Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2994/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Şirinov İkram Sabir oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehna qarşı “cinayət əməli üzrə müraciətin araşdırılaraq qərar qəbul edilməsi" tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8158/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək prokurorluğun səlahiyyətli şəxsləri tərəfindən cinayət əməli üzrə müraciətinin araşdırılaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-8158/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən dəfələrlə onun müraciətlərinə baxılıb cavab verilməməsi və hərəkəsizlik nümayiş etdirilməsinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia ərizəsinə və iş üzrə digər materiallara əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsində mübahisələndirilən məsələ ondan ibarətdir ki, onun cinayət təqibi ilə bağlı müraciətlərinə cavabdeh istintaq orqanı - Cavabdeh tərəfindən baxılmır, araşdırma aparılmır, hərəkətsizlik nümayiş etdirilərək müvafiq tədbirlər görülmür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Qanunun qeyd olunan tələbi baxımından, iddiaçının hazırkı cavabdeh orqana qarşı iddia tələbinə inzibati məhkəmə icraatında baxılması mümkünlüyü istisna edilir. İPM-in 2.1-ci maddəsindən isə görünür ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, həmin mübahisəyə inzibati məhkəmə icraat qaydasında baxıla bilməz. Qanunun qeyd olunan tələbi baxımından, qanunla iddiaçının hazırkı iddia tələbinə baxılmasının başqa aidiyyət qaydası müəyyən edildiyindən, iddia tələbi İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilə və inzibati məhkəmə icraatında baxıla bilməz. Belə olan halda, İPM-in 35.3-cü maddəsinin tələbi nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticədir. Beləliklə də, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8158/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Eyni zamanda, iddiaçıya izah edilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi və qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8158/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2994/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2994/2024
01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver