Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2967/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayına qarşı “əmrin ləğv edilməsi, vəzifəyə bərpa olunma və buraxılmış müddət ərzində ödənilməyən əmək haqqının hesablanaraq verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-5657/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayının xx.xx.2021-ci il tarixli 149 saylı əmrin ləğv edilməsi və məsləhətçi-mühasib vəzifəsinə bərpa olunması və buraxılmış müddət ərzində əmək haqqının hesablanaraq verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2002-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunda çalışmışdır. Hər zaman üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirmişdir. Bu illər ərzində çalışdığı idarədə daim Azərbaycan Respublikasının qanununa uyğun müəyyən edilmiş öhdəlikləri keyfiyyətlə yerinə yetirmiş və qanun ilə müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əməl etmişdir. AR Prezidentinin İşlər İdarəsinin “Gülüstan” X4 məsləhətçisimühasibi vəzifəsindən xx.xx.2021-ci il tarixindən işdən azad olunmuşdur. ARPİİ-nin “Gülüstan” Sarayı ilə bağlı rəhbərlik tərəfindən ona qarşı qanunsuzluğa yol verilmişdir. Mühasibatlıqda 4 (dörd) məsləhətçi mühasibdən, 3 (üç) məsləhətçi mühasib kadr tərəfindən olunan təzyiqlərlə öz ərizəsi əsasında işdən azad olunublar. Bu halda, işçi qüvvəsi çatışmazlığından, qonaqlara xidmət edən (ofisiant) kömək kimi şöbəyə işə cəlb edilmiş, ixtisar planlaşdırıldığı bir vaxtda avqust ayından başqa bir şəxs məsləhətçi mühasib vəzifəsinə işə qəbul edilmiş və həmin şəxs ümumiyyətlə işə çıxmamışdır. Bu qısa müddət ərzində işə yeni 25 işçi qəbul edilmişdir. İddiaçı çalışdığı idarədə ştat üzrə (yüz on bir) ştat vahidi artırılaraq 131 (bir yüz otuz bir) ştat vahidi olub. xx.xx.2021-ci il tarixdə onunla daimi dövlət qulluğuna qəbul edilən şəxs kimi əmək müqaviləsi bağlayıblar. xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə ştatın ixtisarı ilə əlaqədar, xitam verilmişdir. Onun iş stajı, təcrübəsi, işə yararlılığı nəzərə alınmır və strukturda artım olduğu halda tək onu qanunsuz olaraq işdən azad etmişlər. İxtisarla bağlı sənədlərin məcmusunu tələb etdikdə, heç bir səbəb və açıqlama təqdim etməyiblər, yalnız kadrlar üzrə məsləhətçi şifahi bildirib ki, məsələ ilə bağlı AR Prezidentinin İşlər İdarəsinin kadrlarla iş sektorunun məsləhətiylə qərar verilib. Cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, İddiaçı 19 sentyabr 2016-cı il tarixdən 09 dekabr 2021-ci il tarixədək “Gülüstan” Sarayında işləmişdir. Onun əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 33.1.3-cü maddəsi ilə xitam verilmişdir. 2021-ci ilin 13 iyul tarixində “Gülüstan” Sarayının strukturu yeni redaksiyada təsdiq olunmuşdur. Struktur dəyişikliyi “Gülüstan” Sarayının fəaliyyətində səmərəliliyin və operativliyin təmin edilməsi, idarəetmənin optimallaşdırılması işinə xidmət etmişdir. Məhz bu səbəbdən “Gülüstan” Sarayının müəyyən funksional struktur bölmələrin (xidmətedici heyətin) işçi sayı artırılmış, ştat sayı artan peşələr əsasən aşbaz və qonaqlara xidmət göstərənlər (ofisiantlar) olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə görə işəgötürənin hüquqlarından biri bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etməkdir. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.3-cü maddəsinə görə dövlət qulluğuna dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə xitam verilə bilər. İddiaçı ilə imzalanmış əmək müqaviləsinə xitam verilərkən AR Əmək Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş işçinin təminatları tam yerinə yetirilmişdir. Belə ki, AR Əmək Məcəlləsinin 77.1-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müddətlərdə (beş ildən on ilədək əmək stajı olduqda - ən azı altı təqvim həftəsi) rəsmi xəbərdar edilməlidir. İddiaçı 04 dekabr 2022-ci il tarixdə xəbərdarlıq verilmişdir. Həmin tarixdən 09 dekabr tarixinə qədər isə 9 təqvim həftə və 3 gün müddəti edir, beləliklə, ona artıqlaması ilə müddət verilmişdir ki, o, yeni iş yeri tapmaq üçün görüşlərə və müsahibələrə qatıla bilsin. Bundan əlavə, İddiaçı hər iş həftəsi üçün 1 iş günü əmək haqqı saxlanılmaqla sırf yeni iş yeri tapmaq məqsədilə əmək funksiyasının icrasından azad edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.3cü maddəsinə əsasən ştatların ixtisarı zamanı iddiaçıya bağlanmış əmək müqaviləsinə uyğun olaraq beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. Göründüyü kimi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bütün təminatları tam yerinə yetirilmişdir. Bununla yanaşı, müəssisədə ştatların ixtisarı ilə əlaqədar struktur dəyişiklikləri aparıldıqda, əmək müqaviləsi ləğv edilməli olan işçilər işəgötürən tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78.1-ci maddəsinə görə işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin peşəkarlıq səviyyəsini müəyyən edir. Həmin maddənin ikinci hissəsində (işdə saxlanmasına üstünlük verilən şəxslər) nəzərdə tutulmuş əsaslardan heç birinin iddiaçıda mövcud olmadığı üçün iddiaçının bu barədə tələbi də əsassızdır. Yuxarıda qeyd olunduğu kimi “Gülüstan” Sarayı üzrə ştat artımı sarayın funksional sahəsinə uyğun aparılmış, yeni açılan ştatlar iddiaçının ixtisasına, tutduğu vəzifəyə uyğun vəzifələr olmadığından, ona həmin işlər təklif olunmamışdır. Buna baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyindəki qurumlardan biri olan Yeməkxanada İddiaçı ixtisasına və peşəsinə uyğun vakant mühasib iş yeri təklif olunmuş, lakin iddiaçı da bu iş yerindən imtina etmişdir. Həmçinin “Dövlət qulluğu haqqında” AR Qanununun 29.3-cü maddəsinin beşinci hissəsinə əsasən dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxs bu Qanunun 29.2-ci maddəsinin birinci hissəsinə uyğun olaraq keçirilən ümumi müsahibədə və ehtiyat kadr kimi saxlanıldığı dövlət orqanında bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq keçirilən daxili müsahibədə iştirak edə bilər. Bu barədə İddiaçı məlumat verilmişdir. Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-5657/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birincisi, ştanın həqiqətən ixtisar olunması faktı işəgötürənin müvafiq əmri, ştat cədvəlinin və əmək haqqı fondunun tutuşdurulması yolu ilə sübut olunmamışdır və müvafiq qərar qəbul olunmuşdur. İkincisi, ona daha müvafiq əmr belə verilmədən işdən çıxmaq barədə ərizə yazması barədə davamlı təzyiqlər olmuşdur. Ştat ixtisarı adı ilə işdən çıxarıldığı üçün o ehtiyat vakantlar syahısına daxil edilmişdir, lakin eyni anda digər vəzifələr məsələn məsləhətçi vəzifəsi üzrə vakansiyalar qəbul olunmuşdur. Həmçinin, rəhbərlik tərəfindən verilmiş əmr ştat ixtisarı barədə deyil, ştatların struktur dəyişikliyi haqqında idi. Üçüncüsü, işdə saxlanmasındakı üstünlük hüququ nəzərə alınmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-5657/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayının xx.xx.2016-cı il tarixli, 65 nömrəli əmri ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” Sarayına məsləhətçi vəzifəsinə, xx.xx.2016-cı il tarixli, 67 nömrəli əmrlə xx.xx.2016-cı il tarixdən X5 Qrupunun məsləhətçisi, xx.xx.2018-ci il tarixdən İdarə heyətinin məsləhətçisi-inzibatçısı, xx.xx.2020ci il tarixdən Sarayın İdarə heyətinin məsləhətçi-mühasibi vəzifəsinə keçirilmişdir. “Gülüstan” Sarayının xx.xx.2021-ci il tarixli, 149 nömrəli əmri ilə İddiaçı dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 33.1.3-cü maddəsinə əsasən ştatların ixtisarı ilə əlaqədar xitam verilmişdir. Hazırkı iddiasında iddiaçı sözügedən xx.xx.2021-ci il tarixli, 149 nömrəli əmrin ləğvini mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 80 nömrəli xəbərdarlığında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” Sarayının fəaliyyətində səmərəliliyin və operativliyin təmin edilməsi, idarəetmənin optimallaşdırılması məqsədilə struktur islahatlarının aparılması planlaşdırılır. “Gülüstan” Sarayının yeni strukturunda bir sıra vəzifələrin, o cümlədən 1 (bir) ştat vahidi məsləhətçi-mühasib vəzifəsinin də ixtisar edilməsi nəzərdə tutulur. Qeyd olunanlar nəzərə alınaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü və 34-cü maddələrinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə uyğun olaraq, doqquz təqvim həftəsi xəbərdarlıq müddəti bitdikdən sonra sizinlə “Gülüstan” Sarayı arasında bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdir. Nəzərinizə çatdırılır ki, xəbərdarlıq müddəti ərzində iş axtarmağa imkan yaradılması məqsədilə siz hər iş həftəsində bir iş günü əmək haqqı saxlanılmaqla əmək funksiyasının icrasından azad edilirsiniz. Eyni zamanda bildirilir ki, işdənçıxarma müavinəti ilə yanaşı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin dördüncü hissəsinə əsasən razılığınız əsasında yuxarıda qeyd olunan xəbərdarlıq müddəti əvəzinə orta əmək haqqının iki mislini bir dəfəyə ödəməklə sizinlə bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilə bilər. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayının iddiaçıya ünvanladığı xx.xx.2021-ci tarixli, 95 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 13 iyul 2021-ci il tarixli 106 №-li sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” Sarayının strukturu yeni redaksiyada təsdiq edilmişdir. “Gülüstan” Sarayının yeni strukturunda bir sıra vəzifələr, o cümlədən 1 (bir) ştat vahidi məsləhətçimühasib vəzifəsi də ixtisar edilmişdir. Yeni struktura əsasən, ştatların ixtisarı ilə əlaqədar olaraq xəbərdarlıq müddəti bitdikdən sonra sizinlə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsi ilə xitam veriləcəkdir. Qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, ştatların ixtisarı ilə bağlı əmək müqavilənizə xitam verilməsi mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun qaydada həyata keçiriləcək, sizin hüquqlarınızın məhdudlaşdırılmasına və ya pozulmasına yol verilməyəcək. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 79 nömrəli xəbərdarlıq məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” Sarayının fəaliyyətində səmərəliliyin və operativliyin təmin edilməsi, idarəetmənin optimallaşdırılması məqsədilə struktur islahatlarının aparılması planlaşdırılır. “Gülüstan” Sarayının yeni strukturunda bır sıra vəzifələrin, o cümlədən 1 (bir) ştat vahidi məsləhətçi-mühasib vəzifəsinin də ixtisar edilməsi nəzərdə tutulur. Qeyd olunanlar nəzərə alınaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü və 34-cü maddələrinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə uyğun olaraq doqquz təqvim həftəsi xəbərdarlıq müddəti bitdikdən sonra sizinlə “Gülüstan” Sarayı arasında bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdir. Nəzərinizə çatdırılır ki, xəbərdarlıq müddəti ərzində iş axtarmağa imkan yaradılması məqsədilə siz hər iş həftəsində bir iş günü əmək haqqı saxlanılmaqla əmək funksiyasının icrasından azad edilirsiniz. Eyni zamanda bildirilir ki, işdənçıxarma müavinəti ilə yanaşı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin dördüncü hissəsinə əsasən razılığınız əsasında yuxarıda qeyd olunan xəbərdarlıq müddəti əvəzinə orta əmək haqqının iki mislim bir dəfəyə ödəməklə sizinlə bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilə bilər. İddiaçı ona təqdim edilmiş xəbərdarlıq məktubunu imzalayaraq qəbul etməkdən imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, imza edənlər bu aktı ondan ötrü tərtib edirlər ki, həqiqətən ARPİİ-nin “Gülüstan” X4 məsləhətçisi-mühasibi İddiaçı Kadrlar şöbəsinin xidməti otağında xx.xx.2021-ci il tarixli 79 №-li Xəbərdarlıq məktubu təqdim edilmiş, lakin İddiaçı həmin xəbərdarlıq məktubunu oxuyub tanış olsa da, imzalayıb qəbul etməkdən imtina etmişdir. Bu akt Azərbaycan dilində və 2 (iki) nüsxədə hazırlanmışdır. Aktın hər iki nüsxəsi Kadrlar şöbəsində saxlanılır. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayının sturukturunda bəzi dəyişikliklər edilməsi haqqında 19 iyun 2020-ci il tarixli, 38 nömrəli sərəncamında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayının yenidənqurma işlərinin aparılması və müasir avadanlıq quraşdırılması ilə əlaqədar olaraq təşkilatın idraəçiliyinin təkmilləşdirilməsinin zərurəti yaranmışdır. Bununla bağlı İşlər İdarəsinin “Gülüstan” Sarayının struktur bölmələrin tərkibində dəyişikliklər edilərək aşağıdakı redaksiyada verilsin: Həmin sərəncama əsasən sarayın strukturuna 5 xidmət, 111 ştat daxildir: - 1. İdarə heyətinə - 1. Direktor-şöbə müdiri (1), 2. Direktor müavini (1), 3. Texniki məsələlər üzrə direktor müavini (1), 4. Baş mühasib (1), 5. Aparıcı məsləhətçi (1), 6. Məsləhətçi-kadr işləri üzrə (1), 7. Məsləhətçi-mühasib (3), 8. Baş mütəxəssis-mühasib (2),
9. Baş mütəxəssis-anbar müdiri (1) olmaqla cəmi 12 ştat, - Xidmətedici heyətə - servis qrupu, istehsalat qrupu və qənnadı sexi olmaqla cəmi 54 ştat, - Texniki xidmətə - 17 ştat, - Mühafizə xidmətinə - 9 ştat, - Komendantlığa - 19 ştat vahidi daxildir. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayının sturukturunun yeni redaksiyada təsdiq edilməsi haqqında 13 iyul 2021-ci il tarixli, 106 nömrəli sərəncamında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” Sarayında idarəçiliyin təkmilləşdirilməsi, fəaliyyətində səmərəliliyin və operativliyin təmin edilməsi məqsədilə qərara alınır: 1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” Sarayının strukturu yeni redaksiyada təsdiq edilsin; 2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” Sarayının işçilərinin say həddi 131 (yüz otuz bir) ştat vahidi müəyyən edilsin; 3. “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” Sarayının strukturunda bəzi dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 19 iyun 2020-ci il tarixli 38 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilsin; 4. İşlər İdarəsinin Maliyyə şöbəsinin müdiri G.Hüseynovaya və “Gülüstan” Sarayının direktoru- şöbə müdiri R.Qasımova tapşırılsın ki, bu sərəncamla yeni redaksiyada təsdiq olunmuş struktura uyğun ştat cədvəli hazırlayaraq, təsdiqə təqdim etsinlər. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 13 iyul 2021-ci il tarixli, 106 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayının sturukturundan görünür ki, sarayın strukturuna 5 xidmət, ümumilikdə 131 ştat vahidi daxildir: 1. İdarə heyətinə - 1. Direktor-şöbə müdiri (1), 2. Texniki məsələlər üzrə direktor müavini (1), 3. Baş mühasib (1), 4. Aparıcı məsləhətçi-dizayner (1), 5. Məsləhətçi-kadrlar üzrə (1), 6. Baş mütəxəssis-kargüzar (1), 7. Məsləhətçi-mühasib (1), 8. Baş mütəxəssismühasib-xəzinədar (1), 9. Baş mütəxəssis-anbar müdiri (1) olmaqla cəmi 9 ştat, 2. Xidmətedici heyətə - servis qrupu, istehsalat qrupu və qənnadı sexi olmaqla cəmi 66 ştat, 3. Texniki xidmətə - 18 ştat, 4. Mühafizə xidmətinə - 11 ştat, 5. Təmizlik xidmətinə - 27 ştat vahidi daxildir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayının xx.xx.2021ci il tarixli, 149 nömrəli İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında əmrində qeyd edilmişdir ki, 1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” X4 məsləhətçisi-mühasibi İddiaçı dövlət qulluğuna 2021-ci il dekabrın 9-dan “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.3-cü maddəsinə əsasən, ştatların ixtisarı ilə əlaqədar, xitam verilsin; 2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” X4 məsləhətçisi-mühasibi İddiaçı “Gülüstan” Sarayında 5 (beş) il 2 (iki) ay 21 (iyirmi bir) gün əmək stajı olduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta əmək haqqının 1.7 misli miqdarında işdənçıxarma müavinəti ödənilsin. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 78 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayının fəaliyyətində səmərəliliyin və operativliyin təmin edilməsi, idarəetmənin optimallaşdırılması məqsədilə struktur islahatlarının aparılması planlaşıdırılır. “Məşğulluq haqqında” Azərbaycan Respubliaksı Qanununun 18.2-ci maddəsinə uyğun olaraq nəzərinizə çatdırılır ki, “Gülüstan” Sarayının yeni strukturunda bir sıra dəyişikliklərin həyata keçirilməsi, o cümlədən 1 ştat vahidi məsləhətçimühasib vəzifəsinin də ixtisar edilməsi nəzərdə tutulur. Qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, ixtisara salınması nəzərdə tutulan “Gülüstan” X4 məsləhətçisi-mühasibi vəzifəsində işləyən xx.xx.1980-ci il təvəllüdlü İddiaçı reklam işi və iqtisadiyyat ixtisasına malikdir və onun hal-hazırkı əmək haqqı məbləği 2029 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, MŞB/3-00020 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən İddiaçı və X1 xx.xx.2022-ci il tarixində 12:00-13:00 saatlarında keçirilən əmək mübahisəsinə dair müraciəti üzrə ilkin müdiasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 21.1-ci maddəsinə görə dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: (....) 21.1.6. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük (....). 33.1-ci maddəsinə əsasən dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə. 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın: 1-ci bəndinə əsasən bu Qayda dövlət qulluqçusunun (o cümlədən staj və ya sınaq müddətində olan şəxsin) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir. 3-cü bəndinə əsasən (.....) dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin peşəkarlığı və idarəçilik təcrübəsi eyni səviyyədə olduqda aşağıdakı şəxslərə üstünlük verilir: 3.1. şəhid ailəsinin üzvlərinə; 3.2. müharibə iştirakçılarına; 3.3. 10 il və daha çox dövlət qulluğu stajı olanlara; 3.4. əsgər və zabitlərin arvadlarına (ərlərinə); 3.5. öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara. 7-ci bəndinə görə dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı həyata keçirilərkən peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər işdə saxlanılır. Bu zaman şəxslərin peşəkarlığı və idarəçilik təcrübəsi eyni səviyyədə olduqda bu Qaydanın 3-cü hissəsində göstərilən şəxslərə üstünlük verilir. 8-ci bəndinə görə dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır və bu barədə Mərkəzə məlumat verilir. Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda həmin şəxslər 10 iş günü müddətində, bu Qaydanın 2-ci hissəsinə əsasən, vəzifəyə təyin edilməlidirlər və bu barədə Mərkəzə məlumat verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 5-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. 11-ci maddəsinin 1-ci hissəsinə görə əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək. 70-ci maddəsinə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə. 78-ci maddəsinə əsasən: 1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 19 iyun 2020-ci il tarixli, 38 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Gülüstan” Sarayının sturukturunda cəmi 111 ştat vahidi olmuş, Azərbaycan Respublikası Prezidentinin İşlər Müdirinin 13 iyul 2021-ci il tarixli 106 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Gülüstan” Sarayının sturukturunda isə 131 ştat vahidi nəzərdə tutulmuşdur. Hər iki struktur siyahısını müqayisəli təhlil etdikdə müəyyən olunur ki, İdarə heyəti üzrə müəyyən ştat vahidləri ləğv edilmiş, ştat vahidlərinin sayında azaltmalar olmuş, həmçinin xidmətedici heyətin işçi sayı artırılmışdır (ştat sayı artan sahələr - aşbaz və qonaqlara xidmət göstərənlər (ofisiantlar). Eyni zamanda iddiaçının işlədiyi “İdarə heyəti” bölməsini müqayisəli təhlilindən görünür ki, yeni siyahıda İdarə heyəti ştat vahidləri 12 sayından 9-a endirilmiş, “Direktor müavini”, “Baş mütəxəssis-mühasib” ştat vahidləri ləğv edilmiş, “məsləhətçi-mühasib” ştat vahidi 3 sayından 1 sayına endirilmiş, “aparıcı məsləhətçi” ştat vahidi isə “aparıcı məsləhətçi-dizayner” ştat vahidinə dəyişdirilmişdir. “Gülüstan” Sarayının xx.xx.2020-ci il tarixli əmrində İdarə heyətinə 3 məsləhətçi mühasib təyin edilmiş, o cümlədən İddiaçı İdarə heyətində məsləhətçi mühasib vəzifəsinə keçirilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 19 iyun 2020-ci il tarixli, 38 nömrəli sərəncam ilə təsdiq edilmiş siyahıda məsləhətçi-mühasib ştatı üzrə 3 ştat vahidi və həmin ştatlara uyğun 3 nəfər S.H.İskəndərov, L.F.Mirzəyeva və İddiaçı təyin edildiyi halda, 13 iyul 2021-ci il tarixli yeni struktur siyahısında idarə heyətində məsləhətçi-mühasib ştatı 1 nəfər olaraq göstərilmişdir. Beləliklə, iddiaçının işlədiyi qurumda məsləhətçi-mühasib ştatının ixtisar edilməsi və bu əsasdan iddiaçının qulluğuna xitam verilməsi qəbul edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. İnzibati Prosesual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Belə ki, məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. İşin hüquqi və faktiki halları nəzərə alındıqda hazırkı iş üzrə inzibati orqanın diskresion səlahiyyətini aşması, diskresion səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi halları inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. Eyni zamanda işçilərin peşəkarlıq və idarəçilik təcrübəsi eyni səviyyədə olduqda üstünlük hüququ verilən şəxslərin dairəsi ilə bağlı qiymətləndirməyə gəldikdə isə İddiaçı “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 3-cü bəndində sadalanan şəxslərin sırasına aid olmadığı müəyyən olunur. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsini ştatların ixtisarına görə ləğv edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində imperativ olaraq nəzərdə tutulmuş təminat tədbirləri ilə bağlı həmin normanın tələblərini təmin etməlidir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77-ci maddəsinin: 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında. İşin hallarından görünür ki, iddiaçının qulluğuna xitam verilmədən xx.xx.2021-ci il tarixdən əvvəl stajına uyğun olaraq (ən azı altı təqvim həftəsi olmaqla) xx.xx.2021-ci il tarixdən 1 ştat vahidi - məsləhətçi-mühasib ştatının ixtisar ediləcəyi, onunla bağlanmış əmək müqaviləsinə 09 təqvim həftəsi başa çatdıqdan sonra əmək müqaviləsinə xitam veriləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir. Qeyd edilən xəbərdarlığı rəsmi şəkildə xx.xx.2021-ci il tarixdə aldığını iddiaçı özünün Sarayın direktoruna ünvanladığı xx.xx.2021ci il tarixli məktubunda bildirmişdir. Adıçəkilən xx.xx.2021-ci il tarixli xəbərdarlıqda eyni zamanda ƏM-in 77.2-ci maddəsinə əsasən iddiaçıya iş axtarmağa imkan yaradılması məqsədi ilə iş həftəsində əmək haqqı saxlanılmaqla azı bir iş günü əmək funksiyasının icrasından azad edildiyi barədə məlumat da verilmişdir. Təqdim edilmiş dekabr 2021-ci il üzrə son haqq hesab cədvəlinə əsasən iddiaçıya Əmək Məcəlləsinin 77.3-cü maddəsinin tələbinə uyğun olaraq orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfin qeyd etdiyi Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilə biləcəyi halda iddiaçının ştatların ixtisarına görə işdən azad edilərkən işəgötürənin bu barədə həmkarlar ittifaqını məlumatlandırmaması dəlilinə gəlincə isə məhkəmə cavabdehin qeyd etdiyi kimi “Gülüstan” Sarayında həmkarlar ittifaqı olmaması, iddiaçının həmkarlar ittifaqının üzvü olmaması əsasına görə belə bir məlumatın verilməsinə zərurət yaranmadığına dair əsaslandırması ilə razılaşır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirmişdir. Hazırkı iş üzrə mübahisələndirilən əmrin yuxarda qeyd edilən maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi müəyyən olunmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-5657/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Şərafət Məmmədova