıdan malı hansı təyinatla istifadə edəcəyini müəyyən etmək səlahiyyəti verməyib. Əksinə, alıcı xx.xx.2022-ci ilə qədər satıcıdan e-qaimə verilməsini tələb edə bilərdi. 6. Malların alıcısının şəxsiyyəti (vergi ödəyicisi olması), aldığı malların həcmi və dəyəri müəyyən olunmadığı üçün ehtimal əsasında şəxsin təqsirli bilinməsi yolverilməzdir (Vergi Məcəlləsinin 53.3-cü maddəsi). Etirazda eyni zamanda mövcud hal ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə də istinad edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-330/2022 saylı qərarında (sədrlik edən və məruzəçi hakim: S.Kərimov) qeyd edilmişdir ki, “Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əlavə olaraq, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan hər hansı biri üzrə operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Bundan əlavə, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti 19 noyabr 2020-ci ildən 18 dekabr 2020-ci ilədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci ilədək olan dövr üzrə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)- 330/2022 saylı qərarında(sədrlik edən və məruzəçi hakim: Z.Quliyev) qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsi həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi zamanı müəyyən olunan pozuntu halında tətbiq olunur. Qeyd olunan nəzarəti isə yalnız tədbir zamanı həyata keçirmək mümkündür. Operativ vergi nəzarəti tədbirinin mahiyyəti bundan ibarətdir ki, sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində sadalanan məsələlərə cari vəziyyətdə riayət olunub-olunmaması müəyyən olunsun. Hazırkı qərarın 15-ci bəndində qeyd olunan normaların qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə, cari (faktiki) fəaliyyəti isə operativ vergi nəzarəti tədbiri ilə həyata keçirilir. Vergi Məcəlləsinin 50.6-cı maddəsi səyyar vergi yoxlamalarına aid olan müddəalardan hansıların həm də operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunduğunu əks etdirir. Səyyar vergi yoxlamasının hansı dövrü əhatə etməsini müəyyən edən Vergi Məcəlləsinin 36-cı maddəsi operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunan müddəalara aid edilməmişdir. Təsadüfi deyildir ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********2282 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasan 205263.10 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********859900 nömrəli qərarından görünür ki, iddiaçının operativ vergi nəzarətinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, xx.xx.2021-ci il tarixli DVX seriyalı 006026 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********2282 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı haqqında məlumatdan görünür ki, iddiaçının (VÖEN **********) xx.xx.2020-ci il tarixində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ev Heybət D/Y-sının Cənubu Lökbatan – Xocasən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən **********-11001 kodu olan anbarı təsərrüfat subyekti kimi qeydiyyata alınmış, əsas fəaliyyət kodu "47191: İxtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı"dır. İş materiallarında olan **********4 saylı “Nəzarət kassa aparatının qeydiyyat vərəqəsi”ndən görünür ki, iddiaçıya məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ev Heybət D/Y-sının Cənubu Lökbatan – Xocasən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən **********-11001 kodu olan anbar təsərrüfat subyektində quraşdırılmış nəzarət-kassa aparatı qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan PKS-in qeydiyyata alınması xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ev Heybət D/Y-sının Cənubu Lökbatan – Xocasən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən **********-11001 kodu olan anbar təsərrüfat subyektində nəzarət-kassa aparatı quraşdırılmışdır. İş materiallarında olan cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********6495 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçının fəaliyyət göstərdiyi Karvan Ticarət Mərkəzində yerləşən B6-27A nömrəli anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə - fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarix daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan cavabdehin xx.xx.2021-ci il tarixli **********6499 saylı “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” qərarından görünür ki, operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi iddiaçıdan tələb edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli KY211675304 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarix daxil olmaqla) dövrü əhatə edən iddiaçının fəaliyyət göstərdiyi Karvan Ticarət Mərkəzində yerləşən B6-27A nömrəli anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə - fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarı qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktdan görünür ki, iddiaçının Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 205.263.10 manat məbləində vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. İş materiallarında olan iddiaçının şəxsi hesab vərəqəsindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, həmin tarixə iddiaçıya 356.079.74 manat məbləğində vergi borcu hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında yerləşən, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən **********-11001 №-li obyekt kodu verilmiş, 33 kv.m sahəsi olan B6-27a №-li anbar binasını iddiaçı icarəyə götürmüşdür. İşdən görünür ki, hazırda iddiaçı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”xx.xx.2021-ci il tarixli **********2282 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “Elektron qaimə-faktura”, “Malların elektron alış aktı”, “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” istisna olmaqla, “Malların təhvil-qəbul aktı”, “Malların alış aktı”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların qaytarılması aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blanklarıdır və onların forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan dairəsi yaxınlığı, Karvan ticarət mərkəzi, B6- 27A nömrəli anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə verilmədən 2052630,95 manat məbləğində malların topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2021-ci il tarixli 006027 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********2282 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasan 205,263.10 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Halbuki iddiaçı topdan deyil, pərakəndə satışla məşğul olmuşdur. Belə ki, iddiaçının vergi orqanında rəsmi qeydiyyatda olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan dairəsi yaxınlığı, Karvan ticarət mərkəzi, B6-27A nömrəli ünvandakı anbarda əsas fəaliyyəti kodu "47191: İxtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı" olmuşdur. Həmçinin, PKS-in qeydiyyata alınması xx.xx.2020-ci il tarixli aktla həmin ünvanda yerləşən **********-11001 kodu olan anbar təsərrüfat subyektində nəzarət-kassa aparatı quraşdırılmış, qeydiyyatdan keçirilərək **********4 saylı “Nəzarət kassa aparatının qeydiyyat vərəqəsi” verilmişdir. Bunlar iddiaçının pərakəndə satışla məşğul olduğuna dəlalət edir. Məhkəmə qeyd etmişdir ki, Vergi Məcəlləsinin 13.2-ci maddəsinin tələbinə görə pərakəndə satış-malların alıcıya satışının son istehlak məqsədi ilə qəbz və nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Bu fəaliyyət zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektronqaimə faktura təqdim edilir. Topdansatış-malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. İddiaçıya aid obyektdə fəaliyyət növü pərakəndə satışın həyata keçirilməsi üçündür. Yoxlama aparılan təsərrüfat subyekti də pərakəndə satış növü ilə məşğul olmuş və belə fəaliyyətlə bağlı malların alıcıya satışı istehlak məqsədi ilə nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilmişdir. Bu fəaliyyət zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və müraciət daxil olması barədə məlumat olmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçının malların alıcıya satışının son istehlak məqsədi ilə həyata keçirilmədiyini, malların alıcıya satışının onun sahibkarlıq niyyəti məqsədləri üçün həyata keçirildiyini bildirmiş, lakin etirazının əsasını sübut edəcək dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Parakəndə topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Hazırkı halda pərakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektlərində bir malın eyni vaxtda toplu halında satılması topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün işdə yetərli mötəbər sübut mövcud olmadığından cavabdehin dəlili əsaslı sayıla bilməz. Cavabdeh qəbul etdiyi inzibati aktlarla iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə görə elektron qaimə- faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər. Parakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Məhkəmə vurğulayır ki, Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinə əməl olunmaması vergi ödəyicisinin Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə vergi məsuliyyətinə cəlb edilməsi üçün əsas deyildir və Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinin tələbi pozulduğu təsdiq olunduqda Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq oluna bilər. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab etmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanının iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya münasibətdə əlavə vergi məbləğlərinin hesablanmasına və maliyyə sanksiyalarının tətbiq olunmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə yoxlanılan hissədə sübuta yetirilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan dairəsi yaxınlığı, Karvan ticarət mərkəzi, B6-27A nömrəli anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə verilmədən 2052630,95 manat məbləğində malların topdan qaydada satılması ehtimal olunmuş və xx.xx.2021-ci il tarixli 006027 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********2282 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasan 205,263.10 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh qeyd olunan satış həcmini operativ vergi nəzarəti tədbiri zamanı müəyyən etməmiş, əvvəlki dövrlərdə aparılan satış əməliyyatlarının topdansatış ticarət qaydasında iddiaçı ilə ayrı-ayrı vergi ödəyiciləri arasında həyata keçirildiyini ehtimal etmişdir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya araşdırması zamanı müəyyən olunur ki, vergi nəzarəti və vergi yoxlaması anlayışları fərqli anlayışlardır və Vergi Məcəlləsinin 32, 36 və 50-ci maddələrində aydın şəkildə açıqlamaları verilir. Belə ki, Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 83.3-cü maddəsinə görə, vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində operativ nəzarət tədbirlərinin dairəsi müəyyən edilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 56.1-ci maddəsinin ikinci cümləsində göstərilmişdir ki, bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Məcəllənin 56.1-ci maddəsi isə həmin normanın əvvəlki müvafiq dövrə aid edilməsini yalnız səyyar vergi yoxlaması ilə əlaqələndirmişdir. Eyni zamanda Məcəllənin 83.3-cü maddəsindən də göründüyü kimi, Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi orqanlarının yenidən hesablama aparmaq hüququ yalnız səyyar və kameral vergi yoxlamalarına şamil edilir. Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, qanunvericilik vergi sahəsində yoxlama adı altında kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarətini isə sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş məsələlərə carı vəziyyətdə vergi ödəyicisi tərəfindən riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiri kimi təsbit etmişdir. Vergi Məcəlləsinin 50.6-cı maddəsi səyyar vergi yoxlamalarına aid olan müddəalardan hansıların həm də operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunduğunu əks etdirir. Səyyar vergi yoxlamasının hansı dövrü əhatə etməsini müəyyən edən Vergi Məcəlləsinin 36-cı maddəsi operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunan müddəalara aid edilməmişdir. Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normalarının qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə, cari (faktiki) fəaliyyəti isə operativ vergi nəzarəti tədbiri ilə həyata keçirilir. Təsadüfi deyildir ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddiaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti 25 oktyabr 2021-ci ildən 23 noyabr 2021-ci ilədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci ilədək olan dövr üzrə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə qanunsuz və əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının pozulmasından əlavə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən vergi nəzarəti tədbiri keçirilərkən prosessual pozuntulara da yol verilmişdir. Belə ki, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6495 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Qeyd olunan maddədə Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakı kimi müəyyən olunmuşdur: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Məhkəmə kollegiyası hesab edir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edilərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əlavə olaraq, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə , həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan hər hansı biri üzrə operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Qeyd olunanlar baxımından hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6495 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Həmçinin cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Halbuki, iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh vergi orqanı tərəfindən vergi ödəyicisinə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən təsərrüfat subyekti xx.xx.2020-ci il tarixində qeydiyyata alınmış, təsərrüfat subyektinin adı anbar, əsas fəaliyyət kodu “47191: İxtisaslaşdıırılmamış mağazalarda sair məhsulların pərkandə satışı” olmuşdur. Həmin təsərrüfat subyektində PKS aparatı quraşdırılması məqsədilə xx.xx.2020-ci il tarixində vergi orqanına müraciət edib və həmin tarixdə PKS qeydiyyata alınmışdır, bundan sonra xx.xx.2021-ci il tarixində təsərrüfat subyektində NKA (nəzarət-kassa aparatı) qeydiyyata alınaraq müvafiq qeydiyyat bildirişi gönədirilmişdir. Həmçinin həmin nəzarət kassa aparatı ilə faktura üzrə real dəyəri 1 184 029.9 manat olan mallar ticarət əlavəsi tətbiq edilməklə 2021-ci il ərzində 1 342 213 manata pərakəndə qaydada satılmışdır. Bu barədə NKA çekləri məhkəmə araşdırmasına təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddia olunur ki, həmin mallar topdan qaydada satılmışdır, lakin bununla bağlı vergi ödəyicisinə fəaliyyət göstərdiyi 10 ay ərzində hər hansı xəbərdarlıq və ya fəaliyyət növündə uyğunsuzluq olması ilə bağlı rəsmi məlumat verdiyinə dair məlumat məhkəmə araşdırmasına təqdim edilməmişdir. Məhkəmə kollegiyası xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, vergi orqanın özünün vergi ödəyicisinə məxsus pərakəndə satış üsulu olan NKA-nı qeydiyyat alması, vergi ödəyicisinin pərakəndə ticarət fəaliyyət növünü təsdiq etməsi və bu barədə vergi ödəyicisinə rəsmi sənədlər təqdim etməsi, sonradan isə bir anda vergi ödəyicisinə öz şübhə və ehtimalları ilə bağlı heç bir rəsmi xəbərdarlıq etmədən aparılmış əməliyyatların adını “topdansatış” qoyaraq malın faktiki satış dəyərinin (1 342 213 manat) 15.3 faizi məbləğində maliyyə sanksiyası tətbiq etməsi vergi ödəyicisi üçün əlverişsiz şərait yaratmaqla, onun hüquqlarını pozmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən yoxlama zamanı malların qiyməti düzgün müəyyən olunmamışdır. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********904400 nömrəli “YGB bəyannamələri barədə” məktubuna müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən 2021-ci il ərzində idxal olunmuş malların faktura üzrə real dəyəri 1 184 029.9 manat (ƏDV-siz) təşkil etmişdir, eyni zamanda həmin məktubda malların Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunmuş statik dəyərinin 1 620 482.49 manat qiymətləndirilməsi müəyyən olunmuşdur. Eyni zamandan iş materiallarında mövcud olan Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər baş İdarəsinin **********658900 nömrəli xx.xx.2022-ci il tarixli “Qanunvericiliyin tətbiqi barədə” məktubunda bildirilmişdir ki, “Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur”. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, Dövlət Vergi Xidmətinin X2 Nəzarət Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti keçirilərkən malların dəyəri 1 688 852 manat qeyd olunmuş, onun üzərinə 18% ƏDV və bütün dövrlər üzrə standart 3 % ticarət əlavə tətbiq edilməklə malların satış dəyəri 2 052 630.95 manat müəyyən olunmuşdur. Göründüyü kimi Dövlət Vergi Xidmətinin iki ayrı qurumu eyni məsələyə fərqli yanaşma nümayiş etdirərək, vergi orqanının özü üçün sərfəli, inzibati orqan qarşısında zəif subyekt olan vergi ödəyicisi üçün isə əlverişsiz inzibati akt qəbul etmişdir. Eyni zamanda məhkəmə kollegiyası dəyişən bazar münasibətləri şəraitində standart olaraq 3% ticarət əlavəsi tətbiq edilməsinin iqtisadi əsası olmadığını bildirməyi zəruri hesab edir. Halbuki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə kollegiyasi qeyd etməyi zəruri hesab edir ki, malların pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaiməfaktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh iddiaçının göstərilən tarixlərdə əslində topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edir, bunu konkret sənədlərlə və dəlillərlə sübut etməlidir. İddiaçının malların bir qismini nəzarət-kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satdığını və malların alıcılarının vergi uçotunda olmadığını bildirdiyi halda, əslində həmin alıcıların vergi ödəyicisi, ticarət fəaliyyətinin isə topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının bu dəlilini dəf edə biləcək bir arqument ortaya qoya bilmirsə, başqa sözlə mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda yuxarıda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalı və əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir. Belə ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsində də qeyd edilir ki, “Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, həmçinin xx.xx.2021-ci il tarixli **********2282 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı da Vergi Məcəlləsinin 49.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Həmin maddədə qeyd edilir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur”. Lakin xx.xx.2021-ci il tarixli **********2282 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarda nə vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri barədə heç bir qeyd mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda kameral vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“inzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********2282 nömrəli qərarın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı olmuşdur, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7190/2022 saylı, 17 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar