Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2968/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil , Cavabdehin nümayəndələri X1 və Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5413/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********189404 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli, **********177490 nömrəli səyyar vergi aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********89404 nömrəli Qərarla İddiaçı MMC barəsində 255117,05 manat məbləğində vergilərin əlavə hesablanması, 9732,35 manat artıq hesablama olması qərara alınmış, 146633.48 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.Yoxlama zamanı xx.xx.2024-cü il tarixli qərarla aktın tərtib edilmə müddətinin uzadılması həyata keçirilsə də yoxlamaların vahid məlumat reyestrində həmin hərəkət barədə heç bir qeyd aparılmamışdır. Kassasiya instansiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2433/2024 nömrəli qərarında 42-ci bənddə əks etdirilmişdir kı, “Analoji işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, “Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də səyyar vergi yoxlaması aktının tərtib edilməsi müddətinin uzadılmasına dair qərarın reyestrdə qeydə alınmalı olmasına dair birbaşa müddəa nəzərdə tutulmasa da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və istinad olunan Əsasnamənin normalarının ümumi təfsiri və təhlili, eləcə də həmin qanunvericiliyin məqsədləri baxımından səyyar vergi yoxlaması aktının tərtib edilməsi müddətinin uzadılmasına dair qərarın qəbul edilməsi faktiki olaraq şəxsin iqtisadi maraqları sferasına müdaxilə imkanlarına görə ilkin səyyar vergi yoxlamasından fərqlənmir. Bu baxımdan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nın tələbləri yoxlayıcı orqan tərəfindən pozulduğundan, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və bu yoxlamanın gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair qanun pozuntusu faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz". Bundan başqa xx.xx.2023-cü ildə müəssisənin təsərrüfat obyektinə baxış keçirilsə də, həmin məlumat da yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir.Yoxlama zamanı cavabdeh tərəfindən “X12” MMCdən X5 mütəxəssis kimi dəvət olunmuş və hesablamanın əsasını təşkil edən istehsal həcmi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi əsasında müəyyən olunmuşdur.İlk növbədə bildirilir ki, qeyd olunan şəxs iddiaçının fəaliyyət sahəsinə uyğun rəy vermək səlahiyyətinə malik deyildir. Belə ki, mütəxəssis kimi cəlb olunan şəxsin işçi geyimi, uniformaların istehsalı sahəsində təhsilini və iş təcrübəsini təsdiq edən sənədlər rəyə əlavə edilmədiyindən həmin şəxs bu sahədə mütəxəssis hesab oluna bilməz. Vergi Məcəlləsinin 45.2-ci maddəsinə görə, mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz.Təqdim edilən rəyin faktiki iqtisadi göstəricilərə uyğun gəlməməsi həmçinin aşağıdakılarla təsdiq olunur.Rəydən göründüyü kimi, “mütəxəssis" kimi təqdim olunan şəxs tərəfindən xəyali xammal miqdarı hesablanaraq müəssisənin satışa təqdim etdiyi məhsulların parça tələbi kimi göstərilmişdir. Hər bir məhsulun 1 ədədinə sərf olunan xammalın necə müəyyən olunmasına dair heç bir əsaslandırma aparılmamış, istehsal prosesi zamanı itki normaları nəzərə alınmamışdır. Başqa sözlə, təqdim olunan rəyin bu sahə üzrə mütəxəssis olmayan şəxs tərəfindən verildiyi həmin sənədin məzmunu ilə də uyğunluq təşkil etmişdir. Göründüyü kimi, cavabdeh mütəxəssis adlandıran şəxsin yalnız excel funksiyaları ilə rəqəmlər üzərində yerdəyişmələr etməklə süni şəkildə yaratdığı istehsal həcmini əsas götürərək əlavə vergi öhdəliyi yaranmasına çalışmışdır.Xüsusilə bildirilir ki, mütəxəssis rəyi mötəbər olsaydı belə həmin rəy vergi hesablaması üçün yetərli əsas hesab oluna bilməz. Belə ki, kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsinə görə, (AR Ali Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2-1(102)- 1356/2022 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)- 1161/2021 nömrəli, xx.xx.2022-cı il tarixli, 2-1 (102)-1299/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)-386/2022 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)-862/2021 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1480/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1(102)- 532/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1 (102)-231/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2-1 (102)-1720/2022 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2258/2023 nömrəli, 19.01 2024-cü il tarixli, 2-1 (102)- 261/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1 (102)- 1345/2024 nömrəli və s.) vergi ödəyicisinin istehsal həcminin və bunun üzərindən vergiyə cəlb edilən dövriyyənin yalnız mütəxəssis rəyi ilə hesablanması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, qeyd olunan yanaşma vergi ödəyicisinə əlavə verginin hesablanması zamanı yeganə əsas kimi çıxış edə bilməz. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş etiraz və ona əlavə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********175374 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən İddiaçı MMC-də vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir, (yoxlama dövrü: iyul 2020 iyun 2023). Bununla əlaqədar “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar, “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” bildiriş, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli, **********179854 nömrəli Tələbnamə İddiaçı MMC-nin mühasibi R. Qaraşova təqdim edilmiş, onun tərəfindən qəbul edilmiş və həmin şəxs sənədlərin alınmasını öz imzası ilə təsdiq etmişdir.Səyyar vergi yoxlamasının keçirilməsi ilə əlaqədar “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli, **********179854 nömrəli Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Tələbnamə əsasında tələb edilmiş sənədlər "Alyans Tekstil” MMC tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 42.1-ci maddəsinə müvafiq olaraq göstərilmiş müddət ərzində yoxlamaya qismən təqdim edilmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2023-cü il tarixdə “Sənədlərin qismən təqdim edilməsi barədə” akt tərtib edilmiş və aktın bir nüsxəsi cəmiyyətin direktoru Qanuni nümayəndə tərəfindən imzalanaraq qəbul edilmişdir.Bundan əlavə vergi ödəyicisinə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********227600 nömrəli və xx.xx.2023-cü il tarixli **********829000 nömrəli xəbərdarlıq məktubları da göndərilmişdir.Səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi orqanı tərəfindən tələb edilmiş sənədlər vergi ödəyicisi tərəfindən qismən təqdim edildiyi üçün “Sənədlərin qismən təqdim edilməsi barədə” xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktın bir nüsxəsi cəmiyyətin direktoru Qanuni nümayəndə tərəfindən imzalanaraq qəbul edilmişdir.Yoxlama zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176877 nömrəli qərar qəbul edilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamaya kağız daşıyıcıda, habelə vergi orqanına göndərilmiş elektron qaydada təqdim edilmiş sənədlər və məlumatlar əsasında “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib edilmişdir. İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən istehsal ərazisində "işçi geyimi” istehsalı fabrikinə baxış keçirilmişdir. Belə ki, həmin ərazi cəmiyyətin təsisçisi X2 icarəyə götürülmüşdür.Həmin ərazidə 2 mərtəbəli inzibati bina, o cümlədən 2-ci mərtəbəsində mühasibatlıq, xammal təchizat, istehsal planlaşdırma şöbələri, satış şöbəsi və cəmiyyətin direktorunun otaqları yerləşir, 1-ci mərtəbədə isə elektrik otağı, kompüter server otağı yerləşir. Cəmiyyətin kompüterləri vahid server bazasına qoşulub və istifadə olunan mühasibat proqramı “Logiks" adlandırılır. Əraziyə və istehsal sahələrinə baxış keçirilərkən xammal anbarı, kəsim sexi, nümunələrin hazırlanması otağı, loqoların tikiş otağı, hazır məhsulun istehsal sahəsi, istehsal olunmuş hazır məhsul anbarı müşahidə edilmişdir, eyni zamanda ərazidə nəqliyyat vasitələrinin olduğu nəqliyyat parkı, qazanxana və yeməkxana ərazisinin olduğu müşahidə edilmişdir.Təsərrüfat subyektinin yerləşdiyi anbarlara baxış zamanı, yarımfabrikatların hazırlanması, o cümlədən kəsim sexində qış qeyimi üçün nəzərdə tutulan içliklərin və parçadan olan məhsulların olduğu, anbarlarda xammal-materialların, o cümlədən idxal olunmuş və daxili istehsalçılardan alınmış fərdi mühafizə vasitələrinin, o cümlədən ayaqqabıların, əlcəklərin və digər hazır məhsulların olduğu müşahidə edilmişdir. İstehsal sahələrinin otaqlara bölünərək bir ərazidə yerləşdiyi, hazır məhsulların paketləmə otaqlarının yan-yana fəliyyət göstərdiyi və 2 ədəd kəsim avadanlığının, sərmə masasının və 75 ədəd (bir iynəli düz tikiş masını) və 13 ədəd (iki iynəli tikiş maşını), cəmi 88 ədəd tikiş maşınlarının olduğu müşahidə edilmişdir.İstehsal sexlərinə baxış zamanı müxtəlif növ yay və qış işçi geyimlərinin, o cümlədən şalvar, polo köynəklərin, gödəkçə, kombinizon və digərlərin istehsalı müşahidə olunmuşdur. Həmçinin təsərrüfat subyektində dizayner konstuktor və kəsim otaqları mövcuddur. Baxış keçirilən zamanı sexlərdə işçilərin olduğu, eyni zamanda istehsalın həyata keçirildiyi müşahidə olunmuşdur.Baxışın nəticələri “Vergi ödəyicisinin və ya sığortaedənin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********176048 nömrəli protokol ilə rəsmiləşdirilmişdir. “Alyans Tekstil" MMC tərəfindən istehsal olunmuş məhsulların aylar üzrə istehsal həcmini müəyyənləşdirmək üçün xüsusi bilik və təcrübə tələb olunduğundan mütəxəssis dəvət edilməsinə zərurət yaranmışdır. Bununla əlaqədar “Alyans Tekstil" MMC-yə məxsus AZ5006, ünvan 2 ünvanında yerləşən istehsal obyektində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə istehsal olunmuş məhsulların aylar üzrə istehsal həcminin (işıq və qaz sərfiyyatı, kalkulyasiyalar, material hərəkəti və sair istehsal göstəricilərinə əsasən) müəyyənləşdirilməsi məqsədilə xx.xx.2023-cü il tarixli **********176890 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarla "X13" MMCdən X6 mütəxəssis kimi dəvət edilmişdir.Mütəxəssis tərəfindən rəy vermək üçün səyyar vergi yoxlaması zamanı vergi ödəyicisindən götürülmüş, qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə sənədlər təqdim edilmiş və mütəxəssis tərəfindən həmin sənədlərdən istifadə edilməklə xx.xx.2024-cü il tarixli, İST 037 №-li rəy verilmişdir. Həmin rəyə əsasən “Alyans Tekstil " MMC-yə məxsus AZ5000, Sumqayıt şəhəri, Sülh küçəsi ev 2-də yerləşən istehsal obyektində xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 68354.29 kv.m parça kənarlaşması aşkar edilərək müəssisənin satış məlumatlarına əsaslanaraq, xüsusi çəki üzrə hazir məhsula bölünmüş və illər üzrə əlavə satış dövriyyəsi müəyyən edilmişdir. Belə ki, 2020-ci ilin iyul-dekabr ayları üzrə istehsal olunan 6141 ədəd, 2021-ci il üzrə 8166 ədəd, 2022-ci il üzrə 6842 ədəd və 2023-cü ilin 1-2 ci rübləri üzrə 3395 ədəd - cəmi yoxlanılan dövr üzrə 24543 ədəd hazır məhsul istehsalı satış kimi qiymətləndirilərək səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilən, yəni vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət sübuta yetirilmədiyi üçün vergi ödəyicisinin öz qiymətləri bazar qiyməti kimi qəbul edilərək və Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən "xxxx" MMC-nin tətbiq etdiyi satış qiymətləri nəzərə alınmaqla, hal-hazırki yoxlama ilə əlavə satış dövriyyəsi müəyyən edilmişdir.Yoxlama ilə əhatə olunan dövrdə "xxxx" MMC faktiki olaraq geyim məhsullarının, parça, tekstil məhsullarının istehsalı və idxal olunmuş geyim aksesuarlarının daxili bazarda satışı fəaliyyəti ilə məşğul olmuşdur.Səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən kağız daşıyıcıda və onlayn kargüzarlıq vasitəsilə elektron qaydada yoxlamaya təqdim edilmiş sənədlər və mütəxəssis rəyi əsasında aparılmışdır.Beləliklə, səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi tərəfindən ümumilikdə 2020-2022-ci illər üzrə 93932,93 manat mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 93932,93 manat vergi məbləğinin 50% miqdarında, yəni 46964,48 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, yoxlama ilə əhatə olunan dövr üzrə ayrıayrı aylar üzrə büdcəyə çatası ƏDV-nin 165557,45 azaldılması və 23276,68 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə büdcəyə çatası ƏDV-nin 142280,77 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələbləri pozulmaqla səyyar vergi yoxlaması ilə yoxlama ilə əhatə olunan dövr üzrə ümumilikdə 142280,77 manat əlavə dəyər vergisinin az hesablandığı müəyən olunmuşdur.Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayn-ayn aylar üzrə azaldılmasına görə, azaldılmış 165557,45 manat vergi məbləğinin 50% miqdarında, yəni 82778,73 manat maliyyə sanksiyası tətbiq edilmişdir.“Alyans Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 1 ünvanında yerləşən 7200 kvadrat metr istehsal ərazisini “Alyans Tekstil’’ MMC-nin təsisçisi X2 xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli icarə müqavilələrinə əsasən icarəyə götürmüşdür. 01 yanvar 2020-ci il tarixli, 01/2020 №li “İcarə haqqında müqavilə”nin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə İcarəyə verənə ödənilməli olan aylıq icarə haqqının məbləği ödəmə mənbəyində vergi daxil olmaqla 15000 (on beş min) manat təşkil edir, icarə haqqının 2100 (iki min yüz) manat hissəsi icarə haqqına görə 14 % ödəmə mənbəyində vergi qismində İcarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada tutularaq dövlət büdcəsinə ödənilir. İcarə haqqının yerdə qalan 12900 (on iki min doqquz yüz) manat hissəsi isə bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada icarəyə verənə ödənilir.xx.xx.2021-ci il tarixli, 01/2021 №-li icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarəyə verənə ödənilməli olan aylıq icarə haqqının məbləği ödəmə mənbəyində vergi daxil olmaqla 30000 (otuz min) manat təşkil edir, icarə haqqının 4200 (dörd min iki yüz) manat hissəsi icarə haqqına görə 14 % ödəmə mənbəyində vergi qismində icarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada tutularaq dövlət büdcəsinə ödənilir. İcarə haqqının yerdə qalan 25800 (iyirmi beş min səkkiz yüz) manat hissəsi isə bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada icarəyə verənə ödənilir.Yoxlanılan dövrün xx.xx.2020-dən xx.xx.2021-ci il tarxədək aylıq icarə haqqı 12900,0 manat (vergilər nəzərə alınmadan) və xx.xx.2021-dən xx.xx.2023-cü iİ tarixədək aylıq icarə haqqı 25800,0 manat (vergilər nəzərə alınmadan) müəyyən edilmişdir (icarə müqavilələrinə əsasən). Həmin müqavilənin 5.1-ci bəndinə əsasən “Vergilər və digər ödənişlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir”. Belə ki, əvvəlki icarə müqaviləsi üzrə vergi ödəyicisi ödəmə mənbəyində tutulan vergini 15000,0 manatdan 14% ödəmə mənbəyində vergiyə cəlb etməli və 2100,0 manat tutub büdcəyə ödəməli olduğu halda, 12900,0 manatı 14% ödəmə mənbəyində vergiyə cəlb etmiş və aylıq 12900,0 manat icarə haqqı məbləği bank vasitəsi ilə fiziki şəxsə icarə haqqı kimi ödənilmişdir.Yeni icarə müqaviləsi üzrə isə vergi ödəyicisi ödəmə mənbəyində tutulan vergini 30000,0 manatdan 14% ödəmə mənbəyində vergiyə cəlb etməli və 4200,0 manat tutub büdcəyə ödəməli olduğu halda, 25800,0 manatdan 14% ödəmə mənbəyində vergiyə cəlb etmiş və aylıq 25800,0 manat icarə haqqı məbləği bank vasitəsi ilə fiziki şəxsə icarə haqqı kimi ödənilmişdir.Belə ki, yoxlama ilə əhatə olunan dövr üzrə daşınmaz əmlak üzrə (icarə haqqından) ayrı-ayrı aylar üzrə büdcəyə çatası ödəmə mənbəyində tutulan verginin 28927,91 azaldılması və 22627,91 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə büdcəyə çatası ÖMV-nin 6300,0 manat olduğu müəyyən edilmişdir.Müəssisə tərəfindən idxal olunan malların daşımasını həyata keçirən qeyri- rezident nəqliyyat ekspeditor şirkətləri ilə bağlanmış müqavilələrə əsasən qeyri-rezident şirkətlərə daşıma xidmətləri üçün bank vasitəsi ilə ödəmələr həyata keçirilmiş, lakin İddiaçı MMC tərəfindən ödəmə mənbəyində vergilər tutulmamış və hesablanmamışdır. Beləliklə də, müəssisə tərəfindən yoxlanılan dövr üzrə daşınmaz əmlak üzrə (icarə haqqı) və qeyri-resident hüquqi şəxsdən tutulmalı olan ÖMV-nin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən, cəmi rüblər üzrə 9120,99 manat azaldılması müəyyən edilmişdir.Müəssisə tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə vergi orqanına təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi üzrə bəyannamələrinə əsasən 223009,87 manat hesablama aparılmalı olduğu halda 213888,88 manat hesablama aparılmış və nəticədə yoxlama dövrü üzrə 9120,99 manat ödəmə mənbəyində tutulmalı olan vergi az hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövr üzrə ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən aylar üzrə azaldılmasına görə, azaldılmış 31021,87 manat vergi məbləğinin 50% miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir.Ödəmə mənbəyində tutulan verginin müqayisəli cədvəli və hesablamanın əsasları barədə məlumatlar səyyar vergi yoxlaması aktında ətraflı qeyd olunmuş və akt sübut kimi etiraza əlavə olunur.Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə:Səyyar vergi yoxlaması ilə 4-cü rüb 2020-ci il - 3-cü rüb 2023-cü il üzrə bəyannamələrin (hesabatların) düzgünlüyü yoxlanmışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 14.4-cü maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığorta edənlərdə işləyən sığorta olunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 200 manatadək hissəsindən sığorta olunanın hesabına 3 faiz, sığorta edənin hesabına isə 22 faiz MDSS haqqı, 200 manatdan çox olan hissəsi üçün isə sığorta olunanın hesabına 10 faiz, sığorta edənin hesabına isə 15 faiz dərəcə ilə MDSS haqqı tutulur. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən əməyin ödənişi fondundan sığorta edənin hesabına 0,5 faiz və sığorta olunan hesabına 0,5 faiz dərəcə ilə işsizlikdən siğorta haqqı tutulur. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər üzrə - sığortalı tərəfindən işçinin əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığorta olunan tərəfindən əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz icbari sığorta haqqı tutulur.Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə 58,64 manat az və 8,63 manat artıq hesablama olmaqla, ümumilikdə 50,01 manat büdcəyə az hesablama müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.6-cı maddəsi üzrə:Səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə 2796,0 manat məbləğində malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsəsən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində 2796,0 manat ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 1398,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "Alyans Tekstil” MMC-nin nümayəndəsinin “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” xx.xx.2024-cü il tarixli qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barədə dəlilini aşağıda qeyd olunanlara görə əsassız hesab edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu da Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir.Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” təsdiq edilmiş və Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli, 1299 nömrəli Fərmanı ilə həmin əsasnamədə dəyişikliklər edilmişdir. Həmin əsasnamə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Reyestrdən çıxarışda göstərilməli olan məlumatların isə hər birinin vergi orqanı tərəfindən çıxarışda əks etdirildiyini nəzərə alaraq hesab edirik ki, iddiaçı səyyar vergi yoxlamasının keçirilməsi zamanı yoxlamanın müddətinin uzadılması ilə yoxlamanın nəticələri üzrə aktın tərtibi müddətinin uzadılmasının müqayisəli təhlilini düzgün aparmamış, bununla da “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” xx.xx.2024-cü il tarixli qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi ilə bağlı yanlış qənaətə gəlmişdir. Faktiki olaraq səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması barədə məlumatlar Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 5.1-ci bəndinə uyğun olaraq sahibkarlıq subyektinə təqdim edilən reyestrdən çıxarışda əks etdirilməli məlumatlar sırasında yer almamış, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunun və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarının təsiri altına düşmür. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5413/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərarı ( hakim M.Hacıbəyova) ilə iddia təmin edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5413/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti etiraza uyğun olaraq onunla əsaslandırılmışdır ki, işin materialları arasında mütəxəssis rəyini təkzib edən hər hansı sübut, yəni əlavə mütəxəssis və yaxud ekspert rəyi yoxdur. Əgər məhkəmə həmin mütəxəssis rəyi ilə razılaşmırsa onda işin hərtərəfli, obyektiv və tam araşdırılması üçün əlavə mütəxəssis rəyi alınmalı idi və yaxud iş üzrə ekspertiza təyin edilməli idi. Göründüyü kimi məhkəmə işin hərtərəfli, obyektiv və tam araşdırılması üçün qeyd olunan halları nəzərə almamışdır. Bununla da İPM-nin 12.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı vergi qərarının ÖMV, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları və ƏDV məbləğinin ödənilməməsinə görə maliyyə sanksiyası hissəsində ləğv edilməsi hissəsində ləğv edilməlidir, iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı xx.xx.2024-cü il tarixli qərarı məhkəmədə xx.xx.2024cü il tarixdə iddia qaldırmaqla mübahisələndirmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. -3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. -3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir -13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. -16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; -24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur; -32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. -32.2. Vergi nəzarətini bu Məcəllədə və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. -32.3. Vergi nəzarəti vergi orqanlarının və gömrük orqanlarının, onların vəzifəli şəxslərinin səlahiyyətləri hədlərində bu Məcəlləyə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir. -32.4. Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər -36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. -36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. -38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər.Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. -38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. -45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. -45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. -49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması;49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında;49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. -50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. - 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz:54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması;54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması;54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması;54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. -62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. -64.Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. -105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. -153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. -153.2. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. -154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. -154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. - 154.3. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar. -159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. -173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. -173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd edilir: Maddə 2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. - Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də göstərilir: 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Apellyasiya şikayətlərinin dəlillərinə münasibət: İşin faktiki halları ondan ibarətdir ki, cavabdehin xx.xx.2024-cü il tarixli, **********175374 nömrəli Qərarı ilə "Alyans Tekstil” MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən (yoxlanılan dövr: xx.xx.2020-ci-xx.xx.2023-cü) növbəti səyyar vergi yoxlaması keçirilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə xx.xx.2024-cü il tarixli, **********177490 nömrəli "xxxx" Aktı tərtib edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə MMC faktiki olaraq geyim məhsullarının, parça, tekstil məhsullarının istehsalı və idxal olunmuş geyim aksessuarlarının daxili bazarda satışı fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli, **********89404 nömrəli vergi ödəyicisinin məsuliyyətə cəlb ediməsi haqqında qərarına əsasən iddiaçıya 255117,05 manat məbləğində vergilərin əlavə hesablanması, 9732,35 manat artıq hesablama olması qərara alınmış, 146633.48 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırki tələbində qeyd olunan qərarın ləğv edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilərək mübahisələndirilən qərar ləğv edilmişdir. Hazırda cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddia tələbinin tam rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, vergi qərarı ödəmə mənbəyində tutulan vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabati) üzrə hesablanan vergi və maliyyə sanksiyası hissəsində və VM-nin 58.6-cı maddəsi üzrə 2021-ci il üzrə 2796 manat məbləğində malalrın dəyəri ödənilən gündən gec ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsinə görə hesablanan maliyyə sanksiyası hissəsində əsaslı olduğundan həmin hissədə iddia tələbi və məhkəmə qərarı əsaslandırılmadığından ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Bununla belə məhkəmə kollegiyası iddiaçıya mübahisələndirilən vergi qərarı ilə müvafiq dövr üzrə hesablanmış mənfəət vergisi və əlavə dəyər vergisi ilə razılaşmır. Həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cavabdeh tərəfindən səyyar vergi yoxlaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, müvafiq sahədə qanunvericilik normaların məzmunundan aydın olduğu kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY231954766 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2023, sona çatma tarixi xx.xx.2023 tarixidir. Halbuki, yoxlama xx.xx.2023-ci il tarixində başlasa da, yoxlama müddəti keçdikdən sonra xx.xx.2024-cü il tarixində başa çatmışdır. Lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Həmçinin aktdan görünür ki, səyyar vergi yoxlamasının keçirilməsi müddəti iki dəfə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə uzadılmışdır, habelə 17 dəfə dayandırılmışdır, həmçinin aktın tərtib edilmə müddəti də uzadılmışdır. Lakin səyyar vergi yoxlaması aktının tərtib edilməsi müddəti cavabdeh tərəfindən uzadılsa da bu barədə qərarın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq reyestrdə qeydə alınması barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə müəssisəsinin təsərrüfat obyektinə baxış keçirilməsi barədə məlumat da reyestrdə qeydə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi oxşar işlər üzrə formalaşmış məhkəmə praktikasına isitnad edərək haqlı olaraq qeyd etmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də səyyar vergi yoxlaması aktının tərtib edilməsi müddətinin uzadılmasına dair qərarın reyestrdə qeydə alınmalı olmasına dair birbaşa müddəa nəzərdə tutulmasa da, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və istinad olunan Əsasnamənin normalarının ümumi təfsiri və təhlili, eləcə də həmin qanunvericiliyin məqsədləri baxımından səyyar vergi yoxlaması aktının tərtib edilməsi müddətinin uzadılmasına dair qərarın qəbul edilməsi faktiki olaraq şəxsin iqtisadi maraqları sferasına müdaxilə imkanlarına görə ilkin səyyar vergi yoxlamasından fərqlənmir. Bu baxımdan, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələbləri yoxlayıcı orqan tərəfindən pozulduğundan, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və bu yoxlamanın gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair qanun pozuntusu faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə, vergi ödəyicisi barəsində qeyd edilən yoxlamanın nəticələri əsasında qəbul edilmiş qərar da “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, artıq formal hüquqi baxımdan qanunsuzdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-810/2023, 2-1(102)- 827/2023, 2-1(102)-1090/2023, 2-1(102)- 1174/2023, 2-1(102)-1741/2023, 2- 1(102)- 2063/2023, 2-1(102)-2433/2024 nömrəli işlər üzrə qərarları, həmçinin 2-1(102)- 1197/2024 nömrəli iş üzrə qərardadı). “ Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, yoxlama aktından müddətin uzadılmasının və ya 17 dəfə dayandıırlmasının əsasları müəyyən edilirmir. Cavabdeh qanunvericiliklə ona verilmiş imkandan həmin səlahiyyətin məqsədinə uyğun istifadə etməli, yoxlama müddətlərinin əsassız uzadılmasına və bununla da, sahibkarlıq fəaliyyətinə əsassız müdaxiləyə gətirib çıxara biləcək şərait yaratmamalıdır. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyində yoxlamanın dayandırılması və uzadılması imkanının nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xidmət edir, lakin o şərtlə ki, qanunvericilikdə nəzərdə tutulan əsasların mövcudluğu öz təsdiqini tapsın. Əks hal, Vergi Məcəlləsinin 38.7-ci maddəsindən sui-istifadəyə zəmin yaradar ki, bu da yolverilməzdir. Bundan əlavə cavabdeh tərəfindən mübahisələndirilən vergi qərarı ilə hesablanmış mənfəət vergisi və ƏDV-yə aid hissədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası aşağıdakıları diqqətə çəkir. İnzibati iş materiallarından aydın görünür ki, cavabdeh inzibati orqan vergi ödəyicisinin istehsal həcmini və bunun üzərindən vergiyə cəlb edilən dövriyyəni müəyyənlədirmək məqsədilə VM-nin 45-ci maddəsinə istinad edərək mütəxəssis rəyi əldə etmiş və həmin rəy əsasında qeyd edilən vergilərin hesablanmasını həyata keçirmişdir. Belə ki, “Alyans Tekstil" MMC-yə məxsus AZ5006, ünvan 2 ünvanında yerləşən istehsal obyektində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə istehsal olunmuş məhsulların aylar üzrə istehsal həcminin (işıq və qaz sərfiyyatı, kalkulyasiyalar, material hərəkəti və sair istehsal göstəricilərinə əsasən) müəyyənləşdirilməsi məqsədilə xx.xx.2023-cü il tarixli **********176890 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarla "X13" MMCdən X6 mütəxəssis kimi dəvət edilmişdir.Mütəxəssis tərəfindən rəy vermək üçün səyyar vergi yoxlaması zamanı vergi ödəyicisindən götürülmüş, qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə sənədlər təqdim edilmiş və mütəxəssis tərəfindən həmin sənədlərdən istifadə edilməklə xx.xx.2024-cü il tarixli, İST 037 №-li rəy verilmişdir. Həmin rəyə əsasən “Alyans Tekstil " MMC-yə məxsus AZ5000, Sumqayıt şəhəri, Sülh küçəsi ev 2-də yerləşən istehsal obyektində xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 68354.29 kv.m parça kənarlaşması aşkar edilərək müəssisənin satış məlumatlarına əsaslanaraq, xüsusi çəki üzrə hazir məhsula bölünmüş və illər üzrə əlavə satış dövriyyəsi müəyyən edilmişdir. Mütəxəssis rəyində 3-cü bənddə (Yekun hesablama) qeyd edilir ki, “Alyans Tekstil" MMC-yə məxsus AZ5000, Sumqayıt şəhəri, Sülh küçəsi ev 2 yerləşən istehsal obyektində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 68354.29 kv.m parça kənarlaşması aşkar edilmişdir, kənarlaşmış 68354,29 kv metr parça müəssisənin satış məlumatlarına əsaslanaraq xüsusi çəki üzrə hazır məhsula bölünmüşdür.Bu bölgüyə əsasən yoxlanılan dövr üzrə cəmi 24543 ədəd hazır məhsul kənarlaşması hesablanmışdır. Məhkəmə kollegiyası ilkin olaraq mütəxəssis rəyinin mötəbərliyinə qiymət verir. Mütəxəssis rəyi "X13" MMC-nin direktoru və mütəxəssisi X6 tərəfindən tərtib edilmişdir. Lakin həmin mütəxəssisin müvafiq sahə üzrə biliklərinin olması işin məhkəmələr tərəfindən araşdırılması zamanı müəyyən edilməmişdir. Göründüyü kimi, mütəxəssis rəyini tərtib etmiş şəxs təsərrüfatın yüngül sənaye sahəsi üzrə mütəxəssis deyildir, həmin şəxs “Kommersiya üzrə” ali təhsil almışdır, mütəxəssis kimi cəlb olunan şəxsin işçi geyimi, uniformaların istehsalı sahəsində təhsilini və iş təcrübəsini təsdiq edən sənədlər rəyə əlavə edilməmiş və rəydə istinad edilməmişdir. Bu da onu göstərir ki, mütəxəssis rəyini vermiş şəxs iddiaçının fəaliyyət sahəsinə uyğun rəy vermək səlahiyyətinə malik deyildir. İnzibati orqan tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 45.2- ci tələblərinə riayət edilməmişdir. Belə ki, rəyi tərtib edən mütəxəssis xüsusi bilik və təcrübəyə malik olmamışdır. Apellyasiya araşdırması zamanı da cavabdehin səlahiyyətli nümayəndələri əksini təsdiq edən sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarındakı hüquqi mövqe də bu cür olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-508/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı). Bununla belə apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, məhkəmələr mütəxəssis rəyini mötəbər hesab etmirlərsə, məhkəmə araşdırması zamanı həmin mütəxəssis rəyini təkzib edən əlavə ekspert rəyi alına bilər. Bununla bağlı məhkəmə kollegiyası diqqətə çatdırır ki, inzibati məhkəmə yalnız mübahisə predmeti barədə iş üzrə ətraflı araşdırma aparmaq saləhiyyətindədir. Məhkəmələr inzibati orqan əvəzində inzibati icraat aparmaq vəzifəsi daşımır. İnzibati orqanlar İnzibati icraat haqqında Qanunla müəyyən edilmiş prinsipləri və prosedur qaydalara müvafiq olaraq fəaliyyət göstərirlər. Həmçinin, İnzibati icraat haqqında Qanununa əsasən inzibati orqanlar tərəfindən müvafiq icraat nəticəsi olaraq qəbul edilmiş inzibati aktlar Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir (58.1-ci maddə). Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalı (61.1-ci maddə) və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (61.2-ci maddə). Göründüyü kimi, məhkəmələr yalnız inzibati icraatın qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsini yoxlayaraq inzibati orqanın hərəkətinə (hərəkətsizliyinə) qiymət verir. Digər tərəfdən məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının fəaliyyət göstərdiyi obyektdə istehsal həcmi və satış dövriyyəsinin müəyyən edilməsi vergi orqanının fəaliyyət dairəsinə aid olduğundan və onun müəyyən edilməsinin ən əlverişli üsulu kimi xronometraj metodu ilə yoxlama aparılması mümkün olduğu halda mütəxəssisə müraciət edilməsi və ehtimallara əsaslanmaqla verilmiş rəy üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktı əsaslı hesab edilə bilməz, müvafiq olaraq həmin akt əsasında cavabdeh tərəfindən qəbul olunmuş digər inzibati aktlar da qanuni qəbul edilə bilməz. Hazırki mübahisəyə münasibətdə qanunvericiliklə mütəxəssis cəlb olunmaqla səyyar vergi yoxlamasının aparılmasında vergi orqanına seçim hüququ verilsə də lakin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədilə məhz xronometraj metodu ilə müşahidənin aparılması qanunvericilikdə imperativ qaydada nəzərə tutulmuşdur. İşin faktiki hallarına əsasən isə iddiaçıya hesablanmış vergilər xronometraj üsulu ilə deyil, mütəxəssis qismində cəlb edilmiş, iddiaçının fəaliyyət sahəsində xüsusi bilik və təcrübəsi olmayan şəxsin nəzəri hesablamaları əsasında hesablanmış satış həcmi əsasən müəyyən edilmişdir ki, bu da yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun deyildir və həmin tələblərin pozulması deməkdir. Xüsusi olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir. Cavabdeh inzbati orqan hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığa riayət edərək yoxlamanı həyata keçirmək səlahiyyətində olduğu halda yuxarıda qeyd edilənlərə əməl etmədən, lazımı araşdırma aparmadan yalnız xüsusi bilik və təcrübəyə malik olmayan mütəxəssisin rəyinə istinad edərək iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası o qənaətə gəlir ki, sırf mütəxəssis rəyinə istinad edərək hesablanmış mənfəət vergisi və ƏDV-yə münasibətdə vergi qərarının ləğvi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni olmuşdur. Yuxarıda qeyd edildiyi kimi məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini mübahisələndirilən dövr üzrə ödəmə mənbəyində tutulan vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabati) üzrə hesablanan vergi və maliyyə sanksiyası hissəsində və VM-nin 58.6-cı maddəsi üzrə 2021-ci il üzrə 2796 manat məbləğində malalrın dəyəri ödənilən gündən gec ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsinə görə hesablanan maliyyə sanksiyası hissəsində əsaslı hesab edir. Belə ki, apellyasiya şikayətinin ödəmə mənbəyində tutulan vergi üzrə dəlillərinə cavab olaraq məhkəmə kollegiyası aşağıdakıları diqqətə çatdırır. Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İnzibati iş materiallarından müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 7200 kvadrat metr istehsal ərazisini İddiaçı MMC-nin təsisçisi X2 xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli icarə müqavilələrinə əsasən icarəyə götürülmüşdür. xx.xx.2020-ci il tarixli 01/2020 № “İcarə haqqında Müqaviləsi”nin 2.1-ci bəndinə əsasən bu Müqavilə üzrə İcarəyə verənə ödənilməli olan aylıq icarə haqqının məbləği ödəmə mənbəyində vergi daxil olmaqla 15000 (on beş min) manat təşkil edir. İcarə haqqının 2100 (iki min yüz) manat hissəsi icarə haqqına görə 14 % ödəmə mənbəyində vergi qismində İcarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada tutularaq dövlət büdcəsinə ödənilir. İcarə haqqının yerdə qalan 12900 (on iki min doqquz yüz) manat hissəsi isə bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada İcarəyə verənə ödənilir. xx.xx.2021-ci il tarixli 01/2021 №-li icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarəyə verənə ödənilməli olan aylıq icarə haqqının məbləği ödəmə mənbəyində vergi daxil olmaqla 30000 (otuz min) manat təşkil edir. İcarə haqqının 4200 (dörd min iki yüz) manat hissəsi icarə haqqına görə 14 % ödəmə mənbəyində vergi qismində İcarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada tutularaq dövlət büdcəsinə ödənilir. İcarə haqqının yerdə qalan 25800 (iyirmi beş min səkkiz yüz) manat hissəsi isə bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada icarəyə verənə ödənilir. Cavabdeh inzibati orqan yoxlama nəticəsində müəyyən etmişdir ki, əvvəlki icarə müqaviləsi üzrə vergi ödəyicisi ödəmə mənbəyində tutulan vergini 15000,0 manatdan 14% ödəmə mənbəyində vergiyə cəlb etməli və 2100,0 manat tutub büdcəyə ödəməli olduğu halda, 12900,0 manatı 14% ödəmə mənbəyində vergiyə cəlb etmiş və aylıq 12900,0 manat icarə haqqı məbləği bank vasitəsi ilə fiziki şəxsə icarə haqqı kimi ödənilmişdir. Yeni icarə müqaviləsi üzrə isə vergi ödəyicisi ödəmə mənbəyində tutulan vergini 30000,0 manatdan 14% ödəmə mənbəyində vergiyə cəlb etməli və 4200,0 manat tutub büdcəyə ödəməli olduğu halda, 25800,0 manatdan 14% ödəmə mənbəyində vergiyə cəlb etmiş və aylıq 25800,0 manat icarə haqqı məbləği bank vasitəsi ilə fiziki şəxsə icarə haqqı kimi ödənilmişdir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəfindən qeyd edilən verginin düzgün formada hesablanıb ödənilməsi ilə bağlı sübutlar təqdim edilmədi. Sözügedən vergi üzrə əlavə hesablamanın aparılmasına əsas olan digər amil qeyri resident şirkətlərə daşıma xidmətləri üzrə həyata keçirilən ödəmələrə verginin hesablanıb tutulmaması ilə bağlıdır. Belə ki, müəssisə tərəfindən idxal olunan malların daşımasını həyata keçirən qeyrirezident nəqliyyat ekspeditor şirkətləri ilə bağlanmış müqavilələrə əsasən qeyri resident şirkətlərə daşıma xidmətləri üçün bank vasitəsi ilə ödəmələr həyata keçirilmiş, lakin İddiaçı MMC-i tərəfindən ödəmə mənbəyində vergilər tutulmamış və hesablanmamışdır. İddiaçı tərəfindən qeyd edilən halı da təkzib edən sübutlar məhkəmə araşdırması zamanı təqdim edilmədi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə şikayətin dəlillərini əsaslı hesab edərək aşağıdakıları diqqətə çatdırır. “Sosial sığorta haqqında” Qanunun 14.4-cü maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığorta edənlərdə işləyən sığorta olunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 200 manatədək hissəsindən sığorta olunanın hesabına 3 faiz, sığorta edənin hesabına isə 22 faiz MDSS haqqı, 200 manatdan çox olan hissəsi üçün isə sığorta olunanın hesabına 10 faiz, sığorta edənin hesabına isə 15 faiz dərəcə ilə MDSS haqqı tutulur. “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən əməyin ödənişi fondundan sığorta edənin hesabına 0,5 faiz və sığorta olunan hesabına 0,5 faiz dərəcə ilə işsizlikdən siğorta haqqı tutulur. “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığorta olunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz icbari sığorta haqqı tutulur. Səyyar vergi yoxlaması ilə müəssisəyə dair 4-cü rüb 2020-ci-3-cü rüb 2023-cü illər üzrə bəyannamələrin (hesabatların) düzgünlüyü yoxlanmışdır. Cavabdeh qeyd edir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə 58,64 manat az və 8,63 manat artıq hesablama olmaqla, ümumilikdə 50,01 manat büdcəyə az hesablama müəyyən edilmişdir. Apellyasiya araşdırması zamanı iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili qeyd edilən hissə ilə də bağlı təkzibedici sübutlar təqdim edə bilmədi. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsəsən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində 2796,0 manat ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 1398,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi də əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDVnin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Həmin Məcəllənin 58.6-cı maddəsinə əsasən bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bu hala münasibətdə də iddiaçı tərəfindən təkzibedici materiallar, məlumatlar məhkəmə kollegiyasına təqdim edilmədi. Yuxarıda qeyd edilən məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, vergi orqanı tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar ÖMV, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları və ƏDV məbləğinin ödənilməməsinə görə maliyyə sanksiyası hissəsində əsaslıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qərar qəbul olunarkən maddi hüquq normalarının tam olaraq düzgün tətbiq edilmədiyi aşkar edildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – vergi orqanının mübahisələndirilən qərarının ÖMV, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları və ƏDV məbləğinin ödənilməməsinə görə maliyyə sanksiyası hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5413/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərarı qismən- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********189404 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarının ÖMV, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları və ƏDV məbləğinin ödənilməməsinə görə maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi hissəsi ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qalan hissədə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-2968/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2968/2025
10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver