Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2964/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın ləğv edilməsi”nə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-512/2023 saylı 14 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 1 sentyabr 2021-ci il tarixli qərarı ilə vergi ödəyicisi olan hazırkı İddiaçı MMC-nin fəaliyyəti üzrə operativ vergi nəzarəti keçirilmiş və həmin nəzarət tədbiri zamanı vergi ödəyicisi kimi iddiaçının 196.314,46 manat dəyərində mal qalığının olduğu, lakin elektron qaimə-faktura təqdim edilməli olduğu halda 862.802,19 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyicilərinə təqdim edilməsi əsası ilə müvafiq olaraq Vergi Məcəlləsinin 58.13-cü maddəsi üzrə 172.560,44 manat məbləğində (təqvim ili ərzində ikinci dəfə olduğundan 20%) məbləğində maliyyə sanksiyasının tətbiqi barədə 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərar qəbul etmişdir. Bundan sonra İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı «maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və vergi məsuliyyətinə cəlbetmənin xitam edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində operativ vergi nəzarətinin keçirilməsi nəticəsində 4 sentyabr 2021-ci il tarixli 005427 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********9269 saylı 17 sentyabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Qərarın qəbuluna əsas kimi elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilmədən verilməsi göstərilmiş və iddiaçı 172.560,44 manat məbləğində maliyyə sanksiyası vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin 17 sentyabr 2021-ci il tarixli qərarı iş üzrə materiallar araşdırılmadan, heç bir əsas olmadığı halda qanuna zidd şəkildə qəbul edilmişdir. İddiaçı anbarına daxil edilmiş malların topdansatışı fəaliyyəti ilə deyil, pərakəndə satışı fəaliyyəti ilə məşğuldur. Məhz elə bu səbəbdən onun malların satışı zamanı alıcılara qaimə-faktura əvəzinə kassa çeki təqdim etmə öhdəliyi mövcuddur. Belə ki, vergi orqanı sözügedən qərarın qəbul edilməsinə əsas kimi hüquqi şəxsin topdansatış fəaliyyəti ilə məşğul olmasını və qaiməfakturaların vergi ödəyicilərinə təqdim edilməməsini göstərmişdir. Halbuki, faktiki olaraq vergi orqanına iddiaçının nümayəndəsi açıq və aydın şəkildə topdansatış fəaliyyəti ilə deyil, pərakəndə satış fəaliyyəti ilə məşğul olduqlarını bildirmişdir. Pərakəndə satış fəaliyyəti ilə məşğul olduğunu sübut etmək məqsədi ilə vergi orqanının əməkdaşlarına aparılmış satışlara dair hesabatın əks olunduğu kassa çeki belə təqdim edilmişdir. Lakin vergi orqanının əməkdaşları tərəfindən bu hal nəzərə alınmadan, sanki topdansatış fəaliyyəti ilə məşğul olunmasına qaynaqlı vergi qanunvericiliyinin pozuntusuna yol verilmiş və nəticə etibarilə heç bir hüquqi əsası mövcud olmayan 4 sentyabr 2021-ci il tarixli 005427 nömrəli akt tərtib edilmişdir. Dolayısı ilə həyata keçirilən malların satışı zamanı yol verilmiş hər hansı qanun pozuntusu olmamışdır. Belə ki, «Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları»nın 1.5-ci maddəsinin tələbinə əsasən vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən alıcıya pərakəndə qaydada mal (iş, xidmət) təqdim edildikdə, ona qəbz və ya çek verilir. Sözügedən müddəanın məzmunundan da məlum olur ki, malların pərakəndə satışı zamanı alıcılara **********9269 saylı 17 sentyabr 2021-ci il tarixli qərarda nəzərdə tutulan elektron qaimə-faktura deyil, məhz qəbz və ya çek təqdim olunur. Bu faktın özü belə sözügedən qərarın əssassız olduğuna dəlalət etməkdədir. Bundan başqa, qərarda qeyd edilənlərə əsasən 696.369,81 manat dəyərində malın qanunsuz topdansatışı fəaliyyəti nəticəsində 862.802,19 manat məbləğ əldə edilmişdir. Halbuki, həmin məbləğ pərakəndə satış ilə bir yox, təxmini 4.000 – 5.000 aralığında alıcıya satılması nəticəsində əldə edilmişdir. Belə ki, 1 may 2021-ci il tarixdən 28 avqust 2021-ci il tarixədək olan dövrdə həyata keçirilən satışların ümumi satış məbləği 815.158 manat, ümumi satış sayı isə 4.866 nəfərdir. Növbəti çekdə isə, yəni 1 may 2021ci il tarixdən 29 avqust 2021-ci il tarixədək olan dövr üzrə çeklərdə ümumi satış məbləği 876.281 manat, satış sayı isə 5.203 nəfərdir. Bu da onu göstərir ki, vergi orqanının əməkdaşları xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında şirkətə yaxınlaşmış və 862.802,19 manat dəyərində kassa çeki təqdim edildiyindən, onlar yalnız ümumi satış məbləğinə nəzər salmış, malların nə qədər alıcıya satıldığını, yəni ümumi satış sayını nəzərə almadan, bütün malların yalnız bir alıcıya topdansatışının həyata keçirildiyini iddia edərək haqsız şəkildə şirkəti vergi məsuliyyətinə cəlb etmişlər. Halbuki, həmin kassa çeklərindən görünür ki, mallar əslində bir alıcıya deyil, 4.866 – 5.203 say arasında alıcıya satılmışdır. Zəruri olarsa, vergi orqanı əməkdaşları tərəfindən akt tərtib edilməsinə səbəb olmuş 862.802,19 manat dəyərində hesabat-kassa çeki kassa aparatından çıxarılaraq məhkəməyə təqdim edilə bilər. Göstərilənlərə əsaslanaraq, cavabdehin **********9269 nömrəli 17 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və vergi məsuliyyətinə cəlbetmənin xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Baş İdarənin **********9269 nömrəli 17 sentyabr 2021-ci il tarixli qərarı barədə iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin “Vergi ödəyiciləri ilə yazışma barədə hesabat”lardan da göründüyü kimi, iddiaçının təqdim etdiyi 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərar 17 sentyabr 2021-ci il tarixdə vergi ödəyicisinə elektron üsulla göndərilmiş və vergi ödəyicisi tərəfindən 21 sentyabr 2021-ci il tarixdə oxunmuşdur. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 62.2, 64.1-ci maddələrinə, Vergi Məcəlləsinin 70.2-1.2, 70.2- 1.3-cü maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmaması xahiş olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-512/2023 nömrəli 14 iyun 2023-cü il tarixli qərardadı ilə iddianın “vergi məsuliyyətinə cəlbetmənin xitam edilməsi” hissəsi mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-512/2023 saylı 14 iyun 2023cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, Vergi ödəyicisi üzrə keçirilən əvvəlki operativ vergi nəzarəti tədbiri zamanı Cəmiyyətin sahibliyində 186.487 manat mal qalığının olduğu müəyyən edilmiş, eləcə də əvvəlki OVN tədbirindən yoxlama keçirilən dövrə kimi (xx.xx.2021- xx.xx.2021) vergi ödəyicisi tərəfindən 892.684,27 manat (ƏDV-siz) dəyərində mal idxalı, elektron qaimə faktura tətbiq olunmaqla 1.796 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alışı olmuş və elektron qaimə faktura tətbiq olunmaqla heç bir satış əməliyyatları həyata keçirilməmişdir. Həmçinin baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarix aralığında 1.041.055,42 manat (ƏDVsiz) gömrük dəyəri ilə mal idxal edildiyi, əmək müqaviləsi hüquqi qüvvəyə minməklə işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçisinin olmadığı və operativ vergi nəzarəti zamanı mal qalığının 196.314,46 manat olduğu (xx.xx.2021-ci il tarixli DVX seriyalı 005443 və 005445 nömrəli aktlar) aşkar olunmuşdur. Əlavə olaraq, vergi ödəyicisi nəzarət-kassa aparatından istifadəyə başladığı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (23 gün) 6204 sayda kassa çeki üzrə 1.088.084,0 manat məbləğində mal satıldığını görmək olar. Eyni zamanda çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması halları aşkar olunur. Belə ki, sözügedən hallar (heç bir işçisinin olmaması, çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması hallarının aşkar olunması) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərarında operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli 005427 nömrəli akta və digər sənədlərə istinad edilməsinə baxmayaraq məhkəmənin “yalnız Vergi Məcəlləsinin 16.1.3, 58.13, 71-1 maddələrinə istinad edilməsi” ifadəsi anlaşılan deyildir. Belə ki, operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli 005427 nömrəli aktda maliyyə sanksiyasının hesablanmasının əsasları ifadə edilmişdir. Maliyyə sanksiyasının hesablanma forması: 892.684,27(mal idxalı) – 196.314,46(mal qalığı) = 696.369,81 + 5%(ticarət əlavəsi) + 18%(ƏDV) = 862.802,19 (təqdimedilmiş malların dəyəri) Malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala ikinci dəfə yol verilməsinə görə VM-nin 58.13-cü maddəsinə əsasən təqdim edilmiş malların satış qiymətinin 20 faizi miqdarında, 172.560,43 (862.802,19 × 20%) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti və onun hərəkətləri işgüzar adət ilə xarakterizə edilir. Mülki Məcəllənin 10.1-ci maddəsində qeyd edilir ki, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Beləliklə, sahibkarlıq fəaliyyətinin müəyyən edilməsi şəxsin mənfəət götürmək məqsədi ilə, habelə onun sahibkarlıq faəliyyəti olması geniş tətbiq edilən davranış qaydası ilə müəyyən edilir. Adətən sahibkarlıq fəaliyyətinin xüsusiyyəti kimi malların pərakəndə deyil, əmtəə partiyası ilə alqı-satqısının həyata keçirilməsidir. Bu baxımdan sahibkarın fəaliyyət göstərməsi üçün əmtəə partiyası ilə mal alması onun fəaliyyətinin işgüzar adətidir. Göründüyü kimi, pərakəndə qaydada alınan mallar deyil, iri əmtəə partiyaları ilə malların alınması sahibkarlığın işgüzar adəti hesab edilir və belə mal alan həmin əmlakdan istifadə edib mənfəət əldə etmək məqsədindədir. Bildiririk ki, yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar göstərilmişdir ki, qeyd olunan məlumatlar (gömrük bəyannamələri, NKA-nın hesabatları və elektron qaimə-fakturalar barədə hesabatlar) vergi orqanlarının baza məlumatlarında olan sənədlər və hesabatlardır ki, həmin sənədlər də məhkəməyə təqdim edilmişdir. Həmçinin iş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışlarda yoxlamanın təyin edilməsi üçün əsas “Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar”ın olması qeyd olunmuşdur. Cavabdeh yalnız Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə istinad etmişdir ki, həmin bəndə əsasən də topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. İddiaçı tərəfindən təqdim edilmiş malların son istehlak məqsədləri üçün təqdim edildiyi heç bir sübutla təsdiq edilməmişdir. NKA-nın obyektdə quraşdırılması heç bir vergi ödəyicisinə qanunvericiliyin tələbini pozaraq topdansatış əməliyyatlarını nəzarət kassa aparatı çeki ilə rəsmiləşdirilməsi hüququnu vermir. Bu qanunvericiliyin tələbidir və obyektdə kassa aparatının mövcudluğu qanunun tələbindən üstün deyil, yaxud qanunun tələbinin icrasını istisna etmir. Habelə obyektdə NKA-nın mövcudluğu həmin vergi ödəyicisinin fəaliyyət növünün pərakəndə satış fəaliyyətindən ibarət olmasını təsdiq etmir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(103)-3586/2023 nömrəli qərarı ilə (hakimlər K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1036/2024 nömrəli 10 may 2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli 2-1(103)-3586/2023 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: xx.xx.2024-cü-cü il tarixdə keçirilmiş məhkəmə iclası barədə iddiaçı lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərarı qanuna zidd, yəni Vergi Məcəlləsinin 16.1.3, 58.13, 71-1-ci və «İnzibati icraat haqqında» Qanunun 11, 17, 24.2-ci maddələrinin tələbləri pozulmaqla qəbul edilmişdir.” Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə apellyasiya instansiyası məhkəməsi razılaşsa da, işə kassasiya qaydasında baxmış məhkəmənin hüquqi mövqeyi fərqli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1036/2024 nömrəli 10 may 2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “vergi orqanının 17 sentyabr 2021-ci il tarixli qərarı həmin tarixdə vergi ödəyicisinə elektron üsulla göndərilmiş və 21 sentyabr 2021-ci il tarixində saat 15:13-da iddiaçı tərəfindən oxunub. Lakin məhkəməyə həmin qərarın ləğvinə dair iddia, 2 noyabr 2021-ci il tarixdə verilmişdir. Apellyasiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərinə hazırkı qərarın 17-23-cü bəndlərində göstərilən maddi və prosessual normaların tələbləri baxımından qiymət verilməmişdir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından görünür ki, cavabdeh inzibati orqanın 17 sentyabr 2021-ci il tarixli qərarı həmin tarixdə vergi ödəyicisinə elektron üsulla göndərilmiş və 21 sentyabr 2021-ci il tarixdə saat 15:13-da iddiaçı tərəfindən oxunmuşdur. Lakin həmin qərarın ləğvinə dair iddia birinci instansiya məhkəməsinə 2 noyabr 2021-ci il tarixdə verilmişdir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarım müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.1.15-ci maddəsinə əsasən elektron sənəd – elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontentdir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27-ci maddəsi elektron sənədin göndərilməsi və alınması formasını tənzimləyir. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən elektron sənədi Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3.elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Qanunun 27.4-cü maddəsinə əsasən tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Vergi Məcəlləsinin 13.2.72-ci maddəsində elektron kabinetin – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə olduğu qeyd olunub. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Hazırki işdə cavabdeh mübahisələndirilən qərarın elektron sənəd olduğunu və elektron imza ilə imzalandığını bildirir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1.texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2.bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3.identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar elektron sənəd barədə qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün elektron sənəd hesab edilə bilməz. Həmçinin mübahisələndirilən qərarda elektron sənədin həqiqiliyinin yoxlanması üçün rəqəmsal məlumat (QR Code) yoxdur. Başqa sözlə ifadə etsək, mübahisələndirilən elektron sənədin həqiqiliyini təsdiqləmək mümkün olmadığından “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 27.3-cü maddəsinə əsasən qeyd edildiyi kimi, yəni elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə elektron sənəd göndərilməmiş hesab edilir. Bundan başqa “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Lakin iş materiallarında bununla bağlı hər hansı sübut yoxdur. Beləliklə, yuxarıda göstərilən normaların tələbinə görə, mübahisələndirilən qərar qeyd edilən şərtlərə uyğun tərtib edilməmiş və göndərilməmişdir. Belə olan halda hazırki işdə iddia müddətinin ötürülməsi barədə qənaətə gəlmək olmaz. Odur ki, iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 1 sentyabr 2021-ci il tarixli qərarı ilə vergi ödəyicisi olan hazırkı İddiaçı MMC-nin fəaliyyəti üzrə operativ vergi nəzarəti keçirilmiş və həmin nəzarət tədbiri zamanı vergi ödəyicisi kimi iddiaçının 196.314,46 manat dəyərində mal qalığının olduğu, lakin elektron qaimə-faktura təqdim edilməli olduğu halda 862.802,19 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyicilərinə təqdim edilməsi əsası ilə müvafiq olaraq Vergi Məcəlləsinin 58.13-cü maddəsi üzrə 172.560,44 manat məbləğində (təqvim ili ərzində ikinci dəfə olduğundan 20%) maliyyə sanksiyasının tətbiqi barədə 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərar qəbul etmişdir. Hazırda iddiaçı həmin qərarı mübahisələndirir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Əvvəla qeyd olunur ki, mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Qaydaların 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. 1.7. Vergilər Nazirliyinin Vergi auditi baş idarəsi tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərində göstərlən risk meyarları ilə yanaşı öz təşəbbüsü ilə də risk meyarlarına əsasən aparıla bilər. 1.8. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərində göstərilən risk meyarları ilə yanaşı aşağıdakılarla da əsaslandırıla bilər: 1.8.1. Baş idarənin öz təşəbbüsü ilə əməliyyat-müşahidə qaydasında əldə etdiyi və Vergilər Nazirliyi tərəfindən risk meyarları kimi təsdiq olunmuş məlumatlar; 1.8.2. vətəndaşlardan, hüquqmühafizə orqanlarından, habelə digər dövlət və özəl qurumlardan daxil olan və əməliyyatmüşahidə qaydasında yoxlanıldıqdan sonra Vergilər Nazirliyi tərəfindən risk meyarları kimi təsdiq olunmuş rəsmi müraciətlər. Həmin Qaydaların 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. Həmin Qaydaların 2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. 13.2. Operativ vergi nəzarəti zamanı ilkin olaraq əvvəlki təqvim ayı ərzində pul vəsaitlərinin uçota alındığı hesablar (kassa, hesablaşma hesabı) üzrə mədaxil və məxaric əməliyyatları araşdırılır. 13.4. Alışı sənədlərlə təsdiq edilməyən mallar üzrə nağdsız ödəniş qeydə alınmadığı halda bu malların nağd qaydada əldə edilməsi qənaətinə gəlinir. 13.5. Vergi ödəyicisi tərəfindən hesablaşmaların yalnız nağdsız qaydada aparılması nəzərdə tutulan əməliyyatlar aparıldığı halda həmin əməliyyatlar üzrə daxil olan pul vəsaitlərinin kassa hesabında uçota alınması yoxlanılır. 13.6. Nağd qaydada hesablaşmasına məhdudiyyət qoyulan həddən artıq məbləğdə nağd ödəmələr aparıldığı halda həmin məlumatlardan qarşılıqlı əlaqəli məlumatlar kimi növbəti nəzarət tədbirləri məqsədləri üçün istifadə edilir. 13.7. Operativ vergi nəzarətinin nəticələri bu Qaydalara uyğun olaraq aktla rəsmiləşdirilir. Həmin Qaydaların 14-cü bəndi pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən edir. 14.5. Malların və pul vəsaitinin siyahısının tərtib edilməsi prosesi vergi orqanının operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarında nəzərdə tutulmuş müddətdə davam edə bilər. Mal qalığının və pul vəsaitinin siyahısının tərtib edilməsi iş günü ərzində başa çatdırılmadığı hallarda maddi qiymətlilərin saxlandığı yerlər (bina, otaq, tikili, anbar və s.) günün axırında vergi orqanının nəzarəti həyata keçirən vəzifəli şəxsi (şəxsləri) tərəfindən möhürlənir və cavabdeh şəxsə təhvil verilir. Həmin yerlərin möhürlənməsinə vergi ödəyicisi tərəfindən şərait yaradılmadıqda bu barədə vergi orqanının vəzifəli şəxsləri tərəfindən akt tərtib edilir. Növbəti iş günü maddi qiymətlilərin siyahısının tərtib edilməsinin davam etdirilməsi məqsədi ilə həmin möhürlər vergi ödəyicisinin iştirakı ilə açılır. Maddi qiymətlilərin saxlandığı yerlərin (bina, otaq, tikili, anbar və s.) möhürlənməsi və həmin möhürlərin açılması vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə sərbəst formada tərtib edilən aktla rəsmiləşdirilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən bu barədə aktda qeyd aparılır. 14.6. Malların siyahısı tərtib olunan zaman malların alış və satış qiymətləri aşağıdakılardan hər hansı biri ilə müəyyən edilir: 14.6.1. ilkin sənədlərlə; 14.6.2. mənbəyi bəlli olan məlumatlarla; 14.6.3.vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsindən alınmış yazılı izahatla; 14.6.4. vergi orqanı tərəfindən dəvət edilmiş ekspert və ya mütəxəssis tərəfindən verilmiş rəylə; 14.6.5. topdansatış bazar qiyməti ilə; 14.6.6. qanunla müəyyən edilmiş digər üsulla. 14.7. Siyahının hər bir səhifəsinin aşağı hissəsində əmtəə-material dəyərlilərinin sözlə yazılmaqla sıra nömrələrinin sayı, hansı ölçü vahidi ilə (ədədlə, kiloqramla, metrlə və s. ilə) ifadə olunmasına baxmayaraq həmin səhifədəki maddi qiymətlilərin nominal göstəricilərinin ümumi cəmi göstərilməli, vergi orqanının şəxsi (şəxsləri) və vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır. 14.8. Siyahı tərtib edildikdən sonra qalıqda olan malların mədaxilini (alışını) təsdiq edən elektron qaimə-faktura, idxal malları olduğu halda həmin malların idxalı ilə bağlı yük gömrük bəyannaməsinin və fakturanın (invoys), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının, mallar təqdim edilərkən, elektron qaimə-fakturaların tərtib edilməsi, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi məqsədilə təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsi məsələlərinin mövcudluğu araşdırılır. 14.9. Tələbnamə əsasında vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər (uçot sənədləri) qanunla müəyyən olunmuş müddət ərzində təqdim edildikdə, malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarının aşkar edilməsi məqsədi ilə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən tərtib olunmuş siyahı ilə vergi ödəyicisinin təqdim etdiyi təsdiqedici sənədlər (uçot sənədləri) üzləşdirilir. Üzləşdirmə nəticəsində malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması halları aşkar edildikdə, tərtib olunmuş siyahıda qeydlər aparılır. Nəzarət tədbiri zamanı ümumiyyətlə mal qalığı aşkar olunmadığı və ya bir qismi aşkar olunduğu təqdirdə və həmin dövr üçün bəyannamə təqdim etmə müddəti çatmadığı halda vergi ödəyicisindən sonuncu təqdim etdiyi bəyannaməsində qalıqda göstərilmiş, lakin faktiki mövcud olmayan mallar barədə izahat alınmalı, malların nağd və ya nağdsız təqdim edilməsi barədə sənədlər tələb olunmalıdır. Malların nəzarət tədbiri başlayana qədər təqdim olunması faktı aşkar edildikdə və bu barədə təsdiqedici sənədlər təqdim edildikdə və ya edilmədikdə nəzarət tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) xidməti məktubla kameral vergi yoxlamasını həyata keçirən struktur bölməni məlumatlandırmalıdır. Sonuncu isə nəzarət tədbiri həyata keçirilmiş vergi ödəyicisi tərəfindən hesabat təqdim edildikdən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirləri həyata keçirməlidir. 14.11. Malların alışını və ya istehsalını təsdiq edən sənəd məlumatları ilə malların müəyyən edilən faktiki göstəriciləri arasında fərq olduğu halda kənarlaşmaya səbəb olan malların təqdim edilməsini, o cümlədən malların satışını, hədiyyə verilməsini, zay və ya xarab olmuş malların uçotdan silinməsini təsdiq edən sənədlərlə üzləşdirmə aparılır. 14.13. Operativ vergi nəzarəti tədbiri zamanı malın (işin, xidmətin) satışından daxil olmuş pul vəsaitinin uçota alınmaması faktları aşkar edildiyi halda, həmin vəsait uçotdan gizlədilmiş pul vəsaiti kimi qiymətləndirilir və vergi ödəyicisinin uçot sənədlərində (NKA-ya mədaxil edilməklə və ya ciddi hesabat blankında əks etdirilməklə) bərpa edilir. 14.14. Operativ vergi nəzarətinin nəticəsi haqqında bu Qaydalara uyğun olaraq akt tərtib edilir. Həmin aktda aktı tərtib edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri), vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, vergi ödəyicisinin obyekti haqqında 35 məlumatlar, vergi nəzarəti zamanı aşkar olunan faktiki hallar və vergi qanunvericiliyin pozulması müəyyən edildiyi hallarda tətbiq edilməsi təklif olunan maliyyə sanksiyası barədə məlumatlar əks olunur. Akt vergi orqanının vəzifəli şəxsi (şəxsləri) və vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda öz qeydlərini edə bilər və ya aktı imzalamaqdan imtina edə bilər. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktı imzalamaqdan imtina etdikdə, bu barədə həmin aktda qeyd aparılır. 14.15. Uçotdan gizlədilmiş və ya uçota alınmayan malların və pul vəsaitinin qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alınması vergi orqanının nümayəndələri tərəfindən vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə tövsiyə edilir. 14.16. Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsi hallarına görə Vergi Məcəlləsinin 49-cu maddəsində qeyd edilmiş qərarlardan biri qəbul edildikdən sonra həmin vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi, aşkar olunmuş pozuntu hallarının vergi ödəyicisində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbirləri zamanı nəzərə alınması, vergi ödəyicisində vergi qanunvericiliyi ilə bağlı məlumatlandırma işinin həyata keçirilməsi, hesabat ili üzrə sadələşdirilmiş və ya gəlir (mənfəət) vergisi üzrə bəyannamə təqdim edilərkən nəzərə alınmasının, həmçinin dövr tamam olmadığından bəyannamə təqdim etməmiş vergi ödəyicilərində nəzarət zamanı müəyyən edilmiş faktiki mal qalığının hərəkətinin cari dövr üzrə bəyannamə təqdim edilərkən araşdırılması məqsədi ilə məlumatlar vergi orqanının operativ vergi nəzarətini həyata keçirən strukturu tərəfindən audit, bəyannamə və ya xidmət strukturlarına göndərilir. Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində isə operativ vergi nəzarəti ilə əhatə olunan halların və məsələlərin dairəsi təsbit edilmişdir. İstinad olunan həmin normaların məzmununa görə operativ vergi nəzarəti mahiyyət etibari ilə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində təsbit olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Başqa sözlə, operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin cari fəaliyyəti yoxlanılır. Təsadüfi deyildir ki, vergi orqanları tərəfindən qəbul edilən belə qərarların əksəriyyətində də vergi ödəyicisinin cari fəaliyyətinin yoxlanılacağı bildirilir, eləcə də yoxlamanın həyata keçiriləcəyi konkret müddətlər göstərilir. Hazırki işdə də operativ vergi nəzarətinin həyata keçirildiyi müddət 1 sentyabr 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək olan dövrü (cavabdehin xx.xx.2021-ci il tarixli qərarı) əhatə etsə də, cavabdeh vergi orqanı faktiki olaraq operativ vergi nəzarəti ilə əhatə olunmayan keçmiş dövr üzrə həyata keçirilmiş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlarla bağlı hesab etmişdir ki, cavabdehin belə davranışı operativ vergi nəzarəti mahiyyətinə və xarakterinə uyğun deyil. Nəzərə alınmalıdır ki, vergi qanunvericiliyi vergi orqanına keçmiş dövrün yoxlanılması ilə bağlı digər alternativ imkanlar nəzərdə tutur (növbəti və ya növbədən kənar səyyar vergi yoxlaması, kameral vergi yoxlaması). Operativ vergi nəzarəti isə sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində sadalanan tələblərə cari vəziyyətdə riayət olunmasının müəyyən edilməsi məqsədlərinə xidmət edir. Eyni zamanda, Vergi Məcəlləsində operativ vergi yoxlamasının keçmiş dövr üzrə aparılması imkanını nəzərdə tutan hər hansı norma da nəzərdə tutulmamışdır. Belə ki, VM-nin 50.3-cü maddəsində təsbit edilmişdir ki, operativ vergi nəzarətinin keçirilməsinə dair qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələlər, operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi göstərilməlidir. Göründüyü kimi, qanunverici operativ vergi nəzarəti zamanı yoxlama müddətlərindən əvvəlki dövrə aid əməliyyatlar üzrə məsuliyyət tədbirlərinin görülməsi imkanını təsbit etməmişdir. Bu halın, vergi orqanının xeyrinə şərh olunması VM-nin 3.11-ci maddəsinin müddəalarına görə də mümkün deyildir. Həmin normaya görə, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətli və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Lakin iş üzrə materiallardan görünür ki, maliyyə sanksiyası yalnız nəzarət tədbiri anında baş tutan deyil, operativ vergi yoxlamasının keçirilməsindən öncə baş tutan əməliyyatlara görə tətbiq edilmişdir. Bu hal isə operativ vergi nəzarətinin mahiyyətinə ziddir. Digər tərəfdən, operativ vergi yoxlamasının cari fəaliyyətin qiymətləndirilməsi ilə məhdudlaşdırılması vergi orqanının hüquqlarını pozmur. Belə ki, vergi orqanı səyyar və kameral yoxlamanı keçirməklə qeyd edilən məsələlərə iddiaçı tərəfindən riayət edilməsini keçmiş dövr üçün yoxlamaq imkanından da məhrum olmur. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası»nın 3.12-ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Qanunvericiliklə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır. Bu baxımdan, topdansatış fəaliyyətinin pərakəndə fəaliyyətdən fərqləndirilməsi zamanı yalnız malların say həddinə və ya həcminə istinad olunması qanuna ziddir. Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində malların həm pərakəndə, həm də topdansatış qaydasında təqdim edilməsini qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını tələb edir. Həmçinin malların pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının və şikayətinin əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, həmin halı sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron-qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə desək, cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Halbuki iddiaçı məhkəməyə NKA çeklərini təqdim etmişdir. Aparılan məhkəmə araşdırmaları zamanı iddiaçının təqdim etdiyi NKA çekləri şübhə doğurmamış və cavabdeh iddiaçının həqiqətən də apardığı əməliyyatlara görə əslində topdansatış qaydasında fəaliyyət göstərməsini sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının pərakəndə satış həyata keçirməsi ilə bağlı hər hansı vergidən yayınma halına da yol vermədiyi müəyyən olunur. Belə olan halda cavabdeh orqan iddiaçının məhz ehtimallar əsasında topdansatın qaydada fəaliyyət göstərdiyini, həm də keçmiş dövr üzrə aparılmış əməliyyatlara görə maliyyə sanksiyasını tətbiq etməkdə haqlı olduğunu sübuta yetirə bilmir. X2 Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi də qərarlarında belə sərgilənmişdir (2-1(102)-1700/2022 saylı xx.xx.2022ci il tarixli 2-1(102)-740/2022 saylı xx.xx.2022-ci il tarixli və 2-1(102)-352/2023 saylı xx.xx.2023-cü il tarixli). Beləliklə, iş materialları ilə iddiaçının vergi qanunvericiliyinin normalarını pozması müəyyən olunmur. Ona görə onun barəsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərar qanuna zidd olmuşdur. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Hazırki işdə cavabdeh inzibati orqan 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin olunaraq, cavabdeh inzibati orqanın qəbul etdiyi inzibati aktın ləğv olunması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğv edilib iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-512/2023 saylı 14 iyun 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-512/2023 saylı 14 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X7 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2964/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2964/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver