Məhkəmə qərarları › İş №2-1(103)-299/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-299/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-299/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X5 və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi (qardaşı, etibarnamə əsasında) Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili X6 (“Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosu) iştirakları ilə, İddiaçı (xx.xx.1964-cü il tarixdə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olmuş, ünvan 1 mən. 47 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3415/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarından iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X8 İş İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsi) qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil hərbçi qulluqçu olaraq təyin olunmuş pensiyanın xx.xx.1992-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədərki bütün müddət üçün hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli CHRF- 4K0002 N-li qərarı ilə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlillik verilmiş və hərbi qulluqçu pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasının xx.xx.2019-cu il tarixli 116 N- li qərarı ilə təsdiq edilib ki, həyatına və sağlamlığına vurulmuş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlil olmasına səbəb olmuş zərər - travma (döyüş zamanı mərmi partlayışı nəticəsində baş beyinin kontuziyası) hərbi travmadır, 1992- ci ilin iyul ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı, döyüş zonasında hərbi xidmət keçərkən, döyüş zamanı odlu silah mərmi partlayışı nəticəsində alınmışdır. “Həmin tarixdən o, sağlamlığına dəymiş zərər üzündən əmək qabiliyyətini itirmiş, heç bir muzdlu işdə çalışmaq imkanına malik olmamışdır. Odur ki, fiziki şəxs olaraq həyatına və sağlamlığına vurulmuş zərər üzündən 2-ci qrup əlil pensiya almaq hüququ an olaraq 1992-ci ilin iyunundan əmələ gəlmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında DSMF-nun Hərbi qulluqçular və X8 iş idarəsinə xx.xx.2010-cu il tarixində müraciət edərək və Azərbaycan Respublikası qanunvericiliyinin həyat və sağlamlığa vurulmuş zərərə görə əlilliyin rəsmiləşdirilməsi və pensiya barədə tələbin irəli sürülməsi tarixindən asılı olmayaraq pensiyanın ödəmə hüququnun əmələ gəldiyi andan bütün müddət üçün ödənilməsini nəzərdə tutduğunu əsas göstərək ona hərbi qulluqçu kimi təyin edilmiş pensiya, əlilliyin rəsmiləşdirildiyi xx.xx.2019-cu il tarixindən sonrakı dövr üçün deyil 1992-ci ilin dekabr ayından başlayaraq xx.xx.2019-cu il tarixinə kimi bütün dövr üçün hesablanıb ödənilməsini tələb etmişdir. Müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsindən daxil olan xx.xx.2019cu il tarixli **********7 N- li cavabda ifadə edilmiş qərarla tələbinin yerinə yetirilməsindən imtina edilmişdir. O, hesab edir ki, onun halında bu ödəmə zərərin ödənilməsi hüququnun əmələ gəldiyi 1992- ci ilin iyul ayından və ya kontuziya nəticəsində N N- li hərbi hissənin kəşfiyyat rəisi vəzifəsindən müalicəyə getməyə məcbur olduğu və artıq hərbi qulluğa görə əmək haqqı almadığı 1992-ci ilin dekabr ayından başlayaq ödənilməlidir, ona görə ki, DSMF-yə, habelə məhkəməyə təqdim etdiyi və cavabdeh tərəfindən mübahisələndirilməyən sübutlarla təsdiq edilir ki, onun həyat və sağlamlığına zərər vurub fəaliyyət qabiliyyətinin itirilməsinə səbəb olub müddətsiz 2-ci qrup əlil edən zərəri 1992-ci ildə, hərbi xidmət keçdiyi dövrdə, döyüş zamanı mərmi partlayışı zamanı aldığı baş beyin travması-kontuziya olmuşdur. xx.xx.2019-cu il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək cavabdehin adı dəyişdirildiyindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun X2masını xahiş etmiş və Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsinə əsasən ərizə icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçının nümayəndəsi hakim Ş.Süleymanova tərəfindən hazırkı işə baxmasına dair etiraz ərizəsi təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hakimin qanunun nəzərdə tutduğu çərçivədən kənar iradlar tutması, ona münasibətdə ortaya qoyduğu müraciət tərzi onun obyektiv qərar çıxaracağına əsaslı etimadsızlıq yaratdığına görə, iş materialları ilə tanış olmadan iclasa başladığını da nəzərə alaraq, hakimin işə baxmasına etiraz etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3415/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə (məhkəmənin sədri R.Rzayev) etiraz əsassız olduğundan rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3415/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim Ş.Süleymanova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3415/2019 saylı iş üzrə xx xxxxxxx 2019cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq, o, qardaşının 1992-ci ildən İİ qrup əlil olduğunu, müharibə zamanı mərmi partlaması nəticəsində əlil olduğunu, məhkəmə aktı ilə bu faktın təsdiq edildiyini və travma aldığının müəyyən edildiyini, psixi halın pozulmasına və ruhi xəstəliyə gətirib çıxardığını, uzun müddət müalicə olunduğunu, lakin əlilliklə bağlı müraciət etmədiyini, həm Müdafiə Nazirliyinin, həm də Bakı şəhər Psixiatriya Mərkəzinin sənədləri ilə 1992-ci ildən əlil olduğunun müəyyən edildiyini, uzun müddət müraciət etməməsinin səbəbi qardaşıının vətən uğrunda vuruşması və bu məsələ ilə bağlı müraciət etməsini özünə yaraşdırmadığını, bu barədə Sabirabad rayon Məhkəməsinin qərarının da mövcud olduğunu, ona hərbi qulluqçu kimi pensiya da təyin edildiyini, birinci instansiya məhkəməsinin əsassız olaraq, heç bir istinad etmədən qərar qəbul etdiyini, qanunvericilikdə ziddiyyət olduğu zaman vətəndaşın xeyrinə həll edilməli olduğunu, travmadan sonra işləmədiyini, indi də müalicə aldığını, pensiya almadığını, 3 il əvvəl ödəməyə dair kifayət qədər məhkəmə qərarı olduğunu, bu kateqoriya işlərdə Ali Məhkəmənin müxtəlif praktikasının olduğunu və bu səbəbdən Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı mövqeyini bildirməsinin zəruri olduğunu qeyd etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3415/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan İddiaçı məxsus SX № ******* saylı hərbi biletin surətindən görünür ki, o, Sabirabad rayon Hərbi Komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq xx.xx.1982-ci ildə hərbi hissəyə göndərilmişdir. SHXÇDX-nin Sabirabad rayon şöbəsi tərəfindən xx.xx.1992-ci ildə könüllü həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1984-cü ildə SSR MN-nin xx.xx.1984-cü il tarixli 63 №li əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. İddiaçı hərbi travması: “odlu silah mərmi partlamasından sonrakı başın təpə hissəsində bir ədəd, başın alın nahiyyəsinin sağ yarısında iki ədəd, burun belində bir ədəd çapıq toxumalar Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. (Azərbaycan Respublikası MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının 116 saylı qərarı) İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin X7 İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdən əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin edilmişdir (pensiya işinin materialları). Hazırda iddiaçı ona hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiyanın, əlilliyin rəsmiləşdirildiyi xx.xx.2019-cu il tarixdən sonrakı dövr üçün deyil 1992-ci ilin dekabr ayından başlayaraq xx.xx.2019-cu il tarixinə olan dövr üçün pensiyanın yenidən hesablanaraq ödənilməsini istəyir. İddiaçı bununla bağlı cavabdehə xx.xx.2019-cu il tarixdə müraciət etsədə iddiaçının müraciətinə cavabdeh tərəfindən imtina cavabı verilmişdir. İşdə olan cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, **********7 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə baxılaraq ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən idarə tərəfindən xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlilliyə görə təminat xərcliyinin 80 faizi, yəni 435,20 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert və Reabilitasiya Xidməti tərəfindən ona ilkin olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik xx.xx.2019-cu il tarixdən təyin olunduğundan aldığı pensiya qanuna müvafiq olaraq həmin tarixdən sonrakı dövr üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki ayların sayına bölünərək əmək pensiyası təyin olunmuş şəxsin aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 11.2-ci maddəsinə görə hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1 müharibə əlilləri-əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2 hərbi qulluqçular sırasından digər əlillər-əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixindən iddiaçının əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müəyyən olunaraq, həmin vaxtdan cavabdeh tərəfindən ona müharibə əlili kimi pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.2-ci maddəsinin xx xxxx 2017-ci ilə qədərki redaksiyasına əsasən, hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçıya əlillik onun xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdiyinə görə deyil, bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdiyinə görə təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-cü bəndinə görə tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: ilkin pillə zona tibbi-sosial ekspert komissiyaları; ali pillə-Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyası. Əsasnamənin 5.5-ci bəndinə görə ali pillə ekspert komissiyasının qərarlarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə şikayət verilə bilər. Əsasnamənin 5.6-cı bəndinə görə ilkin tibbi-sosial ekspert komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ləğv edilmiş və “Tibbi-sosial ekspert komissiyaları haqqında” yeni Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 5.4-cü bəndində qeyd edilmişdir ki, TSEK-in (tibbi-sosial ekspert komissiyaları) qərarından narazı qalan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) tərəfindən aparılır. Əsasnamənin 5.5-ci bəndinə görə TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. İddiaçıya əlilliklə bağlı təyin edilən aktlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsdə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir.İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının qiymətləndirmə tarixi xx.xx.2019-cu il tarixli qərarında həmin qərarın ondan əvvəlki dövrə şamil edilməsi qeyd edilməmiş, əlillik müddəti müəyyən edilmişdir. İddiaçının əlilliyi Azərbaycan Respublikasının müdafiəsi zamanı alması Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16-cı maddəsinə əsasən bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1 İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin – 100 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə -55 faizi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-ci bəndində qeyd edilir ki, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir (1,4-cü bənd). Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır (4.26cı bənd). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əlilliyini və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtı TSEK tərəfindən müəyyən edilməli olduğuna görə onun İİ qrup müharibə əlili olması TSEK-in qərarının qəbul edildiyi xx.xx.2019-cu il tarixdən müəyyən edildiyindən cavabdeh tərəfindən həmin tarixdən ona müharibə əlili kimi pensiya təyin edilməsi barədə cavabdehin mövqeyi əsaslı olmuş və iddia əsassız olduğundan rədd edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3415/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3415/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar