Məhkəmə qərarları › İş №2-1(103)-297/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-297/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-297/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X22 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının və nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3652/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli **********039800 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3652/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının və nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X23 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə 6 saylı Ərazi Vergilər İdarəsinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş və xx.xx.2021ci il tarixədək vergi orqanında müxtəlif vəzifələrdə çalışmış, tutduğu sonuncu vəzifə isə 6 saylı Ərazi Vergilər Baş idarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi olmuşdur. İntizam tənbehi tədbirinin görülməsi barədə xx.xx.2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin "a" bəndinin, Vergi Məcəlləsinin 31.0.1 və 31.0.2-ci yarımbəndlərinin, “X32 xidmət haqqında Əsasnamə"nin 34-cü maddəsinin 1-ci abzasının, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 2.0.2-ci, 2.0.5-ci, 3.6.1-ci və 3.6.3-cü yarımbəndlərinin, "X32 daxili xidməti intizam Qaydaları”nın 4.1-ci, 4.2-ci, 4.3-cü və 4.9-cu bəndlərinin tələblərini kobud şəkildə pozduqlarını, yol verilən nöqsanların xarakterini və ağırlıq dərəcəsini nəzərə alaraq, İqtisadiyyat Nazirliyinin "Əməkdaşların Rusiya Federasiyasına ezam edilmələri haqqında" xx.xx.2021-ci il tarixli E-95 nömrəli əmrini və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 5.5.1-ci və 5.5.6-cı yarımbəndlərinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi kiçik vergi xidməti müşaviri İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə və "X32 xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. İddiaçı bildirir ki, xx.xx.2021-ci il tarixli **********039800 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmr qanunsuz və əsassızdır. Belə ki, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə və xidməti nöqsanlara yol verməməyə çalışmış, rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında icra edib. Bütün bunlara baxmayaraq, Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********408100 nömrəli əmri ilə “X32 Xidmət Haqqında” Əsasnamənin 41-ci maddəsinə əsasən barəsində aparılan xidməti araşdırma ilə əlaqədar vəzifədən kənar edilmişdir. Xidməti araşdırma qərəzli şəkildə aparılmış, göstərdiyi dəlillərə və ümumi problemlərə aydınlıq gətirilməmiş, işin halları barədə Dövlət Vergi Xidmətinin rəhbərliyinə qəsdən yanlış məruzə edilmişdir. Qeyd olunan əmrin məzmunu xidməti araşdırma aparan Daxili təhlükəsizlik baş idarəsinin əməkdaşları tərəfindən işin faktiki hallarına və izahatında göstərdiyi dəlillərə uyğun olmayaraq formalaşdırılmışdır. Onun tərəfindən "xxxx" MMC-yə (VÖEN **********) himayədarlıq edilməmiş, habelə onun qeyd olunan müəssisə və müəssisənin heç bir vəzifəli şəxsi və nümayəndəsi ilə əlaqəsi olmamış, heç bir vəzifəli şəxsini və nümayəndəsini tanımamış, eləcə də həmin müəssisənin heç bir vəzifəli şəxsi və nümayəndəsi onu tanımamışdır. Vergi orqanlarında xidmətinə xitam verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsas götürülsə də, cavabdeh qurum tərəfindən hərəkətində həmin bənddəki pozuntunun nədə ifadə edildiyi əsaslandırılmamışdır. Belə ki, barəsində vergi orqanlarında xidmətinə xitam verilməsi üçün əsas götürülmüş Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin 2 halını özündə ehtiva edir. Onlardan biri işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, digəri isə həmin məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Hazırki halda isə barəsində qəbul edilmiş Əmrdə vergi orqanlarında xidmətimə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin hansı hissəsi ilə xitam verildiyi qeyri-müəyyəndir. Halbuki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən “Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun”. Bundan başqa mübahisələndirilən əmrdə Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə zidd olaraq cavabdeh orqan tərəfindən vergi orqanlarında xidmətinə xitam verilməsinin, başqa sözlə aralarında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Bundan başqa, cavabdeh orqan tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin tələbləri də pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin yeganə şərti olaraq işçinin vəzifə borcunu yerinə yetirməməsi nəticəsində işəgötürənə hər hansı formada ziyanın dəyməsi müəyyən edilmişdir. Hazırki halda isə cavabdeh orqan onun hərəkətləri nəticəsində hansı ziyana düşdüyünü barəsində qəbul etdiyi əmrdə göstərməmiş, başqa sözlə vergi orqanlarında xidmətinə xitam verilməsi üçün əsas götürdüyü Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini tətbiq edərkən həmin Məcəllənin 71-ci maddəsinin 2 və 3-cü hissəsinin tələblərini açıq-aşkar pozmuşdur. Bundan başqa, cavabdeh orqan tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinin tələbləri də pozulmuşdur. Belə ki, mübahisələndirilən əmrdə intizam xətasının nə vaxt törədilməsi barədə heç bir qeyd yoxdur. Yalnız xidməti araşdırma aparılan zaman ona bildirilmişdir ki, intizam xətası 2020-ci ilin iyun ayında baş vermişdir. Əgər həqiqətən də həmin pozuntu 2020-ci ilin iyun ayında baş vermişdirsə, o zaman, intizam xətasının törədildiyi gündən altı ay keçmişdir. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, 6 ay müddətinə aşağı vəzifəyə keçirmə, xüsusi rütbəni bir pillə aşağı salma kimi intizam tənbehlərindən biri tətbiq edilə bildiyi halda, hansı kobud pozuntusu vergi orqanlarında xidmətinə xitam verilməsinə səbəb olması əmrdə əsaslandırılmamışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən vergi orqanında qeydiyyatda olan "xxxx" MMC-yə (VÖEN: **********) himayədarlıq edilməsi barədə daxil olmuş məlumat əsasında Daxili təhlükəsizlik baş idarəsində xidməti araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, əsas fəaliyyət növü “Kommersiya və sahibkarlıq təşkilatlarının fəaliyyəti” və hüquqi ünvanı Masallı rayonu, Qodman kəndi olan "xxxx" MMC vergi ödəyicisi kimi xx.xx.2019-cu il tarixdə 6 saylı ƏVBl-də vergi uçotuna alınmışdır. Vergi uçotuna alındığı tarixdən xx.xx.2020-ci il tarixədək Cəmiyyətin direktoru və təsisçisi X17, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X33 olmuş, xx.xx.2021ci il tarixdən təsisçi X6r. Cəmiyyətin "xxxx" MMC-dən (VÖEN: **********) icarəyə götürdüyü Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində yerləşən əsas sahəsi 75,0 kv.m olan anbar vergi orqanında xx.xx.2020-ci il tarixdə təsərrüfat subyekti kimi qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Vergi ödəyicisi X11 (VÖEN: **********) icarəyə götürülmüş Abşeron rayonu, Saray ŞTQ körpünün yaxınlığında yerləşən, əsas sahəsi 64,0 kv.m olan anbar vergi orqanında xx.xx.2020-ci il tarixdə təsərrüfat subyekti kimi qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Lənkəran şəhəri İcra hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixdə verdiyi arayışa əsasən Cəmiyyətin həmin kənddə yerləşən 130 kv.m anbarı vergi orqanında xx.xx.2020-ci il tarixdə təsərrüfat subyekti kimi qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmış, həmin arayış əsasında anbar xx.xx.2020-ci il tarixdə təkrarən vergi orqanında təsərrüfat subyekti kimi qeydiyyata alınmış və xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cəmiyyət barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində ümumilikdə külli miqdar təşkil edən 1.873.426,70 manat məbləğində vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının büdcəyə ödəməkdən yayınma faktı üzrə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən fəaliyyət göstərdiyi dövrdə Cəmiyyət tərəfindən dövlət büdcəsinə 367.909,39 manat məbləğində ödəniş edilmiş və xx.xx.2021-ci il tarixə 2.892.083,86 manat ödənilməmiş vergi borcu olmuşdur. AVlS-in “İş qovluqları” alt modulunda olan sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, 6 saylı ƏVBl-nin xx.xx.2021-ci il tarixli qərarına əsasən Cəmiyyətin Abşeron rayonu, Saray qəsəbəsi, Körpünün yaxınlığı ünvanında **********-31001 kodla qeydiyyatda olan anbar tipli təsərrüfat subyektində (obyektdə) xx.xx.2021-ci il tarixdə baş idarənin əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş, təsərrüfat subyektinin (anbarın) boş olduğu, heç bir tikinti materiallarının olmadığı aşkar olunmuş və bu hal xx.xx.2021-ci il tarixli DVX seriyalı 001684 nömrəli aktla rəsmiləşdirilmişdir. Uçot-baza məlumatlarında olan, 6 saylı ƏVBl-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin rəisi Ələddin Babayev tərəfindən xx.xx.2020-ci il tarixdə **********328000 nömrə ilə qeydiyyata alınmış “Mal qalığının araşdırması aktı” adlı “ZİP” fayla baxış keçirilərkən Abşeron rayonu, Saray qəsəbəsi, Körpünün yaxınlığı ünvanında yerləşən anbarın içərisi dolu şəkilləri, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra 2 saylı ƏVBİ) Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi X7 və Cəmiyyətin direktoru X18 iştirakı ilə xx.xx.2020-ci il tarixdə keçirilmiş müşahidənin nəticəsi barədə tərtib edilmiş sərbəst akt və Cəmiyyətin “İSKO" QTSC-nin Bakı filialı (VÖEN:**********) və vergi ödəyicisi X34 (VÖEN: **********) ilə bağladığı icarə müqavilələrinin surətləri aşkar olunmuşdur. Qeyd olunan ziddiyyətli məqamların araşdırılması məqsədi ilə aidiyyəti vəzifəli şəxslərdən yazılı izahatlar alınmışdır. 6 saylı ƏVBl-nin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi İddiaçı xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, işlədiyi baş idarənin rəisi Namik Bağırovun şifahi tapşırığına əsasən həmin baş idarənin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin rəisi Ələddin Babayev ona Cəmiyyətin 2 saylı ƏVBl-nin əhatə dairəsində yerləşən anbarlarında malların mövcud olması vəziyyətinin müəyyənləşdirilməsi üçün ora getməli olduğunu bildirmiş, lakin özünün həmin ünvana getmək imkanı olmadığına görə əvvəllər bir yerdə işlədiyi və şəxsi münasibətləri olduğu 2 saylı ƏVBl-nin şöbə rəisi Orxan Əsgərovdan bu işlərin görülməsini şifahi olaraq xahiş etmişdir. Bu məqsədlə Cəmiyyətə aid mobil telefon nömrəsini uçot-baza məlumatlarından əldə edərək O.Əsgərova təqdim etmiş, keçirilmiş baxış tədbirinin nəticəsi barədə tərtib edilmiş sərbəst akt və anbarın şəkilləri P.Şahbazov tərəfindən “Whatsapp” proqramı vasitəsi ilə ona göndərilmişdir. Lakin şəkillər iki obyektdə çəkildiyindən vergi orqanında qeydiyyatda olmayan obyektin də icarə müqaviləsinin Cəmiyyətin nümayəndəsindən alınmasını P.Şahbazova tapşırmış, sonuncu tərəfindən bütün sənədlər və şəkillər ona təqdim edildikdən sonra həmin sənədləri “BigAnt Messenger” proqramı vasitəsi ilə Ə.Babayevə göndərmişdir. P.Şahbazov xx.xx.2021-ci il tarixli izahatında işlədiyi şöbənin rəisi Orxan Əsgərovun şifahi tapşırığına əsasən sonuncu tərəfindən qeyd kağızına yazıb verdiyi mobil nömrəyə zəng edərək Sumqayıt şəhərində yerləşən “Daş bazan"nda özünü Cəmiyyətin rəhbəri kimi təqdim edən şəxslə görüşdüyünü, daş bazarının və Saray qəsəbəsində yerləşən tikinti materialları bazarının ərazisində həmin şəxs tərəfindən ona göstərilən yerlərin şəkillərini çəkdiyini, lakin həmin şəxsin şəxsiyyətini, onun və şəkillərini çəkdiyi obyektlərin cəmiyyətə aidiyyətini müəyyən etmədiyini, obyektlərin təsərrüfat subyekti kimi vergi orqanında qeydiyyatda olmasını araşdırmadığını, sərbəst aktın özünü Cəmiyyətin rəhbəri kimi təqdim edən şəxs tərəfindən tərtib edildiyini, Cəmiyyətin rəhbərinin ad və soyadını qeyd edərək ora imza atdığını, möhürlədiyini, obyektlərin özü tərəfindən çəkilmiş şəkillərini və icarə müqavilələrini 6 saylı ƏVBl-nin adını və mobil telefon nömrəsini xatırlamadığı əməkdaşına “Whatsapp" proqramı vasitəsi ilə göndərdiyini və gördüyü işlər barədə yalnız öz şöbə rəisinə məlumat verdiyini bildirmişdir. 6 saylı ƏVBl-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin rəisi X30 xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, Cəmiyyət 2020-ci ilin aprel ayından mallar əldə etməsinə baxmayaraq, satış həyata keçirməmişdir. Mal qalığınının müəyyən edilməsi məqsədilə operativ vergi nəzarəti tədbiri keçirilməsi üçün baş idarə rəisi N.Bağırovun qarşısında məsələ qaldırmış, sonuncu isə pandemiya ilə əlaqədar Cəmiyyətin 2 saylı ƏVBl-nin əhatə dairəsində yerləşən anbarlarında baxış keçirilməsi variantının üzərində dayanmışdır. Cəmiyyətin təsərrüfat subyektlərinin şəkilləri və sərbəst akt ona İddiaçı tərəfindən “BigAnt Messenger” proqramı vasitəsilə göndərilmiş, şəkillərdə malların mövcudluğunu görüb kifayətlənmiş, ona görə də digər halları araşdırmamışdır. Həmçinin araşdırma zamanı Cəmiyyətin iş qovluğu sənədlərinə baxış keçirilərkən Lənkəran şəhəri İcra hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Cəmiyyətin həmin kənddə 130 kv.m anbarının olması barədə xx.xx.2020-ci il tarixdə verilmiş arayışın (icra nümayəndəsi X55 və onun müavini X35 tərəfindən imzalanmışdır) mötəbərliyi şübhə doğurduğundan həmin arayışın kim tərəfindən tələb edilməsi və kimə verilməsi hallarının aydınlaşdırılması məqsədi ilə xx.xx.2021-ci il tarixdə Vilvan kənd inzibati ərazi dairəsi üzrə hazırkı nümayəndə X12 ilə telefon vasitəsilə əlaqə saxlanılmışdır. Y.Əzimzadə həmin arayışın nümayəndənin müavini G.İbayeva tərəfindən verildiyini söylədiyi üçün G.İbayeva ilə aparılmış danışıqlar zamanı o, bildirmişdir ki, həmin arayışın verilməsini ondan daha əvvəldən tanıdığı və mobil telefon nömrəsi (050) ***-**-** olan 6 saylı ƏVBl-nin Zaur adlı əməkdaşı zəng edərək xahiş etmişdir. Zaura Cəmiyyətin həmin kənddə anbarının olmadığını bildirdikdə, o “boş şeydir, narahat olma, bir-iki aylıq yaranmış müəssisədir, sonradan bağlanacaq” kimi ifadələr işlədərək arayışın verilməsini ondan təkidlə istəmişdir. Bundan sonra arayışı hazırlayaraq imzalamış, eyni zamanda keçmiş icra nümayəndəsi X24 da imza etdirmiş və Zaurun xahişinə əsasən Elnur adlı gənc bir vergi əməkdaşına təqdim etmişdir. Araşdırma zamanı G.lbayevanın adını çəkdiyi Zaur adlı şəxsin 6 saylı ƏVBl-nin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin Vergi borclarının alınması şöbəsinin baş dövlət vergi müfəttişi X37 olduğu müəyyən edilmiş və ondan qeyd olunan xüsusatlar üzrə izahat alınmışdır. Z.Axundov araşdırmaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, 2020-ci ilin əvvələrində İddiaçı təşəbbüsü və xahişi ilə onu daha əvvəldən şəxsi münasibəti olduğu Lənkəran şəhəri İcra hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Gülnar İbayeva ilə tanış etmiş, Cəmiyyətin Vilvan kəndi ərazisində guya anbarının olması barədə verilən arayışın mətnini özü hazırlamış, həmin mətni nümayəndəliyə İddiaçı təqdim etmiş, telefon əlaqəsi yaradaraq G.İbayevadan həmin mətnə uyğun arayış verməsini xahiş edərək, Cəmiyyətin müvəqqəti yaranmış müəssisə olduğu üçün narahat olmamasını ona söyləmiş, hazırlanmış arayışı nümayəndəlikdən İddiaçı götürmüşdür. Bu xüsusat üzrə aparılmış araşdırma zamanı 6 saylı ƏVBl-nin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin xx.xx.2021-ci il tarixli **********164400 nömrəli “Təsərrüfat subyektinin ləğv edilməsi haqqında” xidməti məktubu və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli sərbəst akt və Vilvan icra nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 12-22/22 nömrəli arayışı 6 saylı ƏVBİ-nin (xx.xx.2021/**********591900) həmin baş idarənin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin böyük dövlət vergi müfəttişi X2 icrasına təqdim edildiyi və sonuncu tərəfindən sənədin icra olunduğu müəyyən olunmuşdur. İ.Dadaşov araşdırmaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında təsərrüfat subyektinin (obyektin) uçotdan çıxarılması vergi ödəyicisinin rəsmi müraciəti əsasında həyata keçirildiyi halda vergi ödəyicisindən müvafiq ərizə daxil olmadan Baş idarənin Operativ vergi nəzarəti şöbəsinin xidməti məktubu əsasında təsərrüfat subyektini (obyekti) “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”ın tələblərinə zidd olaraq qeydiyyatdan çıxardığını etiraf etmişdir. Bu hərəkətlərə (hərəkətsizliklərə) yol verməklə İddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin, Vergi Məcəlləsinin 31.0.1 və 31.0.2-ci yarımbəndlərinin, “X32 xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 1-ci abzasının, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 2.0.2-ci, 2.0.5-ci, 3.6.1-ci və 3.6.3-cü yarımbəndlərinin, “X32 daxili xidməti intizam Qaydaları’’nın 4.1-ci, 4.2-ci, 4.3-cü və 4.9-cu bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin, iddiaçı öz ərizəsində bildirmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinin yeganə şərti olaraq işçinin vəzifə borcunu yerinə yetirməməsi nəticəsində işəgötürənə hər hansı formada ziyan dəyməsi müəyyən edilmişdir. İddiaçı vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgilədiyi, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi hüquqpozmalarına qarşı prinsipial mövqe tutmadığı və vergidən yayınma hallarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görmədiyi, hüquqpozmalarına qarşı prinsipial mövqe tutmaması və vergidən yayınma hallarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməməsi xidməti araşdırma zamanı toplanmış sübutlarla təsdiqini tapmışdır. Həmçinin iddiaçı öz ərizəsində xx.xx.2021-ci il tarixli **********039800 nömrəli əmrin surəti ona Dövlət Vergi Xidməti tərəfindən deyil, işlədiyi 6 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən təqdim edilmişdir. İddiaçı gətirdiyi bu dəlili hər hansı formada əsaslandırmamışdır. Həmin əmrin 4-cü bəndinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixli əmrlə tanış edilməsi və onun icrası ilə bağlı digər hərəkətlərin yerinə yetirilməsi məhz iddiaçının çalışdığı 6 saylı Ərazi Vergilər Baş idarəsinin səlahiyyətli şəxslərinə tapşırılmış və müvafiq qaydada icra edilmişdir. Beləliklə, İddiaçı yuxarıda qeyd edilən hərəkətləri ilə Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndində nəzərdə tutulmuş normanın pozulmasına yol vermiş, yəni əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən birinə aid olan əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmişdir. Eyni zamanda İddiaçı vergi orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirməməklə Vergi Məcəlləsinin 31.0.2-nin maddəsinin tələbini pozmuşdur. Bunlarla yanaşı qeyd olunduğu kimi İddiaçı “X32 xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 5-ci abzasının, “X32 daxili xidməti intizam” qaydalarının 4.2-ci bəndinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları’’nın 2.0.2-ci, 3.2.2-ci, 3.10.1-ci və 3.10.2ci bəndlərinin tələblərini də kobud şəkildə pozmuşdur. Göründüyü kimi, İddiaçı yuxarıda sadalanan normalara əməl etməmiş və onun barəsində intizam tənbehi tədbirləri görülərkən, o cümlədən vergi orqanlarında xidmətinə xitam verilərkən onun bundan əvvəl yol verdiyi intizam pozuntuları, habelə şəxsiyyəti, törətdiyi xətanın xarakteri və ağırlıq dərəcəsi nəzərə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 41.1-ci maddəsinə görə vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “X32 xidmət haqqında” Əsasnamənin 34-cü bəndinə görə vergi orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək. Həmin Əsasnamənin 41-ci bəndinə əsasən xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldıran, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir. Həmin Əsasnamənin 46-ci bəndinə görə Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 5) vergi orqanlarında xidmətinə xitam verilmə. Hazırda mübahisələndirilən əmr onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən vergi orqanında qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) himayədarlıq edilməsi barədə daxil olmuş məlumat əsasında Daxili təhlükəsizlik baş idarəsində xidməti araşdırma aparılmışdır. Araşdırma zamanı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi, kiçik vergi xidməti müşaviri X25, böyük dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri X7, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin rəisi, baş vergi xidməti müşaviri X13, Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi, kiçik vergi xidməti müşaviri İddiaçı, İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin rəisi, vergi xidməti müşaviri X8, Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin Vergi borclarının alınması şöbəsinin böyük dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri X26, Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin rəisi, baş vergi xidməti müşaviri X3, Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin baş hüquqşünası, vergi xidməti müşaviri X14 və Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin böyük dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri X2 xidməti fəaliyyətləri zamanı, vəzifə və funksiyalarını yerinə yetirərkən kobud nöqsanlara, eləcə də vergidən yayınma hallarına şərait yaradan hərəkətlərə (hərəkətsizliyə) yol verdikləri müəyyən edilmişdir. Qeyd olunan hallarla bağlı əməkdaşlar xidməti araşdırmaya müvafiq izahatlar təqdim etmiş, lakin əsaslı səbəblər göstərə bilməmişlər. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Xidmətin Daxili təhlükəsizlik baş idarəsi tərəfindən aparılmış araşdırma zamanı İddiaçı alınmış yazılı izahatın, araşdırmanın nəticəsi barədə xidməti məruzə və “İntizam tənbehi görülməsi barədə” əmrdən çıxarışın təsdiq olunmuş surəti təqdim edilmişdir. Daxili Təhlükəsizlik baş idarəsinin rəsinin araşdırmanın nəticəsi barədə xidməti məruzəsinə əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş dərəsinin (bundan sonra - 6 saylı ƏVBİ) əməkdaşları tərəfindən vergi orqanında qeydiyyatda olan "xxxx" MMC-yə (VÖEN **********) himayədarlıq edilməsi barədə daxil olmuş məlumat əsasında Daxili təhlükəsizlik baş idarəsində xidməti araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, əsas fəaliyyət növü “Kommersiya və sahibkarlıq təşkilatlarının fəaliyyəti” və hüquqi ünvanı ünvan 3ergi ödəyicisi kimi xx.xx.2019-cu il tarixdə 6 saylı ƏVBl-də vergi uçotuna alınmışdır. Vergi uçotuna alındığı tarixdən xx.xx.2020-ci il tarixədək Cəmiyyətin direktoru və təsisçisi X17, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X33 olmuş, xx.xx.2021-ci il tarixdən təsisçi X6r. Cəmiyyətin "xxxx" MMC-dən (VÖEN **********) icarəyə götürdüyü Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində yerləşən əsas sahəsi 75,0 kv.m olan anbar vergi orqanında xx.xx.2020-ci il tarixdə təsərrüfat subyekti kimi qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Vergi ödəyicisi X11 (VÖEN **********) icarəyə götürülmüş Abşeron rayonu, Saray ŞTQ körpünün yaxınlığında yerləşən, əsas sahəsi 64,0 kv.m olan anbar vergi orqanında xx.xx.2020-ci il tarixdə təsərrüfat subyekti kimi qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bundan qaşqa, Lənkəran şəhəri İcra hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020ci il tarixdə verdiyi arayışa əsasən Cəmiyyətin həmin kənddə erləşən 130 kv.m anbarı vergi orqanında xx.xx.2020-ci il tarixdə təsərrüfat subyekti kimi qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmış, həmin arayış əsasında anbar xx.xx.2020ci il tarixdə təkrarən vergi orqanında təsərrüfat subyekti kimi qeydiyyata alınmış və xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cəmiyyət barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsində ümumilikdə külli miqdar təşkil edən 1873426,70 manat məbləğində vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının büdcəyə ödəməkdən yayınma faktı üzrə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən fəaliyyət göstərdiyi dövrdə Cəmiyyət tərəfindən dövlət büdcəsinə 367909,39 manat məbləğində ödəniş edilmiş və xx.xx.2021-ci il tarixə 2892083,86 manat ödənilməmiş vergi borcu olmuşdur. AVlS-in “İş qovluqları” alt modulunda olan sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, 6 saylı ƏVBl-nin xx.xx.2021-ci il tarixli qərarına əsasən Cəmiyyətin Abşeron rayonu, Saray qəsəbəsi, Körpünün yaxınlığı ünvanında **********-31001 kodla qeydiyyatda olan anbar tipli təsərrüfat subyektində (obyektdə) xx.xx.2021-ci il tarixdə baş idarənin əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş, təsərrüfat subyektinin (anbarın) boş olduğu, heç bir tikinti materiallarının olmadığı aşkar olunmuş və bu hal xx.xx.2021-ci il tarixli DVX seriyalı 001684 nömrəli aktla rəsmiləşdirilmişdir. Uçot-baza məlumatlarında olan, 6 saylı ƏVBl-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin rəisi Ələddin Babayev tərəfindən xx.xx.2020-ci il tarixdə **********328000 nömrə ilə qeydiyyata alınmış “Mal qalığının araşdırması aktı” adlı “ZİP” fayla baxış keçirilərkən Abşeron rayonu, Saray qəsəbəsi, Körpünün yaxınlığı ünvanında yerləşən anbarın içərisi dolu şəkilləri, 2 saylı Ərazi Vergilər Baş idarəsinin (bundan sonra 2 saylı ƏVBİ) Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi X7 və Cəmiyyətin direktoru X18 iştirakı ilə xx.xx.2020-ci il tarixdə keçirilmiş müşahidənin nəticəsi barədə tərtib edilmiş sərbəst akt və Cəmiyyətin “İSKO” QTSC-nin Bakı filialı (VÖEN:**********) və vergi ödəyicisi X34 (VÖEN: **********) ilə bağladığı icarə müqavilələrinin surətləri aşkar olunmuşdur. Qeyd olunan ziddiyyətli məqamların araşdırılması məqsədi ilə aidiyyəti vəzifəli şəxslərdən yazılı izahatlar alınmışdır. P.Şahbazov xx.xx.2021-ci il tarixli izahatında işlədiyi şöbənin rəisi Orxan Əsgərovun şifahi tapşırığına əsasən sonuncu tərəfindən qeyd kağızına yazıb verdiyi mobil nömrəyə zəng edərək Sumqayıt şəhərində yerləşən “Daş bazarı”nda özünü Cəmiyyətin rəhbəri kimi təqdim edən şəxslə görüşdüyünü, daş bazarının və Saray qəsəbəsində yerləşən tikinti materialları bazarının ərazisində həmin şəxs tərəfindən ona göstərilən yerlərin şəkillərini çəkdiyini, lakin həmin şəxsin şəxsiyyətini, onun və şəkillərini çəkdiyi obyektlərin cəmiyyətə aidiyyətini müəyyən etmədiyini, obyektlərin təsərrüfat subyekti kimi vergi orqanında qeydiyyatda omasını araşdırmadığını, sərbəst aktın özünü Cəmiyyətin rəhbəri kimi təqdim edən şəxs tərəfindən tərtib edildiyini, Cəmiyyətin rəhbərinin ad və soyadını qeyd edərək ora imza atdığını, möhürlədiyini, obyektlərin özü tərəfindən çəkilmiş şəkillərini və icarə müqavilələrini 6 saylı ƏVBİ-nin adını və mobil telefon nömrəsini xatırlamadığı əməkdaşına “Whatsapp” proqramı vasitəsi ilə göndərdiyini və gördüyü işlər barədə yalnız öz şöbə rəisinə məlumat verdiyini bildirmişdir. 2 saylı ƏVBİ-nin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi X38 xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, 6 saylı ƏVBİ- -in şöbə rəisi İddiaçı Cəmiyyətin 2 saylı ƏVBİ-nin əhatə dairəsində yerləşən anbarında malların mövcud olması vəziyyətinin müəyyənləşdirilməsi barədə şifahi xahişinə əsasən rəisi olduğu şöbənin əməkdaşı P.Şahbazova İddiaçı ona verdiyi mobil -ömrələri təqdim edərək anbara baxış keçirməsini və baxışın nəticəsini sərbəst aktla rəsmiləşdirməsini tapşırmış, lakin görülmüş işlərdən, rəsmiləşdirmənin hansı formada aparılmasından, sərbəst aktın kimin tərəfindən tərtib edilməsindən və imzalanmasından, obyektlərin çəkilmiş şəkillərinin kimə və necə göndərilməsindən məlumatsız olmuşdur. 6 saylı ƏVBİ-nin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi İddiaçı xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, işlədiyi baş darənin rəisi Namik Bağırovun şifahi tapşırığına əsasən həmin baş idarənin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin rəisi Ələddin Babayev ona Cəmiyyətin 2 saylı ƏVBİ-nin əhatə dairəsində yerləşən anbarlarında malların mövcud olması vəziyyətinin müəyyənləşdirilməsi üçün ora getməli olduğunu bildirmiş, lakin özünün həmin ünvana getmək imkanı olmadığına görə əvvəllər bir yerdə işlədiyi və şəxsi münasibətləri olduğu 2 saylı ƏVBİ-nin şöbə rəisi Orxan Əsgərovdan bu işlərin görülməsini şifahi olaraq xahiş etmişdir. Bu məqsədlə Cəmiyyətə aid mobil telefon nömrəsini uçot-baza məlumatlarından əldə edərək O.Əsgərova təqdim etmiş, keçirilmiş baxış tədbirinin nəticəsi barədə tərtib edilmiş sərbəst akt və anbarın şəkilləri P.Şahbazov tərəfindən “Whatsapp” proqramı vasitəsi ilə ona göndərilmişdir. Lakin şəkillər iki obyektdə çəkildiyindən vergi orqanında qeydiyyatda olmayan obyektin də icarə müqaviləsinin Cəmiyyətin nümayəndəsindən alınmasını P.Şahbazova tapşırmış, sonuncu tərəfindən bütün sənədlər və şəkillər ona təqdim edildikdən sonra həmin sənədləri “BigAnt Messenger” proqramı vasitəsi ilə Ə.Babayevə göndərmişdir. 6 saylı ƏVBİ-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin rəisi X30 xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, Cəmiyyət 2020- ci ilin aprel ayından mallar əldə etməsinə baxmayaraq, satış həyata keçirməmişdir. Mal qalığınının müəyyən edilməsi məqsədilə operativ vergi nəzarəti tədbiri keçirilməsi üçün baş idarə rəisi N.Bağırovun qarşısında məsələ qaldırmış, sonuncu isə pandemiya ilə əlaqədar Cəmiyyətin 2 saylı ƏVBİ-nin əhatə dairəsində yerləşən anbarlarında baxış keçirilməsi variantının üzərində dayanmışdır. İddiaçı ora getməli olmasını baş idarə rəisinin asşnğı olduğunu ehtimal etdiyindən ona görülməli işlər barədə müəyyən tövsiyələr vermişdir. Cəmiyyətin təsərrüfat subyektlərinin şəkilləri və sərbəst akt ona İddiaçı tərəfindən “BigAnt Messenger” proqramı vasitəsilə göndərilmiş, şəkillərdə malların mövcudluğunu görüb kifayətlənmiş, ona görə də digər halları araşdırmamışdır. Ə.Babayev izatında həmin sənədləri ona təqdim edildikdən 26 gün sonra bazaya işləməsinin səbəbini əsaslandıra bilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin Analitik təhlil və monitorinq şöbəsinin baş dövlət vergi müfəttişi Natiq Məhyəddinov xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, xx.xx.2020-ci il rarixdə Cəmiyyət riskli vergi ödəyicisi olan "xxxx" MMC (VÖEN: **********) ilə əməliyyat apardığından həmin əməliyyatların real olmasının dəqiqləşdirilməsini Ə.Babayevin ziqqətinə çatdırmışdır. Ə.Babayev anbarda olan malların şəkillərini vergi ödəyicisinin özünün çəkib göndərdiyini bildirərək, həmin şəkilləri “BigAnt Messenger” proqramı vasitəsi ilə xx.xx.2020-ci il tarixdə ona göndərmişdir. Ə.Babayevə yenidən vergi ödəyicisinin obyektinə oaxış keçirilməli olduğunu bildirdikdə o, vergi ödəyicisinin obyektinin kənar ərazidə olması və oandemiya ilə əlaqədar obyektə baxış keçirilməsində müəyyən çətinliklər olduğunu söyləmişdir. Daha sonra, xx.xx.2020-ci il tarixdə Ə.Babayevdən vergi ödəyicisinin obyektinə baxışın keçirilməsi vəziyyətini soruşduqda o, vergi ödəyicisinin obyektinə həmin obyektin qeydiyyatda olduğu ərazi vergi orqanının əməkdaşı tərəfindən baxış keçirildiyini, obyektin şəkillərinin çəkilib ona göndərildiyini, şəkillərə əsasən vergi ödəyicisinin obyektində plastik boruların və digər tikinti materiallarının olmasını müəyyən etdiyini bildirərək, vergi orqanı əməkdaşı tərəfindən çəkilən şəkilləri “BigAnt Messenger” proqramı vasitəsi xx.xx.2020-ci il tarixdə saat 10:13-də ona göndərmişdir. Araşdırma zamanı Cəmiyyətin iş qovluğu sənədlərinə baxış keçirilərkən Lənkəran şəhəri İcra hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Cəmiyyətin həmin kənddə 130 kv.m anbarının olması barədə xx.xx.2020-ci il tarixdə verilmiş arayışın (icra nümayəndəsi X55 və onun müavini X35 tərəfindən imzalanmışdır) mötəbərliyi şübhə doğurduğundan həmin arayışın kim tərəfindən tələb edilməsi və kimə verilməsi hallarının aydınlaşdırılması məqsədi ilə xx.xx.2021-ci il tarixdə Vilvan kənd inzibati ərazi dairəsi üzrə hazırkı nümayəndə X12 ilə telefon vasitəsilə əlaqə saxlanılmışdır. Y.Əzimzadə həmin arayışın nümayəndənin müavini G.İbayeva tərəfindən verildiyini söylədiyi üçün G.İbayeva ilə aparılmış danışıqlar zamanı o, bildirmişdir ki, həmin arayışın verilməsini ondan daha əvvəldən tanıdığı və mobil telefon nömrəsi (050) ***-**-** olan 6 saylı ƏVBl-nin Zaur adlı əməkdaşı zəng edərək xahiş etmişdir. Zaura Cəmiyyətin həmin kənddə anbarının olmadığını bildirdikdə, o “boş şeydir, narahat olma, bir-iki aylıq yaranmış müəssisədir, sonradan bağlanacaq” kimi ifadələr işlədərək arayışın verilməsini ondan təkidlə istəmişdir. Bundan sonra arayışı hazırlayaraq imzalamış, eyni zamanda keçmiş icra nümayəndəsi X24 da imza etdirmiş və Zaurun xahişinə əsasən Elnur adlı gənc bir vergi əməkdaşına təqdim etmişdir. Araşdırma zamanı G.İbayevanın adını çəkdiyi Zaur adlı şəxsin 6 saylı ƏVBl-nin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin Vergi borclarının alınması şöbəsinin baş dövlət vergi müfəttişi X37 olduğu müəyyən edilmiş və ondan qeyd olunan düsusatlar üzrə izahat alınmışdır. Z.Axundov araşdırmaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, 2020-ci ilin əvvələrində İddiaçı təşəbbüsü və xahişi ilə onu daha əvvəldən şəxsi münasibəti olduğu Lənkəran şəhəri İcra hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Gülnar İbayeva ilə tanış etmiş, Cəmiyyətin Vilvan kəndi ərazisində guya anbarının olması barədə verilən arayışın mətnini özü hazırlamış, həmin mətni nümayəndəliyə İddiaçı təqdim etmiş, telefon əlaqəsi yaradaraq G.lbayevadan həmin mətnə uyğun arayış verməsini xahiş edərək, Cəmiyyətin müvəqqəti yaranmış müəssisə olduğu üçün narahat olmamasını ona söyləmiş, hazırlanmış arayışı nümayəndəlikdən İddiaçı götürmüşdür. Cəmiyyətin uçot-baza məlumatlarının təhlili zamanı həmçinin müəyyən edilmişdir ki, 6 saylı ƏVBİ tərəfindən Cəmiyyətə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********451100 nömrəli məktubda vergi ödəyicisinin xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən ona məxsus **********-26002 qeydiyyat kodlu təsərrüfat subyektinin (obyektin) qeydiyyatdan çıxarıldığı bildirilmişdir. Bu xüsusat üzrə aparılmış araşdırma zamanı 6 saylı ƏVBl-nin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin xx.xx.2021-ci il tarixli **********164400 nömrəli “Təsərrüfat subyektinin ləğv edilməsi haqqında” xidməti məktubu və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli sərbəst akt və Vilvan icra nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 12-22/22 nömrəli arayışı 6 saylı ƏVBl-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi Mayis Mirzəyev tərəfindən 43.1 nomenklaturası ilə vergi ödəyicisindən daxil olan ərizə kimi (çatdırılma növü kimi əlbə-əl) qeydiyyata alınaraq (xx.xx.2021/**********591900) həmin baş idarənin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin böyük dövlət vergi müfəttişi X2 icrasına təqdim edildiyi və sonuncu tərəfindən sənədin icra olunduğu müəyyən olunmuşdur. İ.Dadaşov araşdırmaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında təsərrüfat subyektinin (obyektin) uçotdan çıxarılması vergi ödəyicisinin rəsmi müraciəti əsasında həyata keçirildiyi halda vergi ödəyicisindən müvafiq ərizə daxil olmadan Baş idarənin Operativ vergi nəzarəti şöbəsinin xidməti məktubu əsasında təsərrüfat subyektini (obyekti) “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”ın tələblərinə zidd olaraq qeydiyyatdan çıxardığını, həmin sənədlərin vergi ödəyicisindən daxil olan ərizə kimi qeydiyyata alınması üçün M.Mirzəyevə təqdim etdiyini etiraf etsə də, yol verdiyi nöqsanlara əsassız bəhanələr gətirərək məsuliyyətdən yayınmağa çalışmışdır. Bundan başqa araşdırma zamanı müəyyən edilmişdir ki, Cəmiyyətin “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” xx.xx.2021-ci il tarixli **********220300 nömrəli ərizəsi 6 saylı ƏVBl-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin baş hüquqşünası X31 tərəfindən nöqsana yol verilməklə icra olunmuşdur. Belə ki, vergi ödəyicisinə göndərilən xx.xx.2021-ci il tarixli **********011100 nömrəli cavab məktubunda uçot məlumatlarında müvafiq dəyişikliyin (dəyişikliklərin) edilməsinin təmin olunduğu bildirilmişdir. Lakin uçot-baza məlumatları araşdırılarkən müəyyən olunmuşdur ki, Cəmiyyətin direktoru və təsisçisi X18 özünə məxsus 100 faiz payın X1 barədə xx.xx.2021ci il tarixli “Nizamnamə kapitalının alqı-satqısı” müqaviləsi və Cəmiyyətin təsisçisinin xx.xx.2021-ci il tarixli Qərarı qeyd olunan ərizəyə əlavə olunmasına baxmayaraq, Cəmiyyətin qeydiyyat məlumatlarında rəhbər və təsisçi deyil, yalnız təsisçi dəyişikliyi edilmiş və vergi ödəyicisinə müvafiq dəyişikliyin edildiyi bildirilərək təhrif olunmuş məlumat verilmişdir. E.Bədəlov araşdırmaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, Cəmiyyətin xx.xx.2021-ci il tarixli rəhbər və təsisçi dəyişikliyinin edilməsi barədə ərizəsi bir neçə gün şöbə rəisi Sərraf Mövsümovun icrasında qaldıqdan və araşdırıldıqdan sonra ona icra üçün verilmişdir. Cəmiyyətin rəhbəri çoxlu sayda hüquqi şəxsin rəhbəri və təsisçisi olduğundan rəhbər dəyişikliyinin aparılması zamanı proqram təminatında xəta baş vermiş, bununla bağlı Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili şöbəsinin baş hüquqşünası Elmira Həsənova ilə danışıqlar (yazışmalar) aparmışdır. Cəmiyyətin yeni təyin olunan rəhbəri və təsisçisi riskli şəxs olduğuna görə yalnız təsisçi dəyişikliyi edilməsi barədə E.Həsənovanın “BigAnt Messenger” proqramında yazdığı qeydinə əsasən həmin ərizəni qismən icra etmişdir. Lakin E.Bədəlov izahatında bu barədə vergi ödəyicisinə əsaslandırılmış cavab verilməməsinin səbəblərini izah edə bilməmişdir. E.Həsənova araşdırmaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında Cəmiyyətin xx.xx.2021-ci il tarixli **********220300 nömrəli ərizəsinin icrası ilə əlaqədar 6 saylı ƏVBİnin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin əməkdaşları tərəfindən 2021-ci ilin mart ayı ərzində ona müraciət olunmadığını, həmin vergi ödəyicisi barədə E.Bədəlov tərəfindən ona “BigAnt Messenger” proqramı vasitəsilə ilk dəfə xx.xx.2021-ci il tarixdə müraciət edildiyini bildirmişdir. “BigAnt Messenger” proqramı vasitəsi ilə E.Həsənovaya ünvanlanmış yazışmaların araşdırılması zamanı E.Bədəlovun izahatında qeyd etdikləri təsdiqini tapmamışdır. 6 saylı ƏVBl-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin rəisi X19 xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli izahatlarında rəisi olduğu şöbənin əməkdaşlarının funksional vəzifələrinin icrasına nəzarəti düzgün təşkil etməməsini pandemiya ilə əlaqədar iş həcminin çoxluğu ilə əlaqələndirmiş, Cəmiyyətin qeydiyyat məsələləri ilə bağlı rəhbərlik tərəfindən ona tapşırıq verilmədiyini bildirsə də, AVlS-in “İş qovluqları” alt modulunda onun funksional vəzifələrinin icrasına aidiyyəti olmayan Cəmiyyətə məxsus sənədlərə dəfələrlə əsassız baxışlar keçirməsinin səbəblərini əsaslandıra bilməmişdir. Uçot-baza məlumatları araşdırılarkən Cəmiyyətin dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak üçün arayışın təqdim edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********762700 və **********193000 nömrəli müraciətlərinin qısa zaman (1 saat 15 dəqiqə) ərzində icra olunaraq razılaşdırılması üçün Xidmətin aidiyyəti baş idarəsinin vəzifəli şəxslərinə təqdim edilməsi şübhə doğurduğundan icraçı şəxs olan 6 saylı ƏVBl-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi İlqar Bağışovdan bu hal üzrə izahat alınmışdır. İ.Bağışov xx.xx.2021-ci il tarixli izahatında müraciətlərin təcili cavablandırılmasının şöbə rəisi Mübariz Salayev tərəfindən ona tapşırıldığını bildirmişdir. 6 saylı ƏVBl-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin rəisi X27 xx.xx.2021-ci il tarixli izahatında Cəmiyyətin dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak üçün arayışın alınması barədə müraciətinin tez bir zamanda cavablandırılması üçün işlədiyi baş idarənin rəhbərliyi tərəfindən ona, onun tərəfindən isə rəhbərlik etdiyi şöbənin əməkdaşı İlqar Bağışova hər hansı bir tapşırıq verilmədiyini bildirsə də, bu növ arayışların verilməsi barədə digər vergi ödəyicilərinin müraciətlərini Cəmiyyətə münasibətdə daha gec icra etməklə vergi ödəyicilərinə fərqli münasibət göstərilməsinin səbəblərini əsaslandıra bilməmişdir. 6 saylı ƏVBl-nin rəisi X28 araşdırmaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında Cəmiyyət barədə ümumiyyətlə heç bir təsəvvürünün olmadığını, rəhbərini, faktiki rəhbərini, təsisçisini tanımadığını, ondan həmin Cəmiyyətə qarşı fərqli münasibət göstərilməsi barədə heç bir vəzifəli şəxs tərəfindən xahiş edilmədiyini, Cəmiyyətin fəaliyyəti ilə maraqlanmadığını, AVİS proqram təminatının “İş Qovluqları” altmodulunda Cəmiyyətə aid olan sənədlərə ümumiyyətlə heç vaxt baxış keçirmədiyini bildirsə də, xx.xx.2020-ci il tarixdə 4 halda Cəmiyyətin AVİS proqram təminatının “İş Qovluqları” altmodulunda olan tender və obyektlə bağlı müraciətlərinə baxışlar keçirməsi ilə bağlı ona verilən sualı qeyrisəmimi cavablandırmış və baxış keçirməsi səbəblərini xatırlamadığını bildirərək müxtəlif fərziyyələr irəli sürmüşdür. N.Bağırov izahatında tabeçiliyində olan vəzifəli şəxslərin fəaliyyətinə nəzarəti lazımi səviyyədə təşkil edə bilməməsini verilən tapşırıqları bəzi əməkdaşların vaxtında və keyfiyyətlə icra edə bilməməsi və kadr islahatları aparması üçün ona adlarını izahatında qeyd etmək istəmədiyi qeyri- müəyyən rəhbər vəzifəli şəxslər tərəfindən imkan verilməməsi kimi əsassız səbəblərlə izah etməyə çalışmışdır. X15 İqtisadiyyat Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı 28 iyul, 4 və 5 avqust 2021-ci il tarixli müraciətlərində göstərilənlərlə bağlı Daxili təhlükəsizlik baş idarəsində aparılmış xidməti araşdırma zamanı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının icrası ilə bağlı 6 saylı ƏVBl-nin rəisi X28 tərəfindən bu sahə üzrə işlərin təşkilində şöbələrarası koordinasiya işlərinin, əməkdaşların xidməti və xidmətdənkənar fəaliyyətlərinə nəzarətin düzgün təşkil edilmədiyi, rəhbərlik etdiyi struktur bilavasitə bu işlərə nəzarət etməli olduğu halda, tabeliyində olan vergi əməkdaşları X4 və X20 öz ailə üzvlərinə müvafiq tələbləri pozmaqla qadağan olunan şənlik mərasimləri keçirdikləri, həmin şənlik mərasimlərində Namik Bağırovun özünün də iştirak etdiyi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan hərəkətlərə (hərəkətsizliyə) yol verməklə N.Bağırov, Ə.Babayev, İddiaçı, O.Əsgərov, P.Şahbazov, M.Salayev, Z.Axundov, İ.Dadaşov, E.Bədəlov və S.Möhsümov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin, Vergi Məcəlləsinin 31.0.1 və 31.0.2-ci yarımbəndlərinin, “X32 xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 1-ci abzasının, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 2.0.2-ci, 2.0.5-ci, 3.6.1-ci və 3.6.3-cü yarımbəndlərinin, “X32 daxili xidməti intizam Qaydaları”nın 4.1-ci, 4.2-ci, 4.3-cü və 4.9-cu bəndlərinin tələblərini kobud şəkildə pozmuşlar. xx.xx.2021-ci il tarixli **********408100 nömrəli əmrlə Ə.Babayev, İddiaçı, P.Şahbazov, M.Salayev və Z.Axundov “X32 xidmət haqqında Əsasnamə”nin 41 -ci bəndinə əsasən xx.xx.2021-ci il tarixdən xidməti araşdırma başa çatana qədər tutduqları vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmışlar və hazırda 6 saylı ƏVBl-də qeydiyyatda olan digər vergi ödəyiciləri ilə bağlı analoji istiqamətlər üzrə araşdırmalar davam etdirilir. Beləliklə, 6 saylı ƏVBl-nin fəaliyyəti üzrə analoji araşdırmaların davam etdirildiyini, yol verdikləri nöqsanların xarakterini və ağırlıq dərəcəsini, həmçinin araşdırma zamanı nümayiş etdirdikləri davranışlarını nəzərə alaraq, məqsədəuyğun hesab edildiyi təqdirdə X10 xidməti araşdırmalar başa çatana qədər tutduğu vəzifədən kənarlaşdırılması, X16 və İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “X32 xidmət haqqında Əsasnamə”nin 46cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilməsi, X38, X29, X27 barəsində töhmət, X37, X21, X31 və X19 barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehinin tətbiq edilməsi, həmçinin M.Salayevin, P.Şahbazovun və Z.Axundovun vəzifələrinə qaytarılması üçün müvafiq əmr layihəsinin hazırlanması barədə İnsan resursları baş idarəsinə göstəriş verməsi tövsiyə olunmuşdur. "xxxx" MMC-nin fəaliyyətinin araşdırılması barədə xidməti məktub tərtib olunmuş, "xxxx" MMC-də xüsusilə külli miqdarda vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Vəzifədən müvəqqəti olaraq kənar edilmə haqqında xx.xx.2021-ci il tarixli əmrə əsasən digərləri ilə yanaşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi kiçik vergi xidməti müşaviri İddiaçı “X32 xidmət haqqında Əsasnamə”nin 41-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xidməti araşdırma başa çatana qədər tutduğu vəzifədən müvəqqəti olaraq kənar edilmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Həmkarlar ittifaqının xx.xx.2021-ci il tarixli protokoluna əsasən ilə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi kiçik vergi xidməti müşaviri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Göründüyü kimi işin hallarına əsasən müəyyən olunur ki, iddiaçı səyyar vergi yoxlamaları şöbəsinin rəisi kimi müvafiq qərar olmadan (növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması qərarı) vergi ödəyicisinin anbarında malların mövcud olmasının yoxlamasının həyata keçirilməsini təşkil etmişdir. Bu fakt xidməti araşdırma zamanı müəyyən edilmiş və işin mübahisəsiz halıdır. Qeyd edilən hal kənar müşahidəçidə obyektiv olaraq vəzifəli şəxsin vəzifə funksiyalarının qərəzsiz icrasına təsirlərin mövcudluğuna şübhə yarada bilər. İdarə rəisinin şifahi tapşırığına əsasən müvafiq qərar olmadan vergi nəzarətinin həyata keçirməsinə dair iddiaçının dəlili vəzifəli şəxs kimi vəzifə və funksiyalarının yerinə yetirilməməsi, eləcə də vergidən yayınma hallarına şərait yaradan hərəkətlərin əsaslandırılması kimi çıxış edə bilməz. Odur ki, cavabdeh iddiaçının xidməti fəaliyyəti zamanı vəzifə və funksiyalarını yerinə yetirərkən kobud nöqsanlara, eləcə də vergidən yayınma hallarına şərait yaradan hərəkətlərə yol verməsi halı ilə bağlı mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Xidməti fəaliyyəti zamanı vəzifə və funksiyalarını yerinə yetirərkən kobud nöqsanlara yol vermiş digər əməkdaşlarla müqayisədə iddiaçıya daha ağır intizam tənbeh tətbiri tətbiqinə münasibətdə kollegiya qeyd edir ki, vəzifəli şəxs xidməti intizam qaydalarını pozduqda tətbiq edilən intizam tənbeh tədbiri diskresion səlahiyyət əsasında müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3652/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar