Məhkəmə qərarları › İş №2-1(103)-299/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-299/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-299/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ağamirzəyeva (Vəkilova) Təranə Tofiq qızının Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X14 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (oğlu) X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ağamirzəyeva (Vəkilova) Təranə Tofiq qızının cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 28 iyun 2018-ci il tarixdən (adi qaydada ailə başçısının itirməyə görə ödənilmiş məbləğlər çıxılmaqla) ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3573/2022 saylı 06 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İş materiallarında olan İV-JQ seriyalı 257275 saylı xx.xx.1990-cı il tarixli ölüm haqında şəhadətnamədən görünür ki, Vəkilov Tofiq Balo oğlu (iddiaçının atası) 08 oktyabr 1967-ci ildə vəfat etmişdir. Vəkilov Tofiq Balo oğlu 30 avqust 1953-cü ildə Naxçıvan MSSR Nazirlər Sovetinin sərəncamı ilə Naxçıvan rayon X5 İcraiyyə Komitəsinin Plan Komissiyasının sədri, 30 avqust 1954-cü ildən Naxçıvan MSSR Nazirlər Sovetinin sərəncamı ilə Naxçıvan MSSR Nazirlər Sovetinin Dövlət Plan Komissiyasında iqtisadçı, 30 avqust 1957-ci ildən X16 Komitəsinin "Sənaye və Kənd Təsərrüfatı şöbəsi"nin təlimatçısı, 10 dekabr 1959-cu ildən həmin şöbənin müdür müavini, 21 aprel 1962-ci ildən 15 yanvar 1963- cü ilə qədər Ordubad rayon partiya komitəsinin İ katibi, 11 yanvar 1963-cü ildən 12 yanvar 1965-ci ilə qədər Azərbaycan Kommunist Partiyası X9 Partiya Komitəsinin katibi, 12 yanvar 1965-ci ildən 13 sentaybr 1967-ci ilə qədər Azərbaycan Kommunist Partiyası Naxçıvan şəhər Komitəsinin İ katibi, 13 sentyabr 1967-ci ildən Naxçıvan MSSR X21 Heyətinin katibi vəzifəsində işləmiş, 08 oktyabr 1967-ci ildə iş başında vəfat etmişdir. 084033 saylı pensiyaçının uçot vərəqindən görünür ki, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. İddiaçı dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir (i.v. 37). Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilmişdir ki, onun mərhum atası Tofiq Vəkilovun vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi xx.xx.1967-ci il tarixində qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Bu səbəbdən də ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdehin qeyd olunan imtina məktubundan narazı qalan iddiaçı Ağamirzəyeva (Vəkilova) Təranə Tofiq qızı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 28 iyun 2018-ci il tarixdən (adi qaydada ailə başçısının itirməyə görə ödənilmiş məbləğlər çıxılmaqla) ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, atası Vəkilov X15 MSSZ Nazirlər Sovetinin sərəncamı ilə 30 avqust 1953-cü il tarixdən 1954-cü ilə kimi Naxçıvan rayon X3 İcraiyyə Komitəsinin Plan Komissiyasının sədri, 30 avqust 1954-cü il tarixdən 30 avqust 1957-ci il tarixədək Naxçıvan MSSR Dövlət Plan Komissiyasının iqtisadçısı, 30 avqust 1957-ci il tarixdən 10 dekabr 1959-cu il tarixədək Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin bürosunun qərarı ilə X16 Komitəsinin Sənaye və X10 təlimatçısı, 10 dekabr 1959-cu il tarixdən 06 may 1962-ci il tarixədək həmin şöbənin müdir müavini, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin bürosunun qərarı ilə 09 may 1962-cı il tarixdən 14 yanvar 1963-cü il tarixədək Ordubad rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin bürosunun qərarı ilə 14 yanvar 1963-cü il tarixdən 20 yanvar 1965-ci il tarixədək Azərbaycan KP Naxçıvan Sənaye-İstehsalat Partiya Komitəsinin katibi, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin bürosunun qərarı ilə 20 yanvar 1965-ci il tarixdən 13 sentyabr 1967-ci il tarixədək Naxçıvan şəhər Partiya Komitəsinin birinci katibi, 13 sentyabr 1967-ci il tarixdən 08 oktyabr 1967-ci il tarixdək Naxçıvan MSSR X21 Heyətinin katibi vəzifələrində işləmişdir. Atası Vəkilov Tofiq Balo oğlu 08 oktyabr 1967-ci il tarixdə, anası Vəkilova Dostuxanım Sultan qızı isə 28 dekabr 1986-cı il tarixdə vəfat etmişlər. Ona 3-cü qrup əlillik dərəcəsi ilə ömürlük əmək pensiyası təyin edilmişdir. Atasının ölümündən sonra ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, lakin ona təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası qanuna müvafiq qaydada hesablanmamışdır. Buna görə də ailə başçısını itirməyə görə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh tərəfindən ona atası Vəkilov Tofiq Balo oğlunun vaxtilə işlədiyi vəzifələrin onun vəfat etdiyi 08 oktyabr 1967-ci il tarixində qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifəsi hesab edilməməsi bildirilmişdir. Cavabdehin göstərilən hala əsaslanmaqla ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə bişçısını itirməyə görə əmək pensiyasının hesablanmasından imtina etməsi əsassızdır. Həmçinin 01 sentyabr 2001-ci il tarixdə qüvvəyə minmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunun, O1 yanvar 2007-ci il tarixədək qüvvədə olmuş «Dövlət qulluqçularının pensiyası təminatı haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada və ya O1 yanvar 2007-ci il tarixədən sonra Əmək pensiyası haqqında qanuna əsasən pensiya təyin edilmədən vəfat etmiş pensiyaçının qızına pensiya təyin edilməsinin və onun dövlət qulluqçusu kimi pensiyaya əlavə ala bilən atasının öldüyü halda, belə əlavənin ailə üzvünə (qızına) verilməsinin yolverilməzliyi qanunla nəzərdə tutulmamışdır. Əksinə qanuna əsasən yalnız dövlət qulluqçusu kimi pensiya təyin edilmiş şəxs öldükdə deyil, həm də 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış şəxslərin hazırda mövcud olan vəzifələrə uyğunlaşdırılmaqla onun ailə üzvlərinə dövlət pensiyasının təyin edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh qanunvericiliyin tətbiqində səhvə yol vermiş və beləliklə də ona təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasından əsassız olaraq imtina etmişdir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz «Əmək pensiyaları haqqında» Qanunun 7, 20.1.7 və 20.1.8-ci maddələrinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, mərhum Tofiq Vəkilovun vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi 08 oktyabr 1967-ci il tarixində qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilməmişdir. Eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2001-ci il tarixindən qüvvəyə mindiyi nəzərə alınaraq Tofiq Vəkilovun işlədiyi dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınması mümkün olmamışdır. Beləliklə, qeyd olunan maddi normalara istinad olunaraq iddiaçının dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3573/2022 saylı 06 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Ağamirzəyeva (Vəkilova) Təranə Tofiq qızına dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 28 iyun 2018-ci il tarixdən (adi qaydada ailə başçısının itirməyə görə ödənilmiş məbləğlər çıxılmaqla) ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdu ki, iddiaçı atasının bir sıra dövlət qulluqçusu hesab olunan vəzifələrdə çalışdığını və işlədiyi dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınmalı olduğunu iddia etsə də, mərhum Vəkilov Tofiq Balo oğlunun vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi 08 oktyabr 1967-ci il tarixiridə qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmir. Eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 01 sentyabr 2001-ci il tarixindən qüvvəyə mindiyini nəzərə alaraq mərhum Vəkilov Tofiq Balo oğlunun işlədiyi dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınması mümkün deyil. Göründüyü kimi, əmək pensiyaçılarına dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqtnda” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (oğlu) X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının inzibati orqana xx.xx.2021ci il taridə daxil olmuş müraciəti üzrə tələbinin təmin olunmasından imtina edilmiş, həmin imtina məktubunun iddiaçı tərəfindən hansı tarixdə alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı Ağamirzəyeva (Vəkilova) Təranə Tofiq qızının cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 28 iyun 2018-ci il tarixdən (adi qaydada ailə başçısının itirməyə görə ödənilmiş məbləğlər çıxılmaqla) ödənilməsinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun mərhum atası Tofiq Vəkilov vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi xx.xx.1967-ci il tarixində qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilməməsi əsası ilə tələbin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının atasının xx.xx.1953xx.xx.1967-ci il tarixədək dövlət qulluğu vəzifələrində stajı olmasına, həmin stajın nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi pensiya təyin edilməsi üçün yetərli olmasına, həmçinin dövlət qulluğu stajının hazırda qüvvədə olan qanunvericilikdən fərqli olaraq 15 il olmamasının iddiaçının ziyanına şərh edilməsinə səbəb olmamasına, halhazırda qüvvədə olmayan qanunvericilik normalarından görünür ki, iddiaçının hazırkı tələblə bağlı müraciət etmək hüququnun mövcud olduğu dövrdə şəxsə dövlət qulluqçusunun ailə üzvü kimi pensiya təyini ilə bağlı 15 illik şərtin mövcud olmamasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Vəkilov Tofiq Balo oğlunun xx.xx.1953-cü ildən xx.xx.1967-ci ilədək partiya və sovet orqanlarında işləmiş olduğu vəzifələrin rayon (şəhər) İcra hakimiyətlərindnə aparat rəhbəri və Naxçıvan MR Ali Məclisdə aparat rəhbəri vəzifələrinə uyğun olub-olmamasının, uyğun olmadığı təqdirdə hal-hazırda dövlət qulluğu üzrə hansı vəzifələrə uyun olması barədə Azərbaycan Respublikasının X17nə sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq X12 04/xx-xx/3252 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1991-ci il oktyabrın 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması da Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndinə əsasən aparılır. T.B.Vəkilovun xx.xx.1953-cü ildən xx.xx.1954-cü ilədək Naxçıvan rayon X3 İcraiyyə Komitəsinin Plan Komissiyasının sədri vəzifəsində işlədiyi müddətlə bağlı bildiririk ki, həmin Siyahının 1.17ci bəndində rayon (şəhər) X11 İcraiyyə Komitəsinin Aparatında Plan Komissiyasının sədri vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Müvafiq uyğunlaşdırma aparıldığı üçün T.B.Vəkilovun 1953-1954-cü illərdə Naxçıvan rayon X3 İcraiyyə Komitəsinin Plan Komissiyasının sədri vəzifəsində işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır. T.B.Vəkilovun xx.xx.1954-cü ildən xx.xx.1957-ci ilədək Naxçıvan MSSR Nazirlər Sovetinin Dövlət Plan Komissiyasında iqtisadçı vəzifəsində işlədiyi müddətlə bağlı bildiririk ki, sözügedən Siyahının 1.3-cü bəndində Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında mütəxəssis vəzifəsi Təsnifat Toplusunda göstərilən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Qeyd edilənlərə əsasən, Dövlət Plan Komissiyası Naxçıvan MSSR Nazirlər Sovetinin aparatında nəzərdə tutulduğu halda, T.B.Vəkilovun Dövlət Plan Komissiyasıda iqtisadçı vəzifəsində çalışdığı müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alına bilər. T.B.Vəkilovun 1957-1959-cu illərdə X16 Komitəsinin Sənaye və kənd təsərrüfatı şöbəsində təlimatçı və 1959-1962-ci illərdə həmin şöbənin müdir müavini vəzifələrində işlədiyi müddətlə bağlı bildiririk ki, həmin Siyahının 1.5-ci bəndində Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin Aparatında instruktor və şöbə müdirinin müavini vəzifələri Təsnifat Toplusunda göstərilən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında müvafiq olaraq böyük məsləhətçi və təminedici şöbə müdirinin müavini vəzifələrinə uyğunlaşdırılmışdır. Qeyd edilənlərə əsasən, Sənaye və kənd təsərrüfatı şöbəsi X16 Komitəsinin aparatının strukturunda nəzərdə tutulduğu halda, T.B.Vəkilovun 1957-1962-ci illərdə işlədiyi müddət dövlət qulluqçusunun qulluq stajı hesablanarkən nəzərə alına bilər. T.B.Vəkilovun 1962-1963-cü illərdə Ordubad rayon Partiya Komitəsinin birinci katibi, 1963-1965-ci illərdə Azərbaycan Kommunist Partiyası X9 Partiya Komitəsinin katibi və 1965-1967-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan şəhər Komitəsinin birinci katibi vəzifələrində işlədiyi müddətlə bağlı bildiririk ki, həmin Siyahının 1.6-cı bəndində Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin Aparatında birinci katib vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən əhalisinin sayı müvafiq olaraq 50-100 min nəfər və 100 min nəfərdən çox olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının birinci müavini, əhalisinin sayı 50 min nəfərə qədər olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə, katib vəzifəsi isə yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdırılmışdır. T.B.Vəkilovun xx.xx.1967-ci ildən xx.xx.1967-ci ilədək Naxçıvan MSSR X21 Heyətinin katibi vəzifəsində işlədiyi müddətlə bağlı bildiririk ki, həmin Siyahının 1.1-cı bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) (Naxçıvan Muxtar Respublikası Ali Məclisi) X13 sədrinin katibliyinin müdiri vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən Azərbaycan Respublikası Milli X18 X6 rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Həmçinin sorğuya cavab olaraq X12 PHŞ/3-2-2022-1090 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1967-ci ildə dövlət qulluqçuları üçün əmək pensiyasının hesablanması qaydası barədə məlumatın verilməsi ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları’nın 2-ci hissəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında həmin Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. Adı çəkilən Qaydaların 6-cı hissəsində müəyyən edilmişdir ki, əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə'nin 2-ci hissəsinə əsasən mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Dövlət qulluqçusuna işin nəticələrinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır. Həmin Qaydaların 12-ci hissəsinə əsasən dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Dövlət qulluqçularına ixtisas dərəcələrinə görə ödənilən əlavə haqların məbləğləri Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları” ilə müəyyən edilmişdir və həmin Qaydalar ixtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay müvafiq məbləğdə (manatla) vəzifə maaşına ixtisas dərəcələrinə görə əlavə haqq ödənilməsini nəzərdə tutur. Dövlət qulluqçularına dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın ödənilməsi ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydaları”nın 4-cü hissəsinə əsasən dövlət qulluğunda 10 ildən-15 ilədək qulluq stajına görə dövlət qulluqçusuna aylıq vəzifə maaşının 20 faizi məbləğində əlavə haqq ödənilir. “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” 2003-cü il 23 oktyabr tarixli 948 nömrəli Fərmanına əsasən 2003-cü il yanvarın 1-dən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir. Həmin Fərman Azərbaycan Respublikası Prezidentinin 01 mart 2022-ci il tarixli 1620 nömrəli Fərmanı ilə ləğv edilmişdir. T.Vəkilovun işlədiyi vəzifələrin hakimiyyət səlahiyyəti verilən vəzifə olubolmadığına dair bildiririk ki, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Fərmanın 1-ci və 4-cü hissələrinə əsasən ali - 5-ci kateqoriya dövlət orqanlarında administrasiya (aparat) rəhbərləri, şöbə müdirləri və şöbə müdirlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının müavinləri hakimiyyət səlahiyyətləri verilən dövlət qulluqçularıdır. Qeyd edilənlərə əsasən, rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında bölmə rəhbəri (şöbə müdiri), Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında təminedici şöbə müdirinin müavini, yerli icra hakimiyyəti başçısının birinci müavini (müavini), Azərbaycan Respublikası Milli X18 X6 rəhbəri vəzifələri hakimiyyət səlahiyyətləri verilən dövlət qulluğu vəzifələridir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilir. Yuxarıda adı çəkilən normativ hüquqi aktlardan da göründüyü kimi, həmin aktlar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri tənzimləmək məqsədilə qəbul edilmişdir və qəbul edildikləri tarixdən sonra yaranmış münasibətlərə tətbiq olunur. Bununla bağlı birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, xx.xx.2005-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2007-ci il tarixdə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və azı 5 il dövlət qulluğunda çalışmış dövlət qulluqçusunun pensiya almaq hüququ vardır. (28 iyul 2005-ci il tarixədək olan redaksiyada) Həmin Qanunun 5.1-ci madəsinə əsasən bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır.(28 iyul 2005- ci il tarixdən sonra dəyişiklik) 5.1.Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.1."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 5.2.2. 1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti, Həmin Qanunun 5.3-cü maddəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır Həmin Qanunun 5.4-cü maddəsinə əsasən müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə əsasən Yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar—55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: (xx.xx.2018-ci il tarixədək olan dəyişikliyə qədər) 23.1-ci maddəsinə əsasən dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 23.2-ci maddəsinə dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 5 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya) 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. 20.1.7. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr -20.11.1-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla, dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında müəyyən edilir. 20.11.3-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Nəzərə alınmalıdır ki, T.Vəkilovun vəfat etdiyi tarixdə qüvvədə olmuş 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunu və SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydalarının tələbləri də iddiaçıya istədiyi növdə pensiya təyininə əsas verir. Lakin cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilərkən imtina məktubunun dəlillərində qeyd olunan məsələlərə yenidən istinad olunduğu üçün və iddiaçının atasının işlədiyi vəzifələrin dövlət qulluğuna aid olması mübahisələndirildiyi üçün işin apellyasiya baxışı zamanı bu barədə bir daha araşdırma aparılmış və Azərbaycan Respublikasının X17nə müvafiq sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq X17 tərəfindən bildirilmişdi ki, Azərbaycan Respublikası Prezidentinin 2002-cı ıl 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi QaydasTnın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı muəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-cı ıl oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən inzibatı və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (31,08.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-cı il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibatı və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Sıyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. xx.xx.1953xx.xx.1954-cu illərdə Naxçıvan rayon X3 icraiyyə Komitəsinin Plan Komissiyasının sədri vəzifəsində ış müddətilə bağlı bildiririk kı, həmin Siyahının 1.17-ci bəndində rayon (şəhər) X11 İcraiyyə Komitəsinin Aparatında Plan Komissiyasının sədri vəzifəsi “inzibatı və yardımçı vəzifələrin Təsnifat Toplusu nda göstərilən rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Müvafiq uyğunlaşdırma aparıldığı uçün 1953-1954-cu illərdə Naxçıvan rayon X3 icraiyyə Komitəsinin Plan Komissiyasının sədri vəzifəsində ış müddəti dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır. xx.xx.1954xx.xx.1957-cı illərdə Naxçıvan MSSR Nazirlər Sovetinin Dövlət Plan Komissiyasında iqtisadçı vəzifəsində iş müddətilə bağlı bildiririk ki. sözügedən Siyahının 1 3-cü bəndində Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında mütəxəssis vəzifəsi Təsnifat Toplusunda göstərilən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Qeyd edilənlərə əsasən Dövlət Plan Komissiyası Naxçıvan MSSR Nazirlər Sovetinin aparatında nəzərdə tutulduğu halda Dövlət Plan Komissiyasında iqtisadçı vəzifəsində iş müddəti dövlət qulluğu stajı hesablanarkən nəzərə alına bilər. 1957-1959-cu illərdə X16 Komitəsinin Sənaye və kənd təsərrüfatı şöbəsində təlimatçı və 1959-1962-cı illərdə həmin şöbənin müdir müavini vəzifələrində iş müddətilə bağlı bildiririk kı, həmin Siyahının 1.5-ci bəndində Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin Aparatında ınstruktor və şöbə müdirinin müavini vəzifələri Təsnifat Toplusunda göstərilən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında müvafiq olaraq böyük məsləhətçi və təminedici şöbə müdirinin müavini vəzifələrinə uyğunlaşdırılmışdır. Qeyd edilənlərə əsasən, Sənaye və kənd təsərrüfatı şöbəsi X16 Komitəsinin aparatının strukturunda nəzərdə tutulduğu halda 1957-1962-ci illərdə iş müddəti dövlət qulluqçusunun qulluq stajı hesablanarkən nəzərə alına bilər. 1962-1963-cü illərdə Ordubad rayon Partiya Komitəsinin birinci katibi, 1963-1965-ci illərdə Azərbaycan Kommunist Partiyası X9 Partiya Komitəsinin katibi və 1965-1967-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan şəhər Komitəsinin birinci katibi vəzifələrində iş müddətilə bağlı bildiririk ki, həmin Siyahının 1.6-cı bəndində Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin Aparatında birinci katib vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda göstərilən əhalisinin sayı müvafiq olaraq 50-100 min nəfər və 100 min nəfərdən çox olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının birinci müavini, əhalisinin sayı 50 min nəfərə qədər olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının muavını vəzifəsinə, katib vəzifəsi isə yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdırılmışdır. xx.xx.1967-xx.xx.1967-ci illərdə Naxçıvan MSSR X22 Heyətinin katibi vəzifəsində iş müddətilə bağlı bildiririk kı, həmin Siyahının 1.1-cı bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) (Naxçıvan Muxtar Respublikası Alı Məclisi) X13 sədrinin katibliyinin müdiri vəzifəsi İnzibatı və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda göstərilən Azərbaycan Respublikası Milli X19 X6 rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Bununla bağlı iddiaçı haqlı olaraq ona dövlət qulluqçu olmuş atasını itirməyə görə ona pensiya təyin olunması tələbinin təmin olunmasından cavabdehin imtinasını məhkəmə qaydasında mübahisələndirmiş, birinci instansiya məhkəməsi də düzgün olaraq onun iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3573/2022 saylı 06 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının tələbini “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 –ci maddəsinə uyğun olaraq cavabdehə müraciət etdiyi - xx.xx.2021-ci tarixdən əvvəlki 3 illik dövr üzrə hesablanıb verilməsi qənaətinə gəlmişdir. Buna görə də məhkəmə qərarının nəticəvi hissəsində iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin xx.xx.2018-ci il tarixdən (bunun adi qaydada ailə başçısını itirməyə görə ödənilmiş məbləğlər çıxılmaqla) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması göstərilmişdir. Bu barədə Kollegiya bir daha qeyd edir ki, hazırki qərarla xx.xx.2018-ci il tarixdən hesablanıb ödənilməli olan pensiya əvvəllər iddiaçıya adi qaydada ailə başçısını itirməyə görə ödənilmiş məbləğlər çıxılmaqla ödənilməlidir, yəni şəxsə xx.xx.2018-ci il tarixdən yeni pensiya ödənişi həyata keçirilərkən, iddiaçıya əvvəllər adi qaydada ailə başçısını itirməyə görə ödənilmiş məbləğlə hazırki qərara əsasən ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə təyin edilmiş pensiya məbləği arasındakı fərq məbləğinin ödənilməli olduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3573/2022 saylı 06 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar