Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-299/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İHakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «əmrin ləğv edilməsi və sair» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1110/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafə Nazirliyi tərəfindən ona şiddətli töhmət intizam cəzasının verilməsi barədə əmrin və usta məharət dərəcəsinin bir pillə aşağı endirilərək birinci məharət dərəcəsi ilə əvəz olunmasına dair xx.xx.2022-ci il tarixli, 015 nömrəli əmrin ləğv edilməsi, “usta” məharət dərəcəsinin bərpa edilməklə bu barədə yeni məlumat vərəqinin tərtib edilərək DSMF orqanına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1992-ci ildən xx.xx.2022-ci ilədək Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. O, Cəmşid Naxçıvanski adına hərbi liseyin, X8 Məktəbini və Çin Xalq Respublikası Quru Qoşunlarının Hərbi Akademiyasının məzunudur. Birinci Qarabağ və Vətən Müharibəsi iştirakçısı olmaqla yanaşı, bir çox elmi məqalənin, metodiki vəsaitin və bir təlimatın müəllifidir. İddiaçı həqiqi hərbi xidmətdə olan zaman uzun illər ərzində heç bir intizam cəzası almamışdır. Son üç il ərzində iddiaçının sağlamlığında ciddi problemlər yaranmışdır. Belə ki, iddiaçı X6 şöbəsinin rəisi vəzifəsinə təyin olunduqdan sonra onda psixi gərginlik, yuxu və istirahət rejiminin tam pozulması nəticəsində dözülməz baş ağrıları, yuxusuzluq, baş gicəllənməsi, əsəbilik, yaddaş pozunutları, halsızlıq işemik həmlələr şəklində xəstəliyinin surətlə ağırlaşması halı baş vermişdir. Bu mühitdə iddiaçı sağlamlığının dözülməz həddə olduğunu görərək öz arzusu ilə ordu sıralarından tərxis olunması üçün raport yazmışdır. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisinin xx.xx.2021-ci il tarixli 1/4941 nömrəli göndərişi ilə Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən iddiaçının hərbi xidmətə yararlılığı yoxlanılmış və xx.xx.2022-ci il tarixli 289 nömrəli Xəstəlik haqqında şəhadətnamə ilə şəhadətləndirilmişdir. Adı çəkilən şəhadətləndirilmə zamanı iddiaçıda müəyyən edilmiş xəstəliklərin hərbi xidmət dövründə alınması aşkar edilmiş və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması qərarına gəlinmişdir. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində məzuniyyətə çıxmaq üçün raportla yuxarı komandanlığa müraciət edilmiş, onun müraciəti təmin edilərək xx.xx.2022ci il tarixindən 3 aylıq məzuniyyətə buraxılmışdır. İddiaçı məzuniyyətdən qayıtdıqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2022-ci il tarixli 0149 nömrəli Əmr ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə işlərini və vəzifələrini təhvil vermiş hesab edilmiş, eləcə də xx.xx.2022-ci il tarixdən şəxsi heyətin sırasından bütün növ təminatdan çıxarılmaqla qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinə göndərilmişdir. Bu barədə N nömrəli Hərbi Hissə komandirinin xx.xx.2022-ci il tarilxi nizami hissə üzrə 129 nömrəli Əmri verilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, o, məzuniyyətdə olarkən intizam nizamnaməsinin və digər müvafiq sənədlərin tələblərini pozmaqla heç bir hüquqazidd əməli və heç bir hüquqi əsas olmadan, o cümlədən bu barədə ona elan olunmadan Quru Qoşunlarının komandanı tərəfindən xidməti vərəqəsinə “Şiddətli töhmət” intizam cəzası verilmişdir. Bunun nəticəsində də iddiaçıda olan şifahi məlumata əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 nömrəli, xx.xx.2022-ci il tarixli Əmrində iddiaçının sahib olduğu “usta” məharət dərəcəsi bir pillə aşağı endirilərək “birinci məharət dərəcəsi” ilə əvəz olunmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən həqiqi hərbi xidmətdə olarkən bilavasitə rəhbərlərinin əmrlərinin və şifahi göstərişlərinin yerinə yetirilməsində hər hansı bir nöqsana yol verilməmiş və iddiaçıya verilən tapşırıqlar onun tərəfindən tam şəkildə və vicdanla yerinə yetirilmişdir. İddiaçının intizam qaydasında cəzalandırılması barədə əmri ona rəsmi şəkildə təqdim edilmədiyindən, eləcə də şifahi qaydada ona elan olunmadığından bu məsələdən yalnız ehtiyata buraxıldıqdan sonra şifahi qaydada məlumat əldə etmişdir. Bu məlumatı əldə etdikdən sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xx.xx.2022-ci il tarixdə müraciət ünvanlanmışdır. Lakin həmin müraciətə baxılıb yekun qərar verilməsi barədə hər hansı bir məlumat iddiaçıda yoxdur. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-1110/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, iddiaçı 1992-ci ildən xx.xx.2022-ci ilədək Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. O, Cəmşid Naxçıvanski adına hərbi liseyin, X8 Məktəbini və Çin Xalq Respublikası Quru Qoşunlarının Hərbi Akademiyasının məzunudur. Birinci Qarabağ və Vətən Müharibəsi iştirakçısı olmaqla yanaşı, bir çox elmi məqalənin, metodiki vəsaitin və bir təlimatın müəllifidir. İddiaçı həqiqi hərbi xidmətdə olan zaman uzun illər ərzində heç bir intizam cəzası almamışdır. Son üç il ərzində iddiaçının sağlamlığında ciddi problemlər yaranmışdır. Belə ki, iddiaçı X6 şöbəsinin rəisi vəzifəsinə təyin olunduqdan sonra onda psixi gərginlik, yuxu və istirahət rejiminin tam pozulması nəticəsində dözülməz baş ağrıları, yuxusuzluq, baş gicəllənməsi, əsəbilik, yaddaş pozunutları, halsızlıq işemik həmlələr şəklində xəstəliyinin surətlə ağırlaşması halı baş vermişdir. Bu mühitdə iddiaçı sağlamlığının dözülməz həddə olduğunu görərək öz arzusu ilə ordu sıralarından tərxis olunması üçün raport yazmışdır. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisinin xx.xx.2021-ci il tarixli 1/4941 nömrəli göndərişi ilə Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən iddiaçının hərbi xidmətə yararlılığı yoxlanılmış və xx.xx.2022-ci il tarixli 289 nömrəli Xəstəlik haqqında şəhadətnamə ilə şəhadətləndirilmişdir. Adı çəkilən şəhadətləndirilmə zamanı iddiaçıda müəyyən edilmiş xəstəliklərin hərbi xidmət dövründə alması aşkar edilmiş və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması qərarına gəlinmişdir. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində məzuniyyətə çıxmaq üçün raportla yuxarı komandanlığa müraciət edilmiş, onun müraciəti təmin edilərək xx.xx.2022ci il tarixindən 3 aylıq məzuniyyətə buraxılmışdır. İddiaçı məzuniyyətdən qayıtdıqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2022-ci il tarixli 0149 nömrəli Əmr ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə işlərini və vəzifələrini təhvil vermiş hesab edilmiş, eləcə də xx.xx.2022-ci il tarixdən şəxsi heyətin sırasından bütün növ təminatdan çıxarılmaqla qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinə göndərilmişdir. Bu barədə N nömrəli Hərbi Hissə komandirinin xx.xx.2022-ci il tarilxi nizami hissə üzrə 129 nömrəli Əmri verilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, o, məzuniyyətdə olarkən intizam nizamnaməsinin və digər müvafiq sənədlərin tələblərini pozmaqla heç bir hüquqazidd əməli və heç bir hüquqi əsas olmadan, o cümlədən bu barədə ona elan olunmadan Quru Qoşunlarının komandanı tərəfindən xidməti vərəqəsinə “Şiddətli töhmət” intizam cəzası verilmişdir. Bunun nəticəsində də, iddiaçıda olan şifahi məlumata əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 nömrəli, xx.xx.2022-ci il tarixli Əmrində iddiaçının sahib olduğu “usta” məharət dərəcəsi bir pillə aşağı endirilərək “birinci məharət dərəcəsi” ilə əvəz olunmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən həqiqi hərbi xidmətdə olarkən bilavasitə rəhbərlərinin əmrlərinin və şifahi göstərişlərinin yerinə yetirilməsində hər hansı bir nöqsana yol verilməmiş və iddiaçıya verilən tapşırıqlar onun tərəfindən tam şəkildə və vicdanla yerinə yetirilmişdir. İddiaçının intizam qaydasında cəzalandırılması barədə əmri ona rəsmi şəkildə təqdim edilmədiyindən, eləcə də şifahi qaydada ona elan olunmadığından bu məsələdən yalnız ehtiyata buraxıldıqdan sonra şifahi qaydada məlumat əldə etmişdir. Bu məlumatı əldə etdikdən sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xx.xx.2022-ci il tarixdə müraciət ünvanlanmışdır. Lakin həmin müraciətə baxılıb yekun qərar verilməsi barədə hər hansı bir məlumat iddiaçıda yoxdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 11/1419 nömrəli məktubundan görünür ki, məharət dərəcəsinin bir pillə aşağı salınması üçün əsas olmuş sənədlərin alınması üçün Müdafı nazirinin müavini - Quru Qoşunlarının komandanına sorğu göndərilmişdir. xx.xx.2022-ci il tarixli 3392 nömrəli cavab məktubundan Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 19:30-dək Laçın və Kəlbəcər rayonlarına döyüş mövqelərində əlaqə yollarının vəziyyəti, yolların qardan təmizlənməsinə cəlb olunmuş şəxsi heyət və mühəndis texnikaları haqqında məlumatın təqdim olunması barədə əmrin verilməsi və bu tapşırığın icrasından sonra məzuniyyətə buraxılmasının tapşırıldığı məlum olmuşdur. xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin birinci müavini qərargah rəisi raportla tərəfindən yolların vəziyyəti və cəlb olunmuş texnikalar barədə məlumatların vaxtında təqdim olunmadığı, verilən əmri icra etmədiyi barədə Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanına məruzə edərək barəsində tədbir görülməsi üçün vəsatət qaldırılmışdır. Yol verdiyi həmin intizam pozuntusuna görə Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı tərəfindən ona şifahi olaraq “Şiddətli töhmət” elan edilmiş və bu əsasla məharət dərəcəsinin bir pillə aşağı “Birinci” məharət dərəcəsinə kimi endirilməsi üçün Azərbaycan Respublikasının müdafiə naziri qarşısında vəsatət qaldırılmışdır. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 12231 nömrəli məktubundan görünür ki, polkovnik İddiaçı 3 avqust 2021-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək N nömrəli hərbi hissənin mühəndis təminatı şöbəsinin rəisi vəzifəsində xidmət etmiş, Azərbaycan Respublikası müdafiə nazirinin 11 fevral 2022-ci il tarixli 0149 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə əsasən istefaya buraxılmışdır. N nömrəli hərbi hissədə qeyd olunan vəzifədə xidmət etdiyi dövr ərzində Müdafiə nazirinin müavini- Quru Qoşunların komandanı tərəfindən ön xətt döyüş mövqelərində yolların vəziyyəti və yolların qardan təmizlənməsi üçün cəlb edilmiş texnikaların vəziyyəti barədə 21 yanvar 2022-ci il tarixədək icra olunmalı əmri vaxtında icra etmədiyinə görə N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi tərəfindən təqdim olunmuş 21 yanvar 2022-ci il tarixli 1167 nömrəli raport əsasında intizam qaydasında cəzalandırılmış, ona Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı tərəfindən “Şiddətli töhmət” elan edilmişdir. Ona intizam cəzasının verilməsi Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı tərəfindən şifahi formada və şəxsən polkovnik İddiaçı özünə elan edilmişdir. Polkovnik İddiaçı xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə “Şiddətli töhmət” elan olunduğu Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanının 22 yanvar 2022-ci il tarixli 624 nömrəli raportu əsasında Müdafiə nazirinin 7 fevral 2022-ci il tarixli 015 nömrəli əmri ilə malik olduğu “Usta” məharət dərəcəsi bir pillə aşağı “birinci məharət dərəcəsi”nə endirilmişdir. Polkovnik İddiaçı Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 18 yanvar 2022-ci il tarixli müvafiq arayışına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” qərarı ilə şəhadətləndirilməsinə baxmayaraq, 22 aprel 2022-ci il tarixdə istefaya buraxılmış və 18 yanvar 2022-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək ambulator və ya stasionar qaydada müalicədə olmamış, tibbi yardım üçün müraciət etməmişdir ki, bu da onun həmin dövrdə xidməti tapşırıqların icrasına qadir olduğuna, ona öz vəzifələrinin icrası ilə əlaqədar tapşırıq verilməsinin mümkünlüyünə dəlalət edir. Məhkəmə Müdafiə Nazirliyinin qeyd edilən hər iki məktubuna istinad edərək hesab etmişdir ki, cavabdeh orqan öz diskression səlahiyyətlərindən istifadə edərək iddiaçıya verilmiş tapşırığın lazımi şəkildə yerinə yetirilməməsinə görə intizam tənbehinin tətbiq edilməsi qənaətinə gəlmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, qanunverciliyə uyğun olaraq işə baxan məhkəmənin inzibati orqanın diskression səlahiyyətlər üzrə gördüyü tədbirlərin qanuniliyini yoxlamaq səlahiyyəti yoxdur. Bu əsasla məhkəmə iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Halbuki iş materiallarına əlavə olunmuş Mərkəzi Hərbi Həkim Komissiyasının 289 nömrəli, xx.xx.2022-ci il tarixli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçıda müəyyən edilmiş xəstəliklərin hərbi xidmət dövründə alınması aşkar edilmiş və komissiyanın qərarı ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması qərarına gəlinmişdir. Bu hal ona dəlalət edir ki, xx.xx.2022-ci il tarixdən etibarən iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirmək iqtidarında deyildir. Lakin buna baxmayaraq, Müdafiə Nazirliyi tərəfindən sülh dövründə (hərbi xidmətlərin həyata keçirilmədiyi dövrdə) iddiaçıya tapşırıqların verilməsi qanunsuz olmuşdur. Bu halın özü iddianın təmin olunmasına kifayət edərdi. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin birinci müavininin N nömrəli hərbi hissə komandirinə ünvanladığı xx.xx.2022-ci il tarixli raportdan görünür ki, mühəndis təminatı şöbəsinin rəisi polkovnik İddiaçı yolların vəziyyəti və cəlb olunmuş texnika haqqında məlumatın xx.xx.2022-ci il tarixində saat 19:30-da təqdim olunması tapşırığı, onun tərəfindən vaxtında və dəqiq icra edilmədiyi üçün araşdırmanın aparılmasını və tədbir görülməsini xahiş etmiş, həmin raportun üzərində xx.xx.2022-ci il tarixdə “şiddətli töhmət elan edilsin” qeydi aparılmışdır. İş materiallarında olan «Polkovnik İddiaçı malik olduğu məharət dərəcəsinin aşağı endirilməsi haqqında» Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli 015 nömrəli əmrindən görünür ki, Quru Qoşunların mühəndis təminatı şöbəsinin rəisi polkovnik İddiaçı müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı tərəfindən “Şiddətli töhmət” elan edildiyini nəzərə alaraq və Azərbaycan Respublikası müdafiə nazirinin 21 may 2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.1.4-cü yarımbəndini və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq, Quru Qoşunların mühəndis təminatı şöbəsinin rəisi polkovnik İddiaçı malik olduğu “Usta” məharət dərəcəsi bir pillə aşağı, 1-ci məharət dərəcəsinə endirilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci tarixli məktubda qeyd edilir ki, məharət dərəcəsinin bir pillə aşağı salınması üçün əsas olmuş sənədlərin alınması üçün Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanına sorğu göndərilmişdir. xx.xx.2022-ci il tarixli 3392 nömrəli cavab məktubundan Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 19:30-dək Laçın və Kəlbəcər rayonlarına döyüş mövqelərində əlaqə yollarının vəziyyəti, yolları qardan təmizlənməsinə cəlb olunmuş şəxsi heyət və mühəndis texnikaları haqqında məlumatın təqdim olunması barədə əmrin verilməsi və bu tapşırığın icrasından sonra məzuniyyətə buraxılmasının tapşırıldığı məlum olmuşdur. xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi vəzifəsini icra edən general-mayor Vasif Kazımov raportla tərəfindən yolların vəziyyəti və cəlb olunmuş texnikalar barədə məlumatların vaxtında təqdim olunmadığı, verilən əmri icra etmədiyi barədə Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanına məruzə edərək barəsində tədbir görülməsi üçün vəsatət qaldırılmışdır. Yol verdiyi həmin intizam pozuntusuna görə Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı tərəfindən ona şifahi olaraq “Şiddətli töhmət” elan edilmiş və bu əsasla məharət dərəcəsinin bir pillə aşağı “Birinci” məharət dərəcəsinə kimi endirilməsi üçün Azərbaycan Respublikasının müdafiə naziri qarşısında vəsatət qaldırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilir: Polkovnik İddiaçı 3 avqust 2021-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək N nömrəli hərbi hissənin mühəndis təminatı şöbəsinin rəisi vəzifəsində xidmət etmiş, Azərbaycan Respublikası müdafiə nazirinin 11 fevral 2022-ci il tarixli 0149 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə əsasən istefaya buraxılmışdır. N nömrəli hərbi hissədə qeyd olunan vəzifədə xidmət etdiyi dövr ərzində Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı tərəfindən ön xətt döyüş mövqelərində yolların vəziyyəti və yolların qardan təmizlənməsi üçün cəlb edilmiş texnikaların vəziyyəti barədə 21 yanvar 2022-ci il tarixədək icra olunmalı əmri vaxtında icra etmədiyinə görə N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi tərəfindən təqdim olunum 21 yanvar 2022-ci il tarixli 1167 nömrəli raport əsasında intizam qaydasında cəzalandırılmış, ona Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı tərəfindən “Şiddətli töhmət” elan edilmişdir. Ona intizam cəzasının verilməsi Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı tərəfindən şifahi formada və şəxsən polkovnik İddiaçı özünə elan edilmişdir. Polkovnik İddiaçı xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə “Şiddətli töhmət” elan olunduğu Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanının 22 yanvar 2022-ci il tarixli 624 nömrəli raportu əsasında Müdafiə nazirinin 7 fevral 2022-ci il tarixli 015 nömrəli əmri ilə malik olduğu “Usta” məharət dərəcəsi bir pillə aşağı “birinci məharət dərəcəsi”nə endirilmişdir. Polkovnik İddiaçı Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 18 yanvar 2022-ci il tarixli müvafiq arayışına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” qərarı ilə şəhadətləndirilməsinə baxmayaraq 22 aprel 2022-ci il tarixdə istefaya buraxılmış və 18 yanvar 2022-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək ambulator və ya stasionar qaydada müalicə də olmamış, tibbi yardım üçün müraciət etməmişdir ki, bu da onun həmin dövrdə xidməti tapşırıqların icrasına qadir olduğuna, ona öz vəzifələrinin icrası ilə əlaqədar tapşırıq verilməsinin mümkünlüyünə dəlalət edir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 129 saylı əmrindən çıxarışdan görünür ki, Mühəndis Təminatı şöbəsinin rəisi polkovnik İddiaçı, Azərbaycan Respublikası müdafiə nazirinin 11 fevral 2022-ci il tarixli 0149 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 22 aprel 2022-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə göndərilmiş, polkovnik İddiaçı, 2022-ci ilin yanvar-aprel aylarındakı xidmətinə görə Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatının 100 (yüz) faiz həcmində ödənilməsi, Polkovnik İddiaçı 2022-ci ildə nəzərdə tutulmuş maddi yardım, 2022-ci il üçün nəzərdə tutulmuş 1 (bir) aylıq vəzifə maaşı həcmində məzuniyyət pulu ödənilib və xəstəliyə görə ehtiyata buraxılması ilə əlaqədar beşaylıq maaş miqdarında birdəfəlik pul müavinətinin ödənilməsi əmr edilmişdir. “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli 67 nömrəli Qərarı:
1. Hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət (tibb hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına aşağıdakı məbləğlərdə əlavələr müəyyən edilsin: 2-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 15 faiz miqdarında; 1-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 25 faiz miqdarında; usta məharət (ali ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 35 faiz; 2-ci məharət (ixtisas) dərəcəsi olan gizirlərə, miçmanlara, müddətdən artıq xidmət edən hərbi qulluqçulara və sıravi heyətə – 10 faiz miqdarında; 1-ci məharət (ixtisas) dərəcəsi olan gizirlərə, miçmanlara, müddətdən artıq xidmət edən hərbi qulluqçulara və sıravi heyətə – 15 faiz miqdarında; usta məharət (ali ixtisas) dərəcəsi olan gizirlərə, miçmanlara, müddətdən artıq xidmət edən hərbi qulluqçulara və sıravi heyətə – 25 faiz miqdarında; 2-ci məharət (ixtisas) dərəcəsi olan müddətli xidmət edən hərbi qulluqçulara – 5 faiz miqdarında; 1-ci məharət (ixtisas) dərəcəsi olan müddətli xidmət edən hərbi qulluqçulara – 10 faiz miqdarında; usta məharət (ali ixtisas) dərəcəsi olan müddətli xidmət edən hərbi qulluqçulara – 15 faiz miqdarında.
2. Azərbaycan Respublikası Müdafiə, Ədliyyə, Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularının sıravi, komanda və rəis heyətinin məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında əsasnamə təsdiq etsinlər. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə görə bu Əsasnamə hərbi qulluqçulara məharət (tibbi hərbi uçot ixtisaslı hərbi qulluqçulara-ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) və onların məharət (ixtisas) dərəcəsinin endirilməsi, məharət dərəcəsindən məhrum edilməsi qaydalarını müəyyən edir. 2-ci bəndinə görə şəxsi heyətin yüksək təlim və tərbiyəsi, silah, hərbi texnika və digər texniki vasitələrin saz və işlək vəziyyətdə saxlanmasını təmin və onların istismarında bilavasitə iştirak edən, öz ixtisası üzrə yüksək peşəkarlığa yiyələnmiş və bunu mövqelərdə (atəş və start) idarəetmə məntəqələrində və döyüş növbətçiliyi zamanı praktiki həyata keçirən, yaxud şəxsi heyəti öyrədən zabit, gizir (miçman) heyətinə, müddətdən artıq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına aşağıdakı məharət dərəcələri verilir: 3-cü məharət dərəcəsi, 2-ci məharət dərəcəsi, 1-ci məharət dərəcəsi, usta məharət dərəcəsi (hərbi təyyarəçilərə, hərbi şturmanlara, hərbi təyyarəçi-təlimatçılara və hərbi şturmantəlimatçılara “snayper” dərəcəsi). 37-ci bəndinə görə müvafiq məharət dərəcəsi vermə hüququ olan vəzifəli şəxs tərəfindən hərbi qulluqçunun məharət dərəcəsi aşağıdakı hallarda endirilir və ya onlar məharət dərəcəsindən (sınaqların nəticələri nəzərə alınmadan və ya sınaqlar keçirilmədən) məhrum edilirlər: 37.1. Bir pillə aşağı endilir: 37.1.4 Azərbaycan Respublikasının müdafiə naziri və onun müavinləri tərəfindən “Şiddətli töhmət” elan edildikdə. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı X2»:
43. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir.
67. Zabitlərə: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı 3 avqust 2021-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək N nömrəli hərbi hissənin mühəndis təminatı şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir. İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin 11 fevral 2022-ci il tarixli 0149 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə əsasən istefaya buraxılmışdır. İddiaçı N nömrəli hərbi hissədə qeyd olunan vəzifədə xidmət etdiyi dövr ərzində Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı tərəfindən ön xətt döyüş mövqelərində yolların vəziyyəti və yolların qardan təmizlənməsi üçün cəlb edilmiş texnikaların vəziyyəti barədə 21 yanvar 2022-ci il tarixədək icra olunmalı əmri vaxtında icra etmədiyinə görə N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi tərəfindən təqdim olunum 21 yanvar 2022-ci il tarixli 1167 nömrəli raport əsasında intizam qaydasında cəzalandırılmış, ona Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı tərəfindən “Şiddətli töhmət” elan edilmişdir. İddiaçı xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə “Şiddətli töhmət” elan olunduğu Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanının 22 yanvar 2022-ci il tarixli 624 nömrəli raportu əsasında Müdafiə nazirinin 7 fevral 2022-ci il tarixli 015 nömrəli əmri ilə malik olduğu “Usta” məharət dərəcəsi bir pillə aşağı “birinci məharət dərəcəsi”nə endirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya intizam cəzasının verilməsinin səbəbi onun Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı tərəfindən verilmiş ön xətt döyüş mövqelərində yolların vəziyyəti və yolların qardan təmizlənməsi üçün cəlb edilmiş texnikaların vəziyyəti barədə 21 yanvar 2022-ci il tarixədək icra olunmalı əmri vaxtında icra etməməsi olmuşdur. İddiaçıya verilmiş həmin intizam cəzasının düzgünlüyünün yoxlanılması, yəni onun həqiqətən ön xətt döyüş mövqelərində yolların vəziyyəti və yolların qardan təmizlənməsi üçün cəlb edilmiş texnikaların vəziyyəti barədə əmri düzgün icra edib etməməsinin müəyyən olunması məhkəmənin səlahiyyətində deyil, inzibati orqanın qiymətləndirməsindən asılıdır. Yəni məhkəmə inzibati orqanın yerinə iddiaçının ona verilmiş həmin əmri düzgün icra edib etməməsi barədə nəticəyə gələ bilməz. Qanunvericiliyə əsasən hərbi qulluqçuya həvəsləndirmə və intizam cəzalarının verilməsi inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdeh orqanın ona verilən bu diskresion səlahiyyətindən qanunsuz istifadə etməsini təsdiq edən hər hansı bir hal məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçıya elan edilmiş şiddətli töhmətin ləğv edilməsi üçün əsas yoxdur və iddia tələbi həmin hissədə əsassızdır. Bundan başqa, sadalanan qanunvericilik normalarından göründüyü kimi, hərbi qulluqçuların yüksək təlim, peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə onlara müvafiq məharət dərəcələri verilir. Hərbi qulluqçunun məharət dərəcəsinin bir pillə aşağı salınmasına əsas həm də Azərbaycan Respublikasının müdafiə naziri müavinləri tərəfindən “Şiddətli töhmət”in elan edilməsidir. Hazırki işin hallarından görünür ki, iddiaçıya “Şiddətli töhmət” elan edildiy üçün onun “Usta” məharət dərəcəsi bir pillə aşağı, 1-ci məharət dərəcəsinə endirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022ci il tarixli 015 nömrəli əmrinə əsasən İddiaçı müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı tərəfindən “Şiddətli töhmət” elan edildiyi nəzərə alınaraq onun malik olduğu “Usta” məharət dərəcəsi bir pillə aşağı, 1-ci məharət dərəcəsinə endirilmişdir. İddiaçıya elan edilmiş şiddətli töhmətin ləğv edilməsi üçün əsas olmadığından isə usta məharət dərəcəsinin bir pillə aşağı endirilərək birinci məharət dərəcəsi ilə əvəz olunmasına dair əmrin ləğv edilməsi və “usta” məharət dərəcəsinin bərpa edilməklə bu barədə yeni məlumat vərəqinin tərtib edilərək DSMF orqanına göndərilməsi tələbi də əsassızdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1110/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.