Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2962/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxs "xxxx" MMC cəlb olunmaqla) qarşı “sərəncamın müvafiq hissədə etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6527/2025 saylı 21 aprel 2025-ci il tarixli qərardadlarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünün yoxlanılması məsələsinə 25 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamının ünvan 3 ünvanına aid olan hissəsinin, "xxxx" MMC tərəfindən zəbt edilməyən ünvanda MMC tərəfindən inşa edilmiş 13 mərtəbədən ibarət olan binanın altında (tikintialtı) olmayan, faktiki olaraq istifadəsində olan 360 kv.m-lik həyətyanı torpaq sahəsi üzərində ləğv edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddianın dəyişdirilməsinə dair ərizə təqdim edərək, ünvan 3 ünvanlı fərdi yaşayış evinə məxsus olan həyətyanı torpaq sahəsinə aid olan hissəsində AR Konstitusiyasının 7-ci, 12-ci,13-cü, 26-cı, 29-cu, 60-cı, 68-ci, 71-ci maddələrinin tələblərinə zidd olduğunu, 148-ci maddəsinin tələbinin (hissə V) kobud pozulması ilə qəbul edildiyini, 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanla (“Siyahı”nın 2.4-cü bəndi) yarandığı müəyyən edilmiş hüququn həyata keçirilməsini (DƏDKR-da dövlət qeydiyyatına alınmasını) məhdudlaşdırdığını (Fərmana ziddi olduğunu), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3274/2019 saylı (xx.xx.2019), Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-13683/2019 saylı (xx.xx.2019) qərardadlarını, 2(103)-2107/2021 saylı (xx.xx.2021), 2(103)-675/2022 saylı (xx.xx.2022) qətnamələrini, AR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)5603/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarını nəzərə alaraq, cavabdehin 161 saylı (xx.xx.2019) Sərəncamının AR İPM-in 2.2.2ci və 33-cü maddələrini əldə rəhbər tutaraq, hissəvi - Təbriz küçəsi, ev 34 ünvanlı fərdi yaşayış evinə məxsus olan 552.8 m2-lik həyətyanı torpaq sahəsinin, "xxxx" MMC tərəfindən zəbt edilməmiş 360 (üç yüz altmış) kvadrat metrədək ölçüsü olan torpaq sahəsi üzərində etibarsız hesab edilməsi barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmiş, məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində hazırkı iş üzrə məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8461/2024 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-3379/2024 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8461/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərardadının ləğv edilməsi, inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İddiaçı eyni zamanda dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6527/2025 saylı 21 aprel 2025-ci il tarixli qərardadı ilə onun ərizəsi təmin edilməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6527/2025 saylı 21 aprel 2025-ci il tarixli qərardadı ilə İddiaçı “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə” vəsatəti təmin edilməmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6527/2025 saylı 21 aprel 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamın müvafiq hissədə etibarsız hesab edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Həmin qərardadlardan narazı qalan İddiaçı tərəfindən 26 və 28 may 2025-ci il tarixlərdə elektron kabineti vasitəsilə apellyasiya şikayətləri verilərək, qərardadların ləğv edilməsi xahiş edilmişdir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6527/2025 saylı 21 aprel 2025-ci il tarixli qərardadları İddiaçı elektron kabinetinə 12 may 2025-ci il tarixdə yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Hazırki işdə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6527/2025 saylı 21 aprel 2025-ci il tarixli qərardadları İddiaçı elektron kabinetinə 12 may 2025-ci il tarixdə yerləşdirilsə də, apellyasiya şikayətləri qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə, yəni 26 və 28 may 2025-ci il tarixlərdə verilmiş və apellyasiya şikayətlərinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı məhkəmə kollegiyası 19 iyun 2025-ci il tarixli məhkəmə bildirişi ilə iddiaçıya Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək 2-1(112)-6527/2025 saylı 21 aprel 2025-ci il tarixli qərardadlardan apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardadlardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü üçün həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etmək təklif olunmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 21 aprel 2025-ci il tarixli qərardadlarından apellyasiya şikayəti verilməsi üçün iddiaçıya münasibətdə son müddət qərardadların onun elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilməsindən başlayaraq 10 gün olmaqla, yəni 21 may 2025-ci il tarix olduğu halda, apellyasiya şikayətləri 26 və 28 may 2025-ci il tarixlərdə elektron sənəd dövriyyəsi sistemi vasitəsilə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 9-1.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 9-1.4-cü maddəsinə əsasən Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Yuxarıda da göstərildiyi kimi, hazırki işdə iddiaçıya prosessual müddətin bərpası ilə bağlı ərizə vermək hüququnun olduğu izah olunsa da, bu barədə hüquqi yardımın göstərilməsinə baxmayaraq iddiaçı nə apellyasiya şikayətlərini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları, nə də ki həmin qərardadlardan şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair müvafiq ərizəni məhkəməyə verməmiş, hətta məhkəmə iclasında prosessual müddətin tərəfindən ötürülmədiyini bildirmiş və bununla bağlı apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və şikayətin qəbulundan imtina edilməliidr. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6527/2025 saylı 21 aprel 2025-ci il tarixli qərardadlarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilsin və şikayətlərin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X5 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2962/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2962/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver