Məhkəmə qərarları › İş №2-1(103)-297/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-297/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-297/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-4487/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iş yeri üzrə zərərli işdə çalışması nəzərə alınmaqla güzəştli pensiyaya çıxmaq üçün əsas verən əmək stajına hesablanması və pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2004-cü ildən 2020-ci ilə qədər X7 Verici Mərkəzində (indiki Gəncə Radio X6 adlanır) zərərli işdə işləmişdir. xx.xx.2004-cü il tarixdən 2020-ci il 01 aprel tarixinə staj ili - 15 il təşkil edir. Göründüyü kimi onun zərərli iş yerində iş stajı 12 il 6 aydan artıq olmaqla buna dair sığorta haqları da ödənilmişdir. Özü 20 ildir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Onun zərərli işdə işləməsi ilə bağlı pensiya almaq hüququ 2016-cı il tarixdən yaranmışdır. Pensiya çıxmaq hüququnun yarandığı zaman sığorta kapitalı 16000 manat olduğu halda onda həmin kapital artıq idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununun 32.1-1-ci maddəsinin tələbinə görə onun əmək pensiyası almaq hüququ 2016-cı il tarixdən yaranmışdır və həmin dövr üçün xüsusi şərtlərlə təyin edilən əmək pensiyasının sığorta kapitalı 16000 manat olmuşdur. Bu halda isə cavabdehin onun sığorta kapitalı ilə bağlı gəldiyi nəticə qanuni deyil. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Onun zərərli iş illəri nəzərə alınmaqla 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yəni güzəştli şərtlərlə pensiya təyin olunması üçün qeyd edilən maddə üç tələb müəyyənləşdirir: yaş, staj və pensiya kapitalı. İddiaçı qeyd olunan tələblərdən ikisinə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35745,22 manat təşkil edir. Bundan əlavə, İddiaçının 2-ci tələbə cavab verməsi də təqdim etdiyi sübutlar vasitəsilə öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı tərəfindən güzəştli arayış təqdim edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Həmin qaydaların 3.2-ci bəndində görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. Bundan əlavə, məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilmiş, tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İddiaçı tərəfindən yalnız bir arayış təqdim edilmişdir ki, o arayışda da hər hansı koda istinad olunmadığından, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahılara istinad olunmadığından, arayış iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləmiş olduğunu sübut etmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-4487/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-4487/2021 nömrəli qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində düzgün mövqedə olsa da, həmin normanın məzmununa dair düzgün nəticəyə gəlməmişdir. Yəni iddia ərizəsində göstərilən faktları tam olaraq araşdırmamış formal mülahizələrə əsaslanaraq qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, məhkəmə kollegiyası tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli **********2 saylı məktubda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35745,22 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017- ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallrında olan HV seriyalı 015081 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1981-ci ildə Azərbaycan Texnologiya İnstututuna daxil olmuş, 1986-cı il tarixdə Azərbaycan Texnologiya İnstututunun “Şərabçıların texnologiyası” ixtisası üzrə tam kursu bitirmiş, ona mühəndistexnoloq ixtisası verilmişdir. İş materiallarında olan NZ seriyalı ******* nömrəli İddiaçı məxsus hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1979- cu il tarixdən xx.xx.1981-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Teleradio İB Gəncə X3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 42 saylı arayışdan görünür ki, İddiaçı “TELERADİO“ İB Gəncə Radio X6nda xx.xx.2004-cü il tarixdən (xx.xx.2004-cü il tarixli kş/118 №-li əmr) Gəncə 9 №-li RRS-də 3-cü dərəcəli elektrik montyor vəzifəsində, xx.xx.2005-ci il tarixdən (xx.xx.2005-ci il tarixli kş/106 №-li əmr) Gəncə 9 №-li RRS-də 6-cı dərəcəli elektrik montyor vəzifəsində, xx.xx.2006-cı il tarixdən (xx.xx.2006-cı il tarixli kş/45 №-li əmr) İstehsalat laboratoriyasında 10-cu dərəcəli mühəndis vəzifəsində, xx.xx.2008-ci il tarixdən (xx.xx.2008-ci il tarixli kş/71 №-li əmr) İstehsalat laboratoriyasında 11-ci dərəcəli mühəndis vəzifəsində, xx.xx.2009-cu il tarixdən (xx.xx.2009-cu il tarixli kş/06 №-li əmr) Teleradio İB-nin xx.xx.2009-cu il tarixli 34 saylı əmrinə əsasən X7 Yayım Müəssisəsinin adı dəyişilərək Gəncə Radio X6 adlandırılmışdır, xx.xx.2012-ci il tarixdən (xx.xx.2012-ci il tarixli kş/30 №-li əmr) İstehsalat laboratoriyasında 9-cu dərəcəli böyük elektrik mexaniki vəzifəsində, xx.xx.2020-ci il tarixdən (xx.xx.2020-ci il tarixli kş/46 №-li əmr) hal-hazıra kimi İstehsalat laboratoriyasında B4 kateqoriyalı mühəndis vəzifəsinə işləyir. Belə ki, İddiaçı xx.xx.2004-cü il tarixdən indiyədək UYT (X9) şüalanma mənbələri olan istehsalat sahəsində işlə məşğul olmuşdur, 8% zərərli işə görə əlavə əmək haqqı alır, məzuniyyətinə 6 təqvim günü əlavə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinin (Ümumi peşələr) 54-cü yarımbəndinə əsasən güzəştli pensiyaya hüququ var. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə Xanlar X2 mərkəzi şərab zirzəmisinə 2 dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1978-ci ildə mexaniki sexinə 3-cü dərəcəli çilingər vəzifəsinə keçirilmiş, xx.xx.1978ci ildə təhsilə qəbul ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1978-ci ildə Moskva Dövlət Universitetinin Fizika fakültəsinə (əyani şöbəsinə) 1-ci kursa qəbul edilmiş, xx.xx.1979-cu ildə X5 fizika fakültəsinin 1-ci kursdan öz ərizəsi əsasında azad edilmişdir, xx.xx.1979-cu ildə X2 spirtçəkmə sexinə 4-cü dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1979-cu ildə təhsilə qəbul edilməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1981-ci ildə X1 əyani şöbəsinin tələbəsi kimi qəbul edilmiş, xx.xx.1986-cı ildə İnstitutda təhsilin sona çatması ilə əlaqədar tələbə siyahısından azad edilmiş, xx.xx.1987-ci ildə Xanlar X2 “Əzizbəyov” ş/z-nə usta qəbul edilmiş, xx.xx.1987-ci ildə 3 №-li Konyak spirtlərin saxlanma sexinə usta vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü ildə 3 №-li Konyak spirtlərin saxlanma sexinə rəis vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü ildə Konyak istehsalına rəis vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu ildə Konyak kupaj sexinə rəis keçirilmiş, xx.xx.2000-ci ildə Konyak kupaj sexi k/spirt saxlama sexi ilə birləşdirdiyi üçün işdən azad edilmiş, xx.xx.2004-cü ildə X7 Verici Mərkəzinə orta dalğalı radio verici sexinə 8-ci dərəcəli elektrik mexanik (0,5) vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2004-cü ildə orta dalğalı radio verici sexinə 3-cü dərəcəli elektrik montyor vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü ildə Gəncə 9 №-li RRS-də 3-cü dərəcəli elektrik montyor vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildə Gəncə 9 №-li RRS-də 6-cı dərəcəli elektrik montyor vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı ildə İstehsalat laboratoriyasına 10-cu dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci ildə İstehsalat laboratoriyasında 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu ildə Teleradio İB-nin xx.xx.2009-cu il tarixli 34 saylı əmrinə əsasən X7 Yayım Müəssisəsinin adı dəyişilərək Gəncə Radio X6 adlandırılmışdır, xx.xx.2012-ci ildə İstehsalat laboratoriyasına 9-cu dərəcəli böyük elektrik mexanik vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə İstehsalat laboratoriyasına B4 kateqoriyalı mühəndis vəzifəsinə təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. O, 60 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək həqiqi hərbi xidmət keçmiş, 1981- 1986-cı il tarixlərdə Azərbaycan Texnologiya İnstututunda təhsil almışdır. İddiaçı xx.xx.1977-ci ildə Xanlar X2 mərkəzi şərab zirzəmisinə 2 dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1978-ci ildə mexaniki sexinə 3-cü dərəcəli çilingər vəzifəsinə keçirilmiş, xx.xx.1978-ci ildə təhsilə qəbul ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1979-cu ildə X2 spirtçəkmə sexinə 4-cü dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1979-cu ildə təhsilə qəbul edilməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1987-ci ildə Xanlar X2 “Əzizbəyov” ş/z-nə usta qəbul edilmiş, xx.xx.1987-ci ildə 3 №-li Konyak spirtlərin saxlanma sexinə usta vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü ildə 3 №-li Konyak spirtlərin saxlanma sexinə rəis vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü ildə Konyak istehsalına rəis vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu ildə Konyak kupaj sexinə rəis keçirilmiş, xx.xx.2000-ci ildə Konyak kupaj sexi k/spirt saxlama sexi ilə birləşdirdiyi üçün işdən azad edilmiş, xx.xx.2004-cü ildə X7 Verici Mərkəzinə orta dalğalı radio verici sexinə 8-ci dərəcəli elektrik mexanik (0,5) vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2004-cü ildə orta dalğalı radio verici sexinə 3-cü dərəcəli elektrik montyor vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü ildə Gəncə 9 №-li RRS-də 3cü dərəcəli elektrik montyor vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildə Gəncə 9 №-li RRS-də 6-cı dərəcəli elektrik montyor vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı ildə İstehsalat laboratoriyasına 10-cu dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci ildə İstehsalat laboratoriyasında 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci ildə İstehsalat laboratoriyasına 9-cu dərəcəli böyük elektrik mexanik vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə İstehsalat laboratoriyasına B4 kateqoriyalı mühəndis vəzifəsinə təyin edilmişdir və hal-hazıra kimi həmin vəzifədə işləyir. Göründüyü kimi, hərbi xidmət və təhsil müddəti daxil olmaqla iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Birinci instansiya məhkəməsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar qeyd etmişdir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Teleradio İB Gəncə X3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 42 saylı arayışa əsasən iddiaçının xx.xx.2004-cü il tarixdən indiyədək UYT (X9) şüalanma mənbələri olan istehsalat sahəsində işlə məşğul olmuşdur, 8% zərərli işə görə əlavə əmək haqqı alır, məzuniyyətinə 6 təqvim günü əlavə edilir, işlədiyi sahə və peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinin (Ümumi peşələr) 54-cü yarımbəndinə uyğundur (UQD (ultra qısa dalğalar), UYT (X9), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər). Qeyd olunan sahədə iddiaçının iş stajı 12 il 6 aydan artıqdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə əsasən kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarda, peşələrdə və vəzifələrdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ üç şərtin (yaş, staj (ümumi və güzəştli), pensiya kapitalı) eyni zamanda mövcud olduğu halda yaranır və həmin şərtlərdən biri fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalıdır. Bununla əlaqədar qeyd edilməlidir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35745,22 manat təşkil edir. Göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış pensiya kapitalından az təşkil edir. Bu səbəbdən də, iddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə sorğu verilərək, İddiaçı (AZE 0*******, xx.xx.1960-ci il tarixdə anadan olmuş və Güygül şəhəri, 28 may küçəsi, ev 19 ünvanında qeydiyyatda olan) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının nə qədər təşkil etdiyi, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün mövcud olan pensiya kapitalının kifayət edib-etməməsi, yetərli olmadığı təqdirdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi üçün nə qədər pensiya kapitalının lazım olduğu barədə məlumatın verilməsi tələb olunmuşdur. Sorğuya cavab olaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli, **********6 saylı məktubla bildirmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 13595,49 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alman 23870,40 manat olmaqla cəmi pensiya kapitalı 37465,89 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən, işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 17 il 10 ay 3 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 13595,49 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 23870,40 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38200,00 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Beləliklə, apellyasiya instansiyası məhkəsi tərəfindən aparılan araşdırma zamanı iddiaçının pensiya kapitalının çatmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-4487/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-4487/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar