Məhkəmə qərarları › İş №2-1(103)-297/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-297/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-297/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı ilə, İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx N0N0-ci il tarixli, N-N(NNN)-NN46/N0N0 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiаçı Babayev Cəlal Qorxmaz oğlu cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı N №-li hərbi hissənin şəxsi heyətində xidmət illərində, N99N-ci ildən etibarən N994-cü ilədək müharibə bölgələrində döyüşlərdə iştirakı nəzərə alınaraq, “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, o, N №-li hərbi hissə komandirinin xx.xx.N99N-ci il tarixli 8N №-li əmrilə şəxsi heyət sırasına, bütün növ təminatlarına salınaraq, siravi hərbi rütbə verilməklə mexanik vəzifəsinə təyin olunmuşdur. Daha sonra ölkədə baş verən müharibə ilə əlaqədar olaraq, xx.xx.N99N-ci ildən etibarən müxtəlif vaxtlarda Füzuli və Qubadlıda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.N99N-ci ildən xx.xx.N993-cü ilədək Mİ -N4 eskadrilyasının VİD üzrə xidmət qr. mexaniki işləmişdir. xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək PSS eskadrilyasının VİD üzrə qr.mexaniki vəzifəsinə keçirilmişdir. Bu vəzifədə olduğu müddətdə ezamiyyətə göndərilərək N993-cü ilin yayında Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N993-cü ilin avqust ayının 3N-də Qala aəroportuna, Yevlaxa, oradan isə Qubadlıya təyyarə vasitəsilə getmişdir. Qubadlıda döyüşlərdə də dəfələrlə iştirak etmişdir. xx.xx.N994-cü il tarixindən xx.xx.N996-ci ilə qədər baş meteomüşahidəçi vəzifəsində işləmişdir. xx.xx.N996-ci il tarixli N40 №-li əmrinə əsasən komandirin xx.xx.N996-ci il tarixli N40 №-li əmrilə baş çavuş hərbi rütbəsində, hava xidmətinin baş nəzarətçisi vəzifəsində ehtiyata tərxis olunaraq, şəxsi heyət siyahısından bütün növ təminatlardan çıxarılmışdır. Lakin bunlara baxmayaraq ona müharibə veteranı statusu verilməmişdir. O bu barədə dəfələrlə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx N0N0-ci il tarixli, N-N(NNN)-NN46/N0N0 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək bildirmişdir ki, N99N-ci ildə hərbi xidməti başa vurub. Səfərbərlik xidməti tərəfindən hərbi əməliyyatlara cəlb olunub. Hərbi əməliyyatlarda iştirak etməyi hırbi biletində qeyd olunub. Qubadlı, Füzuli rayonlarında döyüşlərdə iştirak edib. Arxivdəki sənədlər itdiyinə görə iddiaçıy barəsində məlumatlar tapılmayıb. Apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx xxxx N0N0-ci il tarixli, N-N(NNN)- NN46/N0N0 saylı qərarının ləğv olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 6N.3-cü maddəsinə əsasən məhkəmə kollegiysı onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, iddiaçının nümayəndəsini dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, biletinə əsasən iddiaçı N nömrəli hərbi hissəndə xx.xx.N99N-ci ildən xx.xx.N993-cü ilədək mexanik, xx.xx.N994-cu ildən xx.xx.N996-ci ilədək meteomüşahidəçi kimi xidmət etmişdir. Hərbi biletinin NN–ci qrafada iddiaçının hərbi əməliyyatlarda iştirakı barədə qeyd edilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayov İdarəsinin rəisinə ünvanlanmış xx.xx.N0N5-ci il tarixli, 9/N-N868 nömrəli məktubuna əsasən, N97N-ci il təvəllüdlü, Neftçala RHK-dan həqiqi hərbi xidmətə çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxxx N99N-ci il tarixli 8N №-li əmrilə (Əsas: pr.3, səh-N04,sıra 5 ) şəxsi heyət siyahısına, bütün növ təminatlara alınaraq, sıravi hərbi rütbəsi verilməklə mexanik vəzifəsinə təyin olunmuş və Müdafiə nazirinin xx.xx.N996-ci il tarixli N4N №-Lİ əmrinə əsasən, komandirin xx xxxx N996-ci il tarixli N40№-li əmrilə (əsas:pr5,səh -N5, sıra5) baş çavuş hərbi rütbəsində, hava xidmətinin baş nəzarətçi vəzifəsindən ehtiyyata tərxis olunaraq, şəxsi heyət siyahısından, bütün təminat növlərindən çıxarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.N0N9-cu il tarixli məktubuna əsasən iddiaçının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyi, fərariliyi və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə DİN-nin müvafiq uçot məlumatları yoxdur. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il NN sentyabr tarixli, NN6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamə”nin N-ci bölməsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı Babayev Cəlal Qorxmaz oğlunun cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qаrşı N №-li hərbi hissənin şəxsi heyətində xidmət illərində, N99N-ci ildən etibarən N994-cü ilədək müharibə bölgələrində döyüşlərdə iştirakı nəzərə alınaraq, “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. İşin faktiki hallarına əsasən iddiaçının N99N -N994-cü illərdə xidmət etdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak etmiş hərbi hissələrinin siyahısına daxil olmamışdır. İddiaçının döyüş bölgəsinə ezam edilməsi barədə göstərdiklərinə gəldikdə isə bu məlumatı təsdiq edən müvafiq nizami hissə üzrə əmrlər və ya digər sübutlar mövcud deyil. Belə olan halda iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı iş materialları ilə sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı və qanuni, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx N0N0-ci il tarixli, N- N(NNN)-NN46/N0N0 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx N0N0-ci il tarixli, N-N(NNN)-NN46/N0N0 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən N ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar