Məhkəmə qərarları › İş №2-1(103)-2976/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2976/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2976/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qeydiyyatdan çıxarılma”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X13 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X14, X9) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6782/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, X14 və X9 (bundan sonra – üçüncü şəxslər) ünvan 1 ünvanında qeydiyyatdadırlar.

2. Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 007057 nömrəli Orderin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzil İddiaçı və X15 verilmişdir.

3. 26.08.2019-cu il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş, X4, X16 və X11 tərəfindən verilmiş ərizədən görünür ki, X14 ünvan 3 ünvanında 2019-cu ilin yanvar ayından bu günə kimi yaşamır.

4. AZ-İİ seriyalı, 891901 saylı doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X12 X14 ilə birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X9 doğulmuşdur.

5. Nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X12 X14 ilə nikahına xx.xx.2020-ci il tarixdə xitam verilmişdir.

6. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3706/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdehlər İddiaçı və X15 qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinin rədd edilməsi qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4524/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Nərimanov Rayon Məhkəməsinin 2(005)-3706/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. Nərimanov Rayon Məhkəməsinin 2(005)3670/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdeh X10 və X5 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinin rədd edilməsi qət edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X14 və X3 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzildən qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6782/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X14 və X9 iş üzrə üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X17 xx.xx.1992-ci il tarixdə erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Bakı şəhəri, Nərimanov rayon İcra hakimiyyəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli orderə əsasən Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzil şəhid ailəsi kimi iddiaçıya verilmişdir. Həmin mənzildə oğlu Nadir Əliyev ilə birlikdə yaşayır. X29 hazırki üçüncü şəxs Samirə Həşimi ilə 2011-ci ildə nikaha daxil olmuşdur. Həmin tarixdən üçüncü şəxs Samirə Həşimi sözügedən mənzilə köçmüşdür və sonradan iddiaçının razılığı ilə qeydiyyata alınmışdır. Həmin nikahdan xx.xx.2014-cü ildə X9 doğulmuşdur. Sonradan üçüncü şəxs X7 Həşimi ilə ailə münasibətləri pozulmuşdur. Belə ki, Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur və xx.xx.2012-ci il təvəllüdlü X9 üçüncü şəxs Samirə Həşiminin yanında saxlanılmışdır. Üçüncü şəxs Samirə Həşimi azyaşlı ilə birlikdə Türkiyə Respublikasına köçmüşdür. 2019-cu ildə X14 iddiaçıya və oğlu X15 qarşı xx.xx.2014-cü il təvəllüdlü X9 ilə birlikdə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 3706/2019 saylı qətnaməsi ilə üçüncü şəxs X6 mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə qətnaməsində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, məhəllə 1967, ev 46 V, 34 saylı mənzil İddiaçı adına qeydiyyata alınmamış olsa da, faktiki olaraq mənzilin mülkiyyətçisidir və mübahisəli mənzilə dair “qanuni gözlənti” hüququ mövcuddur. Həmçinin qeyd edilmişdir ki, Samirə Həşimi iddiaçının ailə üzvü olmamaqla yanaşı, özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə daxil deyil. Üçüncü şəxs Samirə Həşimi tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4524/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs Samirə Həşiminin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmişdir və qanuni qüvvəyə minmişdir. Həmin mənzildə keçmiş gəlini üçüncü şəxs X14 və xx.xx.2012ci il təvəllüdlü X9 hələ də qeydiyyatdadırlar. Lakin, faktiki olaraq mənzildə yaşamırlar. Nərimanov Rayon Məhkəməsinə Samirə Həşiminin və xx.xx.2012-ci il təvəllüdlü X3 istifadə hüququnun itirilməsi tələbi ilə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-3670/2023 saylı qətnaməsi ilə istifadə hüququna xitam verməklə bağlı iddiası rədd edilmişdir. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, mövcud olmayan hüquq məhkəmə qaydasında itirilə bilməz. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əsaslanaraq qeyd edilmişdir ki, keçmiş ailə üzvünün istifadə hüququ saxlanılmır. Məhkəmələr tərəfindən Samirə Həşiminin və xx.xx.2012-ci il təvəllüdlü X3 istifadə hüququnun olmadığı məhkəmələr tərəfindən müəyyən edilmişdir. Əgər şəxsin mənzildə istifadə hüququ yoxdursa həmin mənzildə qeydiyyatda olmasına hüquqi əsas yoxdur deməkdir. İddiaçı bugünə qədər dəfələrlə Nərimanov rayon Polis idarəsinə müraciət etsə də, nəticə verməmişdir, adı qeyd olunan şəxslər hələ də mənzildə qeydiyyatdadırlar. Adı qeyd olunan şəxslərin ona məxsus olan mənzildə qeydiyyatda olması sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, əmlakı üzərində tam sərəncam verə bilmir, qeydiyyatda olan şəxsin razılığı tələb olunduğundan mənzili istədiyi şəkildə alqı-satqı, bağışlama və sair qanuni yollarla özəlləşdirə bilmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.

12. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı oğlunun ünvanından üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları barədə müraciəti Nərimanov RPİ-nə daxil olmuşdur. Cavabdeh tərəfindən məktubla ərizəçiyə rəsmi qaydada cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks halda şəxsin qeydiyyatdan çıxarılması tərəfimizdən mümkün olmadığını və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsini məqsədəmüvafiq hesab edildiyi qeyd edilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6782/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, X6 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzil Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 2009-cu il tarixli 422 nömrəli sərəncamı əsasında verilmiş xx.xx.2009-cu il tarixli orderlə şəhid ailəsi kimi İddiaçı və onun ailə üzvünə (oğlu) verilmişdir. İddiaçı həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. İş üzrə üçüncü şəxs X14 iddiaçının keçmiş gəlinidir və o, sözügedən mənzildə yaşamır, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə onun həmin mənzilə dair istifadə hüququnun olması müəyyən edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, şəxsin yaşayış sahəsində istifadə hüququnun olmadığı müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur və şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir.

16. Həmçinin, məhkəmə qeyd etmişdir ki, digər üçüncü şəxs X9 iddiaçının nəvəsidir və o, iddiaçıya məxsus mənzildə yaşamasa da, iddiaçıdan Ailə Məcəlləsinin 15-ci fəslinin müddəaləarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsdir. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində Saraxatun Həşiminin mənzildən istifadə hüququnun mövcudluğu ilə məsələyə münasibət bildirilmədiyindən və belə olan halda da, onun iddiaçıya məxsus əmlaka ailə münasibətlərindən irəli gələn istifadə hüququna hal-hazırda xitam və ya itirilmə əsaslarının mövcud olub-olmadığı ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən, istifadə hüququnun müəyyən edilməsi isə inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələ olmadığından iddia həmin hissədə təmin edilə bilməz.

17. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6782/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Konstitusiyasının:

- 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:

-1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. - 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

31. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

32. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

33. Belə ki, iş materiallarından məlum olmuşdur ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə cavab olaraq vətəndaşların qeydiyyatdan çıxarılması Nərimanov RPİ-nin QMB-nin səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət edilməsi bildirilmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətində olması, üçüncü şəxs X3 həmin ünvanda yaşamaması, habelə qeyd edilən ünvanında yerləşən mənzil üzərində istifadə hüququnun qeydiyyata alınmasına dair məlumatın aşkar edilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.

35. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin imtinası iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

36. Bundan əlavə məhkəmə kollegiyası qərarın mübahisələndirilən hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

37. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

38. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

39. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X19 ilə X6 nikahları pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X1 Samirə Mürsəl qızının himayəsinə verilmişdir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

41. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edimişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

42. Məhkəmə kollegiyası işin faktiki hallarını, iş materiallarında olan sənədləri nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxs X9 və himyasındə saxlanıldığı anası X6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair əmlak hüququnun olması barədə hər hansı bir sübut mövcud deyil, həmçinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.

43. Həmçinin iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X19 ilə X6 nikahları pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X1 Samirə Mürsəl qızının himayəsinə verilmişdir. 44.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2 və 4- cü bəndlərində qeyd edilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

45. Qanunverici on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir. İddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olan şəxslərin siyahısından görünür ki, X3 anası X14 iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda deyil.

46. Həmçinin, kollegiya qeyd edir ki, X3 anası X6 himayəsinə verilməsi iş materialları ilə öz təsdiqini tapmışdır.

47. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, X3 valideyni, yəni anasının iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 nömrəli evdə qeydiyyatda olmadığından və X3 anası X6 himayəsinə verilməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi X3 qeydiyyatdan çıxarılması hissəsində əsaslıdır və təmin edilməlidir.

48. Odur ki, üçüncü şəxsin iddiaçının xüsusi mülkiyyətində olan ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır.

49. Eyni zamanda qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçı üçüncü şəxslərin sözügedən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur.

50. Həmçinin qeyd olunmalıdır ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.

51. Kollegiya hesab edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın vətəndaşlar üçün yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması təmin olunmalıdır.

52. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6782/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı mübahisələndirilən – “X3 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulması” tələbinin rədd edildiyi hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6782/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı mübahisələndirilən – “X3 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulması” tələbinin rədd edildiyi hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. X3 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, məhəllə 1967, ev 46V, 34 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar