Məhkəmə qərarları › İş №2-1(103)-2970/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2970/2025

18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2970/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Arif qızının sədrliyi və məruzəsi ilə, X1 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, X4 Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1101/2025 saylı 04 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə18 noyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı qanunvericiliklə nəzərdə əmək stajını nəzərə alaraq ona əmək pensiyası təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə Füzuli rayonunda anadan olmuşdur. xx.xx.1975-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Ali təhsil almışdır. xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Füzuli rayonu, Rusiya adına kolxovza baş mühəndis vəzifəsində çalışmışdır. xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Füzuli rayonu, k/mex təminat birliyinin təmir emalatxanasında müdir işləmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Füzuli rayonu Rusiya kolxozunda baş mühəndis işləmişdir. Eyni zamanda xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək X3 İdarəsində mühəndismexanik vəzifəsində işləmişdir. 30 il 6 ay əmək stajı mövcuddur. O bunu aradan qaldırmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir və ona oradan cavab olaraq bildirilir ki, ona pensiya təyin edilərkən nəzərdə tutulmuş əmək stajı yoxdur. xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixinədək Q.Namazəliyev (Rusiya) adına kolxozda əmək haqqı hesablanmamışdır. Onun həmin illərdə işləməyini təsdiq edən əmək kitabçası vardır və sənədlərlədə sübut olunmuşdur. Həmin dövrdə kolxoz fəaliyyət göstərmiş və kolxozun mülkiyyətində olan texnikalar avtomaşınlar mövcud olmuşdur. Hətta hazırda ərizəsinə əlavə edilmiş Füzuli rayon Aqrar İslahat Komissiyasının protokolundan çıxarış var ki, həmin çıxarışda kolxozun mülkiyyətində olan bir ədəd t-28 markalı traktor 2009-cu il tarixdə satılmışdır. Həmin texnikalara birbaşa baş mühəndis kimi o nəzarət etmişdir.

3. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ərizəyə aidiyyəti üzrə Mərkəzi Filial tərəfindən baxılaraq iddiaçıya xx.xx.2024-cü il tarixli 3-17-1/2- A64426/2024 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin surətlərinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə kimi mövcud sığorta stajı qanunla tələb olunan 25 il sığorta stajı müddətindən azdır. Eyni zamanda xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Göstərilən səbəblərə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İmtina ilə razılaşmayan iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.Hesab edirik ki, cavabdeh tərəfindən verilən imtina əsaslıdır və iş üzrə iddia tələbi təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır. Maddələrin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: İddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; İddiaçının fərdi hesabının sığorta hissəsində geydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir və yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2023-cü il tarixdə çatmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cəmi 21 il 2 ay 23 gün sığorta stajı vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından azdır. Belə ki, İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən ümumi sığorta stajı iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil aldığı müddət; xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olduğu müddət; xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddət nəzərə alınmaqla 21 il 2 ay 23 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İş üzrə Mərkəzi Filial tərəfindən İddiaçıaya məxsus əmək kitabçasında qeyd edilən xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun keçmiş Füzuli rayon şöbəsinin müvafiq məktubuna əsasən xx.xx.1993cü il tarixdən xx.xx.1999-cu il tarixədək Q.Namazəliyev adına kolxozda iddiaçının adına əməkhaqqı hesablanmamışdır. Bu səbəbdən həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta hagları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə ığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Sözügedən Qanunun 25- ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli Plenum qərarında qeyd edilir ki, dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir.Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. Eyni zamanda həmin qərarda sosial sığorta haqlarının ödənildiyi vəsaitlərin pensiya hesablanması zamanı nəzərə alındığı, məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının pensiya təyin edilərkən nəzərə alınmasının qanunvericiliyin tələblərinə uyğun olmadığı vurğulanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 3-cü maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasındaa, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququna malikdir. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”rıın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-i il tarixli 175 nömrəli Qərarının 4-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin dövr sığorta stajı kimi nəzərə alınır. İş üzrə cavabdeh orqan tərəfindən Füzuli rayon şöbəsinin müvafiq məktubuna əsasən iddiaçının adına xx.xx.1993cü il tarixdən xx.xx.1999-cu il tarixədək əməkhaqqı hesablanmaması müəyyən edilmişdir. Beləliklə, sözügedən dövrlərdə iddiaçının adına əməkhaqqı hesablanmaması səbəbindən həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçı T.Aqayevin yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində geydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ganuni əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidirEyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı İnzibati Məhkəməsinin -2-1(112)-1101/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

5. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, sözügedən dövr iddiaçının əmək kitabçasında qeyd edilmişdir. Bundan başqa, cavabdeh qurum tərəfindən təqdim edilmiş Q.Namazaliyev adına kolxoza dair 1994-2000-ci il tarixli haqq-hesab cədvəllərindən görünür ki, sözügedən kolxoz həmin tarixlərdə fəaliyyət göstərmişdir. Təqdim edilmiş haqq-hesab cədvəlləri kolxozun fəaliyyəti ilə bağlı olmaqla həmin sənədlərdə hər hansı bir işçi barədə məlumat qeyd edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisələndirilən dövr üzrə əmək haqqı alıb-almaması barədə məlumatların hazırda təqdim edilə bilməməsi iddiaçının əmək kitabçası və arxiv məlumatları ilə təsdiq edilən həmin dövrdəki əmək fəaliyyətinin nəzərə alınmamasına əsas hesab edilə və iddiaçı ilə Q.Namazəliyev (Rusiya) adına kolxozu arasında xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixlərdə əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixə ən azı 25 il sığorta stajı var (26 il 06 ay 08 gün).

6. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III.Apellyasiya şikayətinin dəlilləri:

7. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2023-cü il tarixdə çatmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cəmi 21 il 2 ay 23 gün sığorta stajı vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından azdır. Belə ki, İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən ümumi sığorta stajı iddiaçının xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığı müddət; xx.xx.1981 -ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət; xx.xx.1983-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti ilə məşğul olduğu müddət nəzərə alınmaqla 21 il 2 ay 23 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İş üzrə Mərkəzi Filial tərəfindən İddiaçıaya məxsus əmək kitabçasında qeyd edilən xx.xx.1983-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Bildiririk ki, Dövlət Sosial Müdafiə Fondunun keçmiş Füzuli rayon şöbəsinin müvafiq məktubuna əsasən xx.xx.1993-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək Q.Namazəliyev adına kolxozda iddiaçının adına əməkhaqqı hesablanmamışdır. Bu səbəbdən həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələhnin şərh edilməsinə dair'’ Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli Plenum qərarında qeyd edilir ki, dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləh arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. Eyni zamanda həmin qərarda sosial sığorta haqlarının ödənildiyi vəsaitlərin pensiya hesablanması zamanı nəzərə alındığı, məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının pensiya təyin edilərkən nəzərə alınmasının qanunvehciliyin tələblərinə uyğun olmadığı vurğulanır.“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 3-cü maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasındaa, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququna malikdir.Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi Qaydasfnm təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-i il tarixli 175 nömrəli Qərarının 4-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin dövr sığorta stajı kimi nəzərə alınır. İş üzrə cavabdeh orqan tərəfindən Füzuli rayon şöbəsinin müvafiq məktubuna əsasən iddiaçının adına xx.xx.1993cü il tarixindən xx.xx.1999-cu il tarixinədək əməkhaqqı hesablanmaması müəyyən edilmişdir. Beləliklə, sözügedən dövrlərdə iddiaçının adına əməkhaqqı hesablanmaması səbəbindən həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat vehlməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı).Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.“Əmek pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində əmək pensiyasına anlayış verilmişdir. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sıöortaolunanların (bundan sonra - sıöortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sıäortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.Belə ki, əmək kitabçası və ya kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əməkhaqqı verilməsi üçün şəxsi hesablar və əməkhaqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

IV. Tərəflərin izahatları:

8. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən apellyasiya şikayətində qeyd edilməsə belə, həm də Q.Namazəliyev adına kolxozda işlədiyi digər dövrlər mübahisələndirilir.

9. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Əsaslandırıcı hissə

V. Tətbiq olunan hüquq

10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

11. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

12. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla xx.xx.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. xx.xx.2002-ci il tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci—yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

13. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda, iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda, əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

Vİ.Məhkəmənin mövqeyi

15. İddiaçı xx.xx.1598-ci il tarixdə doğulmuşdur. İddiaçının ИT-İ seriyalı ******* nömrəli xx.xx.1984-cü il tarixli əmək kitabçasına əsasən onun xx.xx.1980-ci il tarixdən xx.xx.1981ci ilə kimi Azərbaycan SSR Füzuli rayonu Rusiya adına kolxoza baş mühəndis vəzifəsində, xx.xx.1983-cü il tarixdən Füzuli rayonu, k/mex təminat birliyinin təmir emalatxanasında müdir vəzifəsində, xx.xx.1986-cı il tarixdən işdən azad edilib xx.xx.1986-xx.xx.1999-cu il tarixlərdə Füzuli rayonu Rusiya kolxozunda (Namazaliyev kolxozu) baş mühəndis vəzifəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək X3 İdarəsində mühəndismexanik vəzifəsində işləməsinə dair qeydlər var.

16. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən siğorta stajı iddiaçının əmək kitabçasının, təhsil haqqında arayışın və hərbi biletin surətlərinə əsasən (xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığı illər və xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 21 il 2 ay 23 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Mübahisəli sosial sığorta stajı xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu iİ tarixədək (əmək haqqı hesablanmadığından) Q.Namazəliyev adına kolxozda olan əmək fəaliyyəti dövrüdür.

17. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli flialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı işlədiyi Füzuli rayon Horadiz kəndi "Q.Namazəliyev" (Rusiya) adına kolxozun 1993-1999-cu illərə aid sənədləri arxivə təhvil verilməmişdir. Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sənədlər “Milli arxiv fondu” haqqında Azərbaycan Respublikasının qanununun 10-cu maddəsinə əsasən sənədlərin daimi mühafizəsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Arxivinin Füzuli filialına təhvil verilir. Füzuli Rayon İcra Hakimiyyətinin və nümayəndəliklərin inzibati binasında sənədlər “Milli arxiv fondu” haqqında qanununa əsasən 5 il müddətində saxlanılır. Əlavə olaraq bildirilir ki, Füzuli rayon “Q.Namazəliyev” adına kolxozda işləmiş İddiaçı 1993-1999-cu illər üzrə barəsində olan əmrlər, həmin dövrdə əmək haqqı alıbalmaması barədə məlumat, əmək haqqı cədvəllərinin təsdiq edilmiş surəti, eyni zamanda sözügedən kolxozun hansı tarixdə fəaliyyət göstərməsi, hansı tarixdə ləğv edilməsi, kolxoza dair arxiv sənədlərinin hansı quruma təhvil verilməsi barədə Rayon İcra Hakmiyyətində məlumat yoxdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abeşron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Füzuli rayon Q.Namazəliyev (Rusiya) adına kolxozun sənədləri saxlanması və mühafizə edilməsi üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 1993-cü il avqustun 23-də ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonu işğal edilən zaman bütün arxiv materialları məhv edilmişdir. İşğal dövründə Q.Namazəliyev (Rusiya) adına kolxoza aid arxiv materialları işğalçı ordu tərəfindən məhv edilməsi səbəbindən sözügedən kolxoza aid məlumatların təqdim edilməsi mümkün olmamışdır.

18. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli flialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 1993-cü il avqustun 23-də ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonu işğal edilən zaman bütün arxiv materialları məhv edilmişdir İşğal dövründə Q.Namazəliyev (Rusiya) adına kolxoza aid arxiv materialları işğalçı ordu tərəfindən məhv edilməsi səbəbindən sözügedən kolxoza aid məlumatların təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Arxiv və Sosial Ödənişlərin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.1994-cü il tarixli haqq-hesab cədvəli, xx.xx.1994-cü il tarixli haqq-hesab cədvəli, xx.xx.1996-cı il tarixli haqq-hesab cədvəli, xx.xx.1994-cü il tarixli haqq-hesab cədvəli, xx.xx.1998-cü il tarixli haqq-hesab cədvəli, xx.xx.1999-cu il tarixli haqq-hesab cədvəli, xx.xx.1999-cu il tarixli haqq-hesab cədvəli, xx.xx.1999-cu il tarixli haqq-hesab cədvəli, xx.xx.1999-cu il tarixli haqq-hesab cədvəli, xx.xx.2000-ci il tarixli haqq-hesab cədvəli məhkəməyə təqdim edilmişdir.

19. Kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, sözügedən dövr iddiaçının əmək kitabçasında qeyd edilmişdir. Bundan başqa, cavabdeh qurum tərəfindən təqdim edilmiş Q.Namazaliyev adına kolxoza dair 1994-2000-ci il tarixli haqqhesab cədvəllərindən görünür ki, sözügedən kolxoz həmin tarixlərdə fəaliyyət göstərmişdir. Təqdim edilmiş haqq-hesab cədvəlləri kolxozun fəaliyyəti ilə bağlı olmaqla həmin sənədlərdə hər hansı bir işçi barədə məlumat qeyd edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisələndirilən dövr üzrə əmək haqqı alıbalmaması barədə məlumatların hazırda təqdim edilə bilməməsi iddiaçının əmək kitabçası və arxiv məlumatları ilə təsdiq edilən həmin dövrdəki əmək fəaliyyətinin nəzərə alınmamasına əsas hesab edilə və iddiaçı ilə Q.Namazəliyev (Rusiya) adına kolxozu arasında xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixlərdə əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz.

20. Digər tərəfdən kollegiya qeyd edir ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1986-xx.xx.1999-cu il tarixədək olan dövrdə Füzuli rayonu Q.Namazəliyev (Rusiya) adına kolxozda işləməsinə dair qeydlər olsa da, iddiaçının Füzuli rayonunun işğalından sonrakı xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu iİ tarixədək dövr mübahisələndirilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının 1993-cü ildən əvvəlki dövrlərdə də əmək haqqı almadığına görə sosial sığorta stajına daxil edilmədiyini bildirmişdir. Lakin həmin dövrə münasibətdə təqdim edilmiş haqq-hesab cədvəlləri məhz kolxozun fəaliyyəti ilə bağlıdır. Məhkəmə qeyd edir ki, qeyd edilən dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır və iddiaçının əmək kitabşasında qeyd edilən dövrə münasibətdə müvafiq qeydlər vardır. Həmin qurumdan sonra da iddiaçı X3 idarəsində mühəndis-mexanik vəzifəsində işləmişdir (xx.xx.1999- 01.2004). Odur ki, qeyd edilənlərə məcmu halda qiymət verərək məhkəmə mübahisələndirilən dövrə dair əmək kitabçasındakı qeydləri şübhə altına almır.

21. Odur ki, məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

22. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixə ən azı 25 il sığorta stajı var.

23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1101/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticə hissəsi

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1101/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Rəşid Səmədov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar