Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2986/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X10 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı "xxxx" Müəssisəsinin cavabdeh Bakı şəhəri X3rşı (üçüncü şəxslər: X7 və X4) «sərəncamın etibarsız hesab edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9509/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "xxxx" Müəssisəsi cavabdeh Bakı şəhəri X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8 tərəfindən "Sazi" KM-nin adına tərtib edilmiş 4650 m2 torpaq sahəsinin istifadəsində olmasına dair X5 1250 nömrəli xx.xx.2004-cü il tarixli Sərəncamının əhəmiyyətsiz əqd hesab edilməsi və X5 sabiq sədri X12 tərəfindən müəssisənin 5050 m2 torpaq sahəsinin ayrılmasına dair 1250 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamını saxtalaşdırmaqla 2005-ci ildə X1 adına 400 m2 torpaq sahəsinin ayrılmasına dair tərtib etmiş olduğu 749/1 saylı xx.xx.2005-ci il tarixli Sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3263/2015 nömrəli, 23 iyun 2015-ci il tarixli xüsusi qərardadı əsasında Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunda davam etdirilən cinayət təqibi üzrə toplanmış materiallarla X5 1250 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamı ilə "Sazi" KM-nin mülkiyyətinə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, 3- cü Mədən küçəsində yerləşən 5050 m2 torpaq sahəsinin 400 m2 hissəsinin və onun üzərində yerləşən 260 m2 inzibati binasının (qeyri-yaşayış sahəsinin) X5 sabiq sədri X12 müəssisənin 1250 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamını saxtalaşdırmaqla 2005-ci ildə X1 adına 749/1 saylı xx.xx.2005-ci il tarixli sərəncam tərtib edilməsi və "Sazi" KM-nin rəsmi sənədlərinə, konkret olaraq müəssisənin 1250 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamına və eyni zamanda informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməsi, habelə göstərilən sənədlərdə və informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişləri etməsi, yəni müəssisənin sərəncamını eyni nömrəli və eyni tarixli digər saxta sərəncam tərtib etmək yolu ilə mülkiyyətdə olan torpaq sahəsinin ərazisinin 4650 m2 düzəliş etməklə saxtalaşdırılması müəyyən edilmişdir. Bundan sonra Ş.Məmmədəliyev cavabdeh Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı - Bakı şəhəri Binəqədi qəsəbəsində yerləşən 400 m2 torpaq sahəsinin adına qeydiyyata alınmaqla, bu barədə çıxarışın verilməsi vəzifəsinin Bakı Şəhər Ərazi İdarəsinə tapşırılması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və sözügedən 400 m2 torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata aldırmasına məhkəmənin 2- 1(81)- 4400/2014 nömrəli 09 oktyabr 2014-cü il tarixli qərarı əsasında nail olmuş, qərar qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş və ********** nömrəli xx.xx.2014-cü il tarixli çıxarış əldə etmişdir. Aidiyyəti məhkəmə və hüquq mühafizə orqanlarında uzun sürən birtərəfli və qanuna zidd araşdırmanın nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2015-ci il tarixli xüsusi qərardadı əsasında Bakı şəhəri Binəqədi rayon prokurorluğunda təsisçilər İddiaçı və X2 şikayət ərizələri üzrə prokurorluğun 202-C-22 nömrəli materialı üzrə aparılmış zəruri istintaq hərəkətləri nəticəsində "Sazi" KM-nin əmlakının bir hissəsi bir qrup şəxsin qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girməsi, konkret olaraq X5 sabiq sədri X12 tərəfindən müəssisənin 1250 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamını saxtalaşdırmaqla 2005-ci ildə Ş.Məmmədəliyevə 749/1 saylı xx.xx.2005-ci il tarixli sərəncam tərtib edilməsi müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Sevinc Aliyeva) 2- 1(81)-4400/2014 nömrəli 09 oktyabr 2014-cü il tarixli qərarı iddiaçı Ş.Məmmədəliyevin iddia ərizəsinin əsasını təşkil edən X5 749/1 saylı xx.xx.2005-ci il tarixli Sərəncamı Bələdiyyənin sabiq sədri X12 tərəfindən "Sazi" KM- nin 1250 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamının saxtalaşdırmaqla 2005-ci ildə Ş.Məmmədəliyevin adına 749/1 saylı xx.xx.2005-ci il tarixli sərəncam tərtib etdiyini, bununla da vəzifəli şəxs statusundan istifadə edərək bələdiyyənin rəsmi sənədlərinə və informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil etməsi, habelə göstərilən sənədlərdə və informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi şəklində vəzifə saxtakarlığı cinayətinin törətməsini etiraf etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9509/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadıın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə 2-1(112)-9509/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı “Sazi” KM-nin təsisçilərinin hüquqlarının məhdudlaşdırılması və eyni zamanda prosessual hüquq normalarının pozulması qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MülkiKollegiyasının 2(103)- 3263/2015 nömrəli, 23 iyun 2015-ci il tarixli xüsusi qərardadı əsasında Bakı şəhəri Binəqədi rayon prokurorluğunda “Sazi” KM-yə məxsustorpaq sahəsi üzərində X5 sabiq sədri SalmanovElman Adil oğlu tərəfindən müəssisənin 1250 nömrəli xx.xx.2004-cü il tarixlisərəncamını saxtalaşdırmaqla 2005-ci ildə X1 adına 749/1 saylı xx.xx.2005-ci il tarixli sərəncam tərtib edilməsinin müəyyən edilməsi, həmin sərəncamın tərtib və təsdiq edildiyi hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mülki qanunvericiliyin imperativ xarakterli normasının tətbiq edilməsindən irəli gələn əhəmiyyətsiz və mübahisələndirilən əqd aidiyyətli maddi hüquq normasının tətbiqi, müəyyən edilmiş aktın inzibati nəzarətin həyata keçirən Azərbaycan Respublikası Ədliyyə NaziliyininBələdiyyələrlə iş mərkəzindən bilərəkdən gizlədilməsi, nəticə etibarı ilə, AzərbaycanRespublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4400/2014 nömrəli 09 oktyabr 2014-cüil tarixli qərarı əsasında iddiaçının artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasının tələb edə bilmə hüququnun olduğu və məhkəmənin aktlar üzrə məhkəmə nəzarətinin mümkünlüyü diskresion səlahiyyətlərəsasında hərəkət edə bilməsi, lakin həmin səlahiyyətdən istifadə etməməsi hazırki iddianın mümkün sayılmaması kimi qiymətləndirilə bilməz. Məhkəmətərəfindən iddianın hazırlıq iclasına qədər müvafiq sorğular əsasında toplanmış sənədlərin məhkəmə nəzarəti qaydasında iddianın mümkünlüyünə kifatət qədər əsas verir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, cavabdeh (nümayəndəsi) və üçüncü şəxslər məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması, məna etibarı ilə onu ehtiva edir ki, iddia - inzibati icraat qaydasından baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və iddiaçı tərəfindən (müvafiq sübutları əlavə edilməklə) qanunla qorunan hüquq və azadlıqlarının pozulması formal baxımdan əsaslandırmalıdır ki, izibati məhkəmə icraatı mümkün olsun. Əks təqdirdə, İPM-in 35.3-cü maddəsi nəzərdə tutur ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda isə iddiaçının hazırkı iddia tələbinin inzibati məhkəmə icraatını mümkün edən əsaslar müəyyən olunmur. Birincisi, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsi nəzərədə tuturdu ki, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan əlavə, Mülki Məcəllənin 373.1-ci maddəsinin tələbi ilə müəyyən edilirdi ki, ümumi iddia müddəti 10 il təşkil edir. İddiaçı sözügedən maddi hüquq hüquq normaları ilə ona verilən hüquqi imkanından istifadə etməmişdir. 1 yanvar 2011-ci il tarixdən isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minmişdir ki, həmin Məcəllənin də 38.1-ci maddəsi nəzərədə tutur ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı tərəfindən cavabdeh bələdiyyənin xx.xx.2004-cü il və xx.xx.2005-ci il tarixli sərəncamlarını mübahisələndirmək üçün qeyd olunan prosessual müddət də ötürülmüşdür. İddiaçının İPM-in 36.1-ci maddəsinz müvafiq olaraq həmin sərəncamların etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinə gəldikdə, “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 28 dekabr 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70–72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Daha sonra, Konstitusiya Məhkəməsinin Plunmu qərarında aşağıdakıları qeyd etmişdir: «İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır…» Konkret halda da məhz, işin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı cavabdehin sərəncamları ilə iddiaçının subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia edərək həmin sərəncamları mübahisələndirmişdir Bu hal isə Konstitusiya Məhkəməsinin qeyd olunan olunan mövqeyi baxımından, airəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir. Hazırkı işin qeyd olunan faktiki hallarından da göründüyü kimi, iddiaçı həm qüvvədən düşmüş, həm də də qüvvədə olan qanunvericiliklə müəyyən olunan iddia müddətlərini ötürmüş, 18 il keçdikdən sonra yalnız, cavabdeh inzibati orqanın sərəncamlarıının qanunsuz olduğunu mübahisələndirərək,onların etibarsızlığının tanınmasını tələb etmişdir ki, bu da Konstitusiya Məhkəməsinin qeydolunan şərhi baxımından, həm də hüquqi müəyyənlik prinsipinə uyğun hesab oluna bilməz. Beləliklə, konkret halda, mübahisələndirilən sərəncamlardan iddia müddəti buraxıldığı halda, iddiaçının həmin sərəncamların etibarsızılığının tanınması barədə hazırkı iddiası, İPM-in 35-ci maddəsində nəzərdə tutulan əsasalandırılmış iddia kimi qiymətləndirilə bilməz. Bu baxımdan, birinci instansiya məhkəməsinin qərardadı ilə həmin Məcəllənin 35.3-cü maddəsinin tələbi qaydasında iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun hesab edilməlidir. Ona görə də qeydolunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin qərardadın prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9509/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9509/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2986/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2986/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver