Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2997/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “Rifah Plaza" MMC-yə qarşı “sənədlərin götürülməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2932/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" MMC-nin aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surətinin :1) Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); 2) Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); 3) Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda); 4) Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); 5) Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammalmaterial hərəkəti barədə məlumat (excel faylda); 6) Mal-materialların daşıma xərcləri; 7) Yük gömrük bəyanamələrinin surəti (PDF faylda); 8) Qarşılıqlı əməliyyatlar aparılmış müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; 9) Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin açıqlaması (excel faylda); 10) Müəssisənin məzənnə fərqi ilə bağlı yaranan gəlirləri və zərərləri barədə açıqlamalar (excel faylda); 11) Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri- maddi aktivlərin reyestri (excel faylda);12) Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri; 13) Müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; 14) Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; 15) Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı; 16) Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); 17) Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri- rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); 18) Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin, yoxlamanın predmetinə aid olan xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surətinin: 1) Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; 2) Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; 3) Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; 4) Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda bank hesablarının hərəkəti; 5) Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti; 6) Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda); 7) Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; 8) İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; 9) İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; 10) Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; 11) Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti; 12) Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; 13) Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda); 14) Dəyəri 10,0 min manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; 15) Dəyəri 2,0 min manatdan yuxarı olan bütün sığorta polisləri; 16) Qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları; 17) Torpağın ayrılması və tikintinin aparılması barədə müvafiq sərəncam, eskiz və işçi layihələr,beton sınaq nəticələri, podrat müqavilələri, mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları; 18) Müəssisə tərəfindən götülmüş işləri təsdiq edən təhvil-təslim aktları və forma № 2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; 19) Müəssisənin mühasibatlığının aparıldığı proqram təminatından çıxarış; 20) iddia müddəti keçmiş kreditor və debitor borclar barədə məlumatlar; 21) Ümidsiz borclar barədə məlumatlar olan sənədlərin və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin götürülməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********146804 nömrəli Qərarı ilə "xxxx" MMC-də (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018- xx.xx.2021) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2021-ci il tarixli **********146809 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı “Rifah Plaza" MMC-nin direktoru X1 tam təqdim etməmişdir və yoxlama ilə əhatə edilən dövrə aid (xx.xx.2018-xx.xx.2021) sənədlərin yoxlamaya qismən təqdim edildiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Tələbnamədə göstərilən sənədlər tam təqdim edilmədiyi üçün, xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq sənədlərin qismən təqdim edilməsi barədə iki nüsxədən ibarət Akt tərtib edilmişdir. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında xx.xx.2021-ci il tarixli **********147320 nömrəli Qərar çıxarılmışdır. Lakin vergi ödəyicisi xx.xx.2021-ci il tarixli **********147320 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında Qərarda qeyd olunan sənədlərdən yoxlamaya zəruri hesab edilən sənədləri tam təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2021-ci il tarixində Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən iki nüsxədən ibarət sənədlərin qismən təqdim olunması barədə Akt tərtib olunmuşdur. Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. İddiaçı xx.xx.2022-ci il tarixdə son olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh MMC-nin aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020- ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixə olan məlumatlar göstərilməklə) dövrə avans qalığı, mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri) “C” bloku üzrə bütün mənzillər barədə cədvəl, satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları, pilot layihələr üzrə binaların tikintisi ilə əlaqədar şəxslərə məxsus sökülmüş mənzillərin təqdim edilməmiş mülkiyyət sənədlərinin, mal-materiallarının silgi sənədləri, dövlətə ayrılan sahələr (şəxslər göstərilməklə) barədə sənədlərin təsdiq edilmiş surətləri və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2932/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edimişdir . Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra sonuncu məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndələrnin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********600 nömrəli xx.xx.2022-ci il tarixli iş üzrə icraata xitam verilməsi barədə vəstətin məzmunundan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********146804 nömrəli Qərarı ilə "xxxx" MMC-də (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) təyin edilmişdir. Vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43.11-ci maddəsınə əsasən "Sənədlərin götürülməsi barədə" iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bildirilir ki, sənədlərin götürülməsi üçün səbəb olan şərait aradan qalxmışdır. Həmçinin Cavabdeh “Rifah Plaza" MMC tərəfindən təqdim edilən ərizədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2932/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərarından Cəmiyyət tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, məhkəmə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi- “Sənədlərin götürülməsi” məhz xx.xx.2018-xx.xx.2021-ci illər üzrə dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirilməsi məqsədilə irəli sürüldüyündən, hazırda həmin yoxlanılan dövr üzrə səyyar vergi yoxlamasının keçirildiyi, aktın qəbul edildiyi müəyyən edildiyindən artıq mübahisənin mövcudluğu aradan qalxmışdır. Bu əsasla icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67ci maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “Rifah Plaza" MMC-yə qarşı “sənədlərin götürülməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mirzə Tağızadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-2997/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2997/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver