Məhkəmə qərarları › İş №2-1(103)-2974/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2974/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2974/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işi üzrə Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(112)-56492025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus HT-1 ******* saylı, 24 avqust 1981-ci il tarixli əmək kitabçasına əsasən İddiaçı əmək fəaliyyətinə 19 avqust 1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan Respublikası Dəmir yol stansiyasında 3-cü dərəcəli istehsalat təcrübəsi keçməsi ilə başlamışdır. (3 ay staj). xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. (1 il 11 ay 03 gün staj). 3.xx.xx.1984-cü ildən xx.xx.1988ci illərdə Bakı şəhərinin Böyük-Şor stansiyasında növbətçinin köməkçisi. (4 il 5 ay 20 gün staj). xx.xx.1988-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və hal-hazırda Bakı şəhəri Pirşağı dəmir yol stansiyasının növbətçi peşəsində işləmişdir. (36 il staj) İddiaçı məxsus ******* saylı, 09 sentvabr 2006-cı il tarixli əmək kitabçasına əsasən o, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək 5 saylı Dübəndi texniki xidmət məntəqəsinə 3-cü və 4-cü dərəcəli hərəkət heyəti üzrə çilingər vəzifəsində işləmişdir. xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixinədək Dübəndi TMM-in Pirşağı nəzarət məntəqəsində 4-cü dərəcəli hərəkət heyəti üzrə çilingər vəzifəsində işləmişdir. xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Qazax sement zavodu MMC-nin logistika şöbəsinin Pirşağı distribusiya mərkəzinə qatar tərtibatçısı (əvəzçilik üzrə) vəzifəsində işləmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək Qazax sement zavodu MMC-nin logistika şöbəsi HGC GROUP MMC-nin logistika şöbəsinin Pirşağı distribusiya mərkəzinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Eyni zamanda bildirilmişdir ki, xx.xx.1979xx.xx.1982-ci illərdə Bakı dəmiryol nəqliyyatı texnikomunda təhsil almış və həmin təhsil müəssiəsini müvəffəqiyyətlə bitirmişdir. Beləliklə onun fasiləsiz 45 ildən artıq əmək stajı var. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnsan Resursları Departamentinin verdiyi 13- 1/2-A-3288/1-42/2024 saylı xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək (7 il 11 ay 22 gün): -onun Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposunda hərəkətdə olan tərkibin təmiri üzrə çilingər; -Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposunda vaqon baxıcısı; - Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposunda vaqon baxıcısı-təmirçisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş ”Güzəstli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda müdafıq olaraq 21.4-cü bəndin 9, 10 və 20-ci abzaslarına uyğundur. “X8 Zavodu” MMC-nin X1 Departamentinin şəxsin güzəstli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışına əsasən onun 5 il 1 ay 08 gün Arkoz zavodunda Hərəkət heyətlərinin və vaqon qruplarının açılması və tərtib edilməsi, vaqonların vaqonlara qoşulması və açılması, yükləmə və boşaldılma və digər xüsusi yollara verilməsi, bu yollardan götürülməsi, hərəkət heyətləri və vaqonların stansiyadan stansiyaya ötürülməsi, çeşidləmə təpələrindən hərəkət heyətlərinin buraxıldığı zaman vaqonların açılması, qatarların mənzildə dayanması, və ya yollarda dayanan ayrı-ayrı vaqonların əl tormozları və tormoz basmaqları vasitəsilə bərkidilməsi və onların vaqonların altından götürülməsi, manevrlərin aparılmasında iştirak edən işçilərin manevr işlərinə rəhbərlik edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24.1-ci bəndinə/(yarımbəndinə) və (və ya) “qatar tərtibçiləri” vəzifə koduna uyğun gəlir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi qeyd olunmuşdur ki, "X8 Zavodu” MMC-nin arayışında xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə qatar tərtibatçısı vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi müəssisənin fəaliyyət sahəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Həmçinin, 1 yanvar 2006-cı il tarixindən bugünədək ona münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2010-cu ilin aprel, 2011-yanvar, 2014-cü ilin iyul, avqust, sentyabr ayları üzrə sığorta ödənişləri öz əksini tapmayıb. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrləri (ümumilikdə 5 ay) iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də, güzəştli iş stajı 12 il 6 aydan az (7 il 6 ay 21 gün (xx.xx.2006-xx.xx.2010cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci il təvəllüdlü, İddiaçı Ucar rayonunda anadan olmuşdur. Onun iş stajı aşğıdakı kimidir: İddiaçı HT-1 ******* saylı 24 avqust 1981-ci il tarixli əmək kitabçasına əsasən: 1.Əmək fəaliyyətinə 19 avqust 1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan Respublikası Dəmir yol stansiyasında 3-cü dərəcəli istehsalat təcrübəsi keçməsi ilə başlamışdır. (3 ay staj). 2. xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. (1 il 11 ay 03 gün staj). 3.xx.xx.1984-cü ildən xx.xx.1988-ci illərdə Bakı şəhərinin Böyük-Şor stansiyasında növbətçinin köməkçisi. (4 il 5 ay 20 gün staj). 4. xx.xx.1988-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və hal-hazırda Bakı şəhəri Pirşağı dəmir yol stansiyasının növbətçi peşəsində işləmişdir. (36 il staj) İddiaçı digər ******* saylı 09 sentvabr 2006-cı il tarixli əmək kitabçasına əsasən; 1). xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək 5 saylı Dübəndi texniki xidmət məntəqəsinə 3-cü və 4-cü dərəcəli hərəkət heyəti üzrə çilingər vəzifəsində işləmişdir. 2).xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixinədək Dübəndi TMM-in Pirşağı nəzarət məntəqəsində 4-cü dərəcəli hərəkət heyəti üzrə çilingər vəzifəsində işləmişdir. 3). xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Qazax sement zavodu MMC-nin logistika şöbəsinin Pirşağı distribusiya mərkəzinə qatar tərtibatçısı (əvəzçilik üzrə) vəzifəsində işləmişdir. 4). xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək Qazax sement zavodu MMC-nin logistika şöbəsi HGC GROUP MMC-nin logistika şöbəsinin Pirşağı distribusiya mərkəzinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdə öz xahişii ilə işdən azad edilmişdir. Eyni zamanda bildirilmişdir ki, xx.xx.1979- xx.xx.1982-ci illərdə Bakı dəmiryol nəqliyyatı texnikumunda təhsil almış və həmin təhsil müəssiəsini müvəffəqiyyətlə bitirmişdir. Cəmi: Beləliklə onun fasiləsiz 45 ildən artıq əmək stajı var. Bir daha bildirilmişdir ki, hal-hazırda da Azərbaycan Dövlət Dəmir Yolu Bakı şəhəri Pirşağı dəmir yol stansiyasının növbətçi peşəsində işləyir. Əmək stajının 13 il 01 ayı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” hüququ verən istehsalat sahəsidir. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnsan Resursları Departamentinin verdiyi 13-1 /2-A-3288/1-42/2024 saylı xx.xx.2024-cü il tarixli Arayışına əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək (7 il 11 ay 22 gün): -onun Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposunda hərəkətdə olan tərkibin təmiri üzrə çilingər; -Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposunda vaqon baxıcısı; - Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposunda vaqon baxıcısıtəmirçisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş ”Güzəstli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda müdafıq olaraq 21.4-cü bəndin 9, 10 və 20-ci abzaslarına uyğundur. “X8 Zavodu” MMC-nin X1 Departamentinin şəxsin güzəstli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışına əsasən onun 5 il 1 ay 08 gün Arkoz zavodunda Hərəkət heyətlərinin və vaqon qruplarının açılması və tərtib edilməsi, vaqonların vaqonlara qoşulması və açlkması, yükləmə və boşaldılma və digər xüsusi yollara verilməsi, bu yollardan götürülməsi, hərəkət heyətləri və vaqonların stansiyadan stansiyaya ötürülməsi, çeşidləmə təpələrindən hərəkət heyətlərinin buraxıldığı zaman vaqonların açılması, qatarların mənzildə dayanması, və ya yollarda dayanan ayrı-ayrı vaqonların əl tormozları və tormoz basmaqları vasitəsilə bərkidilməsi və onların vaqonların altından götürülməsi, manevrlərin aparılmasında iştirak edən işçilərin manevr işlərinə rəhbərlik edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24.1-ci bəndinə/(yarımbəndinə) və (və ya) “qatar tərtibçiləri” vəzifə koduna uyğun gəlir. Beləliklə mənim 45 il ümumi əmək stajımın 13 il 01 ayı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” hüququ verən əmək stajıdır. Bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2022-ci il tarixdən yaranmışdır. Ancaq qanunun tələblərini bilmədiyimə görə mən həmin vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumuna müraciət etməmişdir. Buna baxmayaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən təyin edilməlidir. Belə ki; “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının 54-İİQ saylı 07 fevral 2006-cı il tarixli Qanununun” 9.8-ci maddəsinədə göstərilmişdir ki, Bu qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2024-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Ancaq qanunsuz və əsassız olaraq Mərkəzi Filial 3-17-1 /2-A-292938/2024 saylı 28.1 1.2024-ci il tarixli məktubla ona imtina cavabı verilmişdir.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqanın iddiaya xx.xx.2025-ci il tarixli yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı M.X4 xx.xx.2024-cü il tarixdə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-292938/2024 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan 12 il 6 ay güzəştli iş stajına malik olmadığından güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ- hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar tərtibçiləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "X8 Zavodu” MMCnin ona dair arayışında xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə qatar tərtibatçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Həmçinin, 1 yanvar 2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2010-cu ilin aprel, 2011-ci ilin yanvar, 2014-cü ilin iyul, avqust, sentyabr ayları üzrə sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrləri (ümumilikdə 5 ay) iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (7 il 6 ay 21 gün (xx.xx.2006-xx.xx.2010- cu il, xx.xx.2010xx.xx.2010-cu il, xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli əlavədə göstərilən arayış formasından da aydın olur ki, arayışda vəzifə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarında göstərilən müvafiq bənd və ya yarımbəndə uyğun vəzifə olmalıdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verən vəzifə, Qanunun 9.1-ci maddəsinin tələbinə uyğun olaraq Nazirlər Kabinetinin 12 saylı Qərarında qeyd edilən vəzifəylə eynilik təşkil etməlidir. Eyni zamanda iddiaçının işlədiyi peşələrin Siyahıda göstərilən peşələrin adları ilə üst-üstə düşməsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vermir. Buna görə də cavabdeh orqan tərəfindən verilmiş imtina qanunauyğun hesab edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(112)-5649/2025 nömrəli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və İddiaçı xx.xx.2022-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2- 1(112)-5649/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “X8 Zavodu” MMC-nin ona dair arayışında xx.xx.2014xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə qatar tərtibatçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Həmçinin, 1 yanvar 2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2010-cu ilin aprel, 2011-ci ilin yanvar, 2014-cü ilin iyul, avqust, sentyabr ayları üzrə sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrləri (ümumilikdə 5 ay) iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (7 il 6 ay 21 gün (xx.xx.2006-xx.xx.2010- cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. “X8 Zavodu”-nun vəzifə təlimatında “Qatar tərtibatçısı” vəzifəsi ilə bağlı əmək funksiyaları qeyd olunsa da, müəssisənin fəaliyyət istiqamətləri nəqliyyat bölməsinə aid deyil. İddiaçının işlədiyi vəzifənin yuxarıda qeyd olunan formada Qərarda qeyd olunan vəzifəyə uyğunlaşdırılması qanunun tələbinə uyğun deyil. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(112)- 5649/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(112)-5649/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı XXVİİİ. Nəqliyyat. - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsi – (23001000—18726) - qatar tərtibçiləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: qatar tərtibçiləri İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. İddiaçıya hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: - 60 yaşının tamam olması; ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli iş stajı olması. Cavabdeh apellyasiya şikayətində azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Cavabdeh tərəfindən mübahisləndirilən hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. İddiaçı “X8 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi “qatar tərtibçiləri” vəzifəsinin əmək funksiyaları “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar tərtibçiləri vəzifəsinə uyğunlaşdırılmasına imkan verir. Belə ki, işəgötürən tərəfindən verilən arayış iddiaçının güzəştli iş stajını təsdiq edir və həmin peşənin qeyd edilən qaydada uyğunlaşdırılmasında dair hər hansı ziddiyyət mövcud deyil. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.2014xx.xx.2019-cü illər (60 yaşının tamam olduğu tarixədək) “X8 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi dövr zərərli əmək şəraiti kimi nəzərə alınmalıdır. Məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək bildirmişdir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququ verən 12 il 7 ay zərərli və ağır işlərdə stajı mövcud olduğundan fərdi hesabının sığorta hissəsində 2010-cu ilin aprel, 2011-yanvar, 2014-cü ilin iyul, avqust, sentyabr ayları üzrə sığorta ödənişlərinin əks olunması məsələsinin araşdırılması zərurəti yoxdur. Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti iddiaya etiraza uyğun olmaqla əsas dəlili ondan ibarətdir ki, “...“iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “X8 Zavodu” MMC-nin ona dair arayışında xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə qatar tərtibatçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Həmçinin, 1 yanvar 2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2010-cu ilin aprel, 2011-ci ilin yanvar, 2014-cü ilin iyul, avqust, sentyabr ayları üzrə sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrləri (ümumilikdə 5 ay) iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (7 il 6 ay 21 gün (xx.xx.2006-xx.xx.2010- cu il, xx.xx.2010xx.xx.2010-cu il, xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. “X8 Zavodu”-nun vəzifə təlimatında “Qatar tərtibatçısı” vəzifəsi ilə bağlı əmək funksiyaları qeyd olunsa da, müəssisənin fəaliyyət istiqamətləri nəqliyyat bölməsinə aid deyil. İddiaçının işlədiyi vəzifənin yuxarıda qeyd olunan formada Qərarda qeyd olunan vəzifəyə uyğunlaşdırılması qanunun tələbinə uyğun deyil.”. Qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin qeyd olunan dəlili iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi bir daha qeyd etməyi zəruri hesab edir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Apellyasiya məhkəməsi tərəfindən qatar tərtibiçisi vəzifəsinin (peşəsinin) xüsusiyyətlərinin (vəzifə təlimatı nəzərə alınmaqla) nədən ibarət olması barədə "xxxx" QSC-yə sorğu ünvanlanmış və həmin cəmiyyətdən alınan cavabla iş materiallarında olan "X8 Zavodu" MMC-in arayışı (i.v.93) ilə müqayisəli şəkildə təhlil edilmişdir. Təhlil nəticəsində müəyyən edilmişdir ki, hər iki qurumda olan qatar tərtibçisi vəzifəsinin vəzifə funksiyaları mahiyyətcə eynilik təşkil edir. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan qatar tərtibçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən qatar tərtibçiləri anlamında qəbul edilməlidir. Həmçinin, nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul olan qatar tərtibçiləri eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında qatar tərtibçisi işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində çalışan maşinistlərin, maşinist köməkçilərinin, qatar tərtibçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır. Odur ki, iddiaçının "X8 Zavodu" MMC-də işlədiyi qatar tərtibçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının XXİ bölməsinin 4-cü hissəsində (Dəmiryol Nəqliyyatı) öz əksini tapan “Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər - qatar tərtibçiləri” peşəsinə uyğundur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatdığından və 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox əmək şəraiti zərərli və ağır olan iş stajına malik olduğundan onun 60 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli 2-1(112)-5649/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar