Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2990/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X7 və X13 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5177/2024 saylı 30 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən Zirə qəsəbəsində yerləşən “AzNSETLİ”-nin bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında X1 adına bağ sahəsi ayrılmışdır. “Yaylaq” bağçılıq yoldaşlığı birliyinin xx.xx.1993-cü il tarixli arayışından görünür ki, həqiqətən Zirə ərazisindəki 259 nömrəli bağ sahəsi Baksovetin 19/340 nömrəli, xx.xx.1987-ci il tarixli qərarına əsasən birliyin üzvü X2 verilmişdir. “Respublika” qəzetinin 10 dekabr 2015-ci il tarixli tarixli buraxılışındakı elanlar səhifəsindən görünür ki, X1 adına əsasən "X8 Azərbaycan X24 və Layihə İnstitutunun “Yaylaq” Bağçılıq Yoldaşlığında 259 saylı Bakı Soveti N-19/340 18 sentyabr 1987-ci il qərarına əsasən verilmiş Zirə qəsəbəsində yerləşən bağ sahəsinə aid üzvlük kitabçası, protokoldan çıxarış, qərarın surəti, əmr, qərar və cizgi plan itdiyi üçün etibarsız sayılması barədə elan yerləşdirilmişdir. 2 saylı Bakı “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı 178689 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhər 38 saylı Notariat ofisi tərəfindən tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş xx.xx.2021-ci il tarixli məktubda X1 vəfat etməsi ilə əlaqədar mərhumun qanun üzrə vərəsəsinin İddiaçı olması barədə məlumat verilmiş və miras əmlak üzərində miras qoyanın hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından miras əmlakı üzərində miras qoyanın adına çıxarışın və müvafiq məlumatın sorğunu təqdim edən şəxsə verilməsi xahiş edilmişdir. Lakin həmin tələbin təmin olunmasından imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı (“Azneft” İstehsalat Birliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “bağ sahəsinə dair bağçılığa üzvlük kitabçası, protokoldan çıxarış, əmr qərarın və cizgi planının surətlərinin təqdim olunması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-462/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X11 icraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən “Azneft” İstehsalat Birliyinin Azərbaycan X23 və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığı və Bağçılıq Yoldaşlığının ümumi ərazisində İddiaçı anası X3 məxsus 259 saylı sahəyə ya onun əvəzinə 285-295 saylı sahəyə əvəzləşdirilməsi əsasında Bağçılığa üzvlük kitabçası, Protokoldan Çıxarış, Əmr-Qərarın və Cizgi planın surətlərinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üzərinə qoyulmuşdur. Qeyd olunan qətnamə əsasında 20 aprel 2022-ci il tarixdə icra vərəqəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun mətnində qeyd edilmişdir ki, “...SOCAR-ın müəssisələrinin bağçılıq təsərrüfatının, o cümlədən "Yaylaq” Bağçılıq Yoldaşlığı ləğv edildiyindən, eləcə də bağçılığa dair möhürlər məhv edildiyi üçün vətəndaş İddiaçı yuxarıda qeyd edilən sənədlərin təsdiq edilmiş surətinin tərəfimizdən təqdim edilməsi mümkün olmamışdır.... Yuxarıda qeyd etdiyimiz səbəblərdən (bağçılığın ləğvi, möhürün məhv edilməsi) məhkəmənin bu qərarında göstərilənlərin tərəfimizdən icrasının mümkünsüz olduğunu nəzərə alaraq, eləcə də digər tərəfdən məhkəmə qərarının məcburi icrasını təmin etmək məqsədilə hazırki məktubla təsdiq edirik ki, İddiaçı anası X5 “Yaylağ” Bağçılıq Yoldaşlığının üzvüdür və ona Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən "X8 Azərbaycan X24 və Layihə institutunun nəzdində yaradılmış “Yaylaq” Bağçılıq Yoldaşlığı tərəfindən 259 saylı sahə ayrılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər Keçmiş X11 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən “Azneft” İstehsalat Birliyinin Azərbaycan X24 və Layihə İnstitutunun nəzdində yaradılmış “Yaylaq” Bağçılıq Yoldaşlığı tərəfindən İddiaçı anası X3 ayrılmış 259 saylı sahənin və ya onun əvəzinə 285-295 saylı sahənin əvəzləşdirmə əsasında onun adına rəsmiləşdrilməsinə SOCAR tərəfindən etiraz edilmir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sözügedən bağ sahəsinin mərhum anasına məxsus olması barədə arayışın verilməsi tələbi ilə müraciət etmiş, lakin sonuncu xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli məktublarla bildirmişdir ki, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvanında yerləşən 285- 295 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə baxılmışdır. Torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-462/2022 saylı icra vərəqəsi ilə İdarə üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən “X8 Azərbaycan Dövlət Elmi-Tədqiqat və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığı və Bağçılıq Yoldaşlığının ümumi ərazisində İddiaçı anası X3 məxsus 285-295 saylı sahəyə ilkin dövlət qeydiyyatına alınaraq buna dair müvafiq reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən “X8 Azərbaycan Dövlət Elmi- Tədqiqat və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığı və Bağçılıq Yoldaşlığının ümumi ərazisində 285- 295 saylı torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X6 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində 48 (qırx səkkiz) ildən artıq müddət işləmişdir. 1987-ci il də “Azneft” İstehsalat Birliyinin Azərbaycan X24 və Layihə İnstitutunun nəzdində “Yaylaq” Bağçılıq Yoldaşlığı yaradılmışdı. “Yaylaq” Bağçılıq Yoldaşlığına, Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 19/340 nömrəli xx.xx.1987-ci il tarixli Qərarı ilə Zirə qəsəbəsində torpaq sahəsi ayrılmış və Bağçılıq Yoldaşlığının siyahısı təsdiq edilmişdir. Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin həmin Qərarı ilə X3 da torpaq sahəsi ayrılmışdır. Bu faktı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 09 mart 2013-cü il tarixli **********79 nömrəli arayışı da təsdiq edir. Bağçılığa üzvlük kitabçası və Cizgi plan itirildiyindən, təqdim edilə bilməmişdir. Bu barədə iddiaçı 10 Dekabr 2015-ci il tarixdə “Respublika” qəzetində elan vermiş, sənədlərin dublikatının təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə dəfələrlə müraciət etməsinə baxmayaraq onlardan bu sənədləri ala bilməmiş və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli İş Na 2(005)-462/2022 Qətnaməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-d il tarixli 19/340 saylı qərarına əsasən “X8 Azərbaycan Dövlət Elmi-Tədqiqat və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığı və Bağçılıq Yoldaşlığının ümumi ərazisində İddiaçı anası X3 məxsus 259 saylı sahəyə və ya onun əvəzinə 285-295 saylı sahəyə əvəzləşdirilməsi əsasında Bağçılığa dair üzvlük kitabçası, Protokoldan çıxarış, Əmr- Qərarın və Cizgi planın surətlərinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üzərinə qoyulmuşdu. 04 aprel 2022-d il tarixdə qərar qanuni qüvvəyə minmiş və 20 aprel 2022-ci il tarixdə 2(005)-462/2022 nömrəli icra vərəqəsi verilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar İttifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Lakin bağçılığın ləğvi, möhürün məhv edilməsi səbəbindən məhkəmənin bu qərarında göstərilənlərin icrasının mümkünsüz olduğunu nəzərə alaraq, eləcə də digər tərəfdən məhkəmə qərarının məcburi icrasını təmin etmək məqsədilə “Azneft” İstehsalat Birliyinin Azərbaycan Dövlət Elmi-Tədqiqat və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığının hüquqi varisi kimi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 01 sentyabr 2023-cü il tarixli Na 14-2/2- 3553/2023 saylı məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin məktubun mətnindən və Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli İş Na 2(005)-462/2022 Qətnaməsindən göründüyü kimi, 259 saylı sahənin və ya onun əvəzinə 285-295 saylı sahənin əvəzləşdirmə əsasında X1 adına rəsmiləşdirilməsinə SOCAR tərəfindən etiraz edilmir. Bundan sonra, iddiaçı 19 sentyabr 2023-cü il tarixdə, elektron poçt vasitəsi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, anası X1 adına “Azneft" İstehsalat Birliyinin Azərbaycan Dövlət Elmi-Tədqiqat və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığının ərazisində 285-295 saylı sahənin rəsmiləşdirilməsin xahiş etmşdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 11 dekabr 2023-cü il tarixli **********60 nömrəli məktubundan və 19 dekabr 2023-cü il tarixli 3-21-3-02/2-Ə-1964- 8/2023 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən ünvanlanan iki məktubdan göründüyü kimi, cavabdeh üzərinə düşən vəzifəsini icra etməkdən imtina edir və bununla da iddiaçının qanuni hüquqlarını pozur, qanuni qüvvəsini almış məhkəmə qərarını qəbul etməyərək mövcud olmayan sənədləri tələb edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli, 9/340 saylı qərarına əsasən “X8 Azərbaycan Dövlət ElmiTədqiqat və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığı və Bağçılıq Yoldaşlığının ümumi ərazisində İddiaçı anası X3 məxsus 285-295 saylı sahəyə ilkin dövlət qeydiyyatına alaraq buna dair müvafiq reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvanında yerləşən 285-295 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********60 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Həmçinin bildiririlir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2- ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus daşınmaz əmlaka dair çıxarış tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-462/2022 saylı icra vərəqəsi ilə İdarə üzərinə hər hansı öhdəlik qoyulmamışdır.Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7 və 11.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5177/2024 saylı 30 aprel 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, “Azneft” İstehsalat Birliyinin Azərbaycan X24 və Layihə İnstitutunun nəzdində yaradılmış “Yaylaq” Bağçılıq Yoldaşlığının hüquqi varisi tərəfindən verdiyi razılıq əsasında həyata keçirilməsini ehtiva edən məktubu məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Bakı İnzibati Məhkəməsinin İş № 2-1(112)-5177/2024 saylı 30 aprel 2024-cü il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməlidir. Tərəflərin izahatları: İddiaçı iddia tələbini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən “X8 Azərbaycan Dövlət Elmi-Tədqiqat və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığının ümumi ərazisində 285- 295 saylı torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olması haqqında arayışın ona verilməsi” barədədir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-462/2022 saylı icra vərəqəsi ilə idarə üzərinə hər hansı öhdəliyin qoyulmaması” əsası ilə tələbinin təmin edilməsindən imtina etmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;https://e-qanun.az/framework/5456 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7.2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.https://eqanun.az/framework/5456 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». Həmin Qanunun keçid müddəaları adlanan 25-ci maddəsində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin İqtisadiyyat Nazirliyinə verilməsi qərara alınmışdır. İş materiallarından müəyyən olunur ki, Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən Zirə qəsəbəsində yerləşən“AzNSETLİ”-nin bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında X1 adına bağ sahəsinin ayrıldığı göstərilmişdir. Həmin Siyahıda ayrılan bağ sahəsinin nömrəsi qeyd olunmamışdır. Lakin “Yaylaq” bağçılıq yoldaşlığı birliyinin xx.xx.1993-cü il tarixli arayışında Zirə ərazisindəki 259 nömrəli bağ sahəsinin Baksovetin 19/340 nömrəli, xx.xx.1987-ci il tarixli qərarına əsasən birliyin üzvü X2 verildiyi göstərilmişdir. X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixli məktubda X1 vəfat etməsi ilə əlaqədar mərhumun qanun üzrə vərəsəsi İddiaçı olması barədə məlumat verilmiş və miras əmlak üzərində miras qoyanın hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından miras əmlakı üzərində miras qoyanın adına çıxarışın və müvafiq məlumatın sorğunu təqdim edən şəxsə verilməsi xahiş edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Qeyd olunan normaların tələbinə görə, müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Yəni, həmin müqavilə onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı təqdim olunmuş “Yaylaq” bağçılıq yoldaşlıq təsərrüfatının arxiv qovluğunda saxlanılan sənədlərin (bağçılıq yoldaşlığı üzvlərinin siyahısı, bağ sahələrinin yerləşmə sxemi, qərar, ayrıc aktı, həmçinin Zirə bağ massivindəki 254-259 saylı bağ sahəsinə dair və digər) surətindən görünür ki, Bakı şəhər X18 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 19/340 saylı qərarı ilə “AzNSETLİ”-yə Zirə qəsəbəsi ərazisində 139 üzvdən ibarət bağçılıq yoldaşlıq təsərrüfatının yaradılması üçün torpaq sahəsi ayrılmış, Azərbaycan Dövlət neft sənayesi elmi-tədqiqat və layihə institutunun həmkarlar ittifaqı komitəsi tərəfindən təsdiq edilmiş bağçının üzvlük kitabçasına əsasən X12 bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1999-cu il tarixli, 5 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, sahənin ünvanı Zirə ərazisində bağçılıq cəmiyyəti bağından sahəsi 1200 kv.m olan 254-259 nömrəli bağ sahəsi 19/340 nömrəli, xx.xx.1987-ci il tarixli qərarla daimi istifadə etmək üçün verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0.12 hektar “Yaylaq” b/y-nın 254-259 saylı bağ sahəsi Usmanova Şəsiyənin mülkiyyətindədir. AzNSETLİ əməkdaşlarının bağçılıq yoldaşlığının bölgü sxemində 254-259, 259- 264 və 285-295 saylı bağ sahələri mövcuddur. Bağçılıq üzvlərinin siyahısında X6 19-cu sıradadır. Həmçinin iş üzrə müəyyən olunmuşdu ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-462/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı (“Azneft” İstehsalat Birliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “bağ sahəsinə dair bağçılığa üzvlük kitabçası, protokoldan çıxarış, əmr qərarın və cizgi planının surətlərinin təqdim olunması” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X11 icraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən “Azneft” İstehsalat Birliyinin Azərbaycan X23 və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığı və Bağçılıq Yoldaşlığının ümumi ərazisində İddiaçı anası X3 məxsus 259 saylı sahəyə ya onun əvəzinə 285-295 saylı sahəyə əvəzləşdirilməsi əsasında Bağçılığa üzvlük kitabçası, Protokoldan Çıxarış, Əmr-Qərarın və Cizgi planın surətlərinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üzərinə qoyulmuşdur. Həmin qətnamə icraya yönəldilsə də, icrası mümkün olmamışdır. Hazırda iddiaçı məhz həmin qətnaməyə istinad edərək mərhum anasına məxsus olduğunu iddia etdiyi bağ sahəsinin yuxarıda qeyd olunan “Yaylaq” bağçılıq yoldaşlığı birliyinin xx.xx.1993-cü il tarixli arayışına əsasən Zirə ərazisindəki 259 nömrəli bağ sahəsi deyil, məhz Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-462/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd olunan 285-295 saylı bağ sahəsi olduğunu bildirir və həmin bağ sahəsinin mərhum anasına məxsusluğuna dair arayışın verilməsini tələb edir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən məhkəmə qətnaməsi hazırki işdə iddiaçının iddia etdiyi 285-295 saylı bağ sahəsinin mərhum anasına məxsus olması barədə reyestrdən arayışın verilməsi üçün hüquqmüəyyəedici sənəd kimi qəbul edilə bilməz. Belə ki, əvvəla yuxarıda da qeyd olunduğu kimi, Bakı şəhər keçmiş X11 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən Zirə qəsəbəsində yerləşən “AzNSETLİ”-nin bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında iddiaçının mərhum anası X1 adı 19-cu sırada öz əksini tapsa da, həmin Siyahıda ayrılan bağ sahəsinin nömrəsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Məhkəmə icraatı dövründə isə müəyyən olunmuşdu ki, müvafiq hüquqmüəyyənedici sənədlər əsasında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0.12 hektar “Yaylaq” b/y-nın 254-259 saylı bağ sahəsi üzərində başqa şəxsin- Usmanova Şəsiyənin mülkiyyət hüququ qeydə alınmış və ona bu barədə daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış verilmişdir. Yuxarıda qeyd edilən sənədlərdən də görünür ki, mərhum Sevda Mirzəliyevaya “Yaylaq” bağçılıq yoldaşlığında 259 saylı sahə ayrılmışdır. Hazırki vəziyyətdə nə 259 saylı bağ sahəsindən, nə də iddia olunun 285-295 saylı bağ sahəsindən nə iddiaçının, nə də mərhum anasının vaxtilə istifadə etməsi faktı sübuta yetirilmir. İddiaçının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-462/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə istinad edərək 259 saylı sahənin və ya onun əvəzinə 285-295 saylı sahənin əvəzləşdirmə əsasında anası X1 adına rəsmiləşdrilməsinə SOCAR tərəfindən etiraz edilməməsi ilə bağlı gətirdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddiaçının iddiasının təmin olunması üçün əsas ola bilməz. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırki işdə iddiaçı iddia etdiyi torpaq sahəsi ilə bağlı qanunda nəzərdən tutulan sənədlərdən hər hansı birini təqdim edə bilmədiyi üçün onun tələbinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5177/2024 saylı 30 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X20 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2990/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2990/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver