Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2967/2025 21.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə- 129838/2024 saylı imtina məktubunun əsassız hesab edilməsi, xx.xx.1985-ci il tarixindən bu günə kimi olan dövrün güzəştli sosial sığorta staji hesab edilməsi və iddiaçıya xx.xx.2023-cü il tarixindən, 60 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovun və X1 ibarət tərkibdə, Əmənova Türkan Kamran qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1805/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. “Azərbaycan X7” QSC İstehsalat Xidməti İdarəsinin 07 nömrəli xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, X6 -xx.xx.1985- xx.xx.1986-cı illərdə Elektroradionaviqasiya avadanlıqlarına texniki xidmət kamerasında 1-ci dərəcəli radiomontajçı kimi işə başlamış, xx.xx.1986-xx.xx.1986-ci illərdə Elektroradionaviqasiya avadanlıqlarına texniki kamerasına 2-ci dərəcəli radiomontajçı keçirilmiş, xx.xx.1986-xx.xx.1986-ci illərdə Elektroradionaviqasiya avadanlıqlarına texniki xidmət kamerasına 3-cü dərəcəli radiomontajçı keçirilmiş, xx.xx.1986xx.xx.1987-ci illərdə Elektroradionaviqasiya avadanlıqlarına texniki xidmət kamerasına 4-cü dərəcəli radiomontajçı keçirilmiş,Əmr № 219 xx.xx.1986-ci il Azərbaycan SSRnin Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə)işdən azad edilmiş; xx.xx.1988- xx.xx.1988-ci illərdə Rabitə və elektroradionaviqasiya avadanlıqlarına texniki xidmət kamerasının 3-cü dərəcəli radiomontajçı işə başlamış, xx.xx.1988xx.xx.1989-cu illərdə Rabitə və elektroradionaviqasiya avadanlıqlarına texniki xidmət kamerasının 4-cü dərəcəli radiomontajçı keçirilmiş, xx.xx.1989-xx.xx.2014-cü illərdə Rabitə və elektroradionaviqasiya avadanlıqlarına texniki xidmət kamerasının 5-ci dərəcəli radiomontajçı keçirilmiş, Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən ADXDG-nin və ARDNŞ XDND-nin yenidən təşkili yolu ilə "xxxx" QSC (Cəmiyyət) yaradılmış həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmiş, xx.xx.2014- xx.xx.2015-ci illərdə Rabitə və elektroradionaviqasiya avadanlıqlarına texniki xidmət kamerasının 6-ci dərəcəli gəmi radioquraşdırıcısı vəzifəsinə keçirilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2a maddəsinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2015-xx.xx.2022-ci illərdə Rabitə və elektroradionaviqasiya avadanlıqlarına texniki xidmət kamerasının 6ci dərəcəli gəmi radioquraşdırıcısı vəzifəsinə işə qəbul edilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) əmək müqaviləsinə xitam verilmiş (Əmr № 2436-k xx.xx.2022), xx.xx.2022- ci ildən hal-hazıra kimi Rabitə və elektroradionaviqasiya avadanlıqlarına texniki xidmət kamerasının 6-ci dərəcəli gəmi radioquraşdırıcısı vəzifəsində işləyir.
2. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək texniki peşə məktəbində təhsil alıb, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək Sovet Ordusunda qulluq edib, xx.xx.1985-ci ildən xx.xx.1987- ci ilədək baza elektronaviqasiya kamerasının 1-ci dərəcəli radiomontajçı vəzifəsində işləyib, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək 4-cü dərəcəli Azərittifakın TKC-də yığmaçı işləmiş, xx.xx.1988-ci ildən Qaz ERN kamerasına radiomontajçı qəbul edilmiş, xx.xx.2014-cü ildə texniki xidmət kamerasına 6-cı dərəcəli gəmi radioquraşdırıcısı vəzifəsinə keçirilib və xx.xx.2015-ci ildə tutduğu vəzifədən azad edilib, xx.xx.2015- xx.xx.2022-ci illərdə Rabitə və elektroradionaviqasiya avadanlıqlarına texniki xidmət kamerasının 6-ci dərəcəli gəmi radioquraşdırıcısı vəzifəsində işləmiş, xx.xx.2022-ci ildə gəmi radioquraşdırıcısı vəzifəsinə qəbul edilmiş və hal-hazırda işləyir.
3. Azərbaycan X7” QSC X2 xx.xx.2025-ci il tarixli 13-3-1/3-9-71/2025 nömrəli arayışına əsasən İddiaçı həqiqətən Azərbaycan Dövlət Xəzər X4 Elektronaviqasiya kamerasında xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək və xx.xx.1988-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək radioquraşdırıcı vəzifəsində işləmişdir. İddiaçı güzəştli iş stajı 30 il 07 ay 05 gün təşkil edir. Qeyd edilən iş stajı və vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 N-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 11.6-cı bəndinin (Qazanxana gəmi gövdəsi, gəmigayırma və gəmi təmiri işlər)"a" yarımbəndinə (gəmi elektrik radio quraşdırıcıları,gəmi elektrik quraşdırıcıları) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetininxx.xx.1998-ci il tarixli 154 N-li Qərarına əsasən X7 Azərbaycan Dövlət X7 adlandırılmışdır.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 N-li və xx.xx.2014-cü il tarixli 213 N-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X7nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X5 yenidən təşkili yolu ilə “Azərbaycan X7” Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir.
4. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 04 iyun 2024-cü il tarixli, 3-17-1/2-Ə-129838/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda qeyd edilmişdir ki, mərkəzi Filiala təqdim edilən “Azərbaycan X7” QSC-nin sizə dair 12 fevral 2024-cü il tarixli 07 nömrəli arayışında xx.xx.1985-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində X10 Donanmasında Elektronaviqasiya avadanlıqlarına texniki xidmət kamerasında radiomontajçı və xx.xx.2014-cü il tarixindən bugünədək isə həmin müəssisədə gəmi radioquraşdırıcısı vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi sahə sözügedən arayışda istinad edilən yuxarıda göstərilən sahələrə aid deyil. Bundan başqa, işlədiyi radiomontajçı və gəmi radioquraşdırıcısı vəzifələri sözügedən arayışda istinad edilmiş yuxarıda göstərilən çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər vəzifələrinə uyğun deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə129838/2024 saylı imtina məktubunun əsassız hesab edilməsi, xx.xx.1985-ci il tarixindən bu günə kimi olan dövrün güzəştli sosial sığorta staji hesab edilməsi və iddiaçıya xx.xx.2023-cü il tarixindən, 60 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 14.12. 1963-cü ildə anadan olmuş, 14.
12. 2023-cü il tarixinə 25 ildən çox ümumi və 12 il 6 aydan cox güzəştli iş stajı olduğuna görə 60 yaşı tamam olan gündən yəni xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədləri ərizəsinə əlavə edərək birinci dəfə xx.xx.2024 -cü il tarixində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Mərkəzi Filial xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə19575/2024 saylı cavab məktubu ilə iddiaçıya güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydas”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsinin zəruri olduğunu bildirdilər. Məktubda eyni zamanda bildirirdilər ki, qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışı Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. xx.xx.2024-cü il tarixində “X7” QSC-i tərəfindən verilmiş 12.02. 2024-cü il tarixli 07 saylı “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışında əlavə etməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün təkrar müraciət etmişdir. Göstərilən arayışda işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətlərinin göstərilməsinə baxmayaraq Mərkəzi Filialın əməkdaşları tərəfindən heç bir araşdırma aparılmadan, vəzifəsinin arayışda qeyd edilən xüsusiyyətləri qarşılıqlı yoxlanılmadan 04.06. 2024-cü il tarixli 3-17-1/2-Ə- 129838/2024 saylı məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Göründüyü kimi, İddiaçı işlədiyi sahə sözügedən arayışda istinad edilən yuxarıda göstərilən sahələrə aid deyil. Bundan başqa, iddiaçının işlədiyi radiomontajçı və gəmi radioquraşdırıcısı vəzifələri sözügedən arayışda istinad edilmiş yuxarıda göstərilən çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər vəzifələrinə uyğun deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1805/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-129838/2024 saylı imtina məktubunun əsassız hesab edilməsi, İddiaçı xx.xx.1985-ci il tarixindən bu günə kimi olan dövrün güzəştli sosial sığorta staji hesab edilməsi və iddiaçıya xx.xx.2023-cü il tarixindən, 60 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə iddiaçının müvafiq güzəştli iş stajının araşdırılması zamanı iş yerindən təqdim edilmiş arayışı digər sübutlarla birlikdə qiymətləndirmədən yeganə hüquqi əsas kimi götürmüş, arayışın məzmununu diqqətlə tədqiq etməli, qiymətləndirməli, həmçinin arayış barədə onu vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb etməli olduğu halda işi tam, hərtərəfli araşdırmayaraq işdə olan sənədlərlə kifayətlənmişdir. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsinin məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun: 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 13 may 2022-ci il tarixədək olan qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixdən qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)
19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
20. Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı Fəhad oğlu cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 21.Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının işlədiyi radiomontajçı və gəmi radioquraşdırıcısı vəzifələri şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında istinad edilmiş çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər vəzifələrinə uyğun olmadığından ona 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
22. Cavabdeh orqan tərəfindən konkret mübahisələndirilən hal iddiaçının güzəştli iş stajının olmamasıdır.
23. İşdə olan “Azərbaycan X7” QSC X3 tərəfindən verilmiş arayışda iddiaçının həmin müəssisədə işlədiyi, cavabdeh tərəfindən qəbul etməkdən imtina etdiyi gəmi elektrik radio quraşdırıcı vəzifəsində güzəştli stajının 12 il 06 ay şərtini ödəməsini təsdiq edir.
24. Eyni zamanda işin apellyasiya baxışı zamanı “Azərbaycan X7” QSC tərəfindən xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Radiomontajçı- "xxxx" QSC - nin tabeliyində olan gəmilərdə, idarə və müəssisələrdə quraşdırılmış şualanma mənbəyi olan radiolokasiya stansiyalarının (RLS), 406 meqa hers tezliklə işləyən qəza radiobuyların (QRB), beynəlxalq qəbuledici naviqasiya sputnik sistemlərinin (GPS), verici, qəbuledici və ötürücü radiostansiyaların (UQD), ultra yüksək tezlikli dalğalar (UYTD), həddən artıq yüksək tezlikli dalğaların (HAYTD) tezliyinin yoxlanılmasını, tənzimlənməsini, yoxlama testlərinin keçirilməsini, kodlaşdırılmasını qüsurların aşkar olunmasını, naviqasiya avadanlıqlarının təmirini, quraşdırılmasını mütəmadi olaraq heyata keçirir və hər an şualanmaya məruz qalır. Bunları nəzərə alaraq fərdi mühafizə vasitələri ilə təmin edilir. Gəmi radioquraşdırıcı- "xxxx" QSC - nin tabeliyində olan gəmilərdə, idarə və müəssisələrdə quraşdırılmış şualanma mənbəyi olan radiolokasiya stansiyalarının (RLS), 406 meqa hers tezliklə işləyən qəza radiobuyların (QRB), beynəlxalq qəbuledici naviqasiya sputnik sistemlərinin (GPS), verici, qəbuledici və ötürücü radiostansiyaların (UQD), ultra yüksək tezlikli dalğalar (UYTD), həddən artıq yüksək tezlikli dalğaların (HAYTD) tezliyinin yoxlanılmasını, tənzimlənməsini, yoxlama testlərinin keçirilməsini, kodlaşdırılmasını qüsurların aşkar olunmasını, naviqasiya avadanlıqlarının təmirini, quraşdırılmasını mütəmadi olaraq heyata keçirir və hər an şualanmaya məruz qalır. Bunları nəzərə alaraq fərdi mühafizə vasitələri ilə təmin edilir.
25. Kollegiya qeyd edir ki, göründüyü kimi pensiya hüququ yaranan xx.xx.2023-cü il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 06 ayından çox yəni, 30 il, 07 ay, 05 gün təşkil edir.
26. Beləliklə də, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən ona 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozur.
27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 28.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 29.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1805/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 30.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1805/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.