Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2992/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “torpaq sahəsinin məxsus olması barədə arayışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X14 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1202/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Axundova (daha sonra Məmmədova) Şəfiqə Həbib qızı arasında 03 noyabr 1948-ci il tarixdə nikah bağlanmışdır.
2. Bağın icarəyə verilməsi haqqında 02 iyul 1962-ci il tarixli 43№-li müqavilədən görünür ki, Şüvəlan qəsəbəsində yerləşən 0,53 ha olan 329 nömrəli bağ sahəsinə dair X11 ilə X3 və İstismarı Birliyi arasında müqavilə bağlanılmışdır.
3. Bağın icarəyə verilməsi haqqında 23 mart 1963-cü il tarixli 43№-li müqavilədən görünür ki, Şüvəlan qəsəbəsində yerləşən 0,25 ha olan 329 nömrəli bağ sahəsinə dair X11 ilə X3 və İstismarı Birliyi arasında müqavilə bağlanılmışdır.
4. Bağın icarəyə verilməsi haqqında 12 avqust 1970-cı il tarixli 43№-li müqavilədən görünür ki, Şüvəlan qəsəbəsində yerləşən 0,25 ha olan 329 nömrəli bağ sahəsinə dair X11 ilə X3 və İstismarı Birliyi arasında müqavilə bağlanılmışdır.
5. Bağın icarəyə verilməsi haqqında 05 aprel 1985-cı il tarixli 43№-li müqavilədən görünür ki, Şüvəlan qəsəbəsində yerləşən 0,25 ha olan 1074 nömrəli bağ sahəsinə dair X11 ilə X3 və İstismarı Birliyi arasında müqavilə bağlanılmışdır.
6. Bağın icarəyə verilməsi haqqında 25 iyun 1987-cı il tarixli 43№-li müqavilədən görünür ki, Şüvəlan qəsəbəsində yerləşən 0,25 ha olan 1074 nömrəli bağ sahəsinə dair X11 ilə X3 və İstismarı Birliyi arasında müqavilə bağlanılmışdır.
7. Ölüm haqqında şəhadətnamədən görünür ki, X11 22 fevral 1989-cu il tarixdə ölmüşdür. İdarənin arxivində saxlanılan ərizənin surətindən görünür ki, X15, X5 və İddiaçı öz imzaları ilə 1074 nömrəli bağ sahəsinin X4 icarəsinə verilməsinə və onun adına rəsmiləşdirilməsinə etiraz etməmişdirlər.
8. Bağın icarəyə verilməsi haqqında 02 sentyabr 1996-cı il tarixli 43№-li müqavilədən görünür ki, Şüvəlan qəsəbəsində yerləşən 0,25 ha olan 1074 nömrəli bağ sahəsinə dair X10 ilə X3 və İstismarı Birliyi arasında müqavilə bağlanılmışdır.
9. Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu. Şüvəlan bağ massivində 329 (yeni nömrə ilə 1074) saylı bağ sahəsinin hər hansı şəxsin mülkiyyəti kimi qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə və üzərindəki tikiliyə çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 14 nömrəli protokolu üzrə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 329 saylı 0,53 ha olan bağ sahəsinin mərhum X8 mülkiyyət hüququnun məxsus olmasına dair müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bağın icarəyə verilməsi haqqında 02 iyul 1962-ci il tarixli 43№-li müqavilədən görünür ki, Şüvəlan qəsəbəsində yerləşən 0,53 ha olan 329 nömrəli bağ sahəsinə dair X11 ilə X3 və İstismarı Birliyi arasında müqavilə bağlanılmışdır. İddiaçı həmin müqavilə əsasında iddia olunan bağ sahəsinin mərhum X8 məxsus olması barədə arayışın verilməsini istəyir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 329 saylı (köhnə nömrə ilə) bağ sahəsinin icarəyə verilməsinə dair X11 ilə X13 arşında 43 nömrəli müqavilə bağlanılmışdır. Daha sonra bağ sahəsinə 1074 nömrəsi verilmiş və onunla 0.25 hektar torpaq sahəsi olan 1074 saylı bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanılmışdır. Arxiv qovluğunda 1074 saylı bağ sahəsinə dair mərhumla bağlanılmış son xx.xx.1987-ci il tarixli, 43 nömrəli müqavilə mövcuddur. X6 vəfatından sonra X3 və İstismarı Birliyi ilə mərhumun həyat yoldaşı X10 arasında 1074 saylı bağ sahəsinə dair xx.xx.1996-cı il tarixli 43 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Lakin iddiaçı tərəfindən X10 ilə aralarında hər hansı əlaqələndirici sənəd təqdim edilməmişdir. Məlumat üçün bildiririk ki, göstərilən torpaq sahəsinin bir hissəsi 1073 nömrəli bağ sahəsinin yerinə uyğun gəlir və iddiaçı sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli müraciəti zamanı iddiaçı tərəfindən ümumi hasarlanmış ərazi göstərilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1202/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.
15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, bağ sahələrinə dair verilən icarə müqavilələri hüquqmüəyyənedici sənəd qismində çıxış etməklə hüququn qeydiyyata alınması üçün əsas qismində çıxış etsə də, hazırkı iş üzrə istinad olunan icarə müqaviləsindən görünür ki, Şüvəlan qəsəbəsində yerləşən 0,25 ha olan 1074 nömrəli bağ sahəsinə dair son icarə müqaviləsi iddiaçının anası X7 adınadır. Belə ki, bağ sahəsinə dair bağlanılmış icarə müqavilələrindən də göründüyü kimi bağ sahəsinin icarədarı ilkin olaraq X11 olmuş, onun vəfatından sonra isə övladlarının razılıq ərizələri nəzərə alınmaqla bağ sahəsinin icarədarı X12 olmuşdur. Göründüyü kimi mübahisə predmetini təşkil edən 1074 nömrəli bağ sahəsi üzərində zamanında mərhum X6 hüquqları mövcud olsa belə, onun vəfatı ilə əlaqədar bu hüquq onun arvadı X1 ki, hal-hazırda bağ sahəsinə dair qüvvədə olan müqavilə də məhz sonuncunun adınadır. İddiaçının iddia tələbində istinad etdiyi 1962-ci il tarixli icarə müqaviləsinin hüquqi qüvvəsinə gəldikdə isə məhkəmə bildirir ki, həmin müqavilə öz hüquqi qüvvəsini itirmişdir. Belə ki, İdarənin arxivində saxlanılan icarə müqavilələrindən də göründüyü kimi, 1962-ci il tarixli icarə müqaviləsinə əsasən iddia olunan bağ sahəsinin ilkin ölçüsü 0,53 ha, nömrəsi isə 329 olmuşdur. Daha sonra növbəti illərdə mərhum X11 ilə həmin bağa dair bağlanmış 43 № -li müqavilələrdə bağın nömrəsinin və ölçüsünün dəyişdirildiyi, nəticədə ölçünün 0,25 ha, nömrəsinin 1074 olması müəyyən olunmuşdur. Göründüyü kimi mərhumun sağlığında belə bağlanmış icarə müqavilələrdə bağ sahəsinin ölçüsü və nömrəsi ilə bağlı dəyişikliyin olması açıq aşkar şəkildə görünür. 1962-ci il tarixli icarə müqaviləsi öz hüquqi qüvvəsini itirdiyindən, həmin müqavilə əsasında torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi istisna olunur.
16. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1202/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:
1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılmamışdır.
27. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
28. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
29. İddiaçı şikayətində qeyd edir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 14 nömrəli protokolu mövcuddur. Dövlət tərəfindən təsdiq olunan qaydalara əsasən (Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.3. bəndi) məhkəmənin qərarı dəyişilməlidir və hüquqlarını əldə etmək məqsədilə ətraflı açıqlamalarla verilən iddia ərizəsi təmin olunmalıdır.
30. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
31. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
32. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
33. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 14 nömrəli protokolu üzrə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 329 saylı 0,53 ha olan bağ sahəsinin mərhum X8 mülkiyyət hüququnun məxsus olmasına dair müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsidir.
34. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Şüvəlan qəsəbəsində yerləşən 0,25 ha olan 1074 nömrəli bağ sahəsinə dair son icarə müqaviləsi iddiaçının anası X7 adınadır. Belə ki, bağ sahəsinə dair bağlanılmış icarə müqavilələrindən də göründüyü kimi bağ sahəsinin icarədarı ilkin olaraq X11 olmuş, onun vəfatından sonra isə övladlarının razılıq ərizələri nəzərə alınmaqla bağ sahəsinin icarədarı X12 olmuşdur. Göründüyü kimi mübahisə predmetini təşkil edən 1074 nömrəli bağ sahəsi üzərində zamanında mərhum X6 hüquqları mövcud olsa belə, onun vəfatı ilə əlaqədar bu hüquq onun arvadı X1 ki, halhazırda bağ sahəsinə dair qüvvədə olan müqavilə də məhz sonuncunun adınadır.
35. İddiaçı isə X4 vərəsəsi olmadığından və bu barədə hüquq müəyyənedici sənədi (vərəsəlik haqqında şəhadətnamə) mövcud olmadığından, həmçinin notaruis tərəfindən torpaq sahəsinə dair vərəsəlik işinin açılması və bununla bağlı cavabdeh inzibati orqana müraciət edilməsinə dair sübutlar olmadığından, eyni zamanda 1962-ci il tarixli icarə müqaviləsi öz hüquqi qüvvəsini itirdiyindən, iddiaçının hazırkı tələb üzrə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Odur ki, həmin müqavilə əsasında torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi istisna olunur.
36. İş materiallarına əsasən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu. Şüvəlan bağ massivində 329 (yeni nömrə ilə 1074) saylı bağ sahəsinin hər hansı şəxsin mülkiyyəti kimi qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
37. Beləliklə, göstərilənlərdən aydın olur ki, iddia tələbinin predmeti olan bağ sahəsinin iddiaçının mülkiyyətində olmasına dair hal-hazırda qüvvədə olan mötəbər hüquqmüəyyənedici sənədi mövcud deyildir. Odur ki, iddiaçının hazırki iddia tələbini irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
38. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
39. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
40. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır.
41. Beləliklə, şəxsin mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir.
42. Bundan əlavə, digər tərəfdən iddiaçının qeyd etdiyi X11 və X10 ilə X3 və İstismarı Birliyi arasında bağlanmış icarə müqavilələri mübahisəli bağ sahəsinin onun adına rəsmiləşməsinə əsas verən hallara daxil deyildir.
43. Beləliklə, iddiaçının iddia qaldırmaq üçün hüquq müəyyənedici sənədləri olmadığından onun subyektiv hüququ olmamaqla yanaşı, mübahisə predmeti olan bağ sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı iddiaçının iddia tələbi mümkün hesab edilə bilməz.
44. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
45. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1202/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkünsüz hesab olunmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
Apellyasiya şikayəti qimən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1202/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi mümkünsüz hesab edilsin. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.