Məhkəmə qərarları › İş №2-1(103)-2987/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2987/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2987/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı «sabiq hakim kimi pensiyanın təyin edilməsi və ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9268/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı öhdəliyin icrası haqqında (İPM m.34.1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona: - sabiq hakim kimi 2019-cu ilin sentyabr ayından 2021-ci ilin avqust ayınadək aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanmasını, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “xx.xx.1956-cı il tarixdə doğulmuş, xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək daxil işlər orqanlarında xidmət keçmiş, xx.xx.1992-ci il tarixdə prokurorluq orqanlarında xidmətə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə xidmət illərinə görə pensiyaya çıxması ilə əlaqədar öz arzusu ilə xx.xx.2005-ci il tarixdən tutduğu vəzifədən azad edilərək prokurorluq orqanlarından xaric edilmiş, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neft Kəmərləri” İdarəsində Hüquq şöbəsinin rəisi vəzifəsində çalışmış, xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinə hakim vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi və həmin tarixdən məhkəmənin sədri təyin edilmiş, xx.xx.2013-cü il tarixə yenidən Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi və həmin tarixdən məhkəmənin sədri təyin edilmiş, 10. xx.xx.2018-ci il tarixdən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi və həmin tarixdən məhkəmənin sədri təyin edilmiş, 11.xx.xx.2021-ci il tarixdə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq səlahiyyətlərinə xitam verilmişdir. Onun son iki il ərzində (2019-2021) pensiya hesablanması üçün nəzərə alınan əmək haqqı Azərbaycan Respubliaksının Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya pensiya hesablanması üçün əmək haqqı barədə verilmiş arayışa əsasən 167839,01 manat olmuşdur. Cavabdehə ərizə ilə müraciət edərək, hakim kimi yaşa görə pensiyanın hesablanmasını və xahiş etsə də, sonuncu xx.xx.2023-cü il tarixli məktubla tələbini təmin etməkdən imtina edərək bildirmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi iddiaçının hakim kimi stajı 15 ildən az (13 il 1 ay 7 gün (xx.xx.2008-xx.xx.2021-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də iddiaçıya hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin doqquzuncu hissəsinə əsasən hakimlik stajının hər ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır...” Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında da iddianı qəbul etməmiş, imtina məktubunda istinad olunan əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9268/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı sabiq hakim kimi 09.20xx-xx.2021-ci illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45% həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirlməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Qərar qanunsuz və əsassızdır. Maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. Bələ ki, cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-1/2-0-69355/2023 nömı »li məktubla iddiaçıya hakim kimi əmək stajının 15 ildən az olması səbəbilə pensiya təyin etməkdən imtina etmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdə 27 il 3 av 9 gün əmək stajı ilə prokurorluq orqanından əmək pensiyasına çıxmışdır. xx.xx.2008-ci il tarixdən etibarən hakim vəzifəsinə təyin edilmiş (Agir Cinayətlərə dair işlər üzə Azərbaycan Respublikasının Məhkəməsinin hakimi), daha sonra, müxtəlif məhkəmələrdə çalışmaqla 13 il 1 av 7 gün hakim kimi əmək stajı qazanmışdır. Beləliklə, iddiaçı xx.xx.2021-ci il tarixdə 65 yaşını tamamlayaraq, Məhkəmə-Hüquq Şurasının xx.xx.2021-ci il tarixli gərarı ilə həmin tarixdən vəzifə səlahiyyətlərinə xitam verilmişdir., Birinci instansiya məhkəməsi tərəfindən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunuı un 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan Respublikası Qan unun ın 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20 1.4 və 20.7 maddilərinin şərh edilməsinə dair plenum qərarına istinad edərək Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının tətbiq edilməsi əsassızdır. Çünki,həmin tarixə iddiaçının 61 yaşı tamam olmuşdur. Hakimlərin sosial təminatı «Əmək pensiyaları haqqında» Qanunun 7 və 20-ci maddələri baxımından tənzimlənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəmənin 18 may 2012-ci il tarixli Qən rında qeyd olurmuşdur ki, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci il tam 7 168 saylı Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə ək və haqqın verilməsi” Qaydasının 2.2.3-cü bəndi prokurorluq işçisinin yalnız əlavə haqq almaq hüququna aiddir və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 32.5-ci maddəsinə uyğun olaraq şəxsin məhkəmələrdə hakim işlədiyi müddətin yalnız əlavə haqq almaq hüququnu əldə etməsi məqsədilə onun prokurorluqdakı iş stajına daxil olunmasını müəyyən edir. Həmin Qaydanın 2.2.3-cü bəndi, eləcə də qeyd olunan Qanunun 106-ci maddəsi hakim kimi güzəştli pensiya hüququnun əldə olunması üçün qanuni əsas təşkil edə bilməz. Qeyd olunan norma hakimlərin sosial vəziyyətini tənzimləməklə, yalnız əlavə haqq almaq hüququ əldə etməsini ehtiva edir. Hazırda iddiaçının hakim kimi stajı “Əmək pensiyaları haqqında» Qanununun 20-ci maddəsinə əsasən hakim kimi pensiya təminatından istifadə etmək üçün 15 il sosial sığorta stajı gərəklidir. İddiaçının 15 ildən az (13 il 1 ay 7 gün) təşkil etdiyi üçün ona hakim kimi əmək pənsiyasının hesablanması qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. » Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahih etmişdir...” İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə çıxarılmalıdır. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçının hakimlik fəaliyyəti üzrə stajının 15 ildən az (13 il 1 ay 7 gün) təşkil etdiyi əsas tutaraq hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən ona hakim kimi əmək pensiyasının hesablanması mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan əsasla iddiaçıya 65 yaşından hakim kimi pensiya hesablanmasından imtina etməsi əsassızdır. Belə ki, işin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı «Əmək pensiyaları haqqında» Qanuna edilən dəyişiklik və əlavələr xx.xx.2017-ci il tarixində qüvvədə mininə qədər, yəni, xx.xx.2008-ci il tarixdən hakim vəzifəsinə təyin olunmuş və xx.xx.2021-ci il tarixədək hakim kimi fəaliyyət göstərmişdir. Həmin Qanunun xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olan 20.7-ci maddəsi nəzərdə tuturdu ki, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Həmin Qanunun: 20.7.1-ci maddəsinə əsasən 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2-ci maddəsinə əsasən 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3-cü maddəsinə əsasən 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İddiaçı, Qanunun qeyd olunan tələbləri baxımından, hakim kimi 5 il işlədiyi vaxtdan 65 yaşının tamam olduğu tarixdən artıq əmək pensiyası hüququnu qazanmış olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «…Konstitusiyanın və beynəlxalq-hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddisosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər. Odur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır”Konstitusiyanın və beynəlxalqhüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddisosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127- ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqqədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər. Odur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.” “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, hakimlərin maddi təminatı (o cümlədən, pensiya təminatı) onların müstəqilliyinin əsas elementlərindən biridir və faaliyyət göstərdikləri dövrdə hakimin təminatının yüksək olması onun müstəqilliyinin göstəricisi kimi qəbul edilir. Göstərilənlər nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olmuş 20.7.1.3-cü maddəsinin şərtləri iddiaçı tərəfindən ona hakim pensiyası təyin olunması üçün ödənilir. Belə ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi, o, xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək prokurorluq orqanlarında fasiləsiz olaraq 12 il 7 ay 16 gün, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi xx.xx.2008-xx.xx.2017-ci ilə qədər isə 8 il 10 ay 25 gün fəaliyyət göstərmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə, prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Qanunun həmintələbi baxımından iddiaçının prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözlənti hüquq mövcuddur. Belə olan halda onun 21 il 6 ay 11 gün hakim kimi iş stajı toplanır ki, bu da Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarinədək qüvvədə olan 20.7.3-cü maddəsinin tələbi qaydasında ona orta aylıq əmək haqqının 80 faizi miqdarında əmək pensiyası təyin edilməsinə imkan verir. İddiaçının orta aylıq əmək haqqı hesablanarkən, həm də nəzərə alınmalıdır ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə görə isə Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq, Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir (12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir). Eyni zamanda, 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qeyd olunan Qanunun 106-cı maddənin birinci hissəsinə edilmiş əlavəy əsasən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” Hakim kimi işlədiyi dövrdə iddiaçının həmin pul təminatını və əlavəni almış və onun əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulduğu işin mübahisələndirilməyən halıdır. Beləliklə də, qeyd olunanlar nəzərə alınmaqla, iddiaçıya hakim pensiyasının təyin edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya hakim pensiyasının hesablanmasından imtina olunması pensiya qanunvericiliyinə zidd olmuş, onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə iş üzrə hərtərəfli araşıdrma aparmış, iş üzrə bütün faktiki halları aydınlaşdırmış və iddianın təmin olunması barədə işin hallarına və maddi və prosessual hüquq normalarına uyğun olan nəticəyə gəlmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunusuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9268/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9268/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar