Məhkəmə qərarları › İş №2-1(103)-2978/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2978/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2978/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə və kirayə pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı və nümayəndəsi (oğlu) Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə və kirayə pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6169/2023 saylı 25 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixədək Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdə iştirak etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə hərbi xidmətə başlamış, xx.xx.2009-cu ildə yaşa görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında qeyd olunmuşdu ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2009-cu il tarixli müvafiq əmrinə əsasən ’’Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən Azərbaycan Respublikası Silhalı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Xidmət illərinə görə ümumi stajın hesablanması haqqında” sənədə əsasən mayor X6 iş stajı 15 il 01 ay 27 gün, ümumi əmək stajı 53 il 07 ay 03 gün və bötöv stajı 53 il təşkil edir. Naxçıvan şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 20/33 saylı arayışından görünür ki, İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil və ya torpaq sahəsi ilə təmin olunmayıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən ona 2010-cu ildən müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kirayə pulu ödənilir. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı Bakı şəhərində qeydiyyatda olub yaşadığından yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi və kirayə pulunun ödənilməsi ilə bağlı Bakı şəhəri Cavabdehnə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh qurumun xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdi ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş imtiyazlar xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan, seçilmiş yaşayış yerinə gəldiyi gündən etibarən yaşayış sahəsinə ehtiyacı olan qismində müvafiq İcra Hakimiyyətinə müraciət edərək hərbi qulluqçuların növbə siyahısına daxil edilmiş həqiqi hərbi xidmət hərbi qulluqçularına aiddir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 №- li qərarına müvafiq olaraq qeyd olunan şəxslərə müvəqqəti mənzil kirayəsi xərcləri mənzil uçotuna götürüldükdən sonra mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək ödənilir. Təqdim etdiyi sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən yuxarıda ünvanı qeyd olunan mənzildə qeydiyyatdadır. Eyni zamanda ehtiyata buraxıldığı 2009-cu ildən etibarən seçilmiş yaşayış yeri kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər şöbəsində hərbi uçotdadır və müvafiq icra hakimiyyəti tərəfindən mənzil kirayə xərcləri ona ödənilir. Həmin imtina məktubundan narazı qalan İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh 12 yanvar 2023-cü il tarixli Ə-257-068 nömrəli imtina məktubunu əsassız hesab edərək, mənzil uçotuna qəbul olunmağı və kirayə xərclərinin ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, istefada olan hərbi qulluqçu mayor İddiaçı 12 noyabr 1994-cü il tarixindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə çağırılmışdır. Müxtəlif hərbi hissələrdə xidmət etmiş, nümunəvi xidmətinə görə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (********)’’ yubiley medalı ilə və 26 iyun 2004-cü ildə “Döyüş hazılığında əldə etdiyi yüksən nailiyyətlərə görə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 86-cı il dönümü münasibəti ilə” fəxri fərmanla təltif olunmuşdur. İddiaçı 03 avqust 2009-cu il tarixində Müdafiə Nazirliyinin 0386 nömrəli əmri ilə ’’Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin ”b" bəndinə (yaşa görə) əsasən Azərbaycan Respublikası Silhalı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan sonra Naxçıvan şəhər İcra Hakimiyyəti tərəfindən mənzil və ya torpaq sahəsi ilə təmin olunmadığı üçün iddiaçıya Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən 2010-cu ildən etibarən ona yaşayış sahəsinin kirayəsi üçün kirayə haqqı ödənilmişdir. Qeyd olunanlar Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin 09 dekabr 2022-ci il tarixli 20/33 nömrəli arayışı ilə də öz təsdiqini tapmışdır. Lakin 2020-ci ildə iddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq ailəsi ilə birgə (həyat yoldaşı və kiçik oğlu) Bakı şəhərinə köçməli olmuşdur. Belə ki, oğlu X10 2020-ci ildə Qarabağda hərbi əməliyyatlara cəlb olunduğu üçün onun ailəsini tək qoymamaq üçün Bakıya köçməli olmuş, Bakı şəhərində 2 il qeydiyyatsız yaşamış, 2022-ci ilin dekabr ayında isə ünvan 4 ünvanında qeydiyyata alınmışdır. Hal-hazırda da övladları Bakı şəhərində yaşadıqları üçün iddiaçı da burada yaşamağa davam etmək istəyir. Lakin nə iddiaçının, nə də ki həyat yoldaşı X2 mülkiyyətində Azərbaycan Respublikası ərazisində heç bir daşınmaz əmlak yoxdur. Buna görə də kirayə xərclərinin Bakı şəhəri üzrə qanunla müəyyən edilmiş məbləğdə ödənilməsi zərurəti vardır. Lakin Bakı şəhəri Cavabdeh tərəfindən 12 yanvar 2023-cü il tarixli məktubla qanunsuz və əsassız olaraq iddiaçının mənzil uçotuna alınmağından imtina olunmuşdur. Buna əsas kimi isə iddiaçının ehtiyata buraxıldığı tarixdən etibarən seçilmiş yaşayış yeri kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər şöbəsində hərbi uçotda olmağı və müvafiq İcra Hakimiyyəti tərəfindən mənzil kirayə xərclərinin ödənilməsi göstərilmişdir. Halbuki 2020-ci ildən etibarən iddiaçı Bakı şəhərində yaşayır və 21 dekabr 2022-ci il tarixində Bakı şəhərində qeydiyyata alınmışdır. Ümumiyyətlə şəxsin yaşayış yerini dəyişməsi müvafiq icra hakimiyyəti orqanını kirayə xərclərini ödəməkdən azad etmir. Belə ki, harada qeydiyyatda olmasından asılı olmayaraq kirayə xərcləri dövlət büdcəsi hesabına ödənilir. Bundan əlavə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin 18 yanvar 2023-cü il tarixli məktubundan göründüyü kimi, iddiaçının hərbi xidmətkeçmə üzrə şəxsi işi hal-hazırda həmin idarədədir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair etiraz verilərək bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş imtiyazlar xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan, seçilmiş yaşayış yerinə gəldiyi gündən etibarən yaşayış sahəsinə ehtiyacı olan qismində müvafiq İcra Hakimiyyətinə müraciət edərək hərbi qulluqçuların növbə siyahısına daxil edilmiş həqiqi hərbi xidmət hərbi qulluqçularına aiddir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarına müvafiq olaraq qeyd olunan şəxslərə müvəqqəti mənzil kirayəsi xərcləri mənzil uçotuna götürüldükdən sonra mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək ödənilir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən müəyyən edilmişdir ki, o, 21 12.2022-ci il tarixdən sözügedən ünvanda yerləşən mənzildə qeydiyyatdadır. Eyni zamanda ehtiyata buraxıldığı 2009-cu ildən etibarən seçilmiş yaşayış yeri kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər şöbəsində hərbi uçotdadır və müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən mənzil kirayə xərcləri ona ödənilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6169/2023 saylı 25 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması, mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması və kompensasiyanın ödənilməsinin xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Həmin qərardan narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilib iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etirazın məzmunu ilə eynilik təşkil edir, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara obyektiv qiymət verilməmiş və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə sözügedən qərarın əsaslandırıcı hissəsində İddiaçı məxsus olan hərbi biletdə aparılmış qeydlərə əsasən sonuncunun xx.xx.1994-cü ildən xx.xx.2009-cu il tarixədək hərbi xidmətdə olduğunu bildirməklə onun 15 ildən artıq xidmət etdiyi qənaətinə gəlmişdir. Halbuki, göstərilən rəqəmlərə diqqətlə nəzər salınsa, hesablamanın düzgün aparılmadığı və bununla da, İddiaçı 15 ildən az xidmət etdiyi aşkar görünür. Məhkəmə mövcud qanunvericiliyi hazırki işin faktiki hallarına düzgün tətbiq etməmiş, bununla da həmin Qanunun tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə işə baxarkən həmçinin aşağıda göstərilən hallara da düzgün hüquqi qiymət verməmişdir. Bakı şəhər X8 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Baki şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə görə, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar mənzil uçotuna o şərtlərlə götürülürlər ki, azı son 5 il ərzində Bakı şəhərində daimi yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Bu qaydalar qəbul edildikdən sonra Bakı şəhərinə gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi 7 il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Həmin “Qaydalar”ın tələblərinə görə, daimi yaşama müddəti Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və məzillərin bölüşdürülməsi ilə bağlı yeni qaydalar təsdiq edilmədiyindən sözügedən “Qaydalar" hüquqi qüvvəsini itirməmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdən Bakı şəhərində qeydiyyata alınmışdır. Bununla da, məhkəmə tərəfindən yuxarıda göstərilən Qaydaların tələbləri də pozulmuşdur. Bundan başqa, məhkəmə qərarın nəticəvi hissəsində iddiaçıya kompensasiyanın xx.xx.2023-cü il tarixdən ödənilməsi qənaətinə gəlmiş, lakin bunu əsaslandırmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinin məzmunundan görünür ki, kompensasiyanın ödənilməsi yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş şəxslərə şamil edilir. Göründüyü kimi, məhkəmə mənzil növbəsinə götürülmənin hansı tarixdən hesablanması məsələsinə toxunmadan kompensasiyanın ödənilməsinin xx.xx.2023-cü tarixdən hesablanması qənaətinə gəlməklə, adı çəkilən Qərarın da tələblərinə riayət etməmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, həmin apelyasiya şikayəti tamamilə formal və əsassızdır. Belə ki, o, 18 may 1992-ci il tarixdən 20 iyul 1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikasının Sədərək döyüş bölgəsində xidmət etmiş və bu onun şəxsi işində Müdafiə Nazirliyinin arayışında da göstərilmişdir. Keçmiş SSRİ dövründə isə 55 gün Sankt-Peterburq şəhərində hərbi xidmət keçmişdir. Bununla bağlı hərbi biletin 6-cı vərəqəsində qeyd aparılmışdır. Hərbi biletin 2-ci səhifəsində isə Azərbaycan Politexnik İnstitutunun nəzdində 4 il hərbi təhsil almağı barədə də qeyd vardır. Həmin vərəqədə keçmiş SSRİ-nin Müdafiə nazirinin 17 yanvar 1985-ci il tarixli, 13 nömrəli əmr ilə leytenant rütbəsi almağı barədə qeyd aparılmışdır. Hərbi biletin 3-cü vərəqəsində rus dilində “slujit” ifadəsi işlədilmişdir. Yəni hərbi təhsil aldığı dövr xidmət illərinə daxil edilir. Ümumi olaraq 15 ildən çox xidməti illəri mövcuddur. Çünki, ali təhsil aldığı dövrdə 4 illik hərbi təhsil müddəti də xidmət illərinə daxil edilir. Bu baxımdan da bu hissədə apelyasiya şikayəti tamamilə əsassızdır. Əlavə olaraq bir daha bildirir ki, o, Azərbaycan Respublikası SQ-dən hərbi xidmətdə olmanın son yaş həddinə görə 156-cı maddənin В bəndinə əsasən (yaşa görə ondan asılı olmayan səbəb) ehtiyata buraxılmışdır. Hərbi qulluqçuların statusu haqqında qanunun 12.7-ci maddəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər). Lakin şikayətçi tərəf nəzərə almamışdır ki, qanunun bu maddəsi şəxsləri hərbi qulluqçu mənasında yox, müqavilə əsasında çalışan digər işçiləri, məsələn, MSİ, elektrik, mühəndis istehkam anbarlarında çalışan işçiləri nəzərdə tutur. Hazırki mübahisəyə münasibətdə Hərbi qulluqçuların statusu haqqında qanunun 12.3-cü maddəsi tətbiq edilməlidir. Bu halda ona münasibətdə tələb edilən xidmət illəri 15 yox, 5 il olmalıdır. Bu maddənin məzmunundan açıq-aşkar görünür ki, 15 il müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına münasibətdə tələb edilir. Apelyasiya şikayətində qeyd edilmişdir ki, “Bakı şəhər X8 4- cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci bəndinə görə, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar mənzil uçotuna o şərtlərlə götürülürlər ki, azı son 5 il ərzində Bakı şəhərində daimi yaşamış və daimi pasport qeydiyyatında olsunlar. Həmin "Qaydalar"ın tələblərinə görə, daimi yaşama müddəti Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir”. Cavabdehin mövqeyindən belə aydın olur ki, o, 5 il müddətində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamalı, heç bir mənzil növbəsinə götürülməməli və kirayə xərcləri də ödənilməməlidir. İş materiallarına əlavə olunan əmək müqaviləsindən göründüyü kimi, İddiaçı 03 iyun 2013-cü ildən etibarən "xxxx" MMC-də işləyir. Bu da onu göstərir ki, o, həmin tarixdən etibarən davamlı olaraq Bakı şəhərində yaşayır. Bundan əlavə, cavabdehin apelyasiya şikayətini X8 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə əsaslandırılması tamamilə əsassızdır. Belə ki, iddiaçının qeydiyyata düşməsi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12.7-ci maddəsi {Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər) ilə tənzimlənir, X8 qərarı ilə yox. Nəzərə alınmalıdır ki, qanunun hüquqi qüvvəsi X8 qərarından üstündür. Həmçinin, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.2-ci maddəsinə əsasən normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Yəni İddiaçı münasibətdə hətta X8 qərarının hüquqi qüvvəsi qanunla bərabər olsaydı belə, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun normaları tətbiq edilməlidir. Bundan əlavə, apelyasiya şikayətində cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə istinad etmişdir. Həmin maddənin məzmunundan görünür ki, kompensasiyanın ödənilməsi yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş şəxslərə şamil edilir. Hazırda apelyasiya şikayətinin məzmunu ondan ibarətdir ki, əgər İddiaçı Naxçıvan şəhərində mənzil uçotuna düşmüşdür deyə o, sonradan Bakı şəhərində qeydiyyata düşə bilməz idi. Lakin hesab edir ki, bu işə formal yanaşmadır və hazırki apelyasiya şikayətinin mahiyyəti Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsi ilə ziddiyyət təşkil edir. Belə ki, həmin maddəyə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu halda da Konstitusiya hüquqi qüvvəsinə görə üstün olduğu üçün Konstitusiyanın maddəsi əsas götürülməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarında qeyd olunmamışdır ki, əgər şəxs bir dəfə ərazi icra hakimiyyəti orqanında uçota alınıbsa, bundan sonra qeydiyyat yerini dəyişə bilməz. Belə ki, qeydiyyat yerinin dəyişdirilməsinə icazənin verilməməsi yalnız vətəndaşlar daha yüksək kirayə haqqının alınması məqsədi ilə formal şəkildə qeydiyyat yerini dəyişdirməsin deyə istifadə oluna bilərdi. Bundan başqa, iş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2022-ci il tarixli 2-1(102)-917/2022 nömrəli qərarından göründüyü kimi, məhkəmə iddiaçının Bakı şəhərində uçota alınmaması barədə imtinanın əsaslığını araşdıran zaman şəxsin həqiqətən də Bakı şəhərində daimi yaşayıbyaşamaması məsələsinə diqqət yetirmişdir. Bununla belə həmin qərarın 9-cu səhifəsinin 30-cu bəndində qeyd olunmuşdur ki, iddiaçı Bakı şəhərində faktiki yaşadığı və qeydiyyatda olduğu halda, iddiaçının mənzilə Bakı şəhərində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkündür. Hazırki iş üzrə isə iş materiallarında olan İddiaçı əmək kitabçasından görünür ki, o, 03 iyun 2013-cü ildən "xxxx" MMC-də işləyir. Bu da onu göstərir ki, iddiaçı daimi olaraq həmin tarixdən etibarən Bakı şəhərində yaşayır çünki, o, əmək müqaviləsi ilə 40 saatlıq iş stajı üzrə işlədiyinə görə, onun Bakı şəhərində qeydiyyatda olub, Naxçıvan şəhərində yaşaması qeyri-mümkündür və bu işin mahiyyətinə uyğun deyildir. Belə ki, İddiaçı işi nə mövsümi xarakter daşıyır, nə də ki, müvəqqəti xarakterlidir. İddiaçı şəxsi iradəsindən asılı olmayan hala görə, yəni yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata göndərilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı və nümayəndəsi (oğlu) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Cavabdeh imtina məktubu xx.xx.2023-cü il tarixlidir və iddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir ki, bununla da inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən müəyyən edilmiş müddət çərçivəsində iddia qaldırdığı üçün iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi “iddiaçının mənzil uçotuna qəbul olunması və kirayə xərcinin ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” barədədir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş və sonuncu tərəfindən onun tələbi “xx.xx.2022-ci il tarixdən qeyd olunan mənzildə qeydiyyatda olması, ehtiyata buraxıldığı 2009-cu ildən etibarən seçilmiş yaşayış yeri kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər şöbəsində hərbi uçotda olması və müvafiq icra hakimiyyəti tərəfindən mənzil kirayə xərclərinin ödənilməsinin davam etməsi”nə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Buna görə də iddiaçı məhkəmədə iddia qaldırmış və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İşin faktiki hallarına görə, İddiaçı xx.xx.1994-cü ildə hərbi xidmətə başlamış, xx.xx.2009-cu ildə yaşa görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Xidmət illərinə görə ümumi stajın hesablanması haqqında sənədə əsasən mayor X6 iş stajı 15 il 01 ay 27 gün, ümumi əmək stajı 53 il 07 ay 03 gün və bötöv stajı 53 il təşkil edir. İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil və ya torpaq sahəsi ilə təmin olunmamış, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən 2010-cu ildən müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kirayə pulu ödənilir. Hazırda iddiaçı ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. O, ünvan 6türülməsi və kirayə pulunun ödənilməsi ilə bağlı Bakı şəhəri Cavabdehnə müraciət etsə də, sonuncu tərəfindən tələbi təmin olunmamış və bu zaman inzibati orqan ona istinad etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən Bakı şəhərində mənzildə qeydiyyatdadır, o, ehtiyata buraxıldığı 2009-cu ildən etibarən seçilmiş yaşayış yeri kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər şöbəsində hərbi uçotdadır və müvafiq icra hakimiyyəti tərəfindən mənzil kirayə xərcləri ona ödənilir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi 1094 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçının adında yaşayış evi və həyətyanı torpaq sahəsi yoxdur. İşə birinci instansiya qaydasında baxılarkən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarla bildirilmişdi ki, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına təqdim olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında qeyd olunmuşdu ki, İddiaçı həqiqətən xx.xx.1995-ci il tarixdən xx.xx.2009-cü il tarixədək Azərbaycan Respublikası Silahlı qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2009-cu il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Silahlı qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" MMCdə 03 iyun 2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək lobarant vəzifəsində işləmiş, xx.xx.2015-ci il tarixdən hal-hazıradək laboratoriya müdiri vəzifəsində işləyir. “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin bəndin 3-cü abzasına görə yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin bəndin 4-cü abzasına görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Göründüyü kimi, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndində üçüncü abazasında müəyyən edilmiş müddətlərdə və qaydada ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi almaq hüquqlarını eyni dərəcədə tanımaqla yanaşı, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi ilə ilk növbədə təmin edilməsi tələbini təsbit edir. Həmçinin qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasında həmin maddədə göstərilən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən ödənilməsini təsbit edir və bu zaman, həmin şəxslərin ehtiyata və ya istefaya buraxılma əsaslarını fərqləndirmir. Lakin “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndində qeyd edilir ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində – 55 manat. Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, hərbi qulluqçunun, o cümlədən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin olunması üçün 15 təqvim ili və daha çox xidmət etməsi və yaşayış sahəsinin olmaması tələb olunur. Cavabdeh apellyasiya şikayətində iddiaçının xidmət illərini mübahisələndirərək, onun 15 ildən az xidmət etdiyini qeyd edir. Halbuki iş materiallarında olan iddiaçıya məxsus hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdə hərbi xidmətə başlamış, xx.xx.2009-cu il tarixdə yaşa görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Xidmət illərinə görə ümumi stajın hesablanması haqqında cədvəlin surətindən də görünür ki, mayor X6 ümumi hərbi xidmət illəri 38 il 05 ay 09 gün iş stajı 15 il 01 ay 27 gün, ümumi əmək stajı 53 il 07 ay 03 gün və bötöv stajı 53 il təşkil edir. Həmin sənəddə də iddiaçının hərbi xidmətə xx.xx.1994-cü il tarixdən başladığı müəyyən olunur. Göründüyü kimi, iddiaçının ehtiyata buraxıldığı tarixə (18 may 1992-ci il tarixdən 20 iyul 1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikasının Sədərək döyüş bölgəsində xidmət etdii müddət və 55 gün Sankt-Peterburq şəhərində hərbi xidmət keçdiyi dövrlər də nəzərə alınmaqla) 15 ildən artıq hərbi xidmət müddəti olmuşdur. Qanunvericinin “yaşayış sahəsinin olmaması” tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçının mülkiyyətində hər hansı bir daşınmaz əmlakın olmadığı müəyyən olunur, demək ki, iddiaçı yaşayış sahəsi olmayan, yəni yaşayış sahəsinə ehtiyacı olan şəxsdir. Sonradan iddiaçı 2022-ci ilin dekabr ayından ünvan 4 ünvanında qeydiyyata alındığı üçün bu tarixdən sonra ona kiyarə xərclərinin ödənilməsi dayandırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-ci maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5- ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6-ci maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sadalanan normaların tələbinə görə, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunubolunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur. Naxçıvan şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-5/2-8/2023 nömrəli arayışına əsasən iddiaçı Əsədov X5 şəhər İcra Hakimiyyəti tərəfindən mənzil və ya torpaq sahəsi ilə təmin olunmayıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012ci il tarixli 174 nömrəli Qərarına əsasən ona 2010-cu il tarixindən 2023-cü ilin yanvar ayınadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kirayə xərci ödənilmişdir. Hazırki işdə iddiaçının yaşayış sahəsi ilə təmin olunmadığı mübahisəsiz haldır. Cavabdeh orqan iddiaçının xx.xx.2022-ci il tarixdən Bakı şəhərində qeydiyyata alındığına, və buna görə də Bakı şəhərində 7 il yaşamadığına istinad edərək onun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində uçota alınmasından imtina edir. İnzibati orqan bildirir ki, Bakı şəhər X8 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Baki şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar mənzil uçotuna o şərtlərlə götürülürlər ki, azı son 5 il ərzində Bakı şəhərində daimi yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Bu qaydalar qəbul edildikdən sonra Bakı şəhərinə gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi 7 il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Həmin “Qaydalar”ın tələblərinə görə, daimi yaşama müddəti Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı məxsus əmək kitabçasından görünür ki, o, 03 iyun 2013-cü ildən etibarən "xxxx" MMC-də işləyir. İddiaçı bildirir ki, həmin dövrdən də etibarən Bakı şəhərində yaşayır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Oxşar iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2022-ci il tarixli 2-1(102)-917/2022 nömrəli qərarında məhkəmə kollegiyası iddiaçının Bakı şəhərində uçota alınmaması barədə imtinanın əsaslılığını araşdıran zaman şəxsin həqiqətən də Bakı şəhərində daimi yaşayıb-yaşamaması məsələsini diqqətə çəkmiş və qeyd etmişdi ki, “iddiaçı Bakı şəhərində faktiki yaşadığı və qeydiyyatda olduğu halda, iddiaçının mənzilə Bakı şəhərində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkündür.” Hazırki işdə də İddiaçı əmək kitabçasına əsasən 03 iyun 2013-cü ildən etibarən Bakı şəhərində yerləşən "xxxx" MMC-də işlədiyi müəyyən olunur ki, bu da onu deməyə əsas verir ki, iddiaçı həmin müəssisədə işlədiyi müddətdə Bakı şəhərində yaşamışdır, sadəcə rəsmi Bakı şəhərində qeydiyyata alınması xx.xx.2022-ci il tarixdə aparılmışdır. İddiaçının Bakı şəhərində rəsmi olaraq xx.xx.2022-ci il tarixdən qeydiyyata düşməsi onun həqiqətən də məhz həmin tarixdən faktiki olaraq Bakı şhərində yaşaması faktını təsdiqləmir, bu zaman əsas nəzərə alınmalı məsələ iddiaçının daimi olaraq əmək fəaliyyəti ilə Bakı şəhərində məşğul olduğu vaxtdan faktiki olaraq da Bakı şəhərində yaşaması halıdır. İddiaçının Bakı şəhərində əmək fəaliyyətinə başladığı 03 iyun 2013-cü il tarixdən həm də faktiki olaraq Bakı şəhərində yaşaması halını təkzib edə biləcək hər hansı sübut cavabdeh qurum tərəfindən məhkəməyə təqdim olunmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. O ki qaldı birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya ödənilməli kompensasiya məbləğinin xx.xx.2023-cü il tarixdən hesablanmasına, bu barədə qeyd olunmalıdır ki, işdə olan Naxçıvan şəhər İcra Hakimiyyətinin 19 aprel 2023-cü il tarixli arayışından görünür ki, iddiaçıya İddiaçı müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kirayə xərci 2010-cu il tarixdən 2023-cü ilin yanvar ayına kimi ödənilmişdir. İddiaçının tələbinə münasibətdə cavabdeh qurumun imtina məktubunun tarixi isə 12 yanvar 2023-ü il tarixlidir. Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alındıqdan sonra ona mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiyanın 12 yanvar 2023-cü il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması qənaətinə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassız olub, qəbul edilməməklə yanaşı, birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün də heç bir əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bu səbəbdən də cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6169/2023 saylı 25 aprel 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6169/2023 saylı 25 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X12 Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar