Məhkəmə qərarları › İş №2-1(103)-2982/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2982/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2982/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8639/2021 saylı 17.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 43.492,51 manat əsas, 15.874,85 manat faiz, 300,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 59.667,36 manat vergi, faiz və maliyyə sanksiyasına dair “tələbin icraya yönəldilməsi haqqında” 01.06.2021-ci il tarixli, **********511600 №-li qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı fiziki şəxs kimi qanunla müəyyən edilmiş qaydada vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə (VÖEN **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada və müddətdə vergi orqanlarına müvafiq hesabatlarını vermişdir. 05 iyul 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə dəvət edilərkən iddiaçıya məlum olmuşdur ki, cavabdeh İdarənin rəis müavini Samir Seyidəhmədlinin “tələbin icraya yönəldilməsi haqqında’' 01.06.2021-ci il tarixli, **********11600 №-li qərarına əsasən ona 43.492,51 manat əsas, 15.874,85 manat faiz, 300,00 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə, 59.667,36 manat vergi, faiz və maliyyə sanksiyası tətbiq edilmiş, həmin sanksiyanın qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyi əsas kimi göstərilərək 01.06.2021-ci il tarixli, **********511600 №-li tarixdən icraya yönəldilmiş və həmin tarixdən qüvvəyə minmişdir. Vergi orqanlarının əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq iddiaçının vergi hesabatları qəbul edilməmiş, nəticəsində faktiki olaraq ölkəyə idxal etdiyi malın dəyəri süni surətdə şişirdilərək vergi borcu kimi göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8639/2021 saylı 17.09.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «…birinci instansiya məhkəməsi iş üzrə həqiqi hallarını və tərəflərin qarşılıqlı münasibətlərini hərtərəfli araşdırmamış, məhkəməyə təqdim olunmuş sübutları düzgün qiymətləndirməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun qərardad qəbul etməmişdir. Belə ki, heç bir qanuna zidd sahibkarlıq fəaliyyəti olmamış, qanunla müəyyən olunmuş qaydada və müddətdə vergi orqanlarına müvafiq hesabatları vermişdir. Ona 05 iyul 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsində vergi borcunun yaranması barədə məlumat verilmişdir. Ona vergi yoxlamasının nəticələrinə dair tərtib olunmuş akt və məsuliyyətə cəlb etməsi haqqında qərar vergi orqanları tərəfindən təqdim edilməmişdir, Vergi yoxlaması zamanı vergi orqanlarının qeyri-qanuni hərəkətləri nəticəsində onun hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdeh səhvə yol verərək vergini hesablamış həm də qanuna zidd olaraq həmin vergi məbləği üçün maliyyə sanksiyası da tətbiq etmişdir. Bu isə bir başa yoxlamaya gələn şəxslərin öz işlərinə nə qədər səhlənkar yanaşmalarına əyani sübutudur (Vergi Məcəlləsinin 39.1,39.4, 53.3, 54.0.2-ci maddələrinə istinad olunur.)…» Məhkəmə kollegiyası iclasının vaxtı və yeri, habelə, məhkəməyə gəlmədiyi təqdirdə iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Baloğlanov apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 32.1-ci maddəsinə asasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, cavabdehin “tələbin icraya yönəldilməsi haqqında” 01.06.2021-ci il tarixli, **********511600 №-li qərarının ləğv edilməsini tələb etmişdir. Lakin həmin qərarın ləğv edilməsi iddiaçını həmin qərarla tutulmalı olan vergi məbləğinin ödənilməsindən azad etmir, onun şəxsi hesab vərəqəsində təsbit olunan vergi öhdəliyi yerində qalmış olur. Başqa sözlə, onun vəziyyətində heç bir müsbət dəyişiklik yaranmır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh vergi orqanının “tələbin icraya yönəldilməsi haqqında” 01.06.2021-ci il tarixli, **********511600 №-li qərarı - vergi ödəyicisində aparılan vergi yoxlamalarının nəticələrinə dair qəbul etdiyi, iddiaçını vergi məsuliyyətinə cəlb edən digər qərarları əsasında qəbul edilmişdir. O cümlədən, iddiaçının işə əlavə olunmuş şəxsi hesab vərəqindən, habelə, cavabdehin iddiaçının apellyasiya şikayətinə etirazının dələillərinə əsasən müəyyən olunur ki, mübahisələndirilən “Tələbin icraya yönəldilməsi haqqında” qərar “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, hazırkı günə qədər qüvvədə olan iddiaçını vergi məsuliyyətinə cəlb edən - 02.07.2018-ci il tarixli, **********220800 saylı, 25.05.2018-ci il tarixli, **********386900 saylı, 16.10.2017-ci il tarixli, **********250800 saylı, 16.10.2017-ci il tarixli, **********252200 saylı, 05.06.2018-ci il tarixli **********199500 saylı, 05.06.2018-ci il tarixli, **********137900 saylı, 16.10.2017-ci il tarixli, **********251500 saylı və 12.02.2020- ci il tarixli, **********714600 saylı qərarlar əsasında yaranmış vergi borcunun tutulmasının təmin edilməsi, yəni, həmin qərarların icrasının təşkil olunması və həyata keçirilməsi məqsədilə qəbul edilmişdir. «İnzibati icraat haqqında» 2.0.9-cu maddəsindən isə görünür ki, konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt aralıq inzibati akt hesab olunur. İPM-in 32.2-ci maddəsinin tələblərindən isə görünür ki, öhdəlik yaradan inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmetini təşkil edə bilər. İş materialları üzrə 17.09.2021-ci il tarixli məhkəmə iclas protokolundan, habelə, məhkəmənin mübahisələndirilən qərardadından görünür ki. məhkəmə iddianın mümkünlüyü istiqamətində iddiaçıya yardım gstərməyə çalışmış, o cümlədən, iddiaçıya, onun arzuladığı məqsədə çatması üçün düzgün hüquqi müdafiə vasitələrindən istifadə etməsi barədə (vergi borcunun yaranmasına əsas olan qərarların mübahisələndirilməsi) təklifi olunsa da, bu iddiaçı tərəfindən qəbul edilməmiş, iddia ərizəsinə olduğu kimi baxılmasını məhkəmədən xahiş etmiş, nəticədə İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığından əsaslı olaraq hesab edir ki, iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. İPM-in 35.1-ci maddəsinin mənasından da görünür ki, bu Məcəllənin tələblərinə uyğun qaydada verilməsi əsaslandırıldığı halda, mübahisələndirmə haqqında iddia mümkün sayıla bilər. Əks halda, məhkəmə, həmin Mcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin hərtərəfli araşdırma aparmadığını, təqdim olunmuş sübutları düzgün qiymətləndirmədyini, qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun qərardad qəbul etmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati-Məhkəməsinin 2- 1(112)-8639/2021 saylı 17.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8639/2021 saylı 17.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar