Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-299/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X29 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı, vəkili Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxslər X19 və X21) qarşı “dövlət reyestrində düzəliş edilməklə yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2-1(112)-308/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində yerləşən 13 saylı evin 9,9 kv. metrdən ibarət olan 1 otaqlı mənzilinə dair dövlət reyestrində müvafiq düzəlişlərin edilərək, X3 adına həmin mənzilə dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X7 29.09.2006-cı il tarixdə Bakı şəhəri 14 №-li notariat kontorunda X11 ilə Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində yerləşən ümumi sahəsi 9,9 kv.m-dən ibarət olan 13 saylı evə dair alqı-satqı müqaviləsi bağlamışdır. Alqı-satqı müqaviləsinin əsasında atası 25.08.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə AR ƏMDK yanında DƏDRX-dən yuxarıda qeyd edilmiş evə dair mülkiyyət hüququ üzrə çıxarış almışdır. Həmin vaxtdan atası X7 Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində yerləşən ümumi sahəsi 9,9 kv.m-dən ibarət olan 1 (bir) otaqlı mənzilin mülkiyyətçisidir. Lakin 2006-ci ildə atasının adına verilmiş çıxarışdan görünür ki, İzzət Həmidov küçəsində yerləşən 13 saylı evin 9,9 kv.m-dən ibarət olan bir otaq paylı mülkiyyət üzrə həm atasına, həm də vətəndaş X16 məxsusdur. Bununla bağlı atası DƏDRX-nin 1 saylı Bakı şəhər ərazi İdarəsinə müraciət edərək, onun mülkiyyətində olan İzzət Həmidov küçəsində yerləşən 13 saylı evin 9,9 kv.m-dan ibarət olan bir otaqlı mənzilə dair hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən onun adına çıxarış verilməsini xahiş etmişdir. 12 iyul 2019-cü il tarixdə atası ölmüşdür. Onun ölümündən sonra, 06.09.2019-cu il tarixdə DƏDRX-nin 1 saylı Bakı şəhər ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubunda göstərilmişdir ki, “sözügedən ünvanda yerləşən mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrində X6 adına (yaşayış sahəsi 9,9 kv.m. olan 1 otağından ½ hissə) paylı mülkiyyət üzrə qeydiyyata alınmışdır. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin cavabı tamamilə əsassızdır. Vəkilin sorğusuna əsasən Dövlət Notariat Arxivindən 05/01-666/14 №-li, 21 may 2019-cü il tarixdə göndərilmiş Bakı şəhəri 14 saylı dövlət notariat kontorunda 29 sentyabr 2006-ci il tarixdə 4Ə-834 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işində (kserosurət) olan sənədlərdən görünür ki, vətəndaş X11 mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, İzzət Həmidov küçəsindəki 13 saylı evdə 9,9 kv.m-dən ibarət olan 1 otağı atası X4 tam satmışdır. 2006-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestrindən atasının adına verilmiş çıxarışdan görünür ki, 9,9 kv.m-dən ibarət bir otaqlı mənzilin ½ hissəsi atasına, ½ hissəsi X16 məxsusdur. Cavabdeh mübahisəli mənzilə dair atasının adına çıxarış verilməsindən verdiyi imtinada göstərmişdir ki, “sözügedən ünvanda yerləşən mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrində X6 adına (yaşayış sahəsi 9,9 kv.m. olan 1 otağından ½ hissə) paylı mülkiyyət üzrə qeydiyyata alınmışdır. Lakin, notariat işində olan sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən evdə 9,9 kv.mdən ibarət 1 otaqlı mənzil X12 istifadəsində heç vaxt olmamış, o vaxt yuxarıda qeyd edilmiş ünvanda Əfsanə Mustafayevaya 27,6 kv.m-dən ibarət iki otaqlı mənzil məxsus olmuşdur. X22 13 yanvar 2006-ci il tarixdə ölmüş, ölümündən sonra 27,6 kv.m-dən ibarət iki otaqlı mənzil vərəsəlik hüququ əsasında hal-hazırda X13 məxsusdur. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 2(006)-69/08 saylı, 14.02.2008-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Həmçinin, sözügedən ünvanda yerləşən mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrində X6 adına (yaşayış sahəsi 9.9 kv.m olan 1 otağından 1/2 hissə) paylı mülkiyyət üzrə qeydiyyata alınmışdır. Bu səbəblərdən, ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa 21.08.2019-cu il tarixli, **********75 saylı cavab məktubu ünvanlanmışdır. ünvan 3lı ev, ilkin olaraq, Nəsimi Rayon İcra hakimiyyətinin 26.04.1999-cu il tarixli, 432/13 saylı sərəncamı əsasında X9 adına qeydiyyata alınaraq 30.11.2001-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. X19, 21.12.2001-ci il tarixli alğı-satqı müqaviləsi əsasında İzzət Həmidov küçəsində yerləşən 13 saylı evin 9,9 kv.m-dən ibarət olan 1 otağını X2 və sonuncuya 06.02.2002-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. 26.07.2006-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən ünvan 3lı evin X10 miras qalmış 9,9 kv.m yaşayış sahəsi olan bir otağının ½ hissəsinə dair X11 vərəsə kimi tanınmış, ½ hissəsinə dair isə vərəsəlik açıq qalmışdır. Lakin, sözügedən şəhadətnamə əsasında, X6 müraciəti ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılarkən texniki səhvə yol verilmiş və İzzət Həmidov küçəsində yerləşən 13 saylı evin 9,9 kv.m-dən ibarət olan 1 otağı bütövlükdə X6 adına qeydiyyata alınaraq 11.08.2006-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsi əsasında isə X11 29.09.2006-cı il tarixli alğı-satqı müqaviləsi əsasında İzzət Həmidov küçəsində yerləşən 13 saylı evin 9,9 kv.m-dən ibarət olan 1 otağını X1 və sonuncu 09.11.2006-cı il tarixli, ********* nömrəli qeydiyyat vəsiqəsi almışdır. Göründüyü kimi, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılarkən texniki səhvə yol verildiyinə görə X3 adına verilmiş ********** nömrəli, 25.08.2011-ci il tarixli çıxarışda müvafiq texniki səhv düzəldilmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bakı İnzibati Məhkəməsinin 12.02.2020 və 18.03.2020-ci il tarixli qərardadlarına əsasən X19 və X21 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2-1(112)-308/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-308/2020 saylı 10 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, 2007-ci ildə X6 qardaşı X21 ona qarşı “alqı-satqı müqaviləsinin, müqavilə əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüquqlarının tanınması, evdən çıxarılma, evə köçürülmə və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-69/2008 saylı 14.02.2008-ci il tarixli qətnaməsi ilə iddiaçı X14 cavabdehlər X8, X4, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, 14 saylı dövlət Notariat Kontoruna qarşı Bakı şəhəri, 7-ci Sverdlov (indiki İzzət Həmidov) küçəsində yerləşən 13 saylı evin sahəsi 9,9 kv.m. olan 1 yaşayış otağına dair bağlanmış alqı-satqı müqaviləsinin, müqavilə əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüquqlarının tanınması, evdən çıxarılma, evə köçürülmə, mənəvi zərərin ödənilməsi və Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Bakı şəhər ərazi idarəsinin vəzifəli şəxsləri haqqında cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılması tələblərinə dair iddiasının təmin edilməməsi, Bakı şəhəri, 7-ci Sverdlov (indiki İzzət Həmidov) küçəsində yerləşən 13 saylı evin sahəsi 9,9 kv.m. olan 1 yaşayış otağına dair 29 sentyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsi üzrə X6 əldə etdiyi 8770 manat məbləğində ½ hissəsi, yəni 4385 manatın ondan alınaraq X18 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçının atası X7 20.06.2011-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin etmə tədbiri kimi Bakı şəhəri, Sverdlov küçəsi, döngə 7, 13 saylı evin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-69/2008 saylı, 23 iyun 2013-cü il tarixli qərardadı ilə M.İsmayılovun ərizəsi təmin edilmişdir. Bakı şəhəri, Sverdlov küçəsi, döngə 7, 13 saylı evin üzərinə həbs qoyulması barədə Nəsimi Rayon Məhkəməsinin 2-2130/2007 saylı 07 sentyabr 2007-ci il tarixli qərardadı ləğv olunmuşdur. Beləliklə, Məzahir İsmayılovun mənzilin vicdanlı alıcısı olması səbəbindən X14 iddiası təmin edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən 3cü şəxslərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının, vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, İzzət Həmidov küçəsində istifadədə olan 0.3823 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 1 mərtəbəli binada yerləşən - 37,5 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil 11.08.2006-cı il tarixdə paylı mülkiyyət hüququ üzrə X22 (2 otaq/27.6 kv.m) və X6 (1 oaq/9,9 kv.m) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının atası X7 29.09.2006-ci il tarixdə X11 ilə bağladığı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, İzzət Həmidov küçəsindəki 13 saylı evin 9,9 kv.m-dən ibarət 1 otağını satın almışdır. Bu barədə X4 09.11.2006-cı il tarixli MH ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir (iş vərəqə - 131). Daha sonra dövlət reyestrindən verilmiş MA seriyalı ******* saylı 25.08.2011-ci il tarixli çıxarışdan görünür ki, qeyd edilən mənzilin 2 otaqdan ibarət 27,5 kv.m hissəsi X9, 1 otaqdan ibarət 9,9 kv.m hissəsinin ½ hissəsi X3, ½ hissəsi isə X15 (açıq qalır) adlarına dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh 21.08.2019-cu il tarixli imtina məktubunu onunla əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-69/08 saylı, 14.02.2008-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Sözügedən ünvanda yerləşən mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrində X6 adına (yaşayış sahəsi 9.9 kv.m olan 1 otağından ½ hissə) paylı mülkiyyət üzrə qeydiyyata alınmışdır. Cavabdeh iddia tələbinə qarşı etirazında həmçinin qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X6 müraciəti ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılarkən texniki səhvə yol verilmiş və İzzət Həmidov küçəsində yeləşən 13 saylı evin 9,9 kv.m-dən ibarət olan 1 otağı bütövlükdə X6 adına qeydiyyata alınaraq 11.08.2006-cı il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsi əsasında isə X11 29.09.2006-cı il tarixli alğı-satqı müqaviləsi əsasında İzzət Həmidov küçəsində yerləşən 13 saylı evin 9,9 kv.m-dən ibarət olan 1 otağını X1 və sonuncu 09.11.2006-cı il tarixli, ********* nömrəli qeydiyyat vəsiqəsi almışdır. Göründüyü kimi, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılarkən texniki səhvə yol verildiyinə görə X3 adına verilmiş ********** nömrəli, 25.08.2011-ci il tarixli çıxarışda müvafiq texniki səhv düzəldilmişdir. Kollegiya qeyd edir ki, dövlət reyestrində mövcud olan yanlışlıqların düzəldilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 16-cı maddəsi ilə tənzimlənir. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. İş materiallarında görünür ki, qeyd edilən daşınmaz əmlak alqı-satqı müqaviləsi əsasında iddiaçının atası X7 tərəfindən satın alınmışdır. Sonuncunun adına dövlət reyestrindən ******* saylı, 09.11.2006-cı il qeydiyyat tarixli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan sənədlərdən həmçinin görünür ki, həmin daşınmaz əmlakı satan X6 qardaşı X21 da həmin daşınmaz əmlakın satılmasına etiraz etməməsi barədə yazılı ərizə vermişdir. Daha sonra sonuncu “alqı-satqı müqaviləsinin, müqavilə əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüquqlarının tanınması, evdən çıxarılma, evə köçürülmə, mənəvi zərərin ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldırmış, iddia tələbi Nəsimi Rayon Məhkəməsinin 14.02.2008-ci il tarixli 2(006)-69/08 saylı qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə ilə Bakı şəhəri, 7-ci Sverdlov (indiki İzzət Həmidov) küçəsində yerləşən 13 saylı evin sahəsi 9,9 kv.m. olan 1 yaşayış otağına dair 29 sentyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsi üzrə X6 əldə etdiyi 8770 manat məbləğində pulun ½ hissəsinin, yəni 4385 manatın ondan alınaraq X18 verilməsi qət edilmişdir. Hər nə qədər cavabdeh məhkəmə qərarına əsasən onların üzərinə hər hansı öhdəlik qoyulmadığını qeyd etsə də həmin məhkəmə qətnaməsinə əsasən dövlət reyestrində düzəliş aparılması zərurətinin olmadığı aydın şəkildə görünür. Həmçinin iddiaçının atası ilə bağlanmış alqı-satqı müqaviləsinə etiraz etməməsi barədə X14 yazılı ərizəsi də olmuşdur. Bundan əlavə cavabdehin heç bir hüquqi əsas olmadığı halda dövlət reyestrində iddiaçının ziyanına məhkəmə qərarı olmadan düzəliş aparması qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2-1(112)-308/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində yerləşən 13 saylı mənzilin 9,9 kv.m-dən ibarət 1 otağına dair dövlət reyestrində müvafiq düzəlişlərin edilərək X3 adına reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəricə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2-1(112)-308/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində yerləşən 13 saylı mənzilin 9,9 kv.m-dən ibarət 1 otağına dair dövlət reyestrində müvafiq düzəlişlərin edilərək X3 adına reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-299/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-299/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver