Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2967/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X29 üzrə Baş İdarəsinə İdarəsinə (indiki İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinə) qarşı “qərarların ləğvi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X21 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X8 və X18 ibarət tərkibdə, X15-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X29 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1627/2024 saylı 22 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********3447 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı (doğulduğu yer və tarix: Azərbaycan, Abşeron, xx.xx.1986, Yaşayış Yeri: Az0120, Abşeron Rayonu, Qobustan, Qobustan Kəndi (PEREKÜ, FİN: xxxxxxx, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2022 tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********2390 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı (doğulduğu yer və tarix: Azərbaycan, Abşeron, xx.xx.1986, Yaşayış Yeri: Az0120, Abşeron Rayonu, Qobustan, Qobustan Kəndi (PEREKÜ, FİN: xxxxxxx, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2022-ci il tarixədək 10000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətin təmin edilməməsi haqqında **********601300 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarı ilə Baş İdarə tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3447 nömrəli və xx.xx.2022-ci il tarixli **********2390 nömrəli qərarlar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarlardan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X29 üzrə Baş İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X29 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2390 və xx.xx.2022-ci il tarixli **********3447 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11775/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X29 üzrə Baş İdarəsinin xx.xx.2022ci il tarixli **********2390 nömrəli qərarı ilə 22 sentyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Öz Ət” restoranının fəaliyyət göstərdiyi kafedə vergi orqanı əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı DVX 006196 nömrəli akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxs işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Həmin 5 nəfər fiziki şəxsə görə elə həmin gün fəaliyyətə başladığı müəssisənin barəsində Bakı şəhəri X29 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2390 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə 10000 (on min) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa Bakı şəhəri X29 üzrə Baş İdarəsinin 29 sentyabr 2022-ci il tarixli **********3447 nömrəli qərarı ilə 22 sentyabr 2022-ci il tarixdə yuxarıda qeyd edilən eyni obyektdə operativ vergi nəzarəti keçirilmiş və bu barədə akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Həmin aktın nəticəsi olaraq elə həmin gün fəaliyyətə başladığı müəssisənin barəsində Bakı şəhəri X29 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********3447 nömrəli vergi ödəyicisinin vergi qanun vericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə 1000 (bir min) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda göstərdiyi səbəblərə görə Bakı şəhəri X29 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2390 və xx.xx.2022-ci il tarixli **********3447 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarları qanunsuz və əsassızdır. Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydalarının 2.4-cü bəndinə əsasən Operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Belə ki, iddiaçı barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədi ilə işə zəruri hesab etdiyi sənədləri 25 oktyabr 2022-ci il tarixdə (saat 10:00, otaq 313) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X29 üzrə Baş İdarəsinə dəvət olunsa da, elə həmin tarixdə iştirakı ilə qeyd olunan ünvana getsə də iclas keçirildiyindən gözləməli olduğu bildirilmiş, lakin bir qədər gözlədikdən sonra daxili telefon vasitəsi ilə əlaqə saxlayıb zəruri hesab etdiyi sənədləri təqdim etmək istədiyini bildirdikdə yalnız poçt vasitəsi ilə təqdim edilməli olduğu, real vəziyyətdə sənəd qəbul edilmədiyi bildirilmişdir. Bundan sonra ərizə ilə müraciət edərək işə baxılmada iştirakının təmin edilməsi xahiş olunmuş, ərizəyə zəruri hesab etdiyi sənədlər əlavə edilməklə poçt vasitəsi ilə Bakı şəhəri X29 üzrə Baş İdarəsinə göndərilmişdir. Tərtib edilmiş xx.xx.2022-ci il tarixli DVX seriyalı 006196 nömrəli aktda 5 nəfərin əmək müqaviləsi olmadan işləməsi ilə bağlı hallar qeyd edilmiş və operativ vergi nəzarəti tədbiri zamanı və Vergi ödəyicisinin vergi qanun vericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilərkən yalnız əmək müqavilələri bildirişlərinə istinad edilmişdir. Halbuki, İaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi halları araşdırılmalı və həmin sənədlərin olub olmaması iş materiallarına əlavə edilməli olduğu halda vergi orqanı tərəfindən yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığı hallar araşdırılmışdır. Bu bir daha onu göstərir ki, vergi orqanı əməkdaşları tərəfindən qanunsuz və qəzərli yoxlama aparılmışdır. Bundan başqa DVX seriyalı 016639 nömrəli aktda müştəri tərəfindən sifariş edilmiş iaşə xidmətinə (yemək süfrəsi) görə nağd şəkildə ödənilmiş 14 manat məbləğə NKA çeki verilmədiyi qeyd edilib və obyektdə NKA olmadığı aşkar edilib. Lakin müştərinin kim olması, məbləğin kimin tərəfindən ödənilməsi qeyd edilməyib. Buna görə də yoxlama qərəzli aparılmış və əsassız yerə 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd edilən ünvanda yerləşən “Öz Ət” restoranında (kod: 14003) fərdi sahibkar kimi fəaliyyətə başlamaq üçün nəzarət kassa aparatının (NKA seriya nömrəsi C160320A********) adıma qeydiyyat məlumatlarının dəyişdirilməsi ilə əlaqədar 13 sentyabr 2022-ci il tarixdə "xxxx" MMC-yə müarciət etmişəm, elə həmin tarixdə 40 manat xidmət haqqını nağd şəkildə ödəmiş olsa da ödəniş barədə İMH 152432 seriya nömrəli kassa madaxil orderi 12 oktyabr 2022-ci il tarixdə təqdim edilmişdir. "xxxx" MMC tərəfindən 13 sentyabr 2022-ci il tarixli OT-NKA 18226 nömrəli, 16 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş xidmət müqaviləsi operativ vergi nəzarətini həyata keçirən əməkdaşların telefonla həmin şirkətlə əlaqə quraraq müdaxiləsindən sonra həmin gün yəni 22 sentyabr 2022-ci il tarixli təhvil-təslim aktı ilə bir yerdə iddiaçıya təqdim edilmişdir. İddiaçı fiziki şəxs kimi qeydiyyatdan keçməklə VÖEN ********** nömrə ilə qeydə alınaraq fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə iki il altı ay müddətə, yəni 08 fevral 2020-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 avqust 2022-ci il tarixdə cəza müddəti başa çatdığından azadlığa buraxılmışdır. Ona görə də qeyd olunan VÖEN üzrə fəaliyyətinin dayandırılması barədə Dövlət Vergi Xidmətini məlumatlandıra bilməmişdir. Azadlığa buraxıldıqdan sonra fəaliyyətini bərpa etmək qərarına gəlmiş, lakin cəzaçəkmə müəssisəsində olduğu vaxt, yəni 2020-2021-ci il tarixlərində "xxxx" LTD Şirkəti tərəfindən VÖEN ********** hesabı üzərində əməliyyat aparıldığı ona məlum olmuş və yaranmış maliyyə sanksiyası fəaliyyətini yenidən bərpa etməsinə maneə yaratmışdır. "xxxx" LTD Şirkətinə VÖEN ********** nömrəli hesabı ilə aparılmış əməliyyatlara dair sorğu edilmiş və yaranmış vəziyyətin aradan qaldırılması xahiş edilmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X29 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********1117 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 7 ünvanında yerləşən “Öz Ət” restoranında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti nəticəsində sözügedən obyektdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar olunaraq xx.xx.2022ci il tarixli DVX seriyalı 016639 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsini aldığı müəyyən edilmişdir. Belə ki, iddiaçıya məxsus obyektə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2022-ci il saat 13:30-da müştəri tərəfindən sifariş edilmiş iaşə xidməti (yemək süfrəsi) üçün ödənilmiş 14 (on dörd) manat məbləğində pul vəsaiti ödənilmiş, lakin bunun əvəzində müştəriyə NKA çeki təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, obyektdə nəzarətkassa aparatı yoxdur, odur ki, müştəri tərəfindən ödənilən məbləğ “Nəzarət-kassa aparatlarının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na müvafiq qeydlə yazılmışdır. Məlum olduğu kimi, vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək üçün kassa məlumatlarından istifadə olunur. Vergi ödəyicisi tərəfindən NKA-dan istifadə edilməməsi isə göstərilmiş xidmətlərə görə ödənilmiş məbləğlərin vergidən yayındırılması deməkdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci ilarixli **********3447 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. Operativ vergi nəzarəti zamanı, o cümlədən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 (beş) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş, bu barədə xx.xx.2022-ci il tarixli DVX seriyalı 006196 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş, iddiaçı aktı imzalamaqdan imtina etmiş, lakin imzalamaqla bir nüsxəsini qəbul etmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin yazılı izahatı alınmış və izahatında işçilər X22, X16, X12, X9 və X4 müddətinə işə götürmüş, sınaq müddətinin sonunda həmin şəxslərlə əmək müqaviləsi bağlayacaqdır. Həmçinin operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 5 nəfər fiziki şəxsin yazılı izahatları alınmışdır. Belə ki, X16 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında ünvan 4 ünvanında yerləşən “Öz Ət” adlı obyektdə 5 gündür ki, İddiaçı tərəfindən dönərçi olaraq işə qəbul edildiyini, onunla iddiaçı arasında əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 30 manat nağd formada İddiaçı aldığını, həmin obyektdə digər işçilərdən Əli, Şərəf, Niyaz və Sərxan adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X24 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında ünvan 4 ünvanında yerləşən “Öz Ət” adlı obyektdə 1 həftədir ki, İddiaçı tərəfindən aşbaz işinə qəbul edildiyini, onunla iddiaçı arasında əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 30 manat nağd formada İddiaçı aldığını, həmin obyektdə digər işçilərdən Rəcəb, Əli, Şərəf və Sərxan adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X12 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında ünvan 4 ünvanında yerləşən “Öz Ət” adlı obyektdə 3 gündür ki, İddiaçı tərəfindən xadimə işinə qəbul edildiyini, onunla iddiaçı arasında əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 20 manat nağd formada İddiaçı aldığını, həmin obyektdə digər işçilərdən Rəcəb, Əli, Niyaz və Sərxan adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X22 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında ünvan 4 ünvanında yerləşən “Öz Ət” adlı obyektdə 3 gündür ki, İddiaçı tərəfindən ofisiant işinə qəbul edildiyini, onunla iddiaçı arasında əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 15 manat nağd formada İddiaçı aldığını, həmin obyektdə digər işçilərdən Rəcəb, Şərəf və Niyaz adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X9 xx.xx.2022-ci il tarixlietirafedici izahat vermiş və izahatında ünvan 4 ünvanında yerləşən “Öz Ət” adlı obyektdə 1 həftədir ki, İddiaçı tərəfindən ofisiant işinə qəbul edildiyini, onunla iddiaçı arasında əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 15 manat nağd formada İddiaçı aldığını, həmin obyektdə digər işçilərdən Rəcəb, Əli, Şərəf və Niyaz adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********2390 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 10000 (on min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına və elektron qutusuna göndərilmişdir. İddiaçı tərəfindən həmçinin, aparılmış operativ vergi nəzarətinin nəticəsindən inzibati qaydada şikayət verilmiş, vergi orqanı tərəfindən həyata keçirilmiş inzibati icraat nəticəsində “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********601300 nömrəli Qərar qəbul edilmişdir. İnzibati şikayətin araşdırılması zamanı vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3447 nömrəli və 03.11,2022-ci il tarixli **********2390 nömrəli qərarlarının ləğv olunması ilə əlaqədar vergi ödəyicisi tərəfindən araşdırmaya tutarlı dəlillər (sənədlər) təqdim edilməmiş, aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin müraciətində göstərilənlər konkret faktlar və dəlillərlə sübuta yetirilməmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar həm əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktını, həm də əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 (beş) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktını bir daha sübut edir. Bundan əlavə, operativ vergi nəzarəti zamanı video çəkiliş həyata keçirilmişdir və video material etiraza əlavə edilərək məhkəməyə təqdim edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1627/2024 saylı 22 aprel 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədilə işə zəruri hesab etdiyi sənədləri 25 oktyabr 2022-ci tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X29 üzrə Baş İdarəsinə dəvət olunsa da, elə həmin tarixdə iştirakı ilə qeyd olunan ünvana getsə də, iclas keçirildiyindən gözləməli olduğu bildirilmiş, lakin bir qədər gözlədikdən sonra daxili telefon vasitəsilə əlaqə saxlayıb zəruri hesab etdiyi sənədləri təqdim etmək istədiyi bildirikdə yalnız poçt vasitəsilə təqdim edilməli olduğu, real vəziyyətdə sənəd qəbul edilmədiyi bildirilmişdir. Bundan sonra ərizə ilə müraciət edərək işə baxılmada iştirakının təmin edilməsi xahiş olunmuş, ərizəyə zəruri hesab etdiyi sənədlər əlavə edilməklə poçt vasitəsi ilə Baş İdarəyə göndərilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı tərtib edilmiş hər iki aktdanda görünür ki, vergi nəzarəti tədbirləri vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı, yəni onun iştirakı olmadan aparılmışdır. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsinin operativ vergi nəzarəti tədbirində iştirak etməsi üçün dəvət edilməsi və ya məlumat verilməsi barədə hər hansısa sübut yoxdur. Tərtib edilmiş xx.xx.2022-ci tarixli aktda 5 nəfərin əmək müqaviləsi olmadan işləməsi ilə bağlı hallar qeyd edilmiş və operativ vergi nəzarəti tədbiri zamanı və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilərkən yalnız əmək müqavilələri bildirişlərinə istinad edilmişdir. Halbuki iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin fəaliyyətə başlayanadək, “sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi halları araşdırılmalı və həmin sənədlərin olub olmaması iş materiallarına əlavə edilməli olduğu halda vergi orqanı tərəfindən yalnız Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə şərait yaradıldığı hallar yaradılmışdır. Bu bir daha onu göstərir ki, vergi orqanı əməkdaşları tərəfindən qanunsuz və qərəzli yoxlama aparılmışdır. Bundan başqa DVX seriyalı 016639 nömrəli aktda müştəri tərəfindən sifariş edilmiş iaşə xidmətinə görə nağd şəkildə ödənilmiş 14 manat ödənilmiş məbləğə NKA çeki verilmədiyi qeyd edilib və obyektdə NKA olmadığı aşkar edilib. Lakin müştərinin kim olması, məbləğin kimin tərəfindən ödənilməsi qeyd edilməmişdir. Buna görə də yoxlama qərəzli aparılmış və əsassız yerə 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir.X39nda fərdi sahibkar kimi fəaliyyətə başlamaq üçün nəzarət kassa aparatının adına qeydiyyat məlumatlarının dəyişdirilməsi ilə əlaqədar 13 sentyabr 2022-ci il tarixdə "xxxx" MMC-yə müraciət etmiş, elə həmin tarixdə xidmət haqqını nağd şəkildə ödəmiş olsamda ödəniş barədə kassa mədaxil orderi 12 oktyabr 2022-ci il tarixdə təqdim edilmişdir. MMC tərəfindən 13 sentyabr 2022-ci il tarixli OT-NKA 18226 nömrəli, 16 sentyabr 2022- ci il tarixdə tərtib edilmiş xidmət müqaviləsi operativ vergi nəzarətini həyata keçirən əməkdaşların telfonla həmin şirkətlə əlaqə quraraq müdaxiləsindən sonra həmin gün yəni 22 sentyabr 2022-ci il tarixli təhvil- təslim aktı ilə bir yerdə ona təqdim edilmişdir. O fiziki şəxs kimi qeydiyyatdan keçməklə VÖEN********** nömrəli qeydə alınaraq fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzazına məhkum edilmiş, 03 avqust 2022-ci il tarixdə cəza müddəti bitdikdən sonra azadlığa buraxılmış buna görə də qeyd olunan VÖEN üzrə fəaliyyətinin dayandırılması barədə Dövlət Vergi Xidmətini məlumatlandıra bilməmişdir. Vergi nəzarəti tədbiri vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan aparılmış, qanunsuz qaydada nəzarət kassa aparatına müdaxilə olunmuşdur. Birinci instansiya məhkəməsi sözügedən maddi normaların tələblərini də pozmuş, vergi orqanı əməkdaşları tərəfindən qanunu pozmaqla sübutların əldə olunmasına və həmin sübutlardan istifadə olunaraq vergi orqanı tərəfindən inzibati aktlar (Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar) qəbul edilməsinə baxmayaraq əsassız olaraq cavabdehin mövqeyindən çıxış edərək qanunsuz və əsassız qərar qəbul etmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin, VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 50-ci maddəsinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarlarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır. (Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (102)-945/2022 nömrəli və xx.xx.2022-ci il tarixli 2-1 (102)-1503/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-740/20222 nömrəli qərarları) Birinci instansiya məhkəməsi qeyd olunan maddənin tələblərini pozmuş, iş üzrə araşdırılmış sübutlara birtərəfli, yəni cavabdehin mövqeyindən yanaşmış, iddiaçının təqdim etdiyi sübutları qərarda şərh etsə də, onlara düzgün hüquqi qiymət verməmişdir. İddianın əsaslılığı məhkəmə iclasında araşdırılmış sübutlarla tam təsdiq edilməsinə baxmayaraq iddia təmin edilməmişdir. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibatı məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11775/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X29 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2390 və xx.xx.2022-ci il tarixli **********3447 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlarının ləğv edilməsi barədə iddiası üzrə iddia müddəti bərpa edilmişdir. Cavabdeh inzibati orqan hazırda iddia müddətinin bərpası məsələsini mübahisələndirmir. Odur ki, məhkəmə kollegiyası hazırki işin mahiyyəti üzrə araşdırılmasını mümkün hesab edir. İş üzrə müəyyən olunur ki, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X29 üzrə Baş İdarəsinə qarşı tələbi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X29 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2390 və xx.xx.2022-ci il tarixli **********3447 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsi” barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisələndirilən hər iki inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərin və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Azərbaycan Respublikasının Vergilər Nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Qaydaların 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. Həmin Qaydaların 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. Həmin Qaydaların 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. Həmin Qaydaların 2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. Həmin Qaydaların 10-cu bəndinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: Həmin Qaydaların 10.1-ci bəndinə əsasən bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. Həmin Qaydaların 10.2-ci bəndinə əsasən operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. Həmin Qaydaların 10.3-cü bəndinə görə operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. Həmin Qaydaların 10.4-cü bəndinə görə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıbbağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. Həmin Qaydaların 10.5-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. Həmin Qaydaların 10.6-cı bəndinə əsasən operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. Həmin Qaydaların 10.7-ci bəndinə əsasən operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. Həmin Qaydaların 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən həmin akta əsasən müvafiq köməklik göstərilməsi üçün Vergi Məcəlləsinin 26.2-ci maddəsinə uyğun olaraq digər dövlət hakimiyyəti orqanlarına müraciət oluna bilər. Operativ vergi nəzarəti tədbiri aşağıdakı prosedur ardıcıllıqla aparılır:
1. Vergi ödəyicisinin tam adı, eyniləşdirmə nömrəsi, onun rəhbərinin (və ya səlahiyyətli nümayəndəsinin) və ya fərdi sahibkarın soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədinin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli.
2. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar vergi ödəyicisinin rəhbərinə (və ya onun səlahiyyətli nümayəndəsinə) və ya fərdi sahibkara təqdim edilməli. 3.Vergi ödəyicisinin «Nəzarət kitabçası»nda operativ vergi nəzarətinin başlanması barədə müvafiq qeydiyyat aparılmalı.
4. Operativ vergi nəzarətini həyata keçirmək məqsədi ilə vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən müvafiq izahatlar, arayışlar, məlumatlar almalı və zəruri sənədlərlə tanış olmalı.
5. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə operativ vergi nəzarətinin həyata keçirildiyi vaxta vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilməli.
6. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilməli.
7. İşlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərlə işəgötürən arasında Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş qaydada əmək müqavilələrinin mövcudluğu araşdırılmalı, zərurət olduğu halda bu müqavilələrin surətləri götürülməli.
8. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri bağlamaqla işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərə əmək kitabçalarının aparılması, maaş cədvəllərinin tərtib edilməsi, işçilərdən gəlir vergisinin tutulması araşdırılmalı.
9. İşəgötürənin sosial müdafiə fondunda qeydiyyatı və bu fonda ayırmalar araşdırılmalı.
10. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə əmək müqavilələri bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin sayı müəyyənləşdirilməli və bu şəxslərin siyahısı tərtib olunmalı.
11. Operativ vergi nəzarətinin nəticələri barədə Vergilər Nazirliyinin müəyyən etdiyi formada vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə akt tərtib edilməli.
13. Tərtib olunmuş aktın bir nüsxəsi təqdim edilmə tarixi göstərilməklə vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilməlidir. Hazırki işdə Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********3447 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı (doğulduğu yer və tarix: Azərbaycan, Abşeron, xx.xx.1986, Yaşayış Yeri: Az0120, Abşeron Rayonu, Qobustan, Qobustan Kəndi (PEREKÜ, FİN: xxxxxxx, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2022-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Eyni zamanda Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********2390 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı (doğulduğu yer və tarix: Azərbaycan, Abşeron, xx.xx.1986, Yaşayış Yeri: Az0120, Abşeron Rayonu, Qobustan, Qobustan Kəndi (PEREKÜ, FİN: xxxxxxx, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2022-ci il tarixədək 10000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətin təmin edilməməsi haqqında **********601300 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarı ilə Baş İdarə tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3447 nömrəli və xx.xx.2022-ci il tarixli **********2390 nömrəli qərarlar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı vergi orqanının qəbul etdiyi həmin qərarlarla razılaşmayaraq onların ləğvi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin olunmamışdır. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X29 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1117 nömrəli qərarına əsasən İddiaçı (VÖEN **********) məxsus olan obyektdə (ünvanı: AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 7), obyektin adı: X39 (**********-14003), fəaliyyət Növü: restoranlar tərəfindən xidmətlərin göstərilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY221783695 nömrəli çıxarışda göstərilmişdir ki, yoxlayıcı orqanın adı: iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: İddiaçı, Yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i: **********, Yoxlamanın müddəti (başlama, sona çatma tarixi): xx.xx.2022-xx.xx.2022, Yoxlanılan dövr: Cari fəaliyyət, Yoxlamanın predmeti və hüquqi əsasları: Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, (Azərbaycan Respublikasının Vergi Məcəlləsi,Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi,xx.xx.2000.Maddə 50.1.3), Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. [Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi,xx.xx.2000.Maddə 50.1.7], Yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü: 14003 Öz Ət restoran; AZ1102 Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov ev 7 m,-; restoranlar tərəfindən xidmətlərin göstərilməsi, Yoxlamanın növü: Operativ Vergi nəzarəti, Yoxlamanın tipi: Plandankənar (növbədənkənar), Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar; Vergi Məcəlləsi, maddə 50.2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2022-ci il tarixli, DVX 006196 nömrəli Aktda qeyd edilmişdir ki, İddiaçı (VÖEN:**********) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 7 ünvanında yerləşən “Öz ət” Restoranında İddiaçı iştirakı ilə müəyyən olundu: xx.xx.2022-ci il tarixdə saat 13:35-də aparılmış yoxlanışda hər hansı rəsmi sənəd təqdim edilmədi, restoran tərəfindən ictimai iaşə xidmətinin yerinə yetirilməsinə cəlb olunmuş 5 (beş) şəxsdən 5 (beş) nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə, bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilir. Nəzarət kitabçası təqdim edilmədi. Fərdi sahibkar İddiaçı Aktın bir nüsxəsini əlavələrlə birlikdə almış və bu barədə “Nəzarət kitabçası”nda qeyd aparıb imza etmişdir. Fərdi sahibkar İddiaçı tərtib olunmuş aktla tanış olmasına və aktın bir nüsxəsini almasına baxmayaraq hər hansı əsaslı səbəb gətirmədən akta imza etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2022-ci il tarixli, 006196 saylı akta əlavədən görünür ki, xx.xx.2022-ci il tarixdə fərdi sahibkar İddiaçı məxsus “Öz ət” Restoranda aparılmiş operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 05 nəfər fiziki şəxslərin siyahısı: 1. X22 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA2445824, qeydiyyat ünvanı: Yasamal rayonu, Y/Yasamal y/massivi, 1-ci şəhərsalma kompleksi, ev 6, mənzil 210. 2. X16 -Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA3208240, qeydiyyat ünvanı: Göyçay rayonu, Kürdşaban ə/d, Kürdşaban kəndi. 3. X13 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA0367863, qeydiyyat ünvanı: Şirvan şəhəri, Füzuli küçəsi, ev 1A. 4. X24 -Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE15473361, qeydiyyat ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 66, mənzil 46 5. X9 -Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA1915458, qeydiyyat ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 22. İddiaçı (şəxsiyyət vəsiqəsi seriya/№ AA*******) xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X29 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, X39nda təxmini olaraq 15 gündür ki, (həbsdən çıxdığı 25 gün olar) sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Fəaliyyətə başladıqdan sonra kassanı qeydiyyata düşməsi üçün müraciət edib ödəniş etmişdir, lakin kassanın qeydiyyata düşməsindən 10 günə yaxın vaxt keçməsinə baxmayaraq kassa servis işçisi telefonlarına cavab vermir və kassa aparatını gətirib vermir. Nəzarət kassa aparatı işləmədiyi müddətdə əməliyyatların uçotunun aparılması kitabından istifadə etmişdir. Sahibkarlıq fəaliyyətinə yeni başladığı üçün işçilərin tez-tez dəyişməsi ilə əlaqədar olaraq işçiləri 1-5 gün sınaq müddətinə işə götürür. X1, X10, X7, X17, X2 müddətinə işə götürüb. Sınaq müddətinin sonunda əmək müqaviləsi bildirişləri bağlayacaq. Həbsdən yeni çıxmağını, sahibkarlıq fəaliyyəti ilə yeni başlamağını, 2-ci qrup əlil olmağını nəzərə alaraq köməklik göstərilməsini xahiş etmişdir. Söz verir ki, yaranmış nöqsanları tez bir zamanda aradan qaldıracaq. X22 (şəxsiyyət vəsiqəsi seriya/№ AA2445824) xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X29 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 3 gündür ki İddiaçı tərəfindən dönərçi vəzifəsinə işə götürülüb. Əmək müqaviləsi və ya xidməti müqavilə bağlanmayıb. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi təqdim olunmayıb. Əmək haqqını gündə 15 manat nağd şəkildə Tural bəydən alır. İş saatı 09:30-20:00-dır. Nahar fasiləsi 15:00-16:00 arasıdır. Gündəlik iş saatı 09 saatdır. Həftənin 6 günü iş günüdür, bu da aylıq 54 saat edir. Məzuniyyət hüququ yaranmayıb. Gündəlik əmək haqqı 15 manatdır. Rəcəb (dönərçi), Tural (müdir), Şərəf (xadimə), Niyaz (aşbaz), adlı şəxsləri tanıyır. Vergi ödəyicisi kimi vergi orqanında əvvəllər qeydiyyatdan keçməmişdir. Öz hüquq və vəzifələrini bilir, izahatı öz yazmış, əlavəsi yoxdur. Düzgünlüyünü imzası ilə təsdiq edir. X16 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE AA3208240) xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X29 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 5 gündür ki İddiaçı tərəfindən dönərçi vəzifəsinə işə götürülüb. Əmək müqaviləsi və ya xidməti müqavilə bağlanmayıb. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi təqdim olunmayıb. Əmək haqqını gündə 30 manat Tural bəydən alır. İş saatı 09:00-20:00-dır. Nahar fasiləsi 15:00-16:00 arasıdır. Gündəlik iş saatı 10 saatdır. Həftənin 6 günü iş günüdür, bu da aylıq 60 saat edir. Məzuniyyət hüququ yaranmayıb. Gündəlik əmək haqqı 30 manatdır. Əli (ofisiant), Şərəf (xadimə), Niyaz (aşbaz), Sərxan (ofisiant) adlı şəxsləri tanıyır. Vergi ödəyicisi kimi vergi orqanında əvvəllər qeydiyyatdan keçməmişdir. Öz hüquq və vəzifələrini bilir, izahatı öz yazmış, əlavəsi yoxdur. Düzgünlüyünü imzası ilə təsdiq edir. X13 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE AA0367863) xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X29 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 3 gündür ki İddiaçı tərəfindən xadimə vəzifəsinə işə götürülüb. Əmək müqaviləsi və ya xidməti müqavilə bağlanmayıb. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi təqdim olunmayıb. Əmək haqqını gündə 20 manat nağd Tural bəydən alır. İş saatı 08:00-21:00-dır. Nahar fasiləsi 15:00-16:00 arasıdır. Gündəlik iş saatı 12 saatdır. Həftənin 6 günü iş günüdür, bu da aylıq 72 saat edir. Məzuniyyət hüququ yaranmayıb. Gündəlik əmək haqqı 30 manatdır. Əli (ofisiant), Rəcəb (dönərçi), Niyaz (aşbaz), Sərxan (ofisiant) adlı şəxsləri tanıyır. Vergi ödəyicisi kimi vergi orqanında əvvəllər qeydiyyatdan keçməmişdir. Öz hüquq və vəzifələrini bilir, izahatı öz yazmış, əlavəsi yoxdur. Düzgünlüyünü imzası ilə təsdiq edir. X24 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE********) xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X29 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 1 həftədir ki, İddiaçı tərəfindən aşbaz vəzifəsinə işə götürülüb. Əmək müqaviləsi və ya xidməti müqavilə bağlanmayıb. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi təqdim olunmayıb. Əmək haqqını gündə 30 manat Tural bəydən alır. İş saatı 09:00-19:00-dır. Nahar fasiləsi 15:00- 16:00 arasıdır. Gündəlik iş saatı 09 saatdır. Həftənin 5 günü iş günüdür, bu da aylıq 45 saat edir. Məzuniyyət hüququ yaranmayıb. Gündəlik əmək haqqı 30 manatdır. Rəcəb (dönərçi), Əli (ofisiant), Şərəf (xadimə), Sərxan (ofisiant) adlı şəxsləri tanıyır. Vergi ödəyicisi kimi vergi orqanında əvvəllər qeydiyyatdan keçməmişdir. Öz hüquq və vəzifələrini bilir, izahatı öz yazmış, əlavəsi yoxdur. Düzgünlüyünü imzası ilə təsdiq edir. X9 (şəxsiyyət vəsiqəsi seriya/№ AA1915458) xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X29 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 1 gündür ki, İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə götürülüb. Əmək müqaviləsi və ya xidməti müqavilə bağlanmayıb. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi təqdim olunmayıb. Əmək haqqını gündə 15 manat Tural bəydən nağd alır. İş saatı 08:00-18:00-dır. Nahar fasiləsi 15:00-16:00 arasıdır. Gündəlik iş saatı 09 saatdır. Həftəlik iş rejimi dəqiqləşməyib. Məzuniyyət hüququ yaranmayıb. Gündəlik əmək haqqı 15 manatdır. Rəcəb (dönərçi), Əli (ofisiant), Niyaz (aşbaz), Şərəf (xadimə), adlı şəxsləri tanıyır. Vergi ödəyicisi kimi vergi orqanında əvvəllər qeydiyyatdan keçməmişdir. Öz hüquq və vəzifələrini bilir, izahatı öz yazmış, əlavəsi yoxdur. Düzgünlüyünü imzası ilə təsdiq edir. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli, DVX seriyalı 016639 nömrəli aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 7 ünvanında yerləşən X39na xx.xx.2022-ci il tarixdə saat 13:30-da müştəri tərəfindən sifariş edilmiş iaşə xidməti üçün 14 (on dörd) manat məbləğində nağd pul ödənildi, lakin əvəzinə müştəriyə NKA çeki təqdim edilmədi. Tərəfimizdən həyata keçirilən araşdırma zamanı müəyyən olundu ki, obyektdə --- NKA yoxdur. Bu səbəbdən müştəri tərəfindən ödənilən həmin məbləğ nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların --- kitabına müvafiq qeydlə yazıldı və nəticədə isə fərdi sahibkar İddiaçı (VÖEN**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 83.16-cı bəndinin tələblərini pozmuş və buna görə də İddiaçı Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması tövsiyə edilir. “Nəzarət kitabçası” təqdim edilmədi. İşin apellyasiya baxışı zamanı məhkəmə iclasında şahid qismində dindirilən yoxlamada iştirak etmiş cavabdeh qurumun 2-ci şöbəsinin böyük dövlət vergi müfəttişi X23 ifadəsində bildirmişdi ki, “Öz Ət” adlı obyektdə operativ vergi yoxlaması aparılan zamanı ödənilmiş 14 manat pul kassaya vurulmamış, həmçinin 5 nəfərlə əmək və ya xidməti müqaviləsi bağlanmadan onların işlərin görülməsinə cəlb edildiyi müəyyən olunmuş, həmin şəxslərdən, həmçinin obyekt sahibindən sərbəst şəkildə izahatlar alınmış və sonuncular həmin faktları təsdiq etmişlər. Digər- yoxlamada iştirak etmiş cavabdeh qurumun 1-ci şöbəsinin böyük dövlət vergi müfəttişi X11 ifadəsində bildirmişdi ki, yoxlamanın məqsədi obyektdə nağd hesablaşmaların vergi qanunvericiliyinin tələblərinə uyğun olub-olmamasının və işçilərlə əmək müqaviləsinin bağlanıb-bağlanmamasının yoxlanılması olmuşdur. Yoxlama zamanı obyektdə göstərilən xidmətə görə 14 manat pulun kassaya vurulmaması aşkarlanmış, bunun səbəbi obyekt sahibi tərəfindən kassa aparatının olmaması ilə əsaslandırılmış, həmçinin 5 nəfər şəxsin əmək müqaviləsi olmadanişlərin görülməsinə cəlb edildiyi müəyyən olunmuş, bunun səbəbi isə onların sınaq müddətində olması ilə izah edilmişdir. Yoxlama zamanı izahatı alınan şəxslər sərbət şəkildə izahat vermişlər və onlara bu zaman hər hansı təzyiq göstərilməmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların etibarlılığı məhkəmədə şübhə yaratmır. Həmin izahatların zor tətbiqi, hədə-qorxu ilə alındığı hər hansı şəkildə öz təsdiqini tapmır. Beləliklə, aparılan araşdırmalar nəticəsində məlum olmuşdu ki, vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri qanunda müəyyən edilmiş prosedur ardıcıllıqla aparılmış, belə ki, operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisi barədə məlumatlar tam qeyd edilməklə, vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumatlar əldə edilmiş, əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb olunan fiziki şəxslərin şəxsiyyət vəsiqə rekvizitləri müəyyənləşdirilmiş, onların aldıqları əmək haqqı məbləğləri, aydınlaşdırılmış, 5 nəfər fiziki şəxsin izahatları alınmış, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin surətinin verilmədiyi, həmin fiziki şəxslərin hansı tarixdən işlərin yerinə yetirilməsinə cəlb edilmələri müəyyənləşdirilmişdir. Qeyd olunmalıdır ki, iddiaçıya məxsus obyektdə aparılmış operativ vergi nəzarəti nəinki qanunvericiliyin tələblərinə müvafiq şəkildə, vergi qanunvericiliyi ilə müəyyən edilmiş prosedur qaydalara uyğun olmuş, eyni zamanda həmin operativ vergi nəzarəti zamanı aşkar olunmuş hal- 5 nəfər şəxslə (X22, X16, X13, X24, X9) əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmə faktı tam sübuta yetirilir. Həmin şəxslər operativ vergi yoxlaması zamanı verdikləri izahatlarında əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb olunmaları faktını təsdiqləmişlər. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində - a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək və c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 183 №-li qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilmişdir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti zamanı keçirilən zaman əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edildiyi müəyyən olunan 5 nəfər işlərin görülməsinə cəlb edilmə faktı tam sübuta yetirildiyi üçün vergi orqanı tərəfindən iddiaçıya münasibətdə maliyyə sanksiyasının tətbiq olunması əsaslı olmuşdur. Bundan başqa, işin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş sənədlərdən, o cümlədən Vergi ödəyicisinin obyekti barədə məlumatdan görünür ki, “Öz Ət” Restoran xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Buna baxmayaraq iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən nəzarət kassa aparatı mövcud olmamışdır və bu fakt iddiaçının verdiyi izahatında da özü tərəfindən təsdiq olunmuşdur. “Azərbaycan Respublikasının Vergilər Nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 7-ci bəndində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi müəyyən olunmuşdur. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 7.2-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. 7.3-cü bəndinə görə vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. 7.4-cü bəndinə görə NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X38), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. 7.5-ci bəndinə əsasən alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. 7.12-ci bəndinə əsasən işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. 7.15-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarətkassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarətkassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyi üçün ona 1000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı cavabdeh vergi orqanı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********3447 nömrəli xx.xx.2022-ci il tarixli qərarı qəbul etməkdə haqlı olmuşdur. Qeyd olunanlarla bağlı aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə araşdırmaları zamanı tam təsdiqini tapmamış, cavabdeh tərəfindən təqdim edilmiş yoxlama materialları ilə təkzib edilmişdir. Belə olan halda vergi orqanı iddiaçı barəsində operativ vergi yoxlaması ilə bağlı xx.xx.2022-ci il tarixli **********2390 və xx.xx.2022-ci il tarixli **********3447 nömrəli qərarları qəbul etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1627/2024 saylı 22 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1627/2024 saylı 22 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova X32 Elvin Əliyev