Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-299/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4029/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “H.Z.Tağıyev adına Toxucutikişsənaye kombinatı”nda, xx.xx.2011-ci il tarixdən xx.xx.2013cü il tarixədək "xxxx" Şirkətinin Azərbaycandakı nümayəndəliyində və xx.xx.2013-cü il tarixdən hazırki vaxtadək "xxxx" MMC-də işlədiyi illərin ümumi sosial sığorta stajına daxil edilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güşəztli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” üzrə güzəştli iş stajı kimi nəzərə alınaraq, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 60 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə doğulmuş, xx.xx.1976cı ildə tarixdən xx.xx.1977-ci il tarixədək Sovxozda işçi vəzifəsində işləmişdir. Daha sonra hərbi xidmətə yollanmış və xx.xx.1977-xx.xx.1979-cu il tarixlərində hərbi xidmətdə olmuşdur. Hərbi xidməti qurtardıqdan sonra xx.xx.1980-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “H.Z.Tağyev adına Toxucutikişsənaye kombinatı”nda müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2003-cü ildə Bakı şəhəri MKTB Departamenti Xüsusi Təyinatlı MKTB 133 saylı MKİS-ə 5-ci dərəcəli liftçi peşəsinə qəbul olunmuş, xx.xx.2004-cü il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Daha sonra həmin tarixdən xx.xx.2011-ci il tarixədək “Rigblast Energy Services LTD” kompanyasının Bakı şəhər nümayəndəliyində “quraşdırıcı” vəzifəsində işləmişdir. xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək isə "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində dənizdə “təmizləyici” vəzifəsində işləmişdir. xx.xx.2013-cü il tarixdən hazırki vaxtadək "xxxx" MMC-də “Təmizləyici” vəzifəsində işləyir. Bu barədə əmək kitabçasında və arxiv arayışında müvafiq qeydlər aparılmışdır. İşlədiyi yerlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəşti şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nda 10-cu hissədə öz əksini tapmış “Təmizləyicilər” bəndinə uyğundur. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2019cu il tarixli **********0 nömrəli məktubu ilə müraciətinin təmin olunmasından imtina olunmuşdur. Pensiyanın təyin edilməsindən imtina olunması barədə məktub onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən sonuncu iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların kişilərin 60 yaşına çatdıqda , azı 25 il sığorta stajına malik olduqda və bunun azı 12 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququ vardır. Həmçinin bu Qanunun 21-ci maddəsinin 21.1-ci bəndində ancaq qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahikarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilməsi nəzərədə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində tələb olunan ümumi əmək stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir və çalışdığı vəzifələrin ümumi peşələr bölməsinə aid olduğu, güzəştli şərtlərlə pensiyanın verilməsi üçün lazım olan siyahıya düşmədiyi qeyd olunmuşdur. Cavabdehin imtinası qanuni və əsaslı olmamışdır. Ona görə ki, işləməsi əmək kitabçası və təqdim etdiyi arayışla öz təsdiqini tapır. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsi (hazırda DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddianı aşağıdakılara görə əsassız hesab edirlər: Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı isə müvafiq güzəştli iş stajına malik deyil. Belə ki, iddiaçının sənədlərində xx.xx.2011xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində dənizdə texnik təmizləyici vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi həmin müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısın”da qeyd olunan neftin, qazın, qaz kondensatının, kömür və şistin emalı sahəsinə fəaliyyət göstərmir. Bundan başqa, iddiaçının güzəştli arayışda istinad olunan xx.xx.2013cü il tarixindən hazırki vaxtadək "xxxx" MMC şirkətində işlədiyi sənaye təmizləyicisi vəzifəsi yuxarıda qeyd olunan siyahının ümumi peşələr bölməsində rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin, tankların neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr peşəsi ilə uyğunsuzluq təşkil edir. Eyni zamanda, iddiaçının xx.xx.1988-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “H.Z.Tağıyev adına Toxuyucutikişsənaye kombinatı”nda işlədiyi növbə ustası vəzifəsi həmin siyahının toxuculuq istehsalatı bölməsində nəzərdə tutulan əyirici istehsalatının sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkərsarıma maşınlarına və toxuculuq dəzghlarına xidmət edən ustalar və usta köməkçiləri vəzifəsi ilə uyğunsuzluq təşkil edir. Əlavə olaraq, müvafiq siyahının 26-cı hissəsinin pambıqparça və pambıqistehsalı bəndində barabanda darayanar (əl ilə) peşəsi nəzərdə tutulmuşdur. İddiaçının xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində “H.Z.Tağıyev adına Toxucutikişsənaye kombinatı”nda işlədiyi barabanda darayanlar peşəsinin təqdim etdiyi sənədlər əsasında yuxarıda qeyd olunan sahəyə və peşəyə aid olub-olmadığını müəyyən etmək mümkün deyil. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4029/2020 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşı tamam olduğu, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-242/2021 saylı, 5 aprel 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1410/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-242/2021 saylı 5 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq güzəştli iş stajına malik deyil. Məhkəmə tərəfindən iddiaçının peşələri güzəştli pensiya hüququ verən aşağıdakı kodlarla uyğunlaşdırılmışdır: 1. Yüngül sənaye (26): Pambıq parça və pambıq istehsalında (26.2) barabanlarda darayan (əl ilə). Halbuki, iddiaçının pambıq parça və pambıq istehsalında işləmiş olması və funksiyalarını əl ilə həyata keçirmiş olması iş materialları ilə öz təsdiqini tapmamışdır; 2. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10): Kükürdlü neftlərin çəkilməsi, krekinqçiləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin, şist və kömür qatranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılması (10.3) sahəsində təmizləyicilər. Halbuki, iddiaçının qeyd olunan sahədə işləmiş olması iş materialları ilə öz təsdiqini tapmır, hətta həmin dövrə dair təqdim etdiyi güzəştli arayışda belə başqa vəzifə öhdəlikləri göstərilmişdir; 3. Ümumi peşələr (35): rezervuarların, bakların, sistemlərin, gəmi bölmələrinin, tankların neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr. Halbuki, iddiaçının qeyd olunan sahədə işləmiş olması iş materialları ilə öz təsdiqini tapmır, hətta həmin dövrə dair təqdim etdiyi güzəştli arayışda belə başqa vəzifə öhdəlikləri göstərilmişdir. Ən əsası isə, hətta məhkəmə tərəfindən müəyyən edilən müddətlər güzəştli hesab edilsə belə, həmin müddətlərin cəmi 12 il 6 aya çatmır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, 25 yanvar 2018-ci il tarixli və 31 iyul 2019cu il tarixli güzəştli arayışlarda bildirilmişdir ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) quraşdırıcı vəzifəsində işləmiş, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) dənizdə texnik təmizləyici vəzifəsində çalışmışdır. Nümayəndəliyin fəaliyyət dairəsinə neft və qaz sahəsində xidmətlər, o cümlədən quraşdırma, izolyasiya, rəngləmə, istilik, havalandırma və soyutma sistemləri üzrə texniki və təmir, habelə digər qanuni kommersiya fəaliyyətləri daxildir. İddiaçının işlədiyi Dənizdə texnik təmizləyici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 10-cu hissədə (Neftin qazılması və hasilatı, neft qaz kondensantı, kömür və şistin emalı) öz əksini tapmış “təmizləyicilər” bəndinə uyğundur və güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı 2 il 4 ay 29 gün təşkil etdiyi qeyd olunmuşdur. İşin 99-cu səhifəsində olan 25 yanvar 2018-ci il tarixli arayışda da həmin məlumatlar əksini tapmış, lakin bu arayışda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 35-ci hissəyə və rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr peşəsinə istinad edilmişdir. Arayışların birində Siyahıda 10-cu bölməyə, digərində isə 35-ci bölməyə istinad edilmiş, məhkəmə tərəfindən bu ziddiyyət aradan qaldırılmamış, arayışı vermiş iddiaçının iş yerinə sorğu edib iddiaçının Siyahıda olan hansı peşədə əmək funksiyaları yerinə yetirməsini müəyyən etməmişdir. İşin 9-cu səhifəsində olan "xxxx" LLC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda iddiaçının xx.xx.2013-cü il tarixdən hazırkı vaxtadək “sənaye təmizləyicisi” vəzifəsində işlədiyi və onun şirkətdə 5 il 11 ay 24 gün stajı olduğu göstərilmişdir. Arayışda həmçinin qeyd edilmişdir ki, iddiaçının işlədiyi təmizləyici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 35-ci hissədə (rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr) öz əksini tapmış “təmizləyicilər” bəndinə uyğundur. Bu dövrdə iddiaçının 60 yaşa qədər stajı 5 il 7 ay 26 gün təşkil edir. Apellyasiya məhkəməsi arayışı vermiş iddiaçının iş yeri olan "xxxx" LLC-yə sorğu edib iddiaçının Siyahıda olan peşədə əmək funksiyaları yerinə yetirib-yetirmədiyini müəyyən etməmiş, sənaye təmizləyicisi vəzifəsinin Siyahıda istinad edilən peşə üzrə əmək funksiyalarını yerinə yetirməsini araşdırmamışdır. Bundan başqa, işin 10-cu səhifəsində olan H.Z.Tağıyev adına "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 111 nömrəli arayışda göstərilmişdir ki, iddiaçı H.Z.Tağıyev adına TTSK ASC-nin (keçmiş V.İ.Lenin adına Toxuculuq kombinatı) əyiricilik istehsalatında xx.xx.1984-xx.xx.1986, xx.xx.1987- xx.xx.1988-ci illərdə darayıcı sexində barabanda darayan, xx.xx.1988xx.xx.1990-cı illərdə hazırlıq şöbəsində növbə ustası peşəsində işləmişdir. Arayışda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na istinad edilərək işlədiyi peşələrin barabanda darayan və usta, usta köməkçiləri peşəsinə uyğun gəldiyi göstərilmişdir. Bu dövr 4 il 7 ay təşkil edir. Apelyasiya məhkəməsi bu iş yeri üzrə da ətrafı araşdırma aparmamış, iddiaçının Siyahıda olan peşədə əmək funksiyaları yerinə yetirib-yetirmədiyini müəyyən etməmiş, darayıcı sexində barabanda darayan və hazırlıq şöbəsində növbə ustası peşəsinin Siyahıda istinad edilən peşə üzrə əmək funksiyalarını yerinə yetirməsini araşdırmamışdır. Nəzərə alınmalıdır ki, iş yerlərindən əldə edilən həmin sənədlər məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti peşə və vəzifələrə uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. İddiaçının güzəştli şərtlə yaşa görə pensiya hüququnun yaranması üçün həm də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı barədə ümumiyyətlə araşdırma aparmamışdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək həqiqi hərbi xidmət keçmişdir. O, xx.xx.1976-cı ildə “Ptqavan” sovxozuna fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1977-ci ildə azad olunmuşdur. xx.xx.1980-ci ildə “Lenin adına Yeni toxuculuq fabriki”nə (hazırda "xxxx" adına "xxxx" ASC) lent sexinin 2-ci dərəcəli nəqledici vəzifəsinə qəbul olunmuş, xx.xx.1984-cü ildə 5 saylı f/k 3- cü dərəcəli fəhlə keçirilmiş, xx.xx.1984-cü ildə 3-cü dərəcəli barabanların darayıcısı vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı ildə müvəqqəti olaraq lent sexinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə 3-cü dərəcəli barabanların darayıcısı vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə müvəqqəti olaraq lent sexinin ustası vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə daimi işə keçirilmiş, xx.xx.1992-ci ildə növbə mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.1996-cı ildə MKİS-nin 5 saylı yataqxanaya komendant vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə işdən azad olunmuşdur. xx.xx.2003-cü ildə Bakı şəhəri MKTB Departamentinin xüsusi təyinatlı MKTB 133 saylı MKİS-yə 5-ci dərəcəli liftci peşəsinə qəbul olunmuş, xx.xx.2004-cü il tarixdə işdən azad olunmuşdur. xx.xx.2007-ci il tarixdə “Rigblast energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyində (sonradan adı dəyidirilmişdir) quraşdırıcı vəzifəsinə qəbul olunmuş, xx.xx.2011-ci il tarixdə dənizdə texnik təmizləyici vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdə işəgötürənin adı dəyişdirilərək, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi olmuşdur (iş materiallarında olan arayışa əsasən xx.xx.2012-ci il tarixində “Stork Technical Services (RBG) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi adına dəyişdirilmişdir), xx.xx.2013-cü il tarixdə “Stork Technical Services (RBG) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən işdən azad olunmuşdur. xx.xx.2013-cü il tarixdə "xxxx" MMC-yə “Sənaye təmzləyicisi” vəzifəsinə qəbul olunmuşdur. Azərbaycan Respublikası "xxxx" adına "xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 111 №li xx.xx.2019-cu il tarixli arayışda göstərilmişdir ki, İddiaçı "xxxx" adına TTSK ASC-nin (keçmiş V.İ.Lenin adına Toxuculuq kombinatı) əyricilik istehsalatında xx.xx.1984- xx.xx.1986, xx.xx.1987-xx.xx.1988-ci illərdə darayıcı sexində barabanda darayan xx.xx.1988-xx.xx.1990-ci illərdə hazırlıq şöbəsində növbə ustası peşəsində işləmişdir. “Stork Technical Services (RBG Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş HR-LT-2019-005 №li arayışda göstərilmişdir ki, İddiaçı Məhəmməd oğlu xx.xx.2002-ci il tarixdən xx.xx.2011-ci il tarixinə kimi “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) quraşdırıcı vəzifəsində işləyib; xx.xx.2011-ci il tarixindən xx.xx.2013-cü il tarixinə kimi "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) dənizdə texnik təmizləyici vəzifəsində çalışmışdır. Nümayəndəliyin fəaliyyət dairəsinə neft və qaz sahəsində xidmətlər, o cümlədən quraşdırma, izolyasiya, rəngləmə, istilik, havalandırma və soyutma sistemləri üzrə texniki və təmir, habelə digər qanuni kommersiya fəaliyyətləri daxildir. İddiaçı Məhəmməd oğlunun işlədiyi Dənizdə texnik təmizləyici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, eşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 10-cu hissədə (Neftin qazılması və hasilatı, neft qaz kondensantı, kömür və şistin emalı) öz əksini tapmış “təmziləyicilər” bəndinə uyğundur və güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı 2 il 4 ay 29 gün təşkil etdiyi qeyd olunmuşdur. "xxxx" LLC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda İddiaçı Məhəmməd oğlunun xx.xx.2013-cü il tarixdən hazırki vaxtadək “sənaye təmizləyicisi” vəzifəsində işlədiyi və onun şirkətdə 5 il 11 ay 24 gün stajı olduğu qeyd olunmuşdur. "xxxx" LLC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli arayışda İddiaçı Məhəmməd oğlunun xx.xx.2013-cü il tarixdən həmin şirkətdə “sənaye təmizləyicisi” vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının hazırkı tələblə xx.xx.2019-cu il tarixdə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtərlə Təyinat İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********0 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İdarəyə təqdim edilmiş sənədlərdə xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində dənizdə texnik təmizləyici vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi həmin müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunan neftin, qazın, qaz kondensantının kömür və şistin emalı sahəsinə fəaliyyət göstərmir. Bundan başqa güzəştli arayışında istinad olunan xx.xx.2013-cü il tarixindən bu günədək "xxxx" MMC şirkətində işlədiyi sənaye təmizləyicisi vəzifəsi yuxarıda qeyd olunan siyahının ümumi peşələr bölməsində rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məsğul olan fəhlələr peşəsi ilə uyğunsuzluq təşkil edir. Eyni zamanda xx.xx.1988-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “H.Z.Tağıyev adına Toxucutikişsənaye kombinatı”nda işlədiyi növbə ustası vəzifəsi həmin siyahının toxuculuq istehsalatı bölməsində (32) nəzərdə tutulan əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkərsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri vəzifəsi ilə uyğunsuzluq təşkil edir. Ələavə olaraq qeyd edirlər ki, sözügdənsiyahının 26-cı hissəsinin pambıqparça və pambıq istehsalı bəndində barabanda darayanlar (əl ilə) peşəsi nəzərdə tutulmuşdur. Müraciətçinin xx.xx.1987- xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində “H.Z.Tağıyev adına Toxucutikişsənaye kombinatı”nda işlədiyi barabanda darayanlar peşəsinin təqdim etdiyi sənədlər əsasında yuxarıda qeyd olunan sahəyə və peşəyə aid olub-olmadığını müəyyən etməyin mümkün olmadığı və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Göründüyü kimi iddiaçıya 60 yaşından pensiya təyin olunması üçün əsas şərt iddiaçının 25 il sosial sığorta stajına malik olması, bu müddətin azı 12 il 6 ayını Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən işlərdə işləməsi və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.2019-cı il tarixədək 25 ildən artıq, ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”nda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr- “Yüngül sənaye” adlanan 26-ci bölməsində-barabanlarda darayanlar (əl ilə) (26.2); “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” adlanan 10-cu bölməsində-təmizləyicilər və “Ümumi peşələr” adlanan 35-ci bölməsindərezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. 25 yanvar 2018-ci il tarixli və 31 iyul 2019-cu il tarixli güzəştli arayışlardan birində Siyahıda 10-cu bölməyə, digərində isə 35-ci bölməyə istinad edilmiş, iddiaçının Siyahıda olan hansı peşəyə uyğun gəlməsi barədə apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq “Stork Technical Services ("xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş HR-LT-2022-003 №li arayışda göstərilmişdir ki, İddiaçı Məhəmməd oğlu xx.xx.2002-ci il tarixdən xx.xx.2011-ci il tarixinə kimi “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) quraşdırıcı vəzifəsində işləyib (iş stajı 8 il 4 ay 12 gün). xx.xx.2011-ci il tarixindən xx.xx.2013-cü il tarixinə kimi "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) dənizdə texnik təmizləyici vəzifəsində çalışmışdır (iş stajı 2 il 4 ay 29 gün). “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyinin adı xx.xx.2018-ci il tarixində dəyişdirilərək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi olmuşdur və xx.xx.2022-ci il tarixində “Stork Technical Services (RBG) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi adına dəyişdirilmişdir. Nümayəndəliyin fəaliyyət dairəsinə neft və qaz sahəsində xidmətlər, o cümlədən quraşdırma, izolyasiya, rəngləmə, istilik, havalandırma və soyutma sistemləri üzrə texniki və təmir, habelə digər qanuni kommersiya fəaliyyətləri daxildir. İddiaçı Məhəmməd oğlunun işlədiyi Dənizdə texnik təmizləyici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli əlavəsində 11000000-12823 “kokstəmizləyicilər” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, eşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 35-ci hissədə (rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr) öz əksini tapmış və “təmizləyicilər” bəndinə uyğundur və güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı 2 il 4 ay 29 gün təşkil edir. Dənizdə texniki təmizləyici kimi onun əsas vəzifə öhdəliklərinə daxil olub, sahə rəisinin təlimatı ilə tapşırıqların icrası, neft platformlarında zərərli və kimyəvi tərkibli sənaye və xammal tullantıların ilkin tənzimlənməsi, xüsusi nəzarət zonalarında işləri icra edərkən ion radioşüalanmasının təsirinin qarşısının alınması üçün lazım olan fərdi mühafizə vasitələrindən istifadə etmək və texniki təhlükəsizlik qaydalarına əməl etmək, bütöv növ təmizlik işləri və kimyəvi vasitələrlə işlərin icrası zamanı müvafiq yerli və beynəlxalq standartlara riayət etmək, təmizləmə işləri zamanı yaranan atıqları tullantıların seqreqasiyası prinsiplərinə uyğun sahələrdən toplayın yığıma təhvil vermək, texniki baxım və təmir işləri icra olunan zaman təmizləmə işlərini görmək, əmək alətlərinin və iş ləvazimatlarının səliqəli şəkildə qorunub saxlanılması, iş sahələrinin ümumi təmizliyini həyata keçirmək, sınmış, qırılmış, sıradan çıxmış alətlər və ləvazimatlar barəsində sahə rəhbərinə məlumat vermək. "xxxx" LLC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda iddiaçının xx.xx.2013cü il tarixdən hazırkı vaxtadək “sənaye təmizləyicisi” vəzifəsində işlədiyi və onun şirkətdə 5 il 11 ay 24 gün stajı olduğu göstərilmişdir. İddiaçının işlədiyi təmizləyici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 35-ci hissədə (rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr) öz əksini tapmış “təmizləyicilər” bəndinə uyğundur. Bu dövrdə iddiaçının 60 yaşa qədər stajı 5 il 7 ay 26 gün təşkil edir. Apellyasiya baxışı zamanı H.Z.Tağıyev adına "xxxx" ASC –yə ünvanlanmış sorğuya 03 dekabr 2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, darayıcı sexində barabanda darayan və əyricilik istehsalatı hazırlıq sexlərindəki maşınlara, burama, əyirmə, sarıma maşınlarına xidmət edən ustalar və usta köməkçiləri peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək haqqında qərarın güzəştli şərtlərlə pensiya almağa səlahiyyət verir-kitabında 26.Yüngül sənaye. Səh 182, 32.Toxuculuq istehsalatı səh 200 əsasında yazılıb. H.Z.Tağıyev adına "xxxx" ASC-də iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 26-cı hissəsində (Yüngül sənaye) barabanlarda darayanlar (əl ilə) və 32-ci hissəsində (Toxuculuq istehsalatı) əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri vəzifəsinə uyğundur. Bu dövr 4 il 7 ay təşkil edir. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün zəruri olan 60 yaşının tamamlandığı günə, yəni xx.xx.2019-cu il tarixə güzəştli iş stajı 12 il 6 aydan artıq təşkil edir. Apellyasiya baxışı zamanı verilmiş sorğuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 29 sentyabr 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 101207,38 manat təşkil edirdi. Həmin tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçünfərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38400,00 maat məbləğində hesablanmışdır. Kollegiya qeyd edir ki, iddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarıdır (tələb olunan pensiya kapitalı 38400,00 manat, iddiaçının faktiki malik olduğu pensiya kapitalı isə 101207,38 manat təşkil edir). İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, xx.xx.2019-cu il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verdiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşdan (xx.xx.2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4029/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-299/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-299/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver