Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2965/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı3 (həm də digər iddiaçıların nümayəndəsi) iştirakı ilə İddiaçı3 və qeyrilərinin cavabdeh Binəqədi rayonu Binəqədi bələdiyyəsinə qarşı (üçüncü şəxs: X8) «qərarın və müqavilənin ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-5550/2021 saylı 11.10.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı3 və qeyriləri cavabdeh Binəqədi rayonu Binəqədi bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 532 saylı, 29 dekabr 2006-cı il tarixli qərarının və torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 677 saylı, 30 dekabr 2006-cı il tarixli müqavilənin ləğv edilməsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişlər. İddianın əsaslarına görə «… Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində 1983 “Ç” ünvanda yerləşən 0,12 ha bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 12 oktyabr 2005-ci il tarixli 266 saylı Sərəncamı ilə ataları X1 verilmiş və onunla Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və ParkX5 Departamenti X3 və İstismarı Departamenti arasında 24 sentyabr 2005-ci il tarixli 36153 saylı müqavilə bağlanmışdır. Həmin bağ sahəsində, ümumilikdə, 80-dən artıq üzüm tənəkləri və s. meyvə ağacları əkilmiş, onlar hər il yay–bağ mövsümü zamanı ailəlikcə bu bağda dincəlmişlər. Lakin maddi imkansızlıqdan bağ sahəsinin ətrafını hasarlaya bilməmişlər. 21 sentyabr 2010-cu il tarixində bağın sahibi ataları X2 vəfat etmiş və Abşeron rayonu 2 saylı Notariat Ofisi tərəfindən onların müraciətə əsasında ondan miras qalmış əmlakla bağlı vərəsəlik işi açılmışdır. Üçüncü şəxs X8 heç bir qanuni əsas olmadan bağ sahəsini zəbt etmiş və orada ev tikmişdir. Belə ki, bağ sahəsinə getdikdə tikinti işlərinə başladığını görərək bağ sahəsinin onlara məxsus olduğunu və tikinti işlərini dayandırmasını, oradan çıxmasını tələb etdikdə bildirmişdir ki, dayısı Bakı şəhəri Binəqədi rayon bələdiyyəsinin sədri olmuş və guya bu torpaq sahəsini ona bağışlamışdır. Bundan başqa üçüncü şəxs əlavə olaraq 8 sot torpaq sahəsini də bu torpaq sahəsinə birləşdirmişdir. Daha sonra, onlara məlum olmuşdur ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 532 saylı, 29 dekabr 2006-cı il tarixli qərarı ilə Goradil bağ massivində 1400 kv.m bağ torpaq sahəsi X6 ayrılması nəzərdə tutulmuşdur…» Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-5550/2021 saylı 11.10.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin əsaslarına görə «…iddiaçılara məlum olmuşdur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 532 saylı, dekabr 2006-cı il tarixli qərarı ilə Goradil bağ massivində 1400 kv.m bağ torpaq sahəsi X6 ayrılması nəzərdə tutulmuşdur. Binəqədi rayon Məhkəməsində işə baxılarkən həmin qərar və müqavilənin surətləri məhkəməyə təqdim edilmiş, həmin vaxtadək bələdiyyə tərəfindən 3-cü şəxsə torpaq ayrılması barədə qərar verilməsindən məlumatları olmamışdır. Bu barədə məlumat aldıqdan sonra onlar ərizə ilə Binəqədi Bələdiyyəsinə müraciət edərək həmin qərar və müqavilənin ləğv edilməsini tələb etmiş, imtina aldıqdan sonra isə məhkəmədə iddia qaldırmışlar. Belə ki, qərarın və müqavilənin ləğv edilməsi səlahiyyəti birbaşa inzibati orqan olan bələdiyyənin səlahiyyətlərinə aiddir. Belə olan halda iddia müddətinin tətbiq edilməsi tamamilə əsassızdır . İnzibati orqan tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi ilə bağlı birbaşa olaraq məhkəməyə müraciət edilməsi qanunvericlikdə nəzərdə tutulmamışdır və ilk növbədə qərarı qəbul etmiş inzibati orqana müraciət edilməli və imtina etdiyi təqdirdə isə məhkəmədə iddia qaldırmaq qaydaları nəzərdə tutulmuşdur. Həmçinin prosessual müddət də tərəflərindən ötürülməmiş və cavabdehdən cavab alındıqdan sonra nəzərdə tutulmuş müdət ərzində artıq məhkəmədə iddia qaldırmışlar. Qərardadda bu işin inzibati məhkəmədə mübahisələndirilə bilməməsi qənaətinə də düzgün olmayaraq gəlinmiş, qanunvericlikdə bu tipli mübahisələrin mülki məhkəmə icraatında baxılması nəzərdə tutulmamışdır və tərəfimizdən məhkəmə aidiyyatı da pozulmamışdır. Belə ki, Binəqədi rayon Məhkəməsində işə baxılarkən qərar və müqavilənin surətləri təqdim edildiyi üçün bu mübahisənin artıq inzibati məhkəməyə aid olduğu bildirilmişdir . İşin faktiki halları işə baxan məhkəmə tərəfindən tam araşdırılmamışdır, məhkəmə yalnız qanunvericilik normalarını sadalamaqla kifayətlənmişdir və nəticədə düzgün olmayan qərardad çıxarılmışdır…» Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 (həm də digər iddiaçıların nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs (nümayəndələri) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) cavabdeh Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 532 saylı, 29 dekabr 2006-cı il tarixli qərarının ləğv edilməsi; 2) «Torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında» cavabdeh bələdiyyə ilə üçüncü şəxs arasında bağlanmış 677 saylı, 30 dekabr 2006-cı il tarixli müqavilənin ləğv edilməsi. Birinci instansiya məhkəməsin qərarından görünür ki, cavabdeh Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 532 saylı, 29 dekabr 2006-cı il tarixli qərarının ləğv edilməsi haqqında birinci tələbə münasibətdə iddianın mmükün sayılmaması iddia müddətinin buraxılması ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, «…İddiaçı3 Binəqədi Rayon Məhkəməsində hazırki işdə 3-cü şəxs olan X6 qarşı iddia qaldırmış, iddia üzrə mülki işin icraatı zamanı artıq həmin Binəqədi bələdiyyəsinin sözügedən qərarından xəbərdar olmuş, işə əlavə edilmiş mütəxəssis rəyinə əsasən də mübahisəli ərazinin dövlət mülkiyyəti olub yaşayış məntəqələri torpaqlarına aid edildiyi müəyyən edilmişdir. Belə olan halda, iddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 29.12.2006-cı il tarixli 532 nömrəli qərarından ən geci 2020-ci il tarixdə xəbərdar olduğu təqdirdə, həmin qərarı mübahisələndirmək hüququnun 30 günlük müddətini ötürmüşdür…» İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməəsinin qeyd olunan qiymətləndirməsi ilə əlaqadər qeyd edir ki, birincisi, ola bilsin ki, iddiaçıların cavabdeh bələdiyyənin 29.12.2006-cı il tarixli 532 nömrəli qərarı Binəqədi rayon məhkəməsində baxılan həmin işin icraatı zamanı xəbərləri olsun, bu heç də onların həmin qərarla onların hüquqlarının pozulduğunu bildiyini deməyə əsas vermir. Belə ki, Binəqədi rayon məhkəməsində bajxılan iş üzrə təyin edilmiş torpaqşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 12 yanvr 2021-ci il tarixli məktubla 26.01.2021-ci il tarixində Binəqədi rayon Məhkəməsi tərəfindən mütəxəssis rəyi alındıqdan sonra keçirilən məhkəmə iclaslarında iddiaçılar cavabdeh bələdiyyənin həmin qərarı ilə onların vərəsi kimi mülkiyyət hüquqlarının pozulurduğunu müəyyən edərək, ərizə ilə müraciət edərək cavabdeh bələiyyədən həmin qərarın (və müqavilənin) ləğv edilməsini tələb etmiş, lakin sonuncu onlara ünvanladığı 09.03.2021-ci il tarixli BAB/207 saylı cavab məktubu ilə həmin qərarın (və müqavilənin) ləğv edilməsinin mümkün olmadığı bildirildikdən sonra, 07.04.2021-ci il tarixində, yəni 30 gün keçməmiş iddiaçılar həmin qərarın (və müqavilənin) ləğv edilməsi tələbinə dair hazırkı iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbindən isə görünür ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən isə iş üçün əhəminyyət kəsb edən həmin hallar nəzərdən qaçırmış, istinad etdiyi həmin halda, iddia müddətinin axımının başlanğıcını və bitməsi anlarına aydınlıq gətirməmiş, ümumi şəkildə konkret tarix göstərmədən, «ən geci 2020-ci ildə» iddiaçının cavabdehin qərarından xəbərdar olmasını qeyd etmişdir. İddiaçının ikinci tələbinə münasibətdə isə birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi inzibati akt olmadığından, mülki icraat qaydasında baxılmalı olduğunundan inzibati məhkəmədə mübahisələndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiaya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşsa da, iş materiallarından görünür ki, məhkəmə, iddia tələblərinin dəqiqləşdirilməsində, o cümlədən ikinci tələbinin birinci tələbdən ayrılmasında və münasib iddianın irəli sürülməsində, iddiaçıya yardım göstərməmiş, bununla da İPM-in 13-cü maddəsinin tələbindən irəli gələn xidməti vəzifəsini lazımınca yerinə yetirməmişdir. Ümumiyyətlə, iddiaçıların iddia ərizəsindən və ona əlavə etdikləri sənədlərə əsasən müəyyən olunan məqsəd və arzularından aydın görünür ki, onların gələcək niyyəti Bakı şəhər İcra Hakimiyyəti başçısının 12 oktyabr 2005-ci il tarixli 266 saylı Sərəncamı və Bakı şəhər İHB Aparatının Abadlaşdırma və Park- X5 Departamenti X3 və İstismarı Departamenti ilə bağlanmış 24 sentyabr 2005-ci il tarixli 36153 saylı müqaviləyə əsasən ataları X1 məxsus olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində 1983 “Ç” ünvanda yerləşən 0,12 ha bağ sahəsini vərəsəlik qaydasında öz adlarına rəsmiləşdirməkdən ibarətdir. İşə əlavə Olunmuş DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış məktublarından dagörünür ki, iddiaçıların daşınmaz əmlakın reyestrinin daşıyıcısı olan həmin qeydiyyat orqanına atalarına məxsus mübahisəli bağ sahəsi ilə bağlı müraciətləri də mövcuddur. Bu baxımdan da birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara münasib iddianın irəli sürülmüasi onlara təklif olunduğu və yardım göstərdiyi müəyyən olunmur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar tam və hərtərəfli şəkilldə araşdırılmamışdır. İPM-in 58.7-ci maddəsinin tələbindən isə görünür ki, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinin məhkəmə tərəfindən işin tam araşdırılmadığını mübahisələndirən hissəsində, dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-5550/2021 saylı 11.10.2021-ci il tarixli qərardadı ləğv edilməli, iş qeyd olunan nöqsanlar nəzərə alınmaqla, yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı3 və qeyrilərinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-5550/2021 saylı 11.10.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2965/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2965/2021
02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver