Məhkəmə qərarları › İş №2-1(103)-2968/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2968/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2968/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızının və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin 18 yaşınadək müəyyən edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5668/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək şəhid ailəsi üzvü statusu verilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respubılikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Ekspertiza və Reablitasiya Xidmətinin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməyini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5668/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında onun tələbi “əlillik dərəcəsinin sağlamlıq imkanlarının məhdudluğunun 18 yaşdan əvvəlki tarixə müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dəqiqləşdirilmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...xx.xx.1980-cı ildə Şuşa şəhərində anadan olmuş, 1985-ci ilin dekabr ayının əvvələrində qaynar su qazanı üzərinə tökülmüş və o, güclü yanıq xəsarətləri almışdır. Onu dərhal xəstəxanaya aparmış, 3 ay Şuşa şəhər xəstəxanasında, sonra isə Bakı şəhərinə Semaşko adına xəstəxanada 3 ay müalicə almışdır. 1992-ci ilin may ayının 8-də Şuşa şəhəri erməni qəsbkarları tərəfindən işğal olunan zaman atası döyüşlərdə şəhid olmuş, bundan sonra, onlar Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gənc Kosmanavt uşaq düşərgəsində məskunlaşmışlar. Anası onkoloji xəstədir, o özü uşaq olduğu üçün əlilliyin sənədləşdirilməsi ilə əlaqədar vaxtında həkim komissiyasna müraciət edə bilməmişdir. 1998-ci ildə hərbi xidmətə çağırıldıqda həkim komissiyasından keçərkən hərbi xidmətə yararasız, hətta ona əlillik dərəcəsi verilməli olduğunu bildirmişlər. Həkim Komissiyası təyinatla VTEK-ə göndərmiş və orada ona 3-cü dərəcə əlillik qrupu təyin edilmiş, sonra isə 2-ci qrupa keçirmişdirlər. Sonradan isə yenidən 3-qrup müddətsiz əlilik statusu verilmişdir. Həmin ərəfədə onun 19 yaşı var idi. 3-cü qrup əlili kimi o, hər ay 150 manat pul alırdı. Onun şəhid ailəsinin üzvü hesab edilməsinə mane ola biləcək hal odur ki, əlilik dərəcəsi ona 18 yaş deyil, məhz 19 yaşında verilib. Halbuki onun yanıqları 5 yaşında olmuşdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5668/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir (Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmiş, apellyasiya mümkündür). Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə qərar qəbul edərkən, atasının şəhid olduğunu, anasının onkoloji xəstə, özünün isə usaq olması səbəbindən əlilliyin sənədləşdirilməsi ilə ə/aqədər vaxtında həkim komissiyasına müraciət edə bilmədiyini nəzərə almamışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesaba gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının dəqiqləşdirilmiş iddia tələbindən göründüyü kimi, əlillik dərəcəsinin (sağlamlıq imkanlarının məhdudluğunun) 18 yaşdan əvvəlki tarixə müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, birinci instansiya məhkəməsinin qərardadı ilə barədə iddia mümkün sayılmamışdır. Məhkəmə kolegiyası aşağıdakılara görə belə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İşə əlavə olunmuş birinci instansiya məhkəməsinin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş xx.xx.1980-cı il təvəllüdlü iddiaçı barəsində sənədlərin surətlərinə, o cümlədən, X5 Komissiysının (“TSEK”) müayinə aktlarına əsasən müəyyən ounur ki, ilkin olaraq TSEK-in xx.xx.2000-ci il tarixli qərarı ilə ona bir il müddətinə (növbəti müayinə tarixi xx.xx.2001-ci il tarixi müəyyən edilməkdlə) əlilillik təyin olunmuş, növbəti illərdə onun əlilliyi hər dəfə bir müddətinə müəyyən olunmaqla öz davamını tapmış və xx.xx.2009-cu il tarixdə isə ona uşaqlıqdan üçüncü qrup müddətsiz əlillik təyin edilmişdir. Təqdiq olunan müayinə aktlarından göründüyü kimi, xx.xx.1980-cı il təvəllüdlü iddiaçıya ilk dəfə 19 yaşında (19 yaş 8 ay) TSEK-in xx.xx.2000-ci il tarixli qərarı ilə bir il müddətinə üçüncü dərəcə əlillik təyin olunmuş, daha sonra, onun əlilliyi TSEK-in qərarları hər dəfə bir müddətinə təsdiq olunmuş və xx.xx.2009-cu il tarixdən isə ümumi xəstəlbik səbəbi ilə ona 3-cü qrup ömürlük əlillik təyin olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Şəxsin əlilliyinin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilməsi barədə inzibati orqanın qərarı hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə də iddiaçının TSEK-in istər ilkin əlillik təyinatı ilə bağlı xx.xx.2000-ci il tarixli qərarını, istərsə də bundan sonrakı əlillik təyinatları üzrə qəralarını mübahtisələndirmədən, konkret halda əlilliyinin (mağlamlıq imkanlarının məhdudluğunun) 18 yaşınandək təyin edilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən tələb etmişdir. Halbuki, 28 dekabr 1999-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan SSR Mülki Prosessual Məcəlləsi ilə də nəzərdə tutulurdu ki, 243-5-ci maddəsi də nəzərdə tuturdu ki, vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət verildikdən sonra, ərizəçi 1 ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verə bilər. Eyni zamanda, 01 yanvar 2011-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi nəzərdə tutur: 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 38.2-ci maddəsi isə nəzərdə tutur ki, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı TSEK-in qərarını mübahisələndirmə üçün prosessual qanunvericiliklə müəyyən olunan müddətləri ötürmüşdür. İddia ərizəsində iddiaçı tərəfindən qeyd edilir ki, əllliyinin 18 yaşınadək deyil, 19 yaşında müəyyən edilməsi onun şəhid ailəsinin üzvü hesab edilməsinə mane olur. Belə ki, iş materiallarından görünür ki, onun atası X1 xx.xx.1992-ci il tarixdə Şuşa döyüşləri zamanı həlak olmuş, bununla əlaqədar mərhumun ailə üzvlərindən arvadı X2 şəhid ailəsi üzvü kimi tanınmış və ona şəhid ailəsi üzvü statusu təsdiq edən vəsiqə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 2.1.3-cü bəndindən də məhz, görünür ki, 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları şəhidin ailə üzvüləri hesab olunurlar. İddiaçı belə hesab edir ki, 18 yaşınadək əlilliyi müəyyən edilmiş əlilliyi olan övladları şəhid ailəsi üzvü hesab olunduğundan, o da müddətsiz əlil olmaqla əlilliyi uşaqlıqdan olduğundan ona şəhid ailəsi üzvü statusu verilməsi üçün əlilliyinin 18 yaşına çatanadək müəyyən edilməsi zəruridir. Belə çıxır ki, iddiaçı həmin istəyinə nail olmaq üçün hazırkı iddianı qaldırmışdır . Halbuki, sözügeddən “Qaydalar”ın 4.1 və 4.2-ci bəndlrindn isə görünür ki, Hərbi qulluqçu olmuş şəhidin şəhid ailəsi üzvü statusu şəhidin xidmət keçdiyi müvafiq qurumun arayışı, mülki şəhidlərə münasibətdə isə müvafiq yerli icra hakimiyyəti orqanının verdiyi arayışla təsdiq olunur və həmin arayış əsasında Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən şəhid ailəsi üzvünə şəhid ailəsi üzvü olması barədə vəsiqə verilir. Birinci instansiya məhkəməsi də məhz, qeyd edilənlərə əsasən aşağıdakıları qeyd etmişdir: “...“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.” Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı əlilliyinin 18 yaşınadək olmasının müəyyən edilməsi barədə hazırkı iddia ilə deyil, onun şəhid ailəsi üzvü barədə arayışı verən inzibati orqana müraciət etmək və həmin orqanın apardığı inzibati icraat çərçivəsində şəhid ailəsi üzvü arayışının əldə edilməsinə nail olmaqla əhatə olunur. Hazırkı iş üzrə iddiaçının əlilliyinin 18 yaşınadək müəyyən edilməsinin bilavasitə Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia qaldırmağa zərurətin olmaması barədə məhkəmənin gəldiyi nəticə Ali Məhkəmənin 2- 1(102)-2925/2023 saylı, xx.xx.2023-cü il qərarındakı hüquqi mövqeyə də uyğundur... Daha sonra, məhkəmə, İPM-in 35.1-ci maddəsinə əistinadən qeyd etmişdir ki, hazırkı iddia inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddia mümkünlük şərtlərinə cavab vermir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər...” İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin işə baxılarkən işin hallarının nəzərə alınmadığını, əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5668/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5668/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar