Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2981/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) “qeydiyyatın ləğv edilməsi” haqqında iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2- 1(112)-5845/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022 il tarixli, 2-(005)-321/2022 saylı qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Zərgərpalan küçəsi, 113 saylı evin 17 saylı mənzilin İddiaçı adına sənədləşdirilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5845/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) iddia tələbinin “Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə icraatı bərpa edilmiş Nərimanov Rayon Xalq Məhkəməsinin 2-396/1995 saylı, xx.xx.1995-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Zərgərpalan küçəsi, 133 saylı evin, 17 saylı mənzilinə X4 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və Bakı şəhəri, Zərgərpalan küçəsi, 133 saylı evin, 17 saylı mənzilinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi göstərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin 2-396/1995 saylı 28 aprel 1995-ci il tarixli qətnaməsi ilə iddiaçının X5 qarşı iddiası təmin edilərək, Bakı şəhəri, Zərgərpalan (keçmiş K.İsmayilov) küçəsi, 113 saylı evin 17 saylı mənzilin alqı-satqısına dair xx.xx.1990-cı il tarixli müqavilə ləğv edilmiş və X4 ona qarşı həmin mənzildən ailə üzvləri ilə birlikdə çıxarılmağına dair qarşılıqlı iddiası rədd edilmişdir. Həmin mənzilə dair yeni çıxarışın alınması məqsədi ilə iddiaçı cavabdeh quruma müraciət etdikdə ona Bakı şəhəri, Zərgərpalan küçəsi, 113 saylı evin 17 saylı mənzil alqı-satqı müqaviləsinə əsasən X4 adına sənədləşdirildiyi bildirilmişdir. Bununla bağlı iddiaçı Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Nərimanov Rayon Xalq Məhkəməsinin 2-396/1995 saylı 28 aprel 1995 il tarixli qətnaməsinin surətinin icra edilməsi üçün cavabdeh quruma göndərilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, həmin məhkəmədə 2- 396/1995 saylı mülki iş mövcud deyil. Bununla bağlı Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə, Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə müraciətlər edilmiş, lakin göstərilən mülki işin olmadığı barədə cavablar alınmışdır. Bu səbəbdən iddiaçı Nərimanov Rayon Məhkəməsinə müraciət edərək X5 qarşı Bakı şəhəri, Zərgərpalan küçəsi, 113 saylı evin 17 saylı mənzilin alqı-satqısına dair xx.xx.1990-cı il tarixli müqavilənin ləğv edilməsi və X4 ona qarşı həmin mənzildən ailə üzvləri ilə birlikdə çıxarılmağına dair qarşılıqlı iddiasının rədd edilməsinə dair 2-396/1995 saylı mülki işin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2- (005)-321/2022 saylı qətnaməsi ilə iddiaçının ərizəsi təmin edilmiş, onun 12 saylı dövlət notariat kontoruna və X5 qarşı xx.xx.1990-cı il tarixli Bakı şəhəri, Zərgərpalan küçəsi, 113 saylı evin 17 saylı mənzilin alqı-satqısına dair müqavilənin ləğv edilməsi və X4 ona qarşı həmin mənzildən ailə üzvləri ilə birlikdə çıxarılmağına dair qarşılıqlı iddiasının rədd edilməsinə dair 28 aprel 1995-ci il tarixli 2-396/1995 saylı mülki işi üzrə icraatın bərpa edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Bununla bağlı iddiaçı xx.xx.2022-ci il tarixində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ərizəyə əlavə olunmuş və qanuni qüvvəsini almış qətnamənin icrasını xahiş etmişdir. Lakin cavabdeh qurum xx.xx.2023-cü il tarixli məktubla Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli 2-(005)-321/2022 saylı qətnaməsi ilə idarənin üzərinə hər hansı öhdəlik qoyulmadığı bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(112)-5845/2023 saylı qərarı ilə (hakim L.Musayeva) iddianın təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə icraatı bərpa edilmiş Nərimanov Rayon Xalq Məhkəməsinin 2-396/1995 saylı, xx.xx.1995-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Zərgərpalan küçəsi, 133 saylı evin, 17 saylı mənzilinə X4 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və Bakı şəhəri, Zərgərpalan küçəsi, 133 saylı evin, 17 saylı mənzilinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5845/2023 saylı 02 may 2023-cü il tarixli qərarının ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı qeydin ləğvinə və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. İddiaçının ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata münasibət bildirilməmiş və 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin, Bakı şəhəri, Zərgərpalan küçəsi, 133-cü evin 17 saylı mənzilinin üzərinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1435/21 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Qeyd olunan səbəbə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(112)-5845/2023 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X6 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. - İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir: ərizənizə əlavə etdiyiniz Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır -İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 321/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı “itirilmiş məhkəmə icraatının bərpa edilməsi” tələbinə dair ərizəsi təmin edilmiş, İddiaçı Baki şəhəri 12 №li dövlət notariat kontoruna və X5 qarşı xx.xx.1990-cı il tarixli Baki şəhəri, K.İzmaylov küçəsi, 133-cü evin 17 mənzilinin alqı-satqı müqaviləsinin ləğv edilməsi və X4 İddiaçı qarşı Bakı şəhəri, K.İzmaylov küçəsi, 133-cü evin 17 mənzildən çıxarılma tələbinə dair qarşılıqlı tələbinin rədd edilməsinə dair 28 aprel 1995-ci il tarixli 2-396/1995 saylı işi üzrə icraat bərpa edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Nərimanov Rayon Xalq Məhkəməsinin 2-396/1995 saylı, xx.xx.1995-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri 12-ci dövlət notariat kontoruna və X5 qarşı xx.xx.1990-cı il tarixli Bakı şəhəri, K.İzmayılov küçəsi, 133-cü evin, 17-ci mənzilinin alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddiasının təmin edilməsi, X4 İddiaçı qarşı onun bütün ailə üzvləri ilə birlikdə Bakı şəhəri, K.İzmaylov küçəsi, 133-cü evin, 17-ci mənzildən çıxarılmasına dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Göründüyü kimi, mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi məhkəmə qətnaməsi əsasında ləğv edilsə də, X4 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 2 ünvanı X4 adına qeydiyyata alınmasına əsas olmuş qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ləğv edildiyindən, Nərimanov Rayon Xalq Məhkəməsinin 2- 396/1995 saylı, xx.xx.1995-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Zərgərpalan küçəsi, 133 saylı evin, 17 saylı mənzilinə X4 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməli, Bakı şəhəri, Zərgərpalan küçəsi, 133 saylı evin, 17 saylı mənzilinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh tərəfindən verilən apelyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata münasibət bildirilməmiş və 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin qeyd olunan dəlili əsassız olmaqla ünvan 2-nin X4 adına qeydiyyata alınmasına əsas olmuş alqı-satqı müqaviləsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qanunvericiliyin tələblərinə və işin hallarına əsasən yoxlayıb qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(112)-5845/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2981/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2981/2023
03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver