Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2976/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ XN Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və Azad Nizam oğlu İmanovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin N-1(11N)-N450/N0N3 saylı, N3 may N0N3-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə N4 oktyabr N0N3-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid statusunun bərpa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 noyabr 1995-ci ildə vəzifə borcunu yerinə yetirərkən N saylı hərbi hissədə şəhid olan X1 şəhid statusunun qaytarılması ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-N450/N0N3 saylı N3 may N0N3-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin təmin olunmasını, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 6N.3cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasya şiakyətinin əsaslandırılması: İddiaçının mərhum əri X3 N5 aprel 1965-ci ildə Ağstafa rayonu Köhnəqışlağ kəndində doğulmuşdur. 1993-cü ilin mart ayından N saylı hərbi hissədə kiçik leytenant rütbəsində çalışıb. 18 noyabr 1995-ci ildə vəzifə borcunu yerinə yetirərkən N saylı hərbi hissədə şəhid olmuşur. Lakin N007-ci ildə X3 üçün ona ödənilən müavinətlər dayandırılmışdır. X1 məhz öz xidməti vəzifəsinin yerinə yetirildiyi zaman avtomobil qəzasında həlak olması N saylı hərbi hissənin arayışı ilə təsdiqlənir. Şəhid statusunu ləğv edən qurum bunun hansı səbəbə görə edilməsinin hər hansı izahını verməmişdir. X1 məhz öz xidməti vəzifəsinin yerinə yetirildiyi zaman həlak olması digər çoxsaylı sənədlərlə də təsdiq olunur. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin N-1(11N)-N450/N0N3 saylı, N3 may N0N3-cü tarixli qərardadı qismən ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh özünün a/A-4997 №li, xx.xx.N0NN tarixli məktubunda bildirib ki, iddiaçının mərhum əri ümumiyyətlə şəhid hesab edilmir. Məhkəmə qərardadda həmçinin, qeyd etmişdir ki, “ iddiçı yalnız Nərimanov rayon Komissarlığının N007-ci ildə mərhum X1 sənətləri onun şəhid hesab edilməsinə əsas vermədiyi üçün onun adına verilən müavinatın dayandırılması ilə bağlı məktubun göndərilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddia irəli sürmək hüququna malik olmuşdur ki, iddaçı qanunla müəyyən edilmiş müddətdə bu hüququqdan istifadə etməmiş, yalnız 15 il sonra, yəni xx.xx.N0NN-ci il tarifdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir . Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qeyri-müəyyənlik yaratmaqla düzgün olmamışdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının tələbi inzibati orqanın öhdəliyinin icrası ilə bağlı tələbdir və belə növ iddia üçün İPM-in 38.N-ci maddəsində nəzərdə tutulan iddia müddəti (inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.) əsas götürülməklə iddianın digər mümkünlük şərtləri yoxlana bilər.İddia mümkün sayıldıqda isə iddianın əsaslı olub-olmamasından çıxış etməklə iddianın təmin, yaxud rədd olunması barədə nəticəyə gəlmək olar. Bundan başqa məhkəmə yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasına, natamam faktiki məlumatların tamamlanmasına, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçısına yardım etməmişdir. İnzibati Prosessual Məcəllənin 1N.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Belə olan halda məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyası prosessual hüquq pozuntusu kimi qiymətləndirir və hesab edir ki, göstərilən qaydaların pozulması son nəticədə məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 1N, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.N-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-N450/N0N3 saylı, N3 may N0N3-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2-1(103)-2976/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2976/2023
24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver