Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2961/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4652/2022 saylı, 31 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1968-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. 14 avqust 1985-ci il tarixdə 362 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 06 may 1986-cı il tarixində 235 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 09 iyun 1988-ci il tarixdə 310 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 15 may 1990-cı il tarixində 260 saylı əmrlə “Neft və qaz quyularının qazılması” ixtisası üzrə əyani şöbədə tam kursu bitirdiyinə görə ona “texniki-neftçi” ixtisas dərəcəsi və KT 031380 saylı fərqlənmə diplomu verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.1997ci il tarixli 101/s saylı əmrinə əsasən Bakı Neft texnikumu birləşdirilərək Bakı Neft- Energetika Kolleci yaradılmışdır. Əmək fəaliyyəti dövründə SOCAR-ın “X9” trestinin müxtəlif idarələrində çalışmışdır. xx.xx.1990-xx.xx.1991-ci ilədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi, X4 Qazma İdarəsi üzrə xx.xx.1991-xx.xx.1992-ci ilədək “Şelf-2”-də neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi, xx.xx.1992-xx.xx.1996-cı ilədək “Şelf-2” də qazmaya xidmət edən çilingər, xx.xx-1996-xx.xx.1997-ci ilədək “Şelf-5”-də NÖC üzrə çilingər, xx.xx.1997-xx.xx.1998-ci ilədək “Şelf-5”də radioelektron aparatlarının təmizləyicisi, xx.xx.1998-xx.xx.2003-cü ilədək "Şelf-1” də NÖC üzrə çilingər, X8 Qazma İdarəsi üzrə xx.xx.2003-xx.xx.2004-cü ilədək Şelf-1”də NÖC üzrə çilingər, xx.xx.2004-xx.xx.2004-cü ilədək “Xəzər-4” Özü X2ma ustası, xx.xx.2004-xx.xx.2007-ci ilədək “Xəzər-4” Özü X2ma ustasının köməkçisi, xx.xx.2007-xx.xx.2008-ci ilədək “Xəzər-4” X15 Qazma Qurğusunda texnologiya üzrə rəis müavini, xx.xx.2008-xx.xx.2012-ci ilədək “Xəzər4” X15 Qazma Qurğusunda texniki-texnoloji hissə üzrə rəis müavini, xx.xx.2012-xx.xx.2012-ci ilədək “Xəzər-6” X15 Qazma Qurğusunda mühəndistexnoloq, Sahil-Qazma işlər idarəsi üzrə xx.xx.2012-xx.xx.2013-cü ilədək “Xəzər-6" Özü X2ma ustası mühəndis-texnoloq, xx.xx.2013xx.xx.2014-cü ilədək “Xəzər-6” Özü X2ma ustası, X9 tresti üzrə xx.xx.2014xx.xx.2015-ci ilədək “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü, “Xəzər-6” Özü X2ma ustası, xx.xx.2015-xx.xx.2016-cı ilədək “Günəşli İstehsalat bölümü 10 saylı dəniz stasionar özlüyündə qazma ustası, xx.xx.2016-xx.xx.2016-cı ilədək “Neft Daşları” istehsalat bölümü, 670 saylı dəniz stasionar özülündə qazma ustası, xx.xx.2016-xx.xx.2017-ci ilədək “Günəşli" istehsalat bölümü, 10 saylı dəniz stasionar özülündə qazma ustası, xx.xx.2017xx.xx.2021ci ilədək “Günəşli" istehsalat bölümü, 54 saylı dəniz stasionar özülündə qazma ustası vəzifələrində işləmişdir. xx.xx.2021-ci il tarixdən hal-hazıradək “X9” tresti “Neft- Daşları-Günəşli" İstehsalat bölümü, 4 saylı briqadada qazma ustası vəzifəsində işləyir. 24 noyabr 2021-ci il tarixində cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verilməsi üçün müvafiq sənədlərlə birlikdə ərizə ilə müraciət etsə də, cavabdehin xx.xx.2021ci il tarixli imtina məktubu ilə 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 20 ildən az, güzəştli iş stajının isə 10 ildən az təşkil etdiyi əsas göstərilərək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Hesab edir ki, cavabdehin imtinası tamamilə qanunsuz və əsassız olmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya in yazılı etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarında olan SOCAR-ın “X9” Trestinin 23 noyabr 2021-ci il tarixli SOCAR**********81200599x00023 nömrəli arayışında iddiaçının xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin X4 Qazma İdarəsində nəzarət-ölçü cihazları üzrə çilingər, xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə Xəzər DənizKəşfiyyat Qazma İdarəsində nəzarət-ölçü cihazları üzrə çilingər peşələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan dövrlər üzrə iddiaçının işlədiyini iddia etdiyi peşələr yuxarıda adıçəkilən nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi olan aparan əsas fəhlələr peşəsinə uyğun deyil. Beləliklə, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 11 ay 15 gün (xx.xx.1985-xx.xx.1986cı il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1990 xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (3 il 10 ay 16 gün (xx.xx.1989xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.2004xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan əlavə olaraq SOCAR-ın 23 noyabr 2021-ci il tarixli SOCAR**********81200599x00023 nömrəli arayışı yuxarıda qeyd edilən tələblərə cavab vermir. Belə ki, həmin arayışda iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli 320 saylı qərarının hansı bölməsinin hansı koduna uyğun olması göstərilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4652/2022 saylı, 31 may 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti imtinaya və iddiaya etiraza uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və SOCAR-ın “X9” Trestinin 23 noyabr 2021-ci il tarixli SOCAR**********81200599x00023 nömrəli arayışından görünür ki, iddiaçının işlədiyi vəzifələr istinad olunan Siyahıda öz əksini tapmamış, iddiaçının işlədiyi müəssisə tərəfindən arayış verilməsinə baxmayaraq, həmin arayışda göstərilmiş iddiaçının işlədiyi vəzifələr ilə Siyahıda qeyd olunan vəzifələr arasında hər hansı uyğunluq mövcud deyildir. Həmçinin, iş materiallarında olan SOCAR-ın “X9” Trestinin 23 noyabr 2021- ci il tarixli SOCAR**********81200599x00023 nömrəli arayışında iddiaçının xx.xx.1996- xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin X4 Qazma İdarəsində nəzarət-ölçü cihazları üzrə çilingər, xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə X8 Qazma İdarəsində nəzarət-ölçü cihazları üzrə çilingər peşələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan dövrlər üzrə İddiaçı işlədiyini iddia etdiyi peşələr yuxarıda adıçəkilən nəzarətölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi olan aparan əsas fəhlələr peşəsinə uyğun deyil. İddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 11 ay 15 gün (xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1990- xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az ( 3 il 10 ay 16 gün (xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1992-ci il, xx.xx.2004-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı tərəfindən məhkəmə dəftərxanası vasitəsilə daxil olmuş məktubda məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-nin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. - “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 1 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 50 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Sadalanan qanunvericilik müddəasının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajı; 2) xx.xx.2006-cı ilə qədər azı 10 güzəştli iş stajı. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı xx.xx.1968-ci il təvəllüdlü olmaqla xx.xx.2020-ci ildən 52 yaşı tamamlanmışdır. İşin mübahisəli halından biri iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi iş stajının 20 ildən az olması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ümumi stajının 20 ildən artıq olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, iddiaçıya məxsus ИТ seriyalı ******* saylı əmək kitabçasından və onun Azərbaycan dilinə tərcümə edilməklə təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1989-xx.xx.1989-cu illərdə “Xəzərdənizneftqaz” İB-nin dənizdə geoloji-kəşfiyyat kontorunda istehsalat təcrübəsi müddətinə kəşfiyyat buruq qurğusunun maşinisti (əmr №46-k, 14.04.89), xx.xx.1990-xx.xx.1991-ci illərdə neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi (Əmr №81/k, xx.xx.1990), X4 Qazma İdarəsində xx.xx.1991-xx.xx.1992-ci illərdə “Şelf-2"-də neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi (Əmr №121k, xx.xx.1991), xx.xx.1992-xx.xx.1996-cı illərdə "Şelf-2”-də qazmaya xidmət edən çilingər (əmr №89k, xx.xx.1992), xx.xx.1996-xx.xx.1997-ci illərdə "Şelf-5”-də NÖC və avtomatika üzrə çilingər (əmr №25k, xx.xx.1996,), xx.xx.1997-xx.xx.1997-ci illərdə “Xəzər-4" Özü X2maya xidmət edən elektrik montyoru (əmr №46, 02.06.97), xx.xx.1997-xx.xx.1999-cu illərdə “Şelf-5"-də NÖC və avtomatika üzrə çilingər (əmr №57k, 27.06.97), xx.xx.1999-xx.xx.1999-cu illərdə “Şelf-5”-də radioelektron aparatlarının tənzimləyicisi (əmr №19, xx.xx.1999), xx.xx.1999xx.xx.2003-ci illərdə “Şelf1”-də NÖC və avtomatika üzrə çilingər (əmr №104k, xx.xx.1999), X8 Qazma İdarəsində xx.xx.2003-xx.xx.2004-cü illərdə “Şelf-T”-də NÖC və avtomatika üzrə çilingər (əmr №19, xx.xx.2003), xx.xx.2004-xx.xx.2004-cü illərdə “Xəzər-4" Özü X2ma ustası (əmr №39Ş, xx.xx.2004), xx.xx.2004-xx.xx.2006-ci illərdə “Xəzər-4” Özü X2ma ustasının köməkçisi (əmr №371, xx.xx.2004) vəzifələrində işləmişdir. - İddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus 031380 saylı diplomun surətindən görünür ki, 1985-ci ildən 1990il tarixədək X13 X7 adına Bakı Neft Texnikumda neft və qaz quyularının qazılması ixtisası üzrə təhsil almışdır. -Azərbaycan Respublikası Təhsil nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci tərəfindən verilmiş 1462 nömrəli xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 14 avqust 1985-ci il tarixində 362 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 06 may 1986cı il tarixində 235 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 09 iyun 1988-ci il tarixində 310 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 15 may 1990-cı il tarixində 260 saylı əmrlə “Neft və qaz quyularının qazılması” ixtisası üzrə əyani şöbədə tam kursu bitirdiyinə görə ona texnik-neftçi” ixtisas dərəcəsi və KT № 031380 saylı fərqlənmə diplomu verilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1986-xx.xx.1988-ci illərdə həqiqi hərbi xidmət dövrü (2 il 15 gün), xx.xx.1985-xx.xx.1986-cı illərdə (8 ay 23 gün) və xx.xx.1988-xx.xx.1990-cı illərdə (1 il 11 ay 7 gün) təhsil dövrü, ümumilikdə 4 il 8 ay 15 gün ümumi əmək stajına hesablanmaqla, 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixədək olan ümumi iş stajının iddiaçının 15 il 5 ay 01 gün + 4 il 8 ay 15 il = 20 il 01 ay 16 gün təşkil etdiyi müəyyən olunur. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşələrdə iş stajının minimum 10 ildən az olması işin digər mübahisəli halıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan SOCAR-ın xx.xx.2022-ci il tarixli SOCAR**********081200599X00023 saylı arayışından görünür ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarına əsasən 1 nömrəli siyahı üzrə (********) güzəştli iş stajı 15 ildir ( 11000000a—11297, 1100000a— 18497, 1100000a—18494, 1100000a—19838, 1100000b—23196). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə güzəştli iş stajı 16 ildir. Hal-hazıradək güzəştli iş stajı 31 il təşkil edir. Bundan başqa, hazırki işin apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna əsasən təqdim edilmiş SOCAR-ın “X9” trestinin 19 sentyabr 2022-ci il tarixli SOCAR**********80020123X00183 saylı arxiv arayışından görünür ki: “xx.xx.1968-ci il təvəllüdlü İddiaçı həqiqətən “Xəzərqazmaneftqazsənaye" İstehsalat Birliyinin "Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X10 İdarəsində və “Bayıl Limanı" X10 İdarəsində işləmişdir. İddiaçı: - xx.xx.1991-ci ildən-xx.xx.1991-ci ilədək “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” DKQİ “Şelf-2 X14 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilib. Əmr 121a, xx.xx.1991-ci il; - xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək “Şelf-2” X14 5-ci dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilib. Əmr 193/k, xx.xx.1991-ci il; - xx.xx.1992-ci ildən-xx.xx.1992-ci ilədək “Şelf-3” X14 5-ci dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilib. Əmr 59/k, xx.xx.1992-ci il; - xx.xx.1992-ci ildən-xx.xx.1996-cı ilədək “Şelf-3 X14 5-ci dərəcəli NÖÇ və atomatika üzrə çilingər peşəsinə keçirilib. (Əmr 89/k, xx.xx.1992-ci il); - xx.xx.1996-cı ildən-xx.xx.1997-ci ilədək “Şelf-5” X14 5-ci dərəcəli NÖÇ və atomatika üzrə çilingər peşəsinə keçirilib. (Əmr 25/k, xx.xx.1996-cı il); - xx.xx.1997-ci ildən-xx.xx.1997-ci ilədək “Xəzər-4” X14 5-ci dərəcəli elektromontyor peşəsjndi keçirilib. (Əmr46/k, xx.xx.1997-ci il); - xx.xx.1997-ci ildən-xx.xx.1998-ci ilədək “Şelf-5” Üzən Qazma ,Qurğusuna 5-ci dərəcəli NÖÇ və atomatika üzrə çilingər peşəsinə keçirilib. (Əmr 57/k, xx.xx.1997-ci il); - xx.xx.1998-ci ildən-xx.xx.1999-cu ilədək “Şelf-1” X14 5-ci dərəcəli NÖÇ və atomatika üzrə çilingər peşəsinə keçirilib. (Əmr 104/k, xx.xx.1998-ci il); - xx.xx.1999-cu ildən-xx.xx.2000-ci ilədək “Şelf-1” X14 5-ci dərəcəli radio elektron aparatlarının tənzimləyicisi peşəsinə keçirilib. (Əmr 49/k, xx.xx.1999-cu il); - xx.xx.2000-ci ildən-xx.xx.2003-cü ilədək “Xəzər-4” X14 5-ci dərəcəli NÖÇ və atomatika üzrə çilingər peşəsinə keçirilib. (Əmr 58//k, xx.xx.2000-ci il); - xx.xx.2003-cü ildən-01 05.2004-cü ilədək "Xəzər-4* X14 5-ci dərəcəli nöç və atomatika üzrə çilingər peşəsinə işə qəbul edilib Əmr19/k, xx.xx.2003-cü il; - 01.05 2004-cü ildən-01 07.2004-cü ilədək "Xəzər-4” X14 12-ci dərəcəli qazma ustası vəzifəsinə keçirilib. Əmr 39/ş, xx.xx.2004-cü il; - xx.xx.2004-cü ildən-xx.xx.2007-ci ilədək “Xəzər-4” llzən Qazma Qurğusuna 12-ci dərəcəli qazma ustası köməkçi vəzifəsinə keçirilib. Əmr 371, xx.xx.2004-cü il; - xx.xx.2007-ci ildən-xx.xx.2012-ci ilədək “Xəzər-4” X14 texniki-texnoloji hissə üzrə rəis müavini vəzifəsinə keçirilib. Əmr 8/ş, 29.01,2007-ci il; - xx.xx.2012-ci ildən-xx.xx.2012-ci ilədək Xəzər-6” X14 12-ci dərəcəli mühəndis texnoloq vəzifəsinə keçirilib. Əmr 170/k, xx.xx.2012-ci il; - xx.xx.2012-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, işçilərin təşəbbüsü ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilib. Əmr № 1240/k,xx.xx.2012-ci il. Ümumi iş stajı: 21 il 01 ay 23 gün; güzəştli iş stajı: 19 il 09 ay 22 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmişl 100000a-11297-kodu ilə qazmaçılar peşəsi, 1100000a-18497 kodu ilə buruqlara xidmət üzrə çilingər peşəsi, 1100000a-18494 kodu ilə Nöç və atomatika üzrə çilingər peşəsi, 1 ЮООООа-19838 kodu ilə buruqlara xidmət üzrə elektrik montyorları peşəsi, 11OOOOOb- 23196 kodu ilə buruqların ustaları və onların köməkçiləri peşəsi 14 il, 02 ay, 20 gün, Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 b) buruq qurğularının rəisləri və onların müavinləri vəzifəsi 05 il, 07 ay, 02 gün güzəştli iş stajı təşkil edir. Həmçinin, apellyasiya baxışı zamanı təqdim edilmiş “Nəzarət-ölçü çihazları və avtomatika üzrə çilingərin (Bulla-Dəniz Stasionar özülü-12)” vəzifə standartından görünür ki, qeyd edilən vəzifə üzrə fəaliyyət NÖC və A vasitələrinin texniki baxışı, təmiri və kalibrlənməsindən ibarətdir. Belə ki, NÖC və A vasitələrinə texniki baxışın keçirilməsi, fiziki və mexaniki zəidələnmələrin müəyyən edilməsi, NÖC və A vasitələrinin birləşmələrinin və impuls-siqnal xətlərinin yoxlanması, iş planına əməl etmək məqsədi ilə işin spesifikasiyasına uyğun mal-material ehtiyatlarının müəyyənləşdirilməsi, əldə edilməsi və yoxlanılması, Təmir olunan NÖC və A vasitələrinin ayrı-ayrı hissələrinin çıxarılması (sökülməsi), sıradan çıxan və təmiri mümkün olmayan hissələrin dəyişdirilməsi, texniki monometrlərin araqatının, mayatnikin yaylarının, dişli çarxlarının dəyişdirilməsi, özüyazan saat mexanizminin təmir edilməsi, yağ sensorlarının daxilinin təmizlənməsi, ştoklarının yağlanması, araqatının dəyişdirilməsi, qliserin əlavə edilməsi, müasir elektron tipli cihazlarda təmiri mümkün olan hissələrin dəyişdirilməsi, əvəz edilməsi, təmir edilməsi, NÖC və A vasitələrinin kalibrlənmə (qradirovka) cədvəllərinə əsasən yoxlanılması, mütləq və nisbi xətaların hesablanması, təmir olunmuş, yoxlanılmış NÖC və A vasitələrinin aidiyyəti istehsalat sahələrində öz mövqelərinə quraşdırılması və təhvil verilməsi, yeni quraşdırılmış NÖC və A vasitələrinin yoxlanması (test edilməsi) işlərinin həyata keçirilməsi, NÖC və A vasitələrinin dövlət yoxlamasından keçirilməsi üçün hazırlanması, sahələrdə istismar olunan NÖC və A vasitələrinin plandankənar təmir işlərinin yerinə yetirilməsi. Qeyd edilən vəzifə üzrə təmir edilən xüsusən mürəkkəb və dəqiq cihazların konstruksiya xüsusiyyətlərin və ölçü alətlərin quruluşu; cihazların və avtomatların işində qüsurların yaranma səbəbləri, onların qarşısını alma və ləğv etmə tədbirləri, bütün tiplərdən olan özüyazan cihazların kinematik sxemləri; xüsusən mürəkkəb cihazların və avtomatların təmir, yoxlama və yustirləmə qaydaları və tələb olunan dəqiqliyi almağa təminat verən baza səthlərinin seçmə qaydaları bilinməlidir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 1100000a a) fəhlələr yarımbölməsində 1100000a—11297 kodla neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları, 1100000a—18497 kodla buruqlara xidmət üzrə çilingərlər, 1100000a—18494 kodla nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, 1100000a—19838 kodla buruqlara xidmət üzrə elektrik montyorları, 1100000b—23196 kodla buruqların ustaları və onların köməkçiləri peşələri təsbit olunmuşdur. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı yuxarıda qeyd olunan kodlar üzrə: - xx.xx.1990-xx.xx.1991-ci illərdə X11 İdarəsinin neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi (11 ay 4 gün); - xx.xx.1991-xx.xx.1992-ci illərdə X4 Qazma İdarəsində “Şelf-2"də neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi (1 il 1 ay 17 gün); - xx.xx.1992-xx.xx.1996-cı illərdə "Şelf-2”-də qazmaya xidmət edən çilingər (3 il 08 ay 28 gün); - xx.xx.1996-xx.xx.1997-ci illərdə "Şelf-5”-də NÖC və avtomatika üzrə çilingər (1 il 3 gün); - xx.xx.1997-xx.xx.1997-ci illərdə “Xəzər-4" Özü X2maya xidmət edən elektrik montyoru (16 gün); - xx.xx.1997-xx.xx.1999-cu illərdə “Şelf-5"-də NÖC və avtomatika üzrə çilingər (1 il 11 ay 15 gün); - xx.xx.1999-xx.xx.1999-cu illərdə “Şelf-5”-də radioelektron aparatlarının tənzimləyicisi (5 ay 1 gün); - xx.xx.1999-xx.xx.2003-ci illərdə “Şelf-1”-də NÖC və avtomatika üzrə çilingər (3 il 6 ay 1 gün); - xx.xx.2003-xx.xx.2004-cü illərdə X8 Qazma İdarəsində “Şelf-T”-də NÖC və avtomatika üzrə çilingər (1 il); - xx.xx.2004-xx.xx.2004-cü illərdə “Xəzər-4" Özü X2ma ustası (2 ay); - xx.xx.2004-xx.xx.2006-ci illərdə “Xəzər-4” Özü X2ma ustasının köməkçisi (1 il 6 ay 1 gün) peşələrində işləməklə xx.xx.2006-cı il tarixə qədər ümumilikdə tələb olunan 10 ildən də artıq 15 il 5 ay 01 gün xüsusi iş stajını toplamışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4652/2022 saylı, 31 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2961/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2961/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver