Məhkəmə qərarları › İş №2-1(103)-2973/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2973/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2973/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “təsdiqlənməmiş azalmanın təsdiq edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil Firudin oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “təsdiqlənməmiş azalmanın təsdiq edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 6878/2025 saylı 01 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********64300 saylı xx.xx.2021-ci saylı Qərarına əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 3-21-2-3/2-327215/2024 saylı 28 noyabr 2024cü il tarixli qərarından görünür ki, 2021-ci il bəyannamə və hesabat dövrü üzrə cavabdeh vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 8.186,00 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 2.728,60 manat müəyyən edilmişdir. Həmçinin cavabdeh təərfindən hesablama metodu ilə təqdim edilən bəyannamədə 136433.00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Bununla bağlı iddiaçıya xx.xx.2024-cü il tarixli **********573900 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi ilə müraciət edərək, şəxsi hesab vərəqəsinin kameral yoxlanılmalı məbləğ (“təsdiqlənməmiş azalma”) xanasında qeyd olunmuş 29.242,28 manat məbləğin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN:**********) şəxsi hesab vərəqəsinin “kameral yoxlanılmalı məbləğ” (“təsdiqlənməmiş azalma”) xanasında qanunsuz olaraq 29242,28 manat əks olunmuşdur. Şəxsi hesab vərəqəsinin aşağı hissəsində qanunsuz olaraq mövcud olan “təsdiqlənməmiş azalmalar” xanasında 29242,28 manat məbləği əks olunmuşdur. Vergi qanunvericiliyində kameral yoxlanılmalı məbləğ “təsdiqlənməmiş azalma” ifadəsi yoxdur və vergi orqanınına təqdim olunan bəyannamələri qəbul etməmək kimi bir hüquq yalnız Vergi Məcəlləsinin 72.6-cı maddəsində sadalanan aşağıdakı hallarda mümkündür: 72.6.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə: 72.6.2. vergi dövrü əks olunmadıqda; 72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; 72.6.4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda; 72.6.5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergihesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda. Həmin normanın ilk cümləsi isə digər hallarda vergi orqanı əməkdaşlarına hətta məsuliyyət müəyyən edir: Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmçinin, Vergi Məcəlləsinin 72.5-ci maddəsinin 2-ci cümləsinə görə, dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Göründüyü kimi, qanunverici imperativ şəkildə vergi ödəycisi tərəfindən təqdim olunan bəyannamənin 72.6-cı maddədə sadalanan hallar istisna olmaqla qəbul edilməli olduğunu müəyyən etmişdir. Vergi orqanı həmin bəyannamə göstəriciləri ilə razı olmadığı halda Vergi Məcəlləsinin 37.2-ci maddəsinə uyğun olaraq 30 və ya 60 iş günü ərzində araşdırma aparıb yenidən kameral qaydada hesablama həyata keçirə bilər. Lakin təqdim olunmuş bəyannamə üzrə yuxarıda, yəni “Vergilər üzrə vərəqə” hissəsində əks olunan məbləği öz daxili yanaşmalarına uyğun şəkildə şəxsi hesab vərəqəsinin aşağısında yerləşdirdikləri əsassız təsdiqlənməmiş azalma xanasına əlavə edə bilməzlər. Vergidən süni şəkildə yayınmanın qarşısını almaq məqsədilə olsa belə, həmin müddət Məcəllənin 37.2-ci maddəsi ilə müəyyən olunmuş müddəti aşa bilməz və mütləq şəkildə bəyannaməyə münasibət bildirilərkən həmin xanadakı məbləğ silinməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində cəmi 32,7 min manat məbləğində qaimə faktura təqdim edilmişdir. Elektron qaimə fakturalar üzrə satışda "palet 120x80x15 sm" qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə iddiaçının alışında, idxalında mal (iş, xidmət) müəyyən edilməmişdir. Əmək müfəttişliyinin uçot-baza məlumatlarına əsasən iddiaçının işçisi müəyyən edilməmişdir. İddiaçının fəaliyyət növü taxta taraların istehsalı kimi qeyd olunmuş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edək ki, riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərindən, 18 fevral 2025-ci il habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyicilərindən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. İddiaçı tərəfindən riskli hesab edilən elekron qaimə fakturalar ləğv edilməmişdir. Riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərindən, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyicilərindən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Əlavə olaraq, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatlarının rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. İddiaçı xx.xx.2021-ci il tarixli **********364300 saylı qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Müvafiq qərarda da qeyd edilmişdir ki, Qaydaların 3.1.1-ci bəndinə riskli əməliyyat kimi, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsi qeyd edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı (VÖEN: **********) iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6878/2025 saylı 01 may 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı şəxsi hesab vərəqəsinin kameral yoxlanılmalı məbləğ (“təsdiqlənməmiş azalma”) xanasında qeyd olunmuş 29.242,28 manat məbləğin silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmçinin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd olunmuşdur ki, cavabdehin hüquq və vəzifələri Vergi Məcəlləsi ilə tənzimlənir. Cavabdeh orqan etirazda qeyd edilən hallarla bağlı xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 327215/2024 saylı və xx.xx.2021-ci il tarixli **********364300 saylı qərarlar qəbul etmişdir. Lakin iddiaçının riskli vergi ödəyicisi qrupunda olması və ya riskli hesab edilən elekron qaiməfakturalar ləğv edilməməsi onun şəxsi hesab vərəqəsində kameral yoxlanılmalı məbləğin saxlanılması müddəası Vergi Məcəlləsində olmamaqla, cavabdeh qurumun belə hüququ (səlahiyyəti) nəzərdə tutulmamışdır. Bu dəlillərə münasibətdə bildiririk ki, İddiaçı tərəfindən xx.xx.2021- xx.xx.2021-ci il tarixlərində cəmi 32,7 min manat məbləğində qaimə faktura təqdim edilmişdir. Elektron qaimə fakturalar üzrə satışda "palet 120x80x15 sm" qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə iddiaçının alışında, idxalında mal (iş, xidmət) müəyyən edilməmişdir. Əmək müfəttişliyinin uçot-baza məlumatlarına əsasən iddiaçının işçisi müəyyən edilməmişdir. İddiaçının fəaliyyət növü taxta taraların istehsalı kimi qeyd olunmuş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edək ki, riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərindən, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyicilərindən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin qeyd edirik ki, İddiaçı tərəfindən riskli hesab edilən elekron qaimə-fakturalar ləğv edilməmişdir. Qeyd edək ki, riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərindən, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyicilərindən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Əlavə olaraq, bildiririk ki, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatlarının rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. İddiaçı xx.xx.2021-ci il tarixli **********364300 saylı qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Müvafiq qərarda da qeyd edilmişdir ki, Qaydaların 3.1.1-ci bəndinə riskli əməliyyat kimi, vergi odəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldıgı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsi qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil Firudin oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya nəhkəməsinin qərarının dəyişdirilmədn qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir, bundan əlavə hazırki iddia ilə bağlı cavabdeh quruma müraciəti olmuş, lakin tələbi təmin olunmadığı üçün iddia vermiş, onun iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********64300 saylı xx.xx.2021-ci saylı Qərarına əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 3-21-2-3/2-327215/2024 saylı 28 noyabr 2024cü il tarixli qərarından görünür ki, 2021-ci il bəyannamə və hesabat dövrü üzrə cavabdeh vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 8.186,00 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 2.728,60 manat müəyyən edilmişdir. Həmçinin cavabdeh təərfindən hesablama metodu ilə təqdim edilən bəyannamədə 136433.00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi ilə müraciət edərək, şəxsi hesab vərəqəsinin kameral yoxlanılmalı məbləğ (“təsdiqlənməmiş azalma”) xanasında qeyd olunmuş 29.242,28 manat məbləğin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 24-cü maddəsinə əsasən vergi orqanlarının vəzifələri aşağıdakılardır: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə; 36.2-cü maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. İşin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə iddiaçıya 94.478,71 manat vergi hesablanmış, 48.682.78 manat ödənilmiş 46.359,41 manat azaldılmış, xx.xx.2025-ci il tarixə faiz borcu 147,19 manat, kameral yoxlanılmalı məbləğ 29.028, 09 manat, əhatə etdiyi dövrün son tarixinə saldo -214,19 manat, xx.xx.2025-ci il tarixə saldo -214,19 manat, cəmi ödınilməli borc 29.242,28 manat və sosial üzrə bölüşdürülməmiş ödənişlər 1,05 manat təşkil edir. Azərbaycan Respublikası Vergilər nazirinin 28 dekabr 2018-ci il tarixli **********501600 nömrəli Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydaları”nın: 3.1-ci bəndinə əsasən vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotu hər bir vergi ödəyicisi üzrə vergilər, faizlər, sığorta haqları, maliyyə sanksiyaları və inzibati cərimələr, habelə digər ödənişlər üzrə şəxsi hesab vərəqəsində (bu Qaydaların əlavəsinə uyğun olaraq) proqram təminatı vasitəsi ilə aparılır. 3.2-ci bəndinə əsasən hesablanmış və ödənilmiş vəsaitlərin uçotu bu Qaydaların tələblərinə əməl edilməklə aparılır. 3.3-cü bəndinə əsasən vergi uçotuna alınan hər bir vergi ödəyicisinə şəxsi hesab vərəqəsi proqram təminatı vasitəsi ilə yaradılır. Şəxsi hesab vərəqəsində olan məlumatlar X1 Sisteminin (bundan sonra - AVİS) müxtəlif altsistemləri vasitəsi ilə əks olunur. 3.4-cü bəndinə əsasən şəxsi hesab vərəqəsi: VÖEN/FİN nömrəli şəxsi hesab vərəqəsi, naməlum şəxsi hesab vərəqəsindən ibarətdir. 3.5-ci bəndinə əsasən VÖEN/FİN nömrəli şəxsi hesab vərəqə aşağıdakı vərəqələrdən ibarət ola bilər: 3.5.1. Faiz hesablanan vergilər üzrə vərəqə: 3.5.1.1. İxracatdan qiymət fərqi üzrə vərəqə; 3.5.2-ci bəndinə əsasən faiz hesablanmayan vərəqələr: 3.5.2.1. Dövlət rüsumu üzrə vərəqə; 3.5.2.2. İnzibati cərimə üzrə vərəqə; 3.5.2.3. Əmlaka yönəldilən borclar üzrə vərəqə; 3.5.2.4. Daşımalar üzrə sadələşdirilmiş vergi üzrə vərəqə; 3.5.2.5. Ödəmə müddəti uzadılan borclar üzrə vərəqə; 3.5.2.6. Dövlət torpaqlarının icarə haqqı üzrə vərəqə; 3.5.2.7. Vaxtı ötmüş borclar vərəqəsi; 3.5.2.8. Sadələşdirilmiş vergi üzrə sabit məbləğ vərəqəsi; 3.5.2.9. Məhkəmə qərarları ilə təmin edilmiş məbləğ üzrə vərəqə; 3.5.2.10. Əmlak siyahıya alınması ilə bağlı olmayan vərəqə; 3.5.2.11. Tələbetmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi. 3.5.3- bəndinə əsasən sosial sığorta və işsizlikdən sığorta haqları üzrə vərəqələr: 3.5.3.1 məcburi dövlət sosial sığorta haqqı üzrə vərəqələr (məcburi dövlət sosial sığorta məqsədləri üçün müəyyən edilmiş hər bir fəaliyyət növü üzrə ayrılıqda); 3.5.3.2. İşsizlik sığortasına cəlb olunan hüquqi şəxslər üzrə vərəqə; 3.5.3.3. İşsizlik sığortasına cəlb olunan fiziki şəxslər üzrə vərəqə; 3.6-cı bəndinə əsasən şəxsi hesab vərəqəsi vergi ödəyicisinin məlumatları üzrə detallı və detalsız formalardan ibarətdir. 3.7-ci bəndinə əsasən Detallı şəxsi hesab vərəqələrində aşağıdakı məlumatlar əks olunur: 3.7.1. Vergi ödəyicisinin tam adı, VÖEN-i, fəaliyyət növü, mülkiyyət növü, təşkilatihüquqi forması, ünvanı, telefonu, hüquqi şəxsin rəhbəri, ƏDV qeydiyyatına alındığı tarix; 3.7.2. hesablanmış, azaldılmış və ödənilmiş vəsaitlərin məbləğləri, yazılış tarixi, əməliyyatın adı; 3.7.3. artıq ödənilmiş vəsaitlərin bu Qaydalarda nəzərdə tutulmuş qaydada digər şəxsi hesab vərəqəsində əvəzləşdirilmiş məbləğləri; 3.7.4. vergi ödəyicisinə qaytarılmış vəsaitlər üzrə məbləğlər; 3.7.5. ödəmə müddəti gecikdirilən vəsaitə görə hesablanmış və ödənilmiş faiz məbləğləri. 3.8-bəndinə əsasən detalsız şəxsi hesab vərəqəsində vergi ödəyicisinin tam adı, VÖEN-i və bu Qaydaların 3.7.2 – 3.7.5-ci yarımbəndlərində olan məlumatlar əks olunur. 3.8.1-ci bəndinə əsasən şəxsi hesab vərəqəsinin müxtəlif formada alınması üçün “faiz hesablanması məqsədləri üçün”, “ilk/son tarixə görə”, “yazılma tarixinə görə”, “dövrə görə” filtrlərindən istifadə oluna bilər. Eyni zamanda şəxsi hesab vərəqəsinin yekununda pul növü (manatla, min manatla və s), çap olunma tarixi, əhatə olunan dövr, saldo (qalıq və ya artıq ödəmə), hesablanmış, ödənilmiş, azaldılmış, qaytarılmış, əmlaka yönəldilmiş məbləğlər, faiz üzrə saldo, çap tarixinə faiz borcu, əhatə etdiyi dövrün sonuna saldo, çap tarixinə saldo, cəmi ödənməli borc (və ya artıq ödəmə), möhlət verilmiş və vaxtı ötmüş borc göstərilir. 3.9-cu bəndinə əsasən Şəxsi hesab vərəqəsində əməliyyatların məbləğlərinin uçotu manatla aparılır. Digər valyutada olan əməliyyatların uçotu məlumat üçün aparıla bilər. 3.9.1-ci bəndinə əsasən şəxsi hesab vərəqəsində əməliyyatların aparılması üçün vergi orqanının vəzifəli şəxslərinin parolları onların imzaları hesab edilir, vəzifəli şəxslər bu xüsusi parolların məxfiliyinin saxlanılmasına məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Vergilər nazirinin 28 dekabr 2018-ci il tarixli **********501600 nömrəli Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydaları”nın: 3.1-ci bəndinə əsasən vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotu hər bir vergi ödəyicisi üzrə vergilər, faizlər, sığorta haqları, maliyyə sanksiyaları və inzibati cərimələr, habelə digər ödənişlər üzrə şəxsi hesab vərəqəsində (bu Qaydaların əlavəsinə uyğun olaraq) proqram təminatı vasitəsi ilə aparılır. 3.2-ci bəndinə əsasən hesablanmış və ödənilmiş vəsaitlərin uçotu bu Qaydaların tələblərinə əməl edilməklə aparılır. 3.3-cü bəndinə əsasən vergi uçotuna alınan hər bir vergi ödəyicisinə şəxsi hesab vərəqəsi proqram təminatı vasitəsi ilə yaradılır. Şəxsi hesab vərəqəsində olan məlumatlar X1 Sisteminin (bundan sonra - AVİS) müxtəlif altsistemləri vasitəsi ilə əks olunur. Beləliklə, yuxarıda qeyd edilən Qaydalarda nəzərdə tutulan şəxsi hesab vərəqəsində “kameral yoxlanılmalı məbləğ” adlı qrafa nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının riskli vergi ödəyicisi qrupunda olması və ya riskli hesab edilən elekron qaimə-fakturalar ləğv edilməməsi onun şəxsi hesab vərəqəsində kameral yoxlanılmalı məbləğin saxlanılması müddəası Vergi Məcəlləsində olmamaqla, cavabdeh qurumun belə hüququ (səlahiyyəti) nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə uyğun olmuşdur (Ali Məhkəmənin 2-1(102)-2060/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı). Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı şəxsi hesab vərəqəsinin kameral yoxlanılmalı məbləğ (“təsdiqlənməmiş azalma”) xanasında qeyd olunmuş məbləğin silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə düzgün nəticəyə gəlsə də, qərarının nəticəsi hissəsində silinməli məbləği texniki səhvə yol verməklə 29.242,28 manat göstərmişdir. Belə ki, iddiaçıya aid şəxsi hesab vərəqəsinin məlumatlarından görünür ki, “kameral yoxlanılmalı məbləğ” qrafasında 29.028,09 manat göstərilmişdir. Məhkəmə kollegiyası bu halı kobud prosessual pozuntu kimi qiymətləndirmədiyi üçün hesab edir ki, həmin yol verilmiş texniki səhvə görə yalnız bu hal məhkəmə qərarının ləğv edilməsi üçün əsas vermir. Odur ki, məhkəmə qərarı yuxarıda göstərilən əsaslandırmaya görə qərarının nəticəsi hissəsində silinməli məbləği 29.028,09 manat göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. O ki qaldı cavabdehin apellyasiya şikayətlərinin dəlillərinə, bu barədə məhkəmə kollegiyası bildirir ki, həmin dəlillər məhkəmə qərarının əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı mübahisələndirilən hissələrdə ləğv edilib, iddianın bütövlükdə təmin və ya rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-6878/2025 saylı 01 may 2025-ci il tarixli qərarı “kameral yoxlanılmalı məbləğ” (təsdiqlənməmiş azalma) olaraq silinməsi qərara alınan məbləğ 29.028,09 manat göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6878/2025 saylı 01 may 2025-ci il tarixli qərarı “kameral yoxlanılmalı məbləğ” (təsdiqlənməmiş azalma) olaraq silinməsi qərara alınan məbləğ 29.028,09 manat göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar