Məhkəmə qərarları › İş №2-1(103)-2978/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2978/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2978/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Əli-zadə Nüşabə Kərim qızının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs qismində Əli-zadə Nüşabə Kərim qızı cəlb edilməklə) ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 25,5 kv.m., ümumi sahəsi 27,5 kv.m. olan 2 otaqlı 14 saylı mənzilə dair iddiaçının adına kirayə müqaviləsi bağlanılması barədə qərar (sərəncam) qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6798/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 25,5 kv.m., ümumi sahəsi 27,5 kv.m. olan 2 otaqlı 14 saylı mənzilə dair adına kirayə müqaviləsi bağlanılmasına dair sərəncam verilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(112)-6798/2025 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(112)-6798/2025 saylı qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün şifahi məhkəmə baxışı iclası təyin edilmiş və cavabdehə göndərilmiş bildirişlə məhkəmə kollegiyası tərəfindən izah edilmişdir ki, apellyasiya şikayətini imzalayan şəxsin səlahiyyətini təsdiq edən sənədlər apellyasiya şikayətinə əlavə edilməmişdir. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən məlum olur ki, cavabdeh Bakı şəhəri Cavabdeh apellyasiya şikayəti Bakı şəhəri Cavabdeh başçısının birinci müavini tərəfindən imzalanmış və həmin şəxsin cavabdeh adından şikayətin imzalanmasına səlahiyyətli olmasını təsdiq edən hər hansı sənəd apellyasiya şikayətinə əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosseual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. İnzibati Prosseual Məcəllənin 81.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İnzibati Prosseual Məcəllənin 81.3-ci maddəsinə müvafiq olaraq, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. İnzibati Prosessual Məcəllənin 86.1.1.-ci maddəsinə əsasən, şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: ... şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Mülki Prosessual Məcəllənin 69.3-cü maddəsinə müvafiq olara, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Mülki Prosessual Məcəllənin 74-cü maddəsinə görə, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Cavabdeh tərəfə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə yazılı qaydada yardım edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və üçüncü şəxs Əli-zadə Nüşabə Kərim qızı isə apellyasiya şikayətinin mümkün sayılmamasını məhkəmədən xahiş etdilər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.1.20-ci bəndinə əsasən, yerli icra hakimiyyəti adından müqavilələri, razılaşmaları, ödəmə sənədlərini, məktubları və digər sənədləri imzalamaq, etibarnamə vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir və həmin səlahiyyətin birinci müavinə həvalə edilməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır. Yuxarıda qeyd olunduğu kimi, iş materiallarına əlavə olunmuş apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişdən məhkəmənin İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərinə uyğun olaraq apellyasiya şikayətinin müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə cavabdehə məlumat verildiyi görünür. Yəni məhkəmənin cavabdehə münasibətdə yardımetmə vəzifəsini həyata keçirdiyi iş üzrə materiallarla təsdiq olunur. Bununla bağlı nəzərə almaq lazımdır ki, məhkəmənin yardımetmə vəzifəsi proses iştirakçısına, o cümlədən hazırkı iş üzrə cavabdehə eyni məsələ barədə davamlı yardımetməni nəzərdə tutmur. Qeyd olunmalıdır ki, yardımetmə çərçivəsində mövcud çatışmazlıqlar barədə məhkəmə tərəfindən verilmiş məlumatlardan və tövsiyələrdən nəticə çıxartmaq, onun diqqətinə çatdırılmış nöqsanları aradan qaldırmaq tərəfin məsuliyyət sferasına aiddir. Belə hallarda çatışmazlıqların aradan qaldırılmamasının neqativ nəticələri də cavabdeh tərəfindən qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Nəticə etibarilə məhkəmə kollegiyası prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(112)-6798/2025 saylı qərarından cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar