Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2986/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı2, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4335/2024 saylı 18 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Cavabdeh başçısının 258 nömrli xx.xx.2023-cü il tarixli “Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli 384 nömrəli və xx.xx.2017-ci il tarixli 395 nömrəli sərəncamlarının ləğv edilməsi” barədə sərəncamına əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 3 noyabr 2023-cü il tarixli, 3-29/2- 7509/2023 №-li məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, 34 №-li tam orta məktəbin istifadəsinə ayrılmış torpaq sahəsinin 0,10373 ha hissəsində qanunsuz tikililərin inşa edilməsi və Cavabdeh tərəfindən sənədləşdirilməsi ilə əlaqədar qəbul edilmiş sərəncamların ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********65 №-li məktubuna əsasən müəyyən edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli, 384 №-İi Sərəncamı ilə ünvan 3 ünvanında tikintisinə icazə verilmiş fərdi yaşayış evi və Nərimanov RlH başçısının xx.xx.2017-ci ıl tarixli, 395 №-li Sərəncamı ilə mövcud vəziyyətdə sənədləşdirilmiş fərdi yaşayış evinin bir hissəsi 34 saylı tam orta məktəbin xx.xx.2008-ci il tarixli 21165 inventar nömrəli texniki pasportunda qeyd edilən, məktəbin istifadəsinə verilmiş 1,25373 ha torpaq sahəsinin məktəbin faktiki hasarlandığı ərazisindən kənarda olan 0,10373 ha hissəsində yerləşir. Qeyd edilənləri, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.2-ci və 67.3-cü maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.17.3-cü yarımbəndini rəhbər tutaraq, ünvan 3 ünvanında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli 384 nömrəli və ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi barədə xx.xx.2017-ci il tarixli 395 nömrəli sərəncamları ləğv edilmişdir. Hazırda iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli 258 nömrəli sərəncamının ləğv edilməsi barədə” qərar çıxarılmasını xahiş etmişlər. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 258 nömrəli sərəncamı ilə ünvan 3 ünvanında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli, 384 nömrəli və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi barədə xx.xx.2017-ci il tarixli, 395 nömrəli Sərəncamları ləğv edilmişdir. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 258 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 3 noyabr 2023-cü il tarixli, 3-29/2- 7509/2023 №-li məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, 34 №-li tam orta məktəbin istifadəsinə ayrılmış torpaq sahəsinin 0,10373 ha hissəsində qanunsuz tikililərin inşa edilməsi və Cavabdeh tərəfindən sənədləşdirilməsi ilə əlaqədar, qəbul edilmiş sərəncamların ləğv edilməsini xahiş etmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Xidmətinin xx.xx.2021-ci Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021ci il tarixli, **********65 №-li məktubuna əsasən müəyyən edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli, 384 №-li Sərəncamı ilə ünvan 3 ünvanında tikintisinə icazə verilmiş fərdi yaşayış evi və Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 395 №li Sərəncamı ilə mövcud vəziyyətdə sənədləşdirilmiş fərdi yaşayış evinin bir hissəsi 34 saylı tam orta məktəbin xx.xx.2008-ci il tarixli 21165 inventar nömrəli texniki pasportunda qeyd edilən, məktəbin istifadəsinə verilmiş 1,25373 ha torpaq sahəsinin məktəbin faktiki hasarlandığı ərazisindən kənarda olan 0,10373 ha hissəsində yerləşir. Hesab edir ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 258 nömrəli sərəncamı qanunsuzdur. Belə ki, sözügedən ərazi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi həm mülki, həm də inzibati məhkəmədə iddia qaldırmış, iddia tələbi rədd edilmiş, həmin qətnamə və qərardan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi apellyasiya və kassasiya şikayətləri vermiş, lakin şikayətlər təmin edilməmişdir. Göründüyü kimi, sözügedən mübahisəli ərazi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnamə və qərarı mövcuddur. Bundan əlavə, Bakı şəhəri Cavabdehin özünün qəbul etdiyi sərəncamları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və qərarı olmasına baxmayaraq ləğv etməsi qanunsuz olmaqla bərabər həm də heç bir hüquqi əsası yoxdur. Bakı şəhəri Cavabdeh imtina məktubunda da qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 258 nömrəli sərəncam verilərkən sözügedən mübahisəli ərazi ilə bağlı məhkəmə qətnaməsi və qərarının mövcud olmasından məlumatsız olmuşdur. Qeyd etmək zəruridir ki, Bakı şəhəri Cavabdeh ünvan 3 ünvanında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli, 384 nömrəli və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi barədə xx.xx.2017-ci il tarixli, 395 nömrəli Sərəncamları ləğv edilməsi üçün iddia müddətini də ötürmüşdür. Yuxarıda göstərilən səbəblərə görə və cavabdeh inzibati orqanın qanunsuz imtinası səbəbindən mövcud mübahisənin məhkəmədən kənar həlli qaydası (pretenziya) mümkün deyildir. Beləliklə, yuxarıda qeyd olunan bütün danılmaz faktlardan da görünür ki, cavabdeh inzibati orqanın bu hərəkəti (imtinası) tamamilə qanunsuz olmaqla onun Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə təsbit edilən əmlak və mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Bu səbəbdən də, hesab edir ki, cavabdehin imtinası qanunsuz hesab edilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilərək bildirilmişdir ki, mübahisə predmeti olan Cavabdeh başçısının xx.xx.2023cü il tarixli 258 nömrəli sərəncamı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 3 noyabr 2023-cü il tarixli 3-29/2-7509/2023 nömrəli məktubu nəzərə alınmaqla, mübahisəli ərazidə yerləşən torpaq sahəsinin Nərimanov rayonu 34 saylı tam orta məktəbin ərazisinə aid olduğundan qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4335/2024 saylı 18 aprel 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli 258 nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmamış, mübahisə predmeti olan 0,10373 ha torpaq sahəsinin 34 saylı tam orta məktəbin faktiki hasarlandığı ərazisindən kənarda yerləşməsi əsas götürülmüş, tətbiq edilmiş qanun normalarının təfsirində yanlışlığa yol verilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır və bu səlahiyyətlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə aiddir (AR Mülki Məcəlləsinin 139.1-ci maddəsi). Mübahisəli torpaq sahəsi 34 saylı tam orta məktəbin faktiki hasara alındığı ərazidən kənarda olsa belə məktəbin istifadəsinə verilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 37.6-cı maddəsinə əsasən: Dövlət Mülkiyyətində olan təhsil müəssisəsinin (məktəbəqədər təhsil müəssisələri istisna olmaqla) özəlləşdirilməsi qadağandır. “İnzibati icraat” haqqında AR Qanununun 67.2-ci maddəsinə əsasən: Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin qanunun 67.3-cü maddəsinə əsasən: Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il tarixli, 648 №-li Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.17.3-cü maddəsinə əsasən: şəhər rayonlarının icra hakimiyyəti başçılarının sərəncam və əmrləri Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olduqda onları ləğv etmək səlahiyyəti vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4365/2024 saylı iş üzrə 18 aprel 2024-cü il tarixli Qərarının ləğv edilməsinə kifayət qədər əsas var. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək onların təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri) düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İddiaçılar cavabdeh inzibati orqanın xx.xx.2023-cü tarixdə qəbul etdiyi sərəncamın ləğvi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə iddia qaldırdığı üçün iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı tələbi “Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli 258 nömrəli sərəncamının ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə həmin iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3347/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, Elm və Təhsil Nazirliyinin iddia etdiyi torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Texniki pasportunun özündə faktiki ərazinin 12537,3 kv metr olması qeyd edilmiş, lakin həmin torpaq sahəsinin hansı hüquqmüəyyənedici sənəd əsasında məktəbə aid edilməsi göstərilməmişdir. Texniki pasportun mövcud vəziyyəti əks etdirən sənəd olması və 04 noyabr 2008-ci il tarixdə tərtib edilməsi, İddiaçı1 isə yaşayış evinin inşasına 2004-cü ildə başlaması nəzərə alındıqda, cavabdehin evinin məktəbin ərazisini əhatə etməsi istisna edilir. Cavabdeh tərəfindən mübahisəli sərəncam qəbul edərkən işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, iddiaçıların inzibati icraatda iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, 34 nömrəli orta məktəbə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən xx.xx.2008-ci il tarixdə “Müəssisə və obyektin daşınmaz əmlakının texniki pasportu” sənədi verilmişdir. Bakı şəhəri Kaveroçkin küçəsi 21 nömrəli evin 215-ci mənzilində yaşayan vətəndaş İddiaçı2 tərəfindən Cavabdehə ərizə ilə müraciət olunaraq, Bakı şəhəri, Sarabski küçəsi 58 nömrəli binanın yaxınlığında yerləşən qarajların sökülüb yerində öz vəsaiti hesabına təqdim olunmuş layihəyə uyğun olaraq fərdi yaşayış evinin tikintisinə icazə verilməsi xahiş edilmişdir. Bununla bağlı Bakı şəhəri Cavabdehin 384 nömrəli xx.xx.2009-cu il tarixli sərəncamı ilə İddiaçı2 ərizəsi əsasında ona Sarabski küçəsi 58 nömrəli binanın yaxınlığında yerləşən qarajların sökülüb, yerində razılaşdırılmış layihəyə uyğun fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bundan sonra Bakı şəhəri, Kaveroçkin küçəsi 21 nömrəli evin 215-ci mənzilində qeydiyyatda olan vətəndaş İddiaçı1 ərizə ilə Cavabdehə müraciət edərək, yaşadığı binanın yaxınlığında yerləşən fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun olaraq mövcud istifadə vəziyyətində onun adına sənədləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Bununla bağlı Bakı şəhəri Cavabdehin 395 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Kaveroçkin küçəsi 27 nömrəli binanın yaxınlığında yerləşən fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə vətəndaş İddiaçı1 adına sənədləşdirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi İddiaçı1 qarşı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə məktəbin stadion tərəfində yerləşən hasarının sökülərək əvvəlki yerində bərpa edilməsi, məktəbin ərazisində inşa edilən tikilinin sökülməsi və həmin ərazinin məktəbin istifadəsinə qaytarılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi təmin edilməmiş və bu barədə məhkəmə qətnamələri Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)- 3447/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qərarda qeyd olunmuşdur ki, “Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinin Bakı şəhəri Təhsil idarəsinə 05 oktyabr 2020-ci il tarixli məktubunda məktəbin texniki pasportunda göstərilən ərazisinin təqribən 820 kv metr hissəsinin digər şəxslər tərəfindən hasara alınmasının göstərilməsi, həmin məktubun sübut kimi qiymətləndirilməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məktəbin Texniki pasportunun özündə faktiki ərazinin 12537,3 kv metr olması qeyd edilmiş, lakin həmin torpaq sahəsinin hansı hüquqmüəyyənedici sənəd əsasında məktəbə aid edilməsi göstərilməmişdir. Məktubun özündə də məktəbin ərazisinin dəqiq döngə nöqtələrinin müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Texniki pasportun mövcud vəziyyəti əks etdirən sənəd olması və 04 noyabr 2008-ci il tarixdə tərtib edilməsi, cavabdehin isə yaşayış evinin inşasına 2004-cü ildə başlaması nəzərə alındıqda da cavabdehin evinin məktəbin ərazini əhatə etməsi istisna edilir.” Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı Şəhər Cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldıraraq, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2009-cu il tarixli, 384 nömrəli və xx.xx.2017-ci il tarixi, 395 nömrəli sərəncamların etibarsız hesab edilməsini xahiş etmiş, onun iddiası Bakı İnzibati Məhkəməsi tərəfindən mümkün sayılmamış və bu qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-2221/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi xx.xx.2023-cü il tarixli məktubla Bakı şəhər İcra hakimiyyətinə müraciət edərək, 34 nömrəli orta məktəbin istifadəsinə ayrılmış torpaq sahəsinin 0,10373 ha hissəsində qanunsuz tikililərin inşa edilməsi və Cavabdeh tərəfindən sənədləşdirilməsi ilə əlaqədar qəbul edilmiş sərəncamların ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhər Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 258 nömrəli sərəncamı ilə ünvan 3 ünvanında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli 384 nömrəli və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi barədə xx.xx.2017-ci il tarixli 395 nömrəli Sərəncamları ləğv edilmişdir. İşin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş Bakı Şəhər Cavabdeh başçısının müavinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müraciətinə əsasən Cavabdehə (NRİH) ünvanladığınız, "34 saylı tam orta məktəbin istifadəsində olan torpaq sahəsində”, Kaveroçkin küçəsi 27 ünvanında inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və bununla bağlı NRİH başçısının xx.xx.2009-cu il tarixli, 384 №-li Sərəncamının ləğv edilməsi məsələsinə münasibət bildirilməsi barədə məktubunuza baxılmış məsələ araşdırılmışdır. Məlumat üçün nəzərinizə çatdırırıq ki, məktubunuzda qeyd edilmiş NRİH başçısının xx.xx.2009-cu tarixli, 384 №-li Sərəncamı ilə vətəndaş İddiaçı2 özünə məxsus çoxsaylı fərdi qarajların (notarial qaydada təsdiq edilmiş etibarnamələr və alqı-satqı müqavilələrinə əsasən əldə olunmuşdur.) sökülüb yerində, razılaşdırılmış layihəyə uyğun, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Lakin bu ev məktubunuzda qeyd edilmiş ünvanda, yəni Kaveroçkin küçəsi 27-də deyil, qonşu ərazidəki Sarabski küçəsi 58 ünvanında yerləşir. Kaveroçkin küçəsi 27 ünvanında inşa edilmiş fərdi evə gəldikdə isə bildiririk ki, qeyd olunan ərazidə əvvəllər ayrı-ayrı vətəndaşlara məxsus olmuş, Texniki invertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən texniki pasportları tərtib edilmiş fərdi qarajları və qeyri-yaşayış sahələrini alqı-satqı yolu ilə əldə etmiş vətəndaş İddiaçı1 tərəfindən həmin tikililər sökülmüş və yerində 2004-cü ildə fərdi yaşayış evi tikilmişdir. Mövcud tikili 2014-cü ildə qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsindən öncə inşa edildiyindən NRİH başçısının 03.10 2017-ci il tarixli, 395 №-li Sərəncamı ilə mövcud vəziyyətdə vətəndaş İddiaçı1 adına sənədləşdirilmiş və fərdi yaşayış evinin istismarına icazə aktı tərtib edilmişdir. Qeyd etmək istəyirik kı, bu barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Dövlət Xidməti) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 14 02.2020-ci il tarixli, **********24 №-li sorğu müraciətinə əsasən NRİH-in 18 03 2020-ci il tarixli, 1/203 №-li məktubu ilə məlumat verilmiş, həmçinin həmin fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatına alınmasının müsbət həllinə köməklik göstərilməsi xahiş olunmuşdur. Tam orta məktəbin həyətyanı sahəsinin zəbt olunub-olunmaması məsələsi 2005-2020-ci illər ərzində ayrı-ayrı qurumların nümayəndələrinin, o cümlədən Təhsil Nazirliyinin hüquq şöbəsinin göstərişinə əsasən həmin məktəbin rəhbərliyinin Bakı şəhəri uzrə Təhsil İdarəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə Ərazi İdarəsinin əməkdaşlarının, ərazi baxımından cavabdeh olan 1 saylı Abşeron Rayon Evlər idarəsi rəhbərliyinin Polis Sahə müvəkkilinin və sair məsul şəxslərin iştirakı ilə yaradılmış komissiyalar tərəfindən dəfələrlə araşdırılmış, nəticə etibarilə məktəb ərazisində zəbt və müdaxilə olunma halları aşkar edilməmişdir. Yuxarıda göstərilənləri diqqətinizə çatdırır və bu evlərlə məktəb ərazisi arasında uzun müddətdir biri-bırılərındən təcrid edən daş hasarın mövcud vəziyyətdə yerləşdiyini nəzərə alaraq, NRİH-in müvafiq sərəncamlarının qanunvericiliyin tələblərinə uygun olduğunu hesab edirik. Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdirinə ünvanlanan Xidməti məlumatdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında X1 təşkili üzrə Dövlət Agentliyindən Bakı Ərazi şöbəsinə daxil olmuş 34 nömrəli məktəbin ərazisinin zəbt olunması barədə xx.xx.2020-ci il tarixli, ********** saylı məktubun icrası ilə əlaqədar yerində araşdırma aparılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 9 ünvanında yerləşən 34 nömrəli tam orta məktəbin ərazisini qonşu ərazilərlə, o cümlədən ünvan 10 ünvanında inşa olunmuş fərdi yaşayış evi ilə təcrid edən daş hasar mövcuddur. Kaveroçkin küçəsi, 27 ünvanında inşa edilmiş fərdi yaşayış evinin ərazisində əvvəllər ayrıayrı vətəndaşlara məxsus olmuş, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən texniki pasportları tərtib edilmiş fərdi qarajlar və qeyriyaşayış sahələrini alqı-satqı yolu ilə əldə etmiş fiziki şəxs tərəfindən həmin tikililər sökülərək yerində 2004-cü ildə fərdi yaşayış evi tikilmişdir. Araşdırma zamanı faktiki vəziyyətdə 34 nömrəli tam orta məktəbin ərazisinin zəbt olunması faktı aşkar olunmamışdır. Bununla yanaşı yuxarıda qeyd olunan fərdi yaşayış evlərinin yaxınlığında yerləşən 34 nömrəli tam orta məktəbin ərazisinin zəbt olunub-olunmaması məsələsi müxtəlif vaxtlarda aidiyyatı qurumlar tərəfindən araşdırılmışdır. (əldə edilmiş sənədlər məktuba əlavə olunur). 34 nömrəli tam orta məktəbin Texniki pasportu olmadığından Kaveroçkin küçəsi, 27 ünvanında inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi mövcud daş haşarla təcrid olunmuş ərazinin məktəbə aid olmasını təsdiq edən heç bir sənəd yoxdur. Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri barədə nəlumatdan görünür ki, Ü.Bünyadzadə 19 ünvanında yerləşən Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbin ərazisi 1,00804 ha-dır . Beləliklə, iş materiallarından görünür ki, hazırki işdə iddiaçıların mübahisələndirdiyi sərəncam cavabdeh inzibati orqan tərəfindən qəbul edilərkən baxmayaraq ki, həmin sərəncam birbaşa onların mülkiyyət hüququna toxunur, onları inzibati icraata cəlb etməmiş, onları dinləməmiş və bununla da, cavabdeh inzibati orqan tərəfindən “İnzibati İcraat haqqında” Qanunun tələblərinə riayət olunmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxslərin inzibati icraata cəlb edilməsi və onların dinlənilməsi “İnzibati icraat haqqında” Qanunda birbaşa olaraq inzibati orqanın vəzifəsinə aid edildiyindən bu vəzifənin lazımi qaydada həyata keçirilməməsi xırda pozuntu kimi deyil, ciddi prosessual pozuntu kimi qəbul edilir və bu hal sonda qəbul edilmiş inzibati aktın qanunsuz hesab olunması üçün əsas yaradır. Hazırki işin nə birinci instansiya, nə də apellyasiya instansiyasında araşdırılması zamanı cavabdeh orqan mübahisələndirilən inzibati aktı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etdiyini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıların mübahisələndirdiyi cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş sərəncamın ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində qeyd edilən dəlillərə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4335/2024 saylı 18 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4335/2024 saylı 18 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X7 Elvin Əliyevdən
Məhkəmə qərarları › İş №2-1(103)-2986/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2986/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver